“Dədə Qorqud
Kitabı”: tariximizin ilk
yazılı dərsliyi”
“Dədə sözü işığında”,
Bakı folklor örnəkləri”, “Yardımlı
folklor örnəkləri”
yeni kitablardır
AMEA Folklor İnstitutunda
fil.ü.f.d. Elxan Məmmədlinin “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” kitabı nəşr olunub. Kitabın redaktoru fil.ü.e.d. prof. Mahmud Allahmanlı,
rəyçilər xalq
şairi Nəriman Həsənzadə, xalq şairi Zəlimxan Yaqubdur. Kitab XIX əsrin sonu,
XX əsrin birinci yarısında yaşayıb-yaratmış
unudulmaz el şairi Nəbi Borçalının
həyat və yaradıcılığına həsr
edilib. Kitabda əsasən ölməz
sənətkarın Vətən,
təbiət, məhəbbət,
tərbiyəvi-didaktik, dini-ürfani
şeirləri təhlilə
cəlb edilib. Kitabda həm də Şair Nəbinin deyişmə və dastan yaradıcılığından
da bəhs edilir.
“Saatlı folklor
örnəkləri” (I cild)
kitabında bölgədən
toplanmış 100-ə qədər
nağıl və 54 lətifə yer alıb. “Elm və təhsil” nəşriyyatında
çapdan çıxmış
kitab ilk növbədə
yenilikləri ilə diqqəti cəlb edir. Kitabda Seyid Xədicə
Ağayeva, Şəfiqə
Ağayeva və Şərqiyyə Cəfərova
kimi maraqlı təhkiyəyə sahib nağıl
söyləyicilərinin repertuarı
verilib, ailəvi nağılçılıq ənənəsinə
dair maraqlı faktlar öz əksini tapıb. Bölgədən 10-a qədər
yeni nağıl süjeti aşkar edilib, “Malik Əjdər”, “Əbəlfəz
aşiqi”, “Comərd qəssab”, “Şah qızının arzusu” kimi az toplanmış
bir çox süjetlərin yeni variantları yazıya alınıb. Kitab sosial-iqtisadi dəyişikliklərlə
əlaqədar nağıllarda
gedən prosesləri,
söyləyiciliyin müasir
durmunu izləmək, həmçinin bölgə
folklorunu öyrənmək
baxımından mühüm
əhəmiyyət daşıyır.
Kitabın hazırlanmasında Folklor
İnstitutunun arxivində
saxlanan, həmçinin
2012-2013-cü illərdə rayona təşkil edilən ezamiyyələr
zamanı toplanan materiallardan istifadə olunub. Materialların toplayıcıları institutun əməkdaşları
İlkin Rüstəmzadə,
Qədim Qubadov və Elsevər Muradov, tərtibçisi və ön sözün müəllifi
isə fil.ü.f.d.
İlkin
Rüstəmzadədir. Professor Əzizxan Tanrıverdinin “Dədə
sözü işığında”
müəllifin “Dədə
Qorqud” eposunun dilinə həsr etdiyi 9-cu kitabdır.
Kitabın redaktoru AMEA-nın
müxbir üzvü,
fil.ü.e.d. Muxtar
Kazımoğlu (İmanov),
rəyçilər fil.ü.e.d.,
prof. Ramazan Qafarlı, fil.ü.e.d., prof. Məhərrəm Məmmədli, fil.ü.e.d.,
prof. Minaxanım Təkləli, fil.ü.e.d.
Seyfəddin Rzasoy və
İlham Abbasovdur.
Monoqrafiyada “Dədə Qorqud kitabı”nda işlənmiş
qohumluq terminləri tarixi-linqvistik müstəvidə
tədiq edilir. Oğuz kişiləri
və xanımları,
eləcə də başqa qohumluq münasibətləri “Kitab”ın
poetik strukturu kontekstində araşdırılır,
eyni zamanda qorqudşünaslığa dair
bir sıra əsərlərə münasibət
bildirilir. Akademik Tofiq
Hacıyevin “Dədə
Qorqud Kitabı”: tariximizin ilk yazılı dərsliyi” kitabının
redaktorları AMEA-nın
müxbir üzvü,
fil.ü.e.d. Muxtar Kazımoğlu
(İmanov) və fil.ü.f.d. Nail Qurbanovdur.
Müəllif “Türkün
möcüzələrindən biri: “Dədə Qorqud Kitabı” adlı önsözdə yazır: “Heç bir xalqın qəhrəmanlıq dastanında
onun tarixi Azərbaycanın müəyyən
dövr tarixinin “Dədə Qorqud Kitabı”nda verildiyi qədər canlı, mötəbər və dəqiq əks olunmur. Dədə Qorqud qəhrəmanlıq
dastanı tariximizin
ilk yazıl dərsliyidir.
Bu dərslik millətimizin
tarixi-etnoqrafik damğası
və ailə-əxlaq
məcəlləsi sayılır.
Bu dərslik qəhrəmanlıq
salnaməmizdir, həm
də bədii ədəbiyyatımızın yazılı başlanğıcıdır,
bədiiliyin kamillik örnəyidir, dilimizin qədim gözəlliyinin
güzgüsüdür. Kimlik vəsiqəmizdir, bizi biz edən keyfiyyətlərin
toplusudur”.
Kitabda “Dədə Qorqud Kitabı”, “Bədii quruluşu haqqında müxtəsər söz”,
““Dədə Qorqud Kitabı” oğuz tarixinin yazılı dərsliyi kimi”, “Bir daha Qorqudun
kimliyi haqqında”, “Əski türk demokratiyası “Dədə
Qorqud”un gözü ilə”, “Kitabda Oğuz ailəsi”, “Dədə Qorqud dünənimizin keçmişidir”,
“Şumer mifləri və “Dədə Qorqud” Kitabı”, “Dədə Qorqud Kitabı” ədəbi-bədii
hadisə kimi”, “Kitab”ın dilinin iki sintaktik xüsusiyyəti”,
“Həmişəyaşar Dədə
Qorqud ədəbiyyatı”
və s. bölümlərdən,
zəngin ədəbiyyat
siyahısından ibarətdir.
Kitab “Dədə Qorqud” eposunun elm aləminə bəlli olmasının
200 illiyinə həsr
edilib.
“Bakı folklor örnəkləri” I cildinin
əsas qaynaqları vaxtilə Bakıdan toplanmış və indi AMEA-nın M.Füzuli adına
Əlyazmalar İnstitutunda
mühafizə edilən
folklor nümunələri
və etnoqrafik materiallardır. Kitabda əksini tapan
materiallar görkəmli
aktyor Hüseynqulu Sarabskinin fondunda yer almaqdadır. Ərtoğrul Cavidin Bakıdan topladığı
mərasim və musiqi folkloru materilları, “Məktəb”,
“Dəbistan”, “Rəhbər”,
“Tuti”, “Azərbaycanı
öyrənmə yolu”
dərgilərində, Azərbaycanı
tədqiq və Tətəbbö Cəmiyyətinin
nəşrlərində yer
almış folklor örnəkləri də bu cildə salınıb.
Ötən əsrin 20-ci illərinədək
Bakıda əski əlifba ilə nəşr edilmiş meyxana kitabları, el şairlərinə həsr
olunmuş yazılar da “Bakı folklor
örnəkləri”ndə toplanıb. Kitabda yer
almış materialların
bir hissəsi də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxivində qorunan əsas etibarilə etnoqrafik mahiyyətli örnəklərdir.
Layihənin rəhbəri AMEA-nın müxbir üzvü, fil.ü.e.d.
Muxtar Kazımoğlu
(İmanov), tərtibçilər
və ön sözün müəllifləri
fil.ü.f.d. Rza Xəilov, fil.ü.f.d. Afaq Ramazanovadır.
“Yardımlı folklor örnəkləri” kitabına
Yardımlı bölgəsindən
toplanmış folklor
örnəkləri (mifoloji
rəvayətlər, əfsanələr,
rəvayətlər, inanclar,
atalar sözü və deyimlər, laylalar, tapmacalar, mərasim folkloru, toy adətləri, bayatılar,
ağılar, ağı-epitafiyalar,
nəğmələr, meyxanələr,
türkəçarələr, lətifələr, nağıllar,
aşıq şeirləri
və s.) daxil edilib. Folklor örnəkləri 1987-ci il və 2013-cü il folklor ekspedisiyaları
zamanı toplanıb. Kitabın sonunda Yardımlı folklorunda işlənən
dialekt sözləri, qeydlər və şərhlər, söyləyicilər
və toplayıcılar
haqqında məlumat da yer alıb.
Kitab görkəmli folklorşünas
alimlər İsrafil Abbaslının və Bəhlul Abdullanın xatirəsinə həsr olunub.
Kitabı tərtib edənlər fil.ü.f.d. Elxan Məmmədli, fil.ü.f.d.
Bilal (Alarlı) Hüseynov, redaktoru fil.ü.f.d. Tahir Orucov, rəyçilər
xalq şairi Sabir Rüstəmxanlı,
fil.ü.f.d. Elçin
Abbasovdur.
Fil.ü.e.d. Seyfəddin Rzasoyun “Müasir Azərbaycan folklorşünaslığı” (I cild, Mif və
epos məsələləri) kitabında müəllifin
müasir Azərbaycan
folklorşünaslığında mif və epos məsələlərinə dair
tədqiqatlar haqqındakı
resenziyaları toplanıb.
Ayrıca məqalələr, yaxud kitablara yazılmış
müqəddimələrdən ibarət bu resenziyaları bir neçə əsas xüsusiyyət birləşdirir. Bu yazıların
hamısı müəllifin
müstəqillik dövrü
Azərbaycan folklorşünaslığı
üzərində apardığı
ardıcıl müşahidələrini
əks etdirir, hansı formada (məqalə, yaxud müqəddimə) yazılmağından
asılı olmayaraq, həmin yazılarda təqdim olunan kitablar həsr olunduğu problemin tarixi və bugünü baxımından
dəyərləndirilir. Müəllif resenziyalarda təqdim etdiyi əsərlərin probleminə fərdi elmi baxışlarını
da gerçəkləşdirir.
Kitabın redaktoru və ön sözün müəllifi fil.ü.e.d., prof. Ramazan
Qafarlıdır.
Vəfa İsgəndərovanın “Ənənəvi
nağıl formulları
(Azərbaycan və Türkiyə nümunələri
əsasında)” kitabı
çap olunub. Ənənəvi formullar nağıl təhkiyəsinin tərkib
hissəsidir və üslubi xarakter daşıyır. Bununla yanaşı,
onlar nağıl təhkiyəsinin ən qədim ünsürləri
sayılır. Bu isə onların qədim folklor ənənəsindən süzülüb
gəldiyini göstərir.
Ona görə də nağıl ifaçılığı
zamanı istifadə olunan ənənəvi epik formulların öyrənilməsi nağılların
poetik xüsusiyyətlərini
üzə çıxarmaqla
yanaşı, onların
qədimliyini də ortaya qoymuş olur. Monoqrafiyada Azərbaycan və
Türkiyə türklərinin
nağıllarında müşahidə
olunan ənənəvi
nağıl formullarının
tipoloji xüsusiyyəti
öyrənilir. Bu nağıllarda müşahidə
olunan tipoloji cəhətlər dolayısı
ilə onlarıın
vahid epik ənənə əsasında
yarandığını göstərir.
Kitab 3 fəsildən, nəticə,
ədəbiyyat və
əlavədən ibarətdir.
Kitabın redaktoru fil.ü.f.d.
Əfzələddin Əsgər, rəyçilər
fil.ü.f.d. İlkin Rüstəmzadə,
fil.ü.f.f. Oruc Əliyevdir.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 26 noyabr.- S.14.