Qarabağ: folklor da bir tarixdir

 

Kitabın VII-IX cildləri işıq üzü görüb

 

Folklor İnstitutunda Qarabağ layihəsi çərçivəsində daha bir kitab – “Qarabağ: folklor da bir tarixdirçoxcildliyinin VII cildi nəşr olunub. Xocavənd rayonundan toplanmış folklor mətnlərini əhatə edən bu kitab özünəməxsus cəhətləri ilə seçilir. Kitabda məlum süjetlərin yeni variantları ilə yanaşı ilk dəfə toplanan nümunələr yer alıb.

Qara Çobanla bağlı mətnlər bu baxımdan diqqəti cəlb edir. Bölgədə gah Qara Çoban, gah da Qaraca Çoban adlandırılan bu obrazın fiziki gücünü, görünüşünü əks etdirən mətnlər kifayət qədər geniş yayılıb.

Bayatılar onların deyilmə tərzi ilə bağlı verilmiş məlumatlar da maraq doğurur. İndiyədək çap olunmuş bütün folklor toplularında xeyli sayda bayatı ilə üzləşilsə , onların heç birində bayatının deyilmə məqamı, yeri ifa tərzi ilə bağlı məlumatlar yoxdur. Bu cildin səciyyəvi cəhətlərindən biri həmin faktların, yəni bayatının deyilmə məqamı, yeri ifa tərzi ilə bağlı məlumatların əks olunmasıdr. Kitabda yer almış Qarabağ hadisələri haqqında xatirələr, erməni daşnaklarına rus imperializminə qarşı mübarizə aparan xalq qəhrəmanları barəsində məlumatlar, həmçinin tərəkəmə həyatını özündə əks etdirən etnoqrafik materiallar diqqəti cəlb edən örnəklərdir”.

Söyləyicilərin pasportlaşdırılması zamanı tayfa nəsillərin xatırlanması da yenilik kimi qəbul edilə bilər.

Layihənin rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), materialların toplayıcısı tərtibçisi fil.ü.f.d., dos. Ləman Vaqifqızıdır. “Qarabağ: folklor da bir tarixdirçoxcildliyinin VIII cildində Bakı, Gəncə şəhərləri, Goranboy, Tərtər, Yevlax, Şamaxı, Bərdə Xızı rayonlarında məskunlaşmış Kəlbəcər sakinlərindən toplanmış folklor örnəkləri yer alıb. Bu seriyadan buraxılan digər cildlərdə olduğu kimi, VIII kitab da yeniliyi ilə diqqəti cəlb edir. Burada da nəsil-tayfa, əcdadlar haqqında, ayrı-ayrı kəndlərin bünövrəsini qoyan şəxslər haqqında maraqlı nümunələr verilib.

Kitabda yer almışQulf haqqındatəsəvvür, “Yeddi qardaş ilanhaqqında rəvayət, “Üç qardaşnağılı, “Səməd Vurğunun Kəlbəcər səfəri” ilk dəfə çap olunan nümunələrdir. Bundan başqaLövhi-məhfuz”, “Adam şeytan”, “Musa peyğəmbər Qara qul”, “Aşıq Alının Türkiyə səfərikimi bir çox mətnlərin ənənəvi variantlardan fərqlənən yeni variantları yazıya alınıb.

Materialların toplayıcısı tərtibçisi fil.ü.f.d. İlkin Rüstəmzadənin bildirdiyinə görə, bölgədən yeni süjetlərlə yanaşı Şıx Səyad kimi yeni personaj da qeydə alınıb. Şıx Səyad, Şıx Sədi, Şıx Sədin kimi müxtəlif adlarla təqdim edilən bu personaja nağıl qəhrəmanı kimi ilk dəfə bu bölgədə rast gəlinir. Bölgədən toplanmış bəzi nümunələr həm bir çox janrların inkişafı haqqında müəyyən təsəvvür əldə etməyimizə kömək edir: “Əsrik kəndindən qeydə alınmışƏsl dost” nağılı belə nümunələrdən biridir. Mətn ənənəvi nağıl süjeti əsasında qurulsa da, məlum nağıllardan xeyli fərqlənir. Ənənəvi epik məkanlar burada real məkanla əvəz olunur (Yəmən, Misir kimi coğrafi adlar əvəzinə, Azərbaycan, Amerika kimi müasir coğrafi məkanlar işlədilir), hadisələr yaxın keçmişdə cərəyan etdiyindən müasir məişət elementləri, müasir dövrlə səsləşən bir çox sənət peşə adları burada tez-tez işlədilir. Arxaik nağıllarda qəhrəmanın milliyyəti olmadığı halda, burada onun milli mənsubiyyəti önə çıxarılır.

Əsl dost” nağılında müşahidə etdiyimiz bu cür dəyişikliklər, yəni nağılın fantastik donunu çıxararaq real məzmun kəsb etməsi, əslində onu müasir dövrlə əlaqələndirmək ehtiyacından irəli gəlir”. Layihənin rəhbəri fil.ü.e.d., AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), materialların toplayıcısı tərtibçisi fil.ü.f.d. İlkin Rüstəmzadədir.

Qarabağ: folklor da bir tarixdirçoxcildliyinin IX cildinə daxil edilmiş materialların böyük əksəriyyəti Beyləqan İmişli rayonunda məskunlaşmış tərəkəmə camaatından toplanıb.

Bölgədən cin, hal anası, qaraçuxa kimi məlum mifoloji personajlarla yanaşı, “Allah hoyadlı yeni personaj da aşkarlanıb. Cinin keçi dönərgəsinin yer qulacı adlandırılmasına ilk dəfə bu bölgədə rast gəlinir. Kitabda bölgənin Hacı Qulu, Kalbay Kazım, Saday bəy, Qaçaq Məhəmməd kimi məşhur adamları haqqında rəvayətlər yer alıb: “Təhlə Muğanlı elinə bağlı tayfaların öz tarixləri adət-ənənələrinə dair verdiyi məlumatlar, Beyləqan rayonunda məskunlaşmış Sirik camaatının Novruz bayramı ərəfəsində keçirilənPadşah oyunuhaqqında verdiyi məlumatlar oxucuların marağına səbəb olacağı qənaətindəyik. Kitabda nağıl ustası Abbas Mahmud oğlu Abbasovun repertuarı da yer alıb. Ondan bir-birindən gözəl altı nağıl qeydə alınıb. Həmin nağıllar bəlli süjetlər əsasında qurulsa da, təhkiyəsinə və yeniliyinə görə ənənəvi variantlardan xeyli fərqlənir. Məsələn, “Üç ölüm” nağılının Azərbaycanda indiyə qədər ancaq bir variantı məlum idi, Abbas Ababsovdan qeydə alınmış variant isə süjetin təhlilində mühüm rol oynayacaq.

“İsgəndər Zülqərnə” nağılı isə kontaminasiya baxımından xüsusi maraq doğurur. Nağıl İsgəndərin şimala, cənuba, şərqə və qərbə səfər etməsi və başına gələn macəralardan bəhs edir. Söyləyici bu üsulla beş süjetin kontaminasiyasına nail olub və nəticədə bənzəri olmayan bir nağıl nümunəsi ortaya çıxıb. Kitabda həmçinin Qarabağ layihəsi çərçivəsində toplanan nağılların süjet göstəricisi verilib. Göstərici üçillik toplama fəaliyyətinə yekun vurmaqla yanaşı, bölgədən qeydə alınmış süjetlərin əyani mənzərəsini yaradır”.

Layihənin rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), materialların toplayıcısı və tərtibçisi fil.ü.f.d. İlkin Rüstəmzadədir.

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 28 noyabr.- S.14.