Milli-mənəvi dəyərlərimizin
KIV-də qorunması problemi
Bu sahədə
hər bir jurnalistin üzərinə
böyük məsuliyyət
düşür
Yaşadığımız XXI əsr kəskin ziddiyyətləri
ilə zəngin olan qarışıq,
"mədəni dünya"nı özündə
təcəssüm etdirməkdədir.
Zahirən bəzəkli görünən
bu dünya, öz qanunları ilə maraqlar və iddialar üzərində qurulmaqla
yanaşı mənəvi
dəyərlərin deqradasiyasına
da səhnə olmaqdadır. Mənəvi-mədəni irsə etinasız münasibət təəssüf
doğuracaq haldır və bu etinasızlıq
xalqı öz tarixi yaddaşını itirməyə sürükləyə
bilər. Nə yazıq
ki, bəzən bu deqradasiyasının katalizatoru gündəlik həyatımızı bir
anlıq olsun belə onsuz təsəvvür etmədiyimiz
media - mətbuat, televiziya,
radio və internetdir.
Hər bir jurnalist həm də məhz bu xalqın övladıdır, mətbuatımız
da azərbaycançılığımıza
xidmət etməlidir. Xalqımızın müqəddəs nemətləri
kimi əziz tutduğu mənəvi-əxlaqi
dəyərlər hər
məqamda göz bəbəyi kimi qorunmalıdır. Bir sıra
xarici ölkələrdə
çap olan pornoqrafik jurnalların gətirilməsi, yayılması,
eləcə də respublikamızda nəşr
olunan çoxsaylı
jurnallar, sarı piyarlar sözsüz ki, Azərbaycan ailəsinə daxil olur, oxunur və
böyüklü-kiçikli baxılır. Bəzi
televiziyalardakı eybəcərliklər,
istedadsız şou-biznesin
bəzi nümayəndələrini,
onların guya bariz olan əməllərini
təbliğ edən,
boş laqqırtıdan
başqa bir şeyə oxşamayan verilişlər, qeyri-etik məqamlar əks olunan reklamlar, kino-filmlər, insan heysiyyatına ləkə gətirən məqamlar, zorakı filmlərin nümayişi əslində
efiri doldurmaq məqsədi olsa da, sözsüz ki, gənclərimizin əxlaqi dəyərlərinin
aşılanmasına təsir
göstərir. Hörmətli jurnalistlər, dünya şöhrətli, gözəl
xalqımızı və
onun şəxsiyyətlərini
və bariz nümunə olan əxlaqi dəyərlərimizi
dünyaya beləmi tanıdarlar?!
Müasir jurnalistkanın dinamik inkişafı və informasiya məkanının
qloballaşması dünyanın
istənilən nöqtəsinə
öz təsirini göstərir. Mətbuat, televiziya və
radio, multimedia və internet şəbəkələri milyonlarla
insanın evinə girməkdədir. İnformasiya axını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli
rıçaqlardan birinə
çevrilib. Bütün bunlarla
yanaşı qeyd edilməlidir ki, güclülər informasiyanın
toplanması, saxlanması,
işlənməsi, yayılması
və istehsalı proseslərində də öz qayda-qanunlarını
diqtə edirlər.
Bu gün ölkə
mediasındakı vəziyyəti
nəzərdən keçirərkən
heç də ürəkaçan mənzərə
ilə qarşılaşmırıq. Kütləvi informasiya vasitələrində
gedən materiallarda xalqımızın əxlaq
normaları gözlənilməli,
bayağı xarakter daşımamalıdır. Biz elə bir
zamanda yaşayırıq
ki, gənclərimizin
mənəvi – əxlaqi
zəmində yazılmış
məqalələrə böyük
ehtiyacı var. Bu gün
kütləvi informasiya
vasitələri gənclərimizin
milli dəyərlər
zəminində tərbiyə
olunmasında güclü
vasitədir. Xüsusilə, gənc, yeniyetmə qızlarımızın ağır,
mürəkkəb zaman
kəsiyində düzgün
tərbiyə olunmasında
KİV böyük qüvvəyə
malikdir. Lakin təəssüf
ki, elə mətbuat nümunələri
var ki, ucuz
sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir,
gəncliyin mənəviyyatına
açıq-aşkar böyük
zərbələr vurur.
Bazar iqtisadiyyatı dövründə
əvəzsiz məfkurə
sahəsi olan medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək olmalıdır.
Təsirli, cəlbedici, məntiqi,
reallığa söykənən
ibrətli yazılarla
mətbuat bu günün problemlərindən
söz açmalı,
cəmiyyəti maraqlandıran
hadisələr barədə
tərəfsiz, dəqiq
və qərəzsiz informasiya ötürücüsünə
çevrilməlidir. Çünki yaradıcılıq üçün
ən zəngin mənbə həyatdır,
yaşayıb yaradan insanların fəaliyyətidir.
Söhbətlərində, geyim-geçimlərində xalqının
milli-mənəvi dəyərlərinə,
tarixinə, adət-ənənələrinə
laqeyd qalan gənclərin taleyi, cəmiyyətdə «avropalaşmaq»
adı ilə özünə yer tapmağa başlayan mənəvi deqradasiya mediada həyəcan təbili çala bilmir. Əvəzində isə
sensasiya doğuran, qeybət xarakterli
bəsit xəbərlər,
milli psixologiyamıza qətiyyən uyuşmayan,
yüz ildə bir dəfə təsadüfən baş
vermiş bayağı
nəsnələr, incəsənət
ulduzlarının şəxsi
həyatında baş
vermiş mənasız,
cəmiyyət üçün
heç bir əhəmiyyəti olmayan
hadisələr, abırsız
şəkillər, kollajlar
mediada istənilən
qədərdir. Bəzi mətbuat
orqanları tarixi ənənələrimizdən uzaq düşür, öz kökümüzə
balta vurur, satira əvəzinə söyüş, tənqid
əvəzinə təhqir
yazırlar.
Böyük və ciddi məsələrdən
biri də ölkədə sektant qrupların, missionerlərin,
özünü əsl
müsəlman kimi qələmə verən qeyri-ənənəvi təriqətlərin
surətlə artmasıdır. Bütün bunlar
gənclərə böyük
təsir göstərir,
onları milli-etnik kökdən ayırıb
özgə dünyagörüşünün,
yad mənəviyyatın
və dinin quluna çevirir. Bu cür fəaliyyət
təkcə jurnalistikanın
praktikasına deyil, milli-mənəvi dəyərlərimizə,
əxlaq və etik normalara da ziddir. Xalqımızın bariz qəhrəmanlıq
tarixi, comərd nəsilləri var. Zaman-zaman
Vətən təhlükədə
olanda qəhrəman oğullar silaha sarılıb el-obanı, müqəddəs torpaqlarımızı
qorumaq uğrunda canlarını belə fəda etmişlər.
Vətənpərvərlik xalqımızın qan yaddaşıdır.
Zaman ötsə də, bu böyük, bəşəri hisslər
millətimizin, xalqımızın
həyatında həmişə
başlıca meyar olmuş, bir xarakter kimi formalaşmış,
nəsillərin fəaliyyətinin
fövqündə dayanmışdır.
İnsanların vətəndaş cəmiyyətində
münasibətlərini tənzimləyən
əsas vasitələrdən
biri əxlaqi-mənəvi
mədəniyyətdir. Onu da bildirək ki, hər bir insan
öz həyatının
müəllifidir. O, bütün
dünya həyatı
boyu özünü islah etməyə, öz daxili aləmini saflaşdırmağa
və mənəvi kamilliyə yetişməyə
cəhd etməlidir. Bir sözlə, xalqın aparıcı hissəsi,
etnik birliyin yaratdığı əxlaq mənəvi mədəniyyəti
inkişaf etdirərək onu yaşadır. Milli-mənəvi dəyərlər insan həyatına
daxil olaraq fərdi mənsub olduğu xalqın ideallarına
qovuşdurur. Milli-mənəvi dəyərləri
xalq, cəmiyyət yaradır, şəxsiyyət isə onu mənimsəyərək
formalaşır. Milli-mənəvi dəyərləri
mənimsəyən insan onu özününküləşdirir.
Əxlaqi-mənəvi mədəniyyət və
onun tərkibinə daxil olan ənənələri, mentaliteti
sıxışdırmaq və milli şüuru kosmopolitləşdirməklə
qloballaşma millətin özünüqoruma instiktlərini zəiflədə
bilər. Buna görə qloballaşma
şəraitində milli-mənəvi dəyərlərimizi təhlükədən
uzaqlaşdırmaq üçün milli-fəlsəfi fikrə
istinad etmək, milli ideologiya və milli-sosial
özünüqoruma şüuru formalaşdırmaq, milli və
ümumbəşəri dəyərlərin müasirliyin məzmunu
müstəvisində vəhdətinə nail olmaq vacibdir.
Azərbaycanın Avropaya inteqrasiya olunması,
onun müasir Qərb sivilizasiyasının dəyərlərini
qəbul etməsi heç də Azərbaycanın öz milli
və dini varlığından imtina etməsi demək deyil.
Əxlaqi-mənəvi mədəniyyət
praktik mənəviyyatı şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin, hər
hansı sosial qrupun qazandığı mənəvi inkişaf
ölçüsüdür. Bu
ölçü mənimsənilmiş və insan fəaliyyətində
realizə olunan mənəvi sərvətlərlə xarakterizə
olunur. Mənəviyyat kimi mənəvi mədəniyyət
də mənəvi şüuru, əxlaqi münasibətləri
və mənəvi fəaliyyəti əhatə edir.
Hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət
məsələləri vacibdən vacib məsələlərdir:
«Əxlaqi, mənəvi vəziyyəti lazımi səviyyədə
olmayan dövlət hüquqi dövlət ola
bilməz. Şərq mədəniyyətinin də
elmi, idraki nüvəsində bu prinsiplər dayanır. Əhalinin mənəvi səviyyəsi yüksək
olmadıqda qanunların mahiyyəti, onlara əməl
olunmanın mədəniyyət olduğu dərk olunmur. Camaat ancaq qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə,
mütiləşmə, şəxsiyyətsizləşmə
baş verir. Bir sözlə əhalinin keyfiyyəti
aşağı düşür. Təəssüf ki, indi bizdə
bu sahədə ciddi problemlər yaşanmaqdadır. Xalqın əsrlər
boyu formalaşmış əxlaqi- mənəvi dəyərləri
ciddi aşınmaya məruz qalmışdır. Fikir verin, məsələn
ailə zəminində qətl hadisələri nə qədər
artıb! Elə başqa sahələrdə də… Buna
televiziyalar, sosial mühit, rüşvətxorluq
hallarının yayılması və s. hallar səbəb
olur. Bu böyük potensialımızın formalaşmaqda olan
vətəndaş cəmiyyətinə ötürülməsində
problemlər yaşanmaqdadır. Ona görə də hər
bir milli, müstəqil dövlətin ən mühüm vəzifələrindən
biri də əxlaqi-mənəvi məsələlərə
diqqətin artırılmasıdır.
Azərbaycanın
Avropaya inteqrasiya olunması, onun müasir Qərb sivilizasiyasının
dəyərlərini qəbul etməsi heç də Azərbaycanın
öz milli dəyərlərindən imtina etməsi demək
deyil. Əxlaqi-mənəvi mədəniyyət praktik mənəviyyatı
şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin,
hər hansı sosial qrupun qazandığı mənəvi
inkişaf ölçüsüdür. Bu ölçü mənimsənilmiş
və insan fəaliyyətində realizə olunan mənəvi
sərvətlərlə xarakterizə olunur. Mənəviyyat
kimi mənəvi mədəniyyət də mənəvi
şüuru, əxlaqi münasibətləri və mənəvi
fəaliyyəti əhatə edir. Hüquqi dövlətdə əxlaqi-mənəvi
mədəniyyət məsələləri vacibdən vacib məsələlərdir.
Azərbaycan dövləti də bu kimi məsələlərdə,
milli-mənəvi dəyərlərimizin təbliğatında
KİV-ə yardım edir. Belə ki, 2002-ci ildə Milli
Televiziya və Radio Şurası, 2003-cü ildə Mətbuat
Şurası, 2007-ci ildə Azərbaycan Respublikası
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurası və 2009-cu ildə isə Azərbaycan
Respublikası Prezidenti yanında KİV-ə Dəstək
Fondu yaradılıb. Bu qurumlar yazılı və elektron
mediada digər sahələrlə yanaşı milli-mənəvi
dəyərlərimizin qorunması ilə bağlı ictimaiyyət
arasında maariflənmə işinin aparılmasında onlara
böyük dəstək olur. QHT-lərə Dövlət Dəstəyi
Şurası milli-mənəvi dəyərlərimizin
qorunması və inkişaf etdirilməsi üçün hər
il 30-dan çox QHT-yə maliyyə dəstəyi göstərir.
KİV-ə Dəstək Fondu isə ildə 2 dəfə
30-40 yerli mediaya maliyyə dəstəyi göstərir. Bir
çox mətbuat orqanı daha çox mənəvi dəyərlərimizin
qorunması, xalqın adət-ənənlərinin
yaşadılması mövzuları ilə bağlı fonda
müraciət edir.
Cavid
Xalq Cəbhəsi.- 2014.- 29 noyabr.- S.11.