Azərbaycanı candan sevən
Şəhriyar
"Heydərbabaya
salam" poemasının
Quzey Azərbaycana da böyük təsiri oldu
Bütün türk dünyasında çox böyük çəkisi olan Seyid Məhəmmədhüseyn
Şəhriyarın "Heydərbabaya
salam" poeması xalq həyatını, adət-ənələrini özündə
güzgü kimi əks etdirən olduqca möhtəşəm
bir əsərdir. İlk növbədə hamı tərəfindən qəbul
olunmuş dil faktorunun xalq arasında sürətlə
yayılmasının ilkin
səbəbkarı olan,
eyni zamanda ictimai-siyasi-iqtisadi vəziyyəti
real boyalarla özündə
əks etdirən, birliyə, azadlığa,
istiqlala çağıran,
şairin xatirələri
fonunda xalqın keçmişə nəzər
salmasına səbəb
olan, milli varlığı coşğun
və dərin vətənpərvərlik hissi
ilə göstərən,
qəsbkarlığa nifrətini
bildirən, hər biri ayrılıqda bütöv bir əsərin mənasını
ifadə edə bilən, gözəl, bitkin tablolara material verə biləcək beşliklər, unudulmaqda olan yeni, sıx
çalarlarla həyata
qaytarılan sözlər,
məcazlar, təşbehlər,
sadə sözlərlə
dərin fikirləri ifadəsində əlavə
xalq adət və ənənələrini
olduqca gözəl, yığcam şəkildə
əks etdirən əsərdir:
Bayram idi gecə quşu
oxurdu,
Adaxlı
qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına
bayramlığın bağlamaq.
Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım şalı
salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi
yada salıb ağladı.
Heydərbaba, Mirzəməmmədin bağçası,
Bağçaların turşaşirin
alçası,
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülər gözlərimin
rəfində,
Xeymə vurar xatirələr səfində.
Bayram olub qızıl palçıq əzərlər,
Naxış vurub otaqları
bəzərlər,
Taxçalarda düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənir anası, qaynanansı..
Bakıçının sözü, sövu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı,
mövizi,
Qızlar
deyər: "Atıl-matıl
çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə":
Esmira Fuad yazır: "Şəhriyar "Heydərbabaya
salam" mənzuməsində Azərbaycan
türklərinin düşüncə
tərzində, bədii
yaddaşında, mifoloji
təfəkküründə, folklorunda yaşadaraq bu günümüzə ərməğan etdiyi adət-ənənələri, mərasim və ayinləri, təntənəli
bayram günlərini yüksək pöetik dildə vəsf edib".
Şəhriyar yaradıcılığında xalq şeirinin forma-qəliblərinə, xüsusilə
onun obrazlarına, ifadə üsullarına meyli özünü parlaq şəkildə büruzə verir. Şübhəsiz ki, bu meyl
ədəbi zərurət
kimi xalqın zəngin ədəbi-mənəvi
sərvətlərinə məhəbbətdən
irəli gəlir.
Güney Azərbaycanda milli-mənəvi
dirçəliş hər
şeydən öncə
ədəbi dilin bədii üslubuna təsir etmişdi. Ədəbi dilin
inkişafı üçün
isə əsas mənbə şübhəsiz
ki, folklor dili idi. Güney Azərbaycanda ədəbi
dilin bədii üslubunda canlanma məhz 1950-ci ildən etibarən folklor təfəkkür tərzinin
bilavasitə təsiri
ilə müşahidə
edilirdi. Ustad Şəhriyar
folklorun dilində danışaraq yeni folklor nümunələri
yaradırdı. 50-ci illərdən
etibarən Güney Azərbaycanda ədəbi-bədii
dil folklor ənənələrinə əsaslanaraq
elə bir tərzdə inkişaf eləməyə başladı
ki, təkcə ustad Şəhriyarın
"Heydərbabaya salam"
poemasının təsiri
ilə Quzey Azərbaycanda da folklora qayıdış, folklor ifadə tərzinə maraq güclənməyə başladı.
Şübhəsiz ki,
Güney Azərbaycanda
klassik ənənələrə
malik dil, qəzəl ifadə tərzi də mövcud idi, lakin folklor ifadə
tərzinin aparıcı
imkanları 50-ci illərdən
etibarən bütün
gücü ilə reallaşmağa başladı
və bəzən elə nümunələr
əmələ gəldi
ki, bunları folklor nümunələrindən
seçmək mümkün
olmadı.
Ustad Şəhriyar ədəbi-bədii
dilin inkişafı üçün eksprimentlər
eləməyə başladı
və bədii sözün ibtidai təşbehlər və oxşatmalar şəklindən
daha dolğun və zəngin ifadə vasitələri ilə bitkin formalar yaratmağa başladı:
Qarı
nənə uzadanda işini,
Gün bulutda əyirərdi teşini.
Qurd qocalıb çəkdirəndə
dişini
Sürü qalxıb dolayıdan
aşardı,
Badyaların südü aşıb-daşardı..
Şəhriyarşünas alim Elman Quliyev ustad Şəhriyarın bu misraları ilə əlaqədar
"Şəhriyar poeziyası
və milli təkamül" adlı
monoqrafiyasında yazır;
"Xalqımızın folklor
yaradıcılığında qədimliyinə görə
seçilən janrlardan
biri əmək nəğmələridir. Aydındır ki, burada əsas
məqsəd əməyi
ritmləşdirmək, yüngülləşdirmək
olub. O biri tərəfdən bu nəğmələr hər
hansı əməyin
yerinə yetirilməsi
barədə müfəssəl
məlumat baxımından
əhəmiyyətlidir. Məlumdur ki,
əmək nəğmələri
əvvəllər bəsit
olub, sonralar kamil nümunələr yaradılıb. Əmək nəğmələrində
demək olar ki, əməyin bütün növləri
əhatə olunub.
Azərbaycanda adi üsulla
yun əyirmək geniş yayılmış
işdir. Saf əmək
adamları bu işi "cəhrə"
deyilən alətlə
həyata keçirirlər.
Bu zaman yundan
əyrilmiş ip milə dolanır və düyünçə
şəklində hazır
məhsula çevrilir.
Güney Azərbaycanda həmin milə
"teşi" deyilir. Ustad sənətkar
bu xüsusda əmək nəğməsi yaratmasa da bu gözəl
əməyi-adəti poeziyada əks etdirir".
Xalqın dünənindən, bugünündən və
sabahından bəhs etmək üçün şairlərin
tez-tez müraciət etdikləri mövzulardan biri də ana
dili məsələsidir. Xalqın
varlığının ümdə əlaməti, beynində,
şuurunda, təfəkküründə qoruya-qoruya
yaşatdığı doğma dilin uzun bir dövr
üçün qayğıdan məhrum olmasında daim
söz ustaları, söz sərrafları özlərini
günahkar hesab edir. Ümumiyyətlə,
insan elə bir varlıqdır ki, əgər ətrafında
baş vermiş mənfiliklərə, problemlərə
görə ilk növbədə özünü qınaq
obyekti olaraq seçirsə, bu, onun xəlqiliyini, vətənpərvərliyini,
vicdanlı olmasına dəlalət edir. Əgər
bir insan çevrəsində baş verən
çatışmazlıqlara görə
özü-özünə hesabat vermirsə, deməli, mənəviyyatı
boşdur. Belə olan halda isə həmin şəxsdən
heç zaman sənətkar ola bilməz. Şairlər isə xalqın həyatının
bütün bəşəriyyətə açılan
güzgüsüdür. Şübhəsiz ki, Güney
Azərbaycan şairləri də tək İranda və yaxud
Azərbaycanda baş verən təlatümlü hadisələrə
biganə qalmayıblar, eyni zamanda bütün dünyanın dərdinə
daim acıyıb, imkan daxilində iti qələmləri vasitəsilə
bütün əyrilikləri, haqsızlıqları xarakterizə
ediblər.
Şübhəsiz
ki, burda sadə xalqın, daha doğrusu, şahların,
xaqanların fironluğu nəticəsində inanılmaz dərəcədə
əziyyət çəkən kəndlilərin olduqca
acınacaqlı həyatına acıyan, onların dərdlərini,
qəm-möhnətlərini özününkü hesab eləyən
Şəhriyar yaradıcılığındakı əsas
ali məqsəd hər şeydən öncə
xalqının taleyini bütün problemlərdən vacib hesab
etməsindədir və bəlkə də dahi şairin
şeirlərindəki obrazlı düşüncələr
oxucunu valeh edir.. Şəhriyar
Azərbaycanı həqiqətən sevən bir şair kimi
öz əsərlərində Azərbaycanı, eyni zamanda Azərbaycan
xalqını dünyaya tanıtmağa
çalışıb. O, Azərbaycan xalqının
yüksək mənəvi keyfiyyətlərini, nəcib sifətlərini,
humanizmini göstərməklə yanaşı, onun
yaşadığı həyatı, adət və ənənələrini
də qüdrətli qələmi ilə təcəssüm
etdirib. Xalqın həyatında, məşişətində
nə varsa, hamısını bədii boyalarla, poetik lövhələrlə
göstərib, bir sözlə, sadə xalqın
sürdüyü həyatı, adət-ənənəsini,
bayramlarını, mərasimlərini hər cəhətdən
olduqca yüksək bir formada əks etdirib.
Yaradıcılığı boyu folklor ənənələrinə
söykənən Şəhriyar bu ənənələrdən
olduqca incəliklə, dəqiqliklə istifadə edərək
bədii məqsədinə müvafiq surətdə dəyişərək
əsərlərinə qiymətsiz ləllərlə bəzənmiş
formalar geyindirib. Şairin əsərlərini xarakterizə etdikdə
onun xeyli nağıl, rəvayət, dastan mötivləri,
folklor deyim tərzləri, sayaçı sözlər, atalar
sözləri, zərb-məsəllərdən və s. olduqca
peşəkarcasına, məharətlə
faydalandığını görürük:
Heydərbaba,
gecə durna keçəndə,
Koroğlunun
gözü qara seçəndə,
Qıratını
minib, kəsib-biçəndə,
Mən də
burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib
çarmayınca yatmaram...
Şəhriyar xalqımızın adət-ənənələrinə
mükəmməl surətdə bələd idi. Əlbəttə, başqa
cür ola da bilməzdi. Xalqın
içindən çıxmış, xalqın içində
böyümüş, hər adəti, ənənəni
öz içində yaşatmış, eyni zamanda
bütün bunları həyatının mənası hesab
etmiş şair olduqca qədim və zəngin mədəniyyətə,
tarixə malik olan xalqının məişətinə, milli
xüsusiyyətinə bütün incəliklərilə bələd
olmaya bilməzdi.
Elə təkcə Novruz bayramı ərəfəsində
çox sayda adət-ənənələr nümayiş etdirən
xalq heç bir şeyi nəzərdən qaçırmayan, vətənpərvər
və həssas qəlbli Şəhriyar üçün əvəzolunmaz
bir qaynaq, suyu heç vaxt qurumayan bir çeşmə idi. Hamıya məlumdur
ki, Novruz bayramı xalqın həyatını, məişətini,
adət-ənənələrini olduqca qabarıq şəkildə
özündə əks etdirir. Şəhriyar artıq
bütün türk dünyasının poeziya bayrağına
çevrilmiş "Heydərbabaya salam" poemasında
Novruz bayramı ilə əlaqədar adət və ənənələri
olduqca poetik lövhələrlə oxucunun qarşısında
nümayiş etdirir:
Bayram
olub, qızıl palçıq əzərlər,
Naxış
vurub, otaqları bəzərlər,
Taxçalara
düzmələri düzərlər,
Qız gəlinin
fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.
Xalqımız ruzu qazanmaqdan ötrü daim əkinçiliklə
və heyvandarlıqla da məşğul olub. Bu da bilavasitə
xalqın mənəviyyatının zənginləşməsinə
xidmət göstərib. Ustad Şəhriyar
"Heydərbabaya salam" poemasında bütün bunlarla
yanaşı, xalqın yaşaması üçün
çox vacib olan qışa tədarükünü də da
olduqca əlvan boyalarla əks etdirir. Məlum
məsələdir ki, insanın əsas qidası olan taxıl
məhsullarının hasilə gəlməsi olduqca çətin
və uzun bir prosesdir. Taxıl əkilib-becəriləndən
və yetişəndən sonra biçilərək, dərzlərdən
"pəncə" bağlayıb yük heyvanlarının
belində və yaxud öküz arabalarında möhkəm
yerlərdə düzəldilmiş xırmanlara
daşınırdı. Ustad Şəhriyar bu prosesin
üzərində xüsusilə dayanır və bütün
poema boyu bunu canlı səhnələrlə nümayiş
etdirir:
Xəlvərçilər
burda xəlvər daşırdı,
Bu
külliükdən uşaqlar dırmaşırdı,
Sellər
kimi nemət aşıb-daşırdı,
Hər
iş dedin, hər kimsəyə görərdi,
Can dərmanı
istəsəydin verərdi.
Milli dəyərlərə, soyuna-kökünə, mədəniyyətinə,
tarixinə, yeddi arxa dönəninə bağlı olan Şəhriyarın
bütün yaradıcılığından bütün
bunlar bir qızıl xətt kimi keçib və
xalqının adətini, ənənəsini, məişətini,
yüksək mənəvi keyfiyyətlərini öyrənmək
istəyən hər kəs üçün olduqca
böyük əhəmiyyət kəsb edib.
Vüqar ƏHməd,
professor
Xalq Cəbhəsi.- 2014.-
4 oktyabr.- S.14.