“Binəqədi rayonunun
sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“
Bu gün Azərbaycanda gedən sosial iqtisadi inkişaf paytaxt və ətraf rayonlarda daha çox hiss olunur. Bakının Binəqədi rayonu isə bu baxımdan
xüsusilə fərqlənir.
Rayonda abadlıq quruculuq işləri və mükəmməl layihələr həyata keçirilir. Qış mövsümü ərəfəsində
olduğumuz üçün
ilk növbədə rayonda
qış mövsümünə
hazırlığın necə
getməsi ilə maraqlandıq. Binəqədi
rayonunda qış mövsümünə hazırlıqla
bağlı bütün
zəruri tədbirlər
həyata keçirilir.
Rayonda istilik sisteminin yaxşılaşdırılması
tədbirləri diqqət
mərkəzində saxlanılır.
Qeyd edək ki, soyuq günlərdə
sakinlərin istilik, elektrik enerjisi və “mavi yanacaq”la
təchizatı sahəsində
bir çox işlər həyata keçirilib. İstilik Sistemləri İstismarı
Sahəsi (İSİS) tərəfindən
müvafiq tədbirlər
reallaşdırılıb: müxtəlif diametrli köhnə borular dəyişdirilib, istismar müddətini başa vurmuş siyirtmələr,
nasos mühərrikləri
yeniləri ilə əvəz olunub və qazanxanalar işlək vəziyyətə
gətirilib. Yaşayış
binalarının aşağı
paylayıcı istilik
sistemlərində də
lazımi təmir işləri aparılıb.
"Azəristiliktəchizat" ASC-nin 3 saylı
İSİS-in rəisi Rövşən
Tağıyev bildirdi ki, Binəqədi rayonunda 3 və 15 saylı İSİS-i fəaliyyət göstərir.
3 saylı İSİS xidməti
ərazisində 7 və
8-ci mikrorayonları, Ə.Naxçıvani
küçəsini, Dərnəgül
və M.Ə.Rəsulzadə
qəsəbələrini istiliklə
təmin edir. 6 və 9-cu mikrorayonlara, habelə Biləcəri qəsəbəsindəki hündürmərtəbəli
binaların istilik təchizatına 15 saylı
İSİS nəzarət edir.
R.Tağyev qeyd edib ki, noyabrın
15-dən qış mövsümünün
başlanması ilə
əlaqədar "Azəristiliktəchizat"
ASC tərəfindən hazırlanmış
Tədbirlər Planında
Binəqədi rayonu ilə bağlı nəzərdə tutulmuş
işlər qrafik üzrə mərhələli
şəkildə başa
çatdırılıb. İdarə
rəisi onu da vurğulayıb ki, qış mövsümündə 9 məhəllədaxili
qazanxana, 8 istilik məntəqəsi və
3 saylı rayon istilik qazanxanası işlək vəziyyətdə olacaq:
"Bu il 8-ci mikrorayonda
iki yeni qazanxananın tikintisi planlaşdırılır".
Nümunəvi məhəllələrin sayı artır
Binəqədi rayonunda uğurla
həyata keçirilən
kompleks quruculuq işləri 8-ci mikrorayonda
da özünü qabarıq göstərir. Ərazidə təmir-tikinti
işlərinə bu ilin əvvəlindən başlanılıb. Azadlıq
prospekti 188-də - 28 saylı
binanın binanın arxa hissəsində yeni salınacaq parkın ərazisində ağaclar əkilib, yaşıllıqlar yaradılıb,
yerə üzlük daşlar döşənib,
bardürlər yenisi ilə əvəzlənib,
uşaqların əylənmələri
üçün attraksionlar
quraşdırılıb. Park xüsusi zövqlə bəzədilib.
Ərazidə yaşayan rayon sakini
Yenigül Mustafayeva görülən işlərin
hamının ürəyincə
olduğunu bildirdi:
"İndi rayonun hər tərəfində
abadlıq işləri
aparılır. 37 ildir
bu rayonda yaşayıram, amma belə genişmiqyaslı
abadlıq işlərinin
şahidi olmamışam.
Yaşadığımız binanın arxa tərəfi bərbad vəziyyətdə idi. Orada “Abad məhəllə”nin
yaradılacağını eşidəndə çox
sevindik. İndi səbirsizliklə abadlıq
işlərinin yekunlaşmasını
gözləyirik”.
Digər
rayon sakini Oruc Mirzəyev isə qeyd etdi ki,
son vaxtlar 8-ci mikrorayonda
aparılan genişmiqyaslı
yaşıllaşdırma işləri
göz oxşayır:
“Sevinirəm ki, yaşadığım binanın
yanında gözəl
park salınıb. 8-ci mikrorayonda
bundan əvvəl də bir neçə
nümunəvi məhəllə
yaradılıb. Əksər
yaşayış binalarının
qarşısında mini-parklar,
geniş yaşıllıqlar
salınıb. Görülən
işlərin nəticəsidir
ki, Binəqədi paytaxtın ən gözəl və baxımlı məkanlarından
birinə çevrilib”.
Rayon sakini Firuz Həsənovun
sözlərinə görə,
son vaxtlar rayonda görülən işlər
sakinlərin arzularının
reallaşmasına səbəb
olur: “Binəqədi rayonunda həqiqətən
də böyük işlər görülür
- park və bağlar salınır, yollarımız
yenidən qurulur. Vaxtilə zibillə çirklənmiş ərazilər
təmizlənir, yerində
abad məhəllələr
salınır. «Təmiz
Binəqədi" layihəsi
çərçivəsində yeni zibil qutuları
qoyulur. Abadlıq-quruculuq
işləri çərçivəsində
qanunsuz tikililər, çəpərlər sökülərək
ləğv edilir”.
Təmizlik işlərinə nəzarət
gücləndirilir
Binəqədi Rayon İcra Hakimiyyətinin
təşəbbüsü ilə icrasına başlanılmış "Təmiz
Binəqədi" sosial
layihəsi çərçivəsində
abadlıq-quruculuq tədbirləri
yüksək templə
davam etdirilir. Ötən müddətdə
layihə çərçivəsində
nəzərdə tutulmuş
tədbirlər uğurla
icra edilib, rayonun müxtəlif ərazilərində davamlı
olaraq iməciliklər
təşkil olunub. Əhali tərəfindən
də birmənalı
olaraq dəstəklənən
layihə Binəqədidə
abadlıq-quruculuq işlərini
bir qədər də sürətləndirib.
Bu prosesdə rayonun Mənzil-Kommunal Təsərrüfat
Birliyi də (MKTB) yaxından iştirak edir. Birliyin nəzarətində olan yaşayış massivlərində
aparılan abadlıq-quruçuluq
işləri ardıcıl
və sistemli olması ilə diqqəti cəlb edir.
8-ci mikrorayonun ərazisində
yerləşən, "Ən
təmiz MKİS" müsabiqəsində
iştirak edən 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi
Namiq Qarayev bildirdi ki, qurum
öz səlahiyyətləri
çərçivəsində abadlıq-quruculuq işlərində
fəal iştirak edir: "72 saylı
MKİS-in Binəqədi və
M.Ə.Rəsulzadə qəsəbələrində
də xidməti əraziləri mövcuddur.
8-ci mikrorayonda isə bizim balansımızda 19 çoxmənzilli bina var.
"Təmiz Binəqədi"
sosial layihəsi nəticəsində sakinlər
arasında təmizlik
işlərinə ictimai
nəzarət xeyli gücləndirilmiş və
əhaliyə göstərilən
sosial xidmətlərin
keyfiyyəti yüksəlib”.
N.Məmmədovun sözlərinə
görə, son aylar
MKİS-ə məxsus ərazilərdə
xeyli abadlıq işləri görülüb:
"Ötən vaxt ərzində Azadlıq prospekti 186/26, Nizami Nərimanov küçəsi
77, 85 və 86 saylı
binaların qarşısında
abadlıq-quruculuq işləri
həyata keçirilib
və burada insanların istirahəti üçün lazımi
şərait yaradılıb.
Binaların qarşısındakı
mini-parklarda 632 ədəd
bəzək kolu, 48 ağac, 4 min kvadratmetrdən
çox çəmənlik
salınıb. Yaşayış
binalarının girişləri təmir edilib, su, qaz və
işıqla bağlı problemlər aradan
qaldırılıb. Yaradılmış parklarda əhalinin
istirahəti üçün söhbətgahlar inşa edilib və
idman qurğuları quraşdırılıb”. Bildirilib ki,
başlanmış quruculuq işləri digər xidməti ərazilərdə
də uğurla davam etdirilir: "M.Ə.Rəsulzadə qəsəbəsində
yerləşən çoxmənzilli binaların həyətlərində
təmir-tikinti işləri həyata keçirilib. Təkcə
son aylarda xidməti ərazimizə aid olan Binəqədi qəsəbəsində
yerləşən mərkəzi küçə, habelə 179
və 182 saylı tam orta məktəblərin yerləşdiyi
ərazilərdə genişmiqyaslı abadlıq işləri
görülüb. Burada yollar Avropa standartlarına uyğun təmir
olunub. Küçə boyu yerləşən binaların
fasadları və dam örtükləri dəyişdirilib.
Ərazidə geniş yaşıllıq salınıb, küçələrdə
yeni zibil qutuları quraşdırılıb. Bu günlərdə
ölkə başçısı cənab İlham Əliyev
qəsəbədə yerləşən 182 saylı orta məktəbin
açılışında iştirak edib, ərazidə
görülən işləri yüksək qiymətləndirib".
“Təmizliyə
riayət etmək hər kəsin borcudur”
Birinci
Avropa Oyunları ərəfəsində Binəqədi Rayon
İcra Hakimiyyətinin təşəbbüsü ilə
icrasına başlanmış "Təmiz Binəqədi"
layihəsi çərçivəsində nəzərdə
tutulmuş tədbirlər uğurla icra edilib, rayonun müxtəlif
ərazilərində davamlı olaraq iməciliklər təşkil
olunub. Layihənin Binəqədi rayon sakinləri tərəfindən
ciddi dəstək alması abadlıq-quruculuq işlərini
bir qədər də sürətləndirib.
Rəyini
soruşduğumuz sakinlər "Təmiz Binəqədi"
layihəsini dəstəklədiklərini və ona
böyük həvəslə qoşulduqlarını bildirdilər.
Sorğumuzu cavablandıran 8-ci mikrorayon, Nizami Nərimanov
küçəsi 21 saylı binanın sakini Novruz Xuduyev də
layihəni dəstəklədiklərini bildirdi: “Uzun müddət
bu ərazidə yaşayan sakin kimi deyə bilərəm ki,
"Təmiz Binəqədi" layihəsi həqiqətən
də çox uğurlu təşəbbüsdür. İlk
gündən bu təşəbbüsü dəstəkləmişəm
və onun binəqədililər üçün uğurlu
olacağına inanıram. Təmizlik gözəl şeydir.
İnsanlar yaşadığı binanı və küçəni
təmiz saxlamalıdır. Bunun üçün rayonumuzda hər
çür şərait yardılıb.
Yaşadığımız binanın
yaxınlığında müasir tələblərə
cavab verən zibil qutuları yerləşdirilib”.
Binəqədi
rayon sakini İsmayıl Bayramov "Təmiz Binəqdi"
sosial layihəsinin rayonun inkişafı baxımından
mühüm əhəmiyyətə malik olduğunu bildirdi. O,
vurğuladı ki, Binəqədi rayonunda təmizliklə
bağlı aparılan işlər digər rayonlara əsl
nümunədir: “Rayonda abadlıq-quruculuq istiqamətində
xeyli işlər görülüb. İndi küçə və
məhəllələrdə səliqə-sahman hökm
sürür...".
7-ci
mikrorayon 35 saylı binada yaşayan Məhərrəm Babayev də
görülən işlərdən
razılığını ifadə etdi:
"Yaşadığımız binada abadlıq-quruculuqla
bağlı xeyli işlər görülüb.
İşıq, qaz, su ilə bağlı problemimiz yoxdur.
Sakinlərin normal istirahəti üçün həyətlərdə
mini-parklar salınıb. Şəxsən mən ərazidə
aparılan abadlıq işləri ilə bağlı bir sakin
kimi əlimdən gələni əsirgəmirəm.
Çünki bu işlər məhz bizim
rahatlığımız üçündür".
Həmsöhbətimiz
Şükür Məcidov da rayonda təmizlik işlərinə
xüsusi diqqətin olduğunu qeyd edib: "Görülən
işdən gül iyi gələr. Yaşadığım
8-ci mikrorayonun bu cür abadlaşdırılacağını
əvvəllər ağlıma belə gətirmirdim. Amma
qısa vaxt ərzində mikrorayonda çox böyük
işlər görüldü. İndi belə abad bir məkanda
yaşamağa dəyər".
Binəqədi
rayon sakini Mübariz Həmidovun fikrincə, insanlar nəinki mənzillərini,
yaşadıqları əraziləri də təmiz saxlamağa
borcludurlar: "Bu prosesə könüllü
qoşulmuşam. Əgər hər bir sakin öz
yaşadığı ərazini təmiz saxlasa, bu işə
ürəkdən yanaşsa, təbii ki, qarşıya qoyulan məqsədə
çatmaq heç də çətin olmaz ".
“Abadlıq
işləri yüksək keyfiyyətlə aparılır”
Binəqədi
rayonu ərazisində Qəsəbələrarası və məhəllədaxili
yollarda, mərkəzi küçə və məhəllələrdə,
yaşayış binalarının fasad və dam örtüklərində,
park və meydanlarda əsaslı təmir işləri bu
gün də davam etdirilir. Təkcə ötən il Binəqədi
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
rayonda xeyli sayda abad məhəllə salınıb və
müasir tələblərə cavab verən istirahət mərkəzləri
yaradılıb. Bu baxımdan, rayonda 6 və 9-cu mikrorayonlarda
görülən işlər diqqəti xüsusi cəlb edir.
Hazırda "Təmiz Binəqədi" sosial layihəsi
çərçivəsində işlər bir qədər də
sürətləndirilib...
Əli Zülfüqaroğlu
Xalq Cəbhəsi.- 2014.- 29 noyabr.- S.6.