“Gəncliyin
yaradıcılığında müasirliyə güclü
meyl var”
Publisist Məmməd
Araz sadəcə, məqalə yazmır, publisistikanı yeni
ciığırlara, yollara çıxarmaga
çalışır...
Xalq
şairi Məmməd Arazın gözəl, xəlqi
poeziyası olduğu dərəcədə də maraqlı,
duyumlu, xəlqi publisistikası var. Yazar Qardaşxanın
M.Arazın “Sənətdə son mənzil olmur” («Adiloğlu» nəşriyyatı,
2001, 440 səh.) kitabı haqqında qənaətləri maraqlıdır:
“Məmməd Araz bu kitabını sənət meydanına
çevirə bilib. Sairliyindəki publisistliyi adına “vətəndas”
epiteti qazandıran sənətkarin publisistliyindəki sairliyi
bu dəfə dilinin obrazlılıgı baxımından
heç də birincisindən az diqqətə layiq deyil”. O, M.Arazın
aşağıdakı fikirlərinə diqqət çəkir:
“Sənət sarayı belədir ki, o heç vaxt tikilib
qurtarmır. Bir əl öz dasyonanını basqa ələ
tapşırır; bu binanın boyu bəsəriyyətin
yaşı qədər uzanır” (“Sevgi yaşı və
poeziya məhəbbəti”).
“Böyük
axınla ədəbiyyata gələn bir nəslin ələnib
seçilməsi, istedad və zəhmət, axtarış və
ədalət “qabiliyyəti”nin ölçülməsi
üçün xeyli vaxt keçməlidir... Bizdən
asılı olmayaraq zaman öz isini görür. Bütün
adları eyni soyuqqanlıqla arxivə təhvil verir, sonra tozunu
silib hər kəsi yerində oturdur”.
“Təbiət
insanın ilk və son yuvasıdır. Uca daglar insani mərdliyə,
qürura, əyilməzliyə çağırmışsa,
uçurumlar, yarğanlar onda vahimə hissi oyadıb, gözəl
mənzərələr incə və kövrək
duyğularla onun qəlbini isidib. Poeziya isə fotoetüdlərdən
qaçıb bu mənzərələri insan cəmiyyətində,
insan təbiətində tapmaq istəyib”.
M.Arazın
kitabının “Sənət işığı” bölməsindəki
ilk məqalədən danışan
araşdırmaçı yazır: “Qoyulan bir ənənə
- publisistik dilin obrazlılığı ənənəsi
topluya daxil edilmis bütün yazılarda qeyd-sərtsiz davam
edir. Söz ustasının obrazlı dili kitabın
bütün bölmələrində (“Sənət
işığı”, “Xos gördük, təbiət”,
“Sabahın xeyir, dünyam”, “Portretlər”, “Sorğu və
müsahibələr”) və orada toplanan məqalələrin
hamısında özünü qabarıq göstərir,
obrazlılıq Məmməd Araz publisistikasının ana xəttidir.
“Sənət isigi” bölməsində Aşıq Ələsgərin,
Səməd Vurğunun, Əli Kərimin, habelə ədəbiyyatımızda
öz sözü olan çağdas sairlərimizin
yaradıcılığının o dövr, bu dövr və
sabah üçün təhlil baxımından önəm
daşıyan əhəmiyyəti var. Publisist Məmməd
Araz – hərçənd bu ifadəyə qulağımız
öyrəşməyib – sadəcə, məqalə
yazmır, publisistikanı yeni ciığırlara, yollara
çıxarmaga çalışır; təhlil edir,
ümumiləsdirmələr aparır, nəticələrə
gəlir.
Kimsə
deyib: “Biz çox nahaq yerə obrazlı misraların, əla
deyimlərin uçotunu aparmırıq, bu, milli sərvətə
biganəlikdir”. Bu sözləri Məmməd Arazın
publisistikasına da büsbütün aid etmək olar: “Əllər
alıb bərəkətli torpaqları ayaqlara verir; ayaqlar da
öz qaydası ilə tapdamaq isinə çox yaxşı bələddir”
(M.Araz). Seirin müəyyən qaydalara əməl etməyi tələb
edən çərsivəsindən publisistikada tam
azadlığa çıxan müəllif yazır:
“Publisistika şeirdən və nəsrdən daha genis imkanlara
malikdir” (M.Araz). Belə ki, “serin gülləsi birbasa sair
barmagindan qopub hədəfə getmir” (“Kürlə
yarışan nəgmələr”). Publisistikanın gülləsi
isə birbasa hədəfə gedir və Məmməd Araz bu
imkandan mahir bir qələm sahibi, xalqının
qayğıları ilə yasayan vətəndas, bir sənət
adamı kimi istifadə edir”.
M.Araz çağındakı gəncliyin kövrək axtarışlarına, tapıntılarına ümidlə yanaşır, onları ruhlandırır: “Gəncliyin yaradıcılığında müasirliyə güclü meyl var. Onlar müasir mövzunu müasir adamların qəlbindən, hiss və düşüncə ələyindən keçirib sənət əsərinə çevirə bilir. Bəzən də gözdən salıb köhnəldir. Burada kimin nəyi necə görə bilməsi istedadı üzə çıxır. Poeziya o zaman yaranır ki, onun predmeti və obyekti var, bunlara istedadın ağıl fanarı yönəlib. Bu fanar hər görünəni deyil, məhz görməlini göstərir. Gözəllik ola biləcək lövhəni işıqlandırır. Gözəllik o zaman gözəldir ki, o, dərk edilir, öz estetik səviyyəsinə qaldırılır və yüzlərin, minlərin zövqünü oxşaya bilir.Sənətkardan xaric sənətin gözəlliyi yoxdur. O varlıq sənətkarın fikrində mayalanır, qəlbində yetkinləşir, zəhmətində dünyaya gəlir. Bəzən deyirlər ki, filankəsin filan obrazı həyatdan gəlib. Əslində bu, fotoçuluq olardı. Əksinə, C.Cabbarlı – Yaşarı, Almazı, Sevili həyatdan gətirməyib, onları həyata gətirib. Burada həyatdan gətirmək görünməyən, həyata gətirmək isə görünən prosesdir. Qranitin təbii halda yaranışını görmək mümkün deyil. Qavranılan, duyulan həyat sənətkar dünyasının ab-havasına uyğunlaşıb kristallaşır, külçələşir, sonra müxtəlif minerallara parçalanıb üzə çıxır. Əlbəttə, bəzən adi əhvalatlar da nəzmə çəkilir, məlum forma qəlibinə salınıb qafiyələnir, rəngsiz, boyasız, dadsız, duzsuz söz yığını şəklində mətbuat səhifələrinə səpələnir. Təbiilik adına bəsitlik, yenilik adına sintetiklik poeziyamıza yol tapa bilir. Bunların müəllifləri heç bir planetdən gəlməyib, bunlar biz özümüzük. Şair olan özümüzdən şair olmayan özümüzü bir cərrah dəqiqliyi və cəsarəti ilə qoparmaq ədəbi sağlamlıqdır. Bu əməliyyatı ədəbi tənqid müntəzəm aparmalıdır. Səmimiyyətlə, qayğı və cəsarətlə”.
Zamanındakı yeni imzalardan danışan M.Araz ənənə və novatorluq məsələsinə maraqlı baxış sərgiləyir: “Vaxtilə «ox kirpik», «kaman qaş», «mərmər sinə», «alma yanaq» və s. yaxşı tapılmış, orijinal obrazlar idi. Epiqonçu şairlər bu ifadələri gəvələyib hörmətdən saldı. Arada yenə yazıq ilk müəllif unudulub getdi. Zənnimcə, ənənə və novatorluq heç vaxt bir-birini dəf eləmir. Əksinə, bir-birini yaşadır, bu ona, o buna təkan olur. Bir-birinin cazibəsi ilə orbit tapa bilirlər. Bunlar təxminən mərkəzəqaçma və mərkəzdənqaçma qüvvələri kimi bir-birinə bağlıdır. Məsələ onlara yiyələnmək istedadındadır. Poeziyamızda müxtəlif səslilik, rəng, boya, ilmə və toxunuş əlvanlığını alqışlamaq, bunların bir-birini tamamlamasına katalizatorluq eləmək ədəbi tənqidimizin borcudur. Qoy biri mənzil başına qatarla, biri təyyarə ilə, digəri gəmi ilə getsin. Məsələ bu gedişin sürətində deyil, məsələ hansı yükü aparmağındadır.
Hər bir gənc yazıçının əsəri vaxtında qayğı ilə təhlil olunub yöndəmli, qərəzsiz vicdan tərəzisində çəkilməlidir. Yoxsa kiməsə bir qucaq tərif çiçəyi bağışlamaq, kiminsə üstünə qara pıtraq atmaq nə ayıq oxucunu, nə də qayəsinə, məsləkinə bağlı yazıçını yolundan sapdıra bilər. Bir dəli bir quyuya daş yox, bir ovuc zəhər də ata bilər. Ancaq yüz ağıllı gərək bunu görüb əncam çəksin. Hər bir yazıçı öz günündən, öz ayından, öz ilindən başlayır. Klassikliyə gedən bütün yollar müasirlik körpüsündə düyünləşib açılır.
Poeziyanın əbədi qəhrəmanlarından biri həqiqətdir. Lakin həqiqət hələ poeziya deyil. Gərək bu həqiqət elə bir dildə danışsın ki, onu eşitmək istəyənin qulağını deşib boğazına tıxanmasın, beynini cırmaqlayıb ürəyində kirəcləşməsin. Bu dildə adi adiliklər fəlsəfi mətləblər donunda, fəlsəfi mətləblər isə bir boz daş çılpaqlığı kimi dərk edilə bilsin.
Bütün bu həqiqətlər o zaman sənət həqiqəti olur ki, bunlar sənin vətəndaşlıq borcun və idealın, qayə və məsləkinlə birləşir. Bizim gənclik poeziyamızda dediklərimiz var. Bu meylin daha da alovlandırılması ehtiyacı indi sənətin qarşısında ciddi vəzifə kimi durur. Dünyamız dəyişib yeniləşdikcə, sıçrayışlı ixtiralar əsrində yeni-yeni xarüqələri gördükcə insan heyrətə düşür, bu xoş heyrəti onun üzündən müharibə vahiməsi qovmağa çalışır. Ümumiyyətlə, o, bu aləm üçün, bu aləmin övladı olan şeir-sənət üçün həmişə narahatdır. Bəzən o, hamarlıq, ahəngdarlıq dalınca qaçsa da, vətən övladı olduğunu, ona xidmət etdiyini yadından çıxartmır”.
Onun şeirlə bağlı qənaətləri də maraqlıdır: “Şer fikirlə hissin şərikli övladıdır. Hansının ata, hansının ana olduğunu demək çətindir. Bu, mürəkkəb təfəkkür prosesidir. Yaxşı olar ki, ürək ağıllı, ağıl isə ürəkli olsun. Bunlar öz övladlarını birlikdə böyüdüb tərbiyə etsinlər. Zaman dəyişir. İnkişaf edir. Yeniləşir. Dilin qrammatik quruluşu da müəyyən zəlzələyə məruz qalır. Əbədi qəliblər, ölçü və meyarlar yoxdur. Məzmuna nisbətən daha çox mühafizəkar olan əbədi formalar «təzə məzənnə» və dəblərə biganə qalmır, öyrənir, hərdən «özünü təmir eləməkdən» də qorxmur. Lakin burada milli iftixar nizamnaməsinin müstəsna (istisna) bəndlərindən biri deyir ki, səni qatara mindirib təhsil və dünya səyahətinə göndərən valideynə əlvida deməyə mənəvi haqqın yoxdur. Tale elə gətirir ki, sən bir daha onlarla görüşməyə, dilində danışmaya, məişətində isinməyə bilərsən. Fəqət onların qanını distilə edib qanından qovmağa haqqın yoxdur. Ata qanı, ana südü ilə yalnız fəxr eləmək olar. Bunlar heç biri ağıl və dərrakə, hiss və qavrayışında yeni alımları, yeni çəkmələri, yeni görüşləri müasirliklə üz-üzə qoymur. Heç bir elmin «hava bürosu» xəbər verə bilməz ki, yüz ildən sonranın nəğmə yağışı, qarı nə donda olacaq. Bir həqiqət var ki, get-gedə bütün xalqların nəğmələri bir-birindən daha çox öyrənir, fikir qonşuluğu yaranır. Mədəni inkişaf, dil öyrənmə amilləri, hər şeydən əvvəl azadlıq meylləri xalqlararası milli fərq məsafəsini xeyli yaxınlaşdırır. Müəyyən irqi, etnik xüsusiyyətlər gələcəkdə sənətin milli rənglərinə necə təsir edəcəkə, bu, gələcəyin işidir. Onların hüququna müdaxilə etməyək. Gələcək nəsil bu günün övladından soruşmayacaq ki, niyə mənim üçün hazır süfrə bəzəyib, anlayışlar həbi yaradıb getməmisən. O, birinci növbədə bizdən bizim əsrin bədii təfəkkür tərzini, adamların sevgi-məhəbbət necəliyini, estetik duyum səviyyəsini və s. öyrənəcək. Elmsiz, biliksiz şairin qurduğu binanın özülü, əsası ola bilməz. Şair yüksək mədəniyyət sahibi olmalıdır ki, cəmiyyəti elm cəhətdən dərk eləsin və bu düzgün elmi anlayış qeyri-adi bədii obrazlarda öz ifadəsini tapa bilsin”.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 28 noyabr.- S.11.