Azərbaycan Cümhuriyyəti hökumətinin
xəbərləri...
Başlıca məqsəd yeni
yaranmış cümhuriyyətin adının Azərbaycan və
rus dillərində çıxan "Azərbaycan"
qəzetinin adı ilə dünyaya yaymaq idi
Azərbaycan milli mətbuat tarixində əhəmiyyətli məqamlardan biri də 1918-20-ci illərdə rəsmi "Azərbaycan" qəzetinin işıq üzü görməsidir. Tanınmış tədqiqatçı, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev bildirir ki, Azərbaycan Demokratik Respublikası hökumətinin rəsmi dövlət mətbuat orqanının yaranması müstəqil dövlətin əsas atributlarından biri idi. 1918-ci il iyulun 3-də hökumət "Azərbaycan Cümhuriyyəti hökuməti xəbərləri"nin nəşrinə başlamaq haqqında qərar qəbul etdi. Həftədə iki dəfə buraxılması nəzərdə tutulan "Hökumət xəbərləri"ndə əsasən milli hökumətin, ayrı-ayrı nazirliklərin qəbul etdiyi qərarlar, təlimatlar, hökumət xəbərləri, elanlar və s. dərc edilirdi: "Amma hökumətin siyasi kursunun xalqa izah edilməsinə imkan verən mətbuat orqanının yaradılması zəruri idi. Bütün çətinliklərə baxmayaraq belə bir mətbu orqanının yaradılması üçün hökumət ciddi səylər edirdi. 1918-ci il sentyabrın əvvəllərində Gəncədə "Azərbaycan" adlı hökumət qəzetinin nəşri haqqında qərar qəbul edildi. Başlıca məqsəd yeni yaranmış cümhuriyyətin adının Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" qəzetinin adı ilə dünyaya yaymaq idi".
Qəzetin ilk sayı 1918-ci il sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap edilib. 4 səhifəlik ilk sayın iki səhifəsi Azərbaycan, iki sayı isə rusca buraxılmışdı: "Qəzetin Gəncədə cəmi dörd sayı işıq üzü görmüşdü. Görünür, ya mətbəə işçiləri, ya da şrift çatışmazlığı səbəbindən, yaxud da redaksiya işçilərinin olamamasına görə Gəncədə nəşr edilən "Azərbaycan" qəzeti əsasən rusca buraxılmışdı".
Qəzetin ilk sayı Bakının azad olunduğu möhtəşəm günə təsadüf edirdi: "Bu sayda verilən xəbərdə deyilirdi ki, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edilərkən 30 minə yaxın silahlı düşmən əsir alınıb, çoxlu qənimət ələ keçirilib. Hazırda şəhərdə sakitlik hökm sürür. Qəzetin bu sayında Məhəmməd Hadinin türk əsgərinin qəhrəmanlığını vəsf edən "Türk nəğməsi" şeiri də dərc olunmuşdu".
Artıq 4-cü sayda qəzetdə elan verilir ki, qəzet Bakıya köçür. Bakıda "Azərbaycan" qəzetinin ana dilimizdə ilk 5-ci sayı 1918-ci il oktyabrın 3-də, rusca isə 7-də çap edilir. Bu saydan başlayaraq qəzetin adının altında "Gündəlik siyasi-ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir" sözləri yazılır: "Hoyabrın 28-dən Azərbaycan dilində olan qəzet Ceyhun Hacıbəylinin, rusca olan qəzet isə Şəfi bəy Rüstəmbəylini redaktoruluğu ilə nəşr edilir. Bu qəzetlər tərcümə, bir-birinin təkrarı olmayan tam müxtəlif mövzularda məqalə və materiallar verirdilər".
1918-ci il dekabrın 31-ə qədər "Azərbaycan" qəzetinin ana dilmizdə 75, rusca isə 70-ci sayı işıq üzü görür: "1919-cu il dekabrın 28-də Azərbaycan hökuməti parlamentin ağsaqqalar şurası üzvlərini iştirakı ilə Paris sülh Konfransında iştirak etmək üçün Ə.Topçubaşovun sədrliyi ilə gedəcək hökumətin nümayəndə heyətinin tərkibini müəyyən edir. Hümayəndə heyətinə müşavir sifətilə "Azərbaycan" qəzetinin redaktoru Ceyhun Hacıbəyli də daxil edilir. 89-cu saydan başlayaraq qəzeti Üzeyir Hacıbəyli imzalayır. Bu, 1919-cu il 30 iyun tarixli 215-ci saya qədər davam edir. 216-cı sayda qəzet Xəlil İbrahimin redaktorluğu ilə nəşr olunmağa başlayır. Səbəb Üzeyir bəyin istirahətə getməsi idi. 1919-cu il sentyabrın 3-də Üzeyir bəy istirahətdən qayıdır və 1920-ci il aprelin 28-nə - Cümhuriyytin süqutuna qədər qəzetə redaktorluq edir".
Bu yerdə Üzeyir Hacıbəylinin 1918-1920-ci illərdə yazdığı felyetonlarının, ümumən publisistik əsərlərinin adlarını təqdim edirik. Məqalələrin müxtəlif imzalarla dərc olunması ayrıca araşdırma mövzusudur və ciddi maraq doğurur.
1918-ci il:
Filankəs. Ordan-burdan. - "Azərbaycan", 29 oktyabr;
U.Q. Pisma ob İrane.- "Azerbaydjan", 4;
Filankəs. Ordan-burdan. Milli parlaman.-
"Azərbaycan", 16 noyabr.
Filankəs. Ordan-burdan. İstiqlaliyyət.- "Azərbaycan", 18 noyabr,-
H 43.
Hacıbəyli Üzeyir. Mühüm
məsələlər.-
"Azərbaycan", 1 dekabr.
Hacıbəyli Üzeyir. Partiyalarımıza.- "Azərbaycan", 3 dekabr.
Hacıbəyli Üzeyir. Azərbaycan parlamanı.- "Azərbaycan", 5 dekabr.
Hacıbəyli Üzeyir. Tarixi günümüz.-"Azərbaycan", 7 dekabr.
Üzeyir. Təəssürat.- "Azərbaycan", 9, 13 dekabr.
Hacıbəyli Üzeyir. Andranik məsələsi. - "Azərbaycan", 15 dekabr.
Hacıbəyli Üzeyir. Təəssürat.-"Azərbaycan", 16 dekabr.
Hacıbəyli Üzeyir. Vəzifəmiz nədir?- "Azərbaycan", 24 dekabr.
Hacıbəyli Üzeyir. Keçən zabastovka haqqında.- "Azərbaycan", 29 dekabr.
Üzeyir Hacıbəyli. İstiqlal və istiqbal ümidi.- "Azərbaycan",
30 dekabr.
1919-cu il:
Hacıbəyli Üzeyir. Lənkəran
faciəsi.- "Azərbaycan", 1 yanvar.
Hacıbəyli Üzeyir. Kim nəyin fikrində imiş? - "Azərbaycan", 4 yanvar.
Filankəs. Ordan-burdan. Sülh
konfransında. - "Azərbaycan", 7
yanvar.
Hacıbəyli
Üzeyir. Düşmənlərimizin fəaliyyəti
- "Azərbaycan", 7 yanvar.
Hacıbəyli
Üzeyir. Camaat köməkliyi.-"Azərbaycan",
8 yanvar.
Filankəs. Ordan-burdan. Muğanda.-
"Azərbaycan", 9 yanvar.
Üzeyir. Təəssürat.- "Azərbaycan",
10 yanvar.
Hacıbəyli
Üzeyir. Ehtiyat lazımdır.-"Azərbaycan",
15 yanvar.
Filankəs. Ordan-burdan.- "Azərbaycan", 15
yanvar.
Filankəs. Ordan-burdan.- "Azərbaycan", 20
yanvar.
Üzeyir. Təəssürat. -
"Azərbaycan", 21 yanvar.
Hacıbəyli
Üzeyir. Fitnələr qarşısında.
- "Azərbaycan", 23 yanvar.
Hacıbəyli
Üzeyir. Qarabağ haqqında.-"Azərbaycan",
30 yanvar.
Üzeyir. Təəssürat.- "Azərbaycan",
10 fevral.
Hacıbəyli
Üzeyir. Üzərimizdəki qara
buludlar.-"Azərbaycan", 12 fevral.
Ü.Hacıbəyli.
Başlanır.-"Azərbaycan", 13 fevral.
Hacıbəyli
Üzeyir. Nə ilə sakit ola bilərik? - "Azərbaycan", 20 fevral.
Hacıbəyli
Üzeyir. Yeni böhran.- "Azərbaycan",
23 fevral.
Hacıbəyli
Üzeyir. Dağıstana kömək.-
"Azərbaycan", 9 mart.
Hacıbəyli
Üzeyir. Düz yol.- "Azərbaycan",
10 mart.
Hacıbəyli
Üzeyir. Rus inqilabi-kəbiri.-"Azərbaycan", 12 mart.
Hürriyyət
gününün göstərişi.-
"Azərbaycan", 14 mart.
Hacıbəyli
Üzeyir. Müamiləmizə dair.-"Azərbaycan", 16 mart.
Hacıbəyli
Üzeyir. Yaraşmayan hərəkətlər.-"Azərbaycan",
18 mart.
Hacıbəyli
Üzeyir. Yeni kabinə təşkilinə dair.-
"Azərbaycan", 19 mart.
Hacıbəyli
Üzeyir. Cidalar görünür.-"Azərbaycan", 26 mart.
Hacıbəyli
Üzeyir. Ordumuz.-"Azərbaycan", 28 mart.
Hacıbəyli
Üzeyir. 31 mart.-"Azərbaycan", 31 mart.
Hacıbəyli
Üzeyir. Zaqatala məsələsi.-"Azərbaycan",
3 aprel.
Hacıbəyli
Üzeyir. Ciddi hərəkət
lazımdır.-"Azərbaycan", 4 aprel.
Hacıbəyli
Üzeyir. Əyri yol.-"Azərbaycan", 10
aprel, H 154.
Hacıbəyli
Üzeyir. Dağıstana imdad.- "Azərbaycan",
23 aprel.
Hacıbəyli
Üzeyir. Zaqafqaziya konfransına dair.-"Azərbaycan",
24 aprel.
Hacıbəyli
Üzeyir. Dördgöz olmalıyıq.-
"Azərbaycan", 25 aprel.
Hacıbəyli
Üzeyir. Dağıstan və biz.- "Azərbaycan",
4 may.
Üzeyir
Hacıbəyli. Eyni müalicə gözləyirik.-"Azərbaycan",
5 may.
Ü.Hacıbəyli.
Nə istəyirlər?- "Azərbaycan",
7 may.
Ü.
Bayrağımız saralmaz. - "Azərbaycan", 8 may.
Ü.Hacıbəyli.
Siyasi imtahan.-"Azərbaycan", 11 may.
Ü.Hacıbəyli.
Xatirə.- "Azərbaycan", 15 may.
Hacıbəyli
Üzeyir. Siyasət.- "Azərbaycan",
18 may.
Hacıbəyli
Üzeyir. İndi başa düşərlər.-
"Azərbaycan", 19 may.
Hacıbəyli
Üzeyir. Naxçıvan və Qarabağ.-
"Azərbaycan", 25 may.
Ü.H. Dərbənd əhvalatı. "Azərbaycan", 26
may.
Hacıbəyli
Üzeyir. Bir yaş, "Azərbaycan", 28
may.
Hacıbəyli
Üzeyir. Şimalımızın halı.
"Azərbaycan", 2 iyun.
Hacıbəyli
Üzeyir. Qara təhlükə. "Azərbaycan", 8 iyun.
Hacıbəyli
Üzeyir. İçimizdəki denikinlər.-
"Azərbaycan", 10 iyun.
A.Paşayev
daha sonra bildirir ki, 1918-ci il sentyabrın 15-dən 1919-cu il
dekabrın 31-ə kimi qəzetin 358 sayı, 1920-ci il
yanvarın 1-dən aprelin 28-ə qədər isə 85
sayı çap olunub. Ümumilikdə isə 2 il
ərzində qəzetin 443 sayı işıq üzü
görüb. "Azərbaycan" qəzetinin səhifələrində
fəaliyyətini 1918-ci il noyabrın 16-da
yenidən bərpa edən Azərbaycan Milli
Şurasının, onun Azərbaycan Parlamentinin
çağırılması sahəsindəki fəaliyyəti
geniş işıqlandırılıb. Qəzetin
səhifələrində Milli Şuranın sədri M.Ə.Rəsulzadənin
parlamentin çağırılması ilə əlaqədar
noyabrın 19-də "Bütün Azərbaycan əhalisinə
müraciət"i, parlamentin təsisi haqqında şurada
gedən müzakirələrin materialları, şuranın bu
haqda qəbul etdiyi qanun da dərc olunub.
1918-ci il dekabrın 7-də fəaliyyətə
başlayan parlamentin işi qəzetda geniş
işıqlandırılıb. Qəzetdə "Hökumət
qərarları", "Rəsmi xəbərlər",
"Teleqraf xəbərləri", "Xarici xəbərlər",
"Azərbaycanda", "Bakı xəbərləri",
"Rusiyada", "Ermənistanda",
"Gürcüstanda", "Türkiyədə",
"Türkiyə mətbuatı", "Qəzetlərdən",
"Sülh ətrafında", "İrəvan müsəlmanlarının
halı", "Teatr və musiqi" və başqa daimi
rubriklaar var idi. Qəzetin səhifələrində Məmməd
Əmin Rəsulzadənin, Üzeyir Hacıbəylinin, Xəlil
İbarhimin, Fərhad Ağazadənin, Əliabbas Müznibin və
başqalarının tariximizə, ədəbiyyata,
iqtisadiyyata, sənayeyə, siyasi vəziyyətə və s.
aid məqalələrin çap olunurdu: "Həmçinin
qəzetdə erməni daşnaklarının Azərbaycanın
Zəngəzur, Haxçıvan, Qarabağ bölgələrində
soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər,
Ermənistanda yaşayan soydaşlarımızın acı
taleyi, soyqırımı, doğma yurdlarından qovulması
ilə bağlı məqalələr dərc edilirdi. Həmçinin qəzetdə
soydaşlarımıza qarşı yeridilən vəhşi
siyasətlə əlaqədar Milli Hökumətin Ermənistan
hökumətinə notaları, məktubları və
başqa rəsmi sənədlər qəzetin müxtəlif
saylarında özünə yer alıb".
A.Paşayev hesab edir ki, "Azərbaycan" qəzetinin
1918-20-ci illərdəki nəşri zamanı Azərbaycanın
dövlət, ictimai-siyasi, iqtisadi və mənədi həyatı
onun səhifələrində geniş surətdə ifadəsini
tapıb. Bu gün bu qəzetin sayları Cümhuriyyət
dövrü tariximizi öyrənmək baxımından bizim
üçün əvəzsiz tarixi mənbələrdən
biridir.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 3 oktyabr.- S.11.