Fransanın azərbaycanlı
yazıçısı...
Onu həm də "Şamaxı
şahzadəsi" adlandırırdılar
Hətta istisnasız olaraq bütün qızların çadrada saxlandığı, əksəriyyətinin təhsildən uzaq tutulduğu dövrdə belə meydana təhsili və mədəniyyəti ilə hər kəsə örnək olan Azərbaycan xanımları çıxıb ki, dünyanı heyrətləndiriblər. Bu xanımlar öz savadı, mədəniyyəti ilə təkcə cəhalətə, nadanlığa deyil, bütün yanlışlara meydan oxuyub. Azərbaycanın ziyalı xanımı Banin kimi...
Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin yanvar ayında anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram".
Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Beləliklə, həyata göz açdığı məqamda amansız tale ilk zərbəsini Ümbülbanuya göstərir. Atasının məhəbbəti, bacılarının qayğısı ilə böyüyən Ümbülbanunun tale sınağı da, əslində, doğulan gündən başlamışdı. Həyat yoldaşının vəfatından sonra qızlarının tərbiyəsilə Mirzə Əsədullayev özü məşğul olurdu. Hətta əlində olan maddi imkandan istifadə edib qızlarına Avropa təhsili alması üçün Fransadan xüsusi müəllimlər gətizdirmişdi. Onun uşaqlığı atasının və dayəsi Annanın nəzarəti altında heç bir maddi sıxıntı olmadan keçir.
Nağılabənzər, qayğısız keçən həyat uzun sürmür. On beş yaşında ikən dövrün müəmmalı hadisələri ilə bağlı bir çox Bakı milyonçuları kimi Əsədullayevlər ailəsi də İrana getmək məcburiyyətində qalır. Hadisələr səngidikdən sonra yenidən ölkəyə qayıdır və cümhuriyyətin ticarət naziri təyin olunur. Amma qarışıq olaylar nəticəsində Mirzə Əsədullayev həbs olunur. Ailənin ən ağır günlərində çoxları bu ailədən üz döndərir, amma bu ailəyə yardım edən tapılır. Cəmil adlı bir şəxs Mirzə Əsədullayevi həbsdən xilas edir. Bunun əvəzinə isə Ümbülbanu ilə ailə qurur. İstəmədən məcburi olaraq sevmədiyi insanla həyatı paylaşmalı olur. Atası həbsdən qayıtdıqdan sonra təbii ki, onların Bakıda yaşaması mümkün olmur və Əsədullayevlər ailəsi əvvəl Türkiyəyə, 1924-cü ildə Almaniyaya gedirlər. Əvvəl Mirzə Əsədullayev ailəsi ilə birgə Fransaya yola düşür. Bunu Cəmilə etiraf etmək nə qədər çətin olsa da o artıq Cəmilə sevmədiyini və onunla yaşamağın əzablı olduğunu anlatmağa çalışır. Nə qədər ağrılı olsa da ayrılmalı olurlar.
Öz dövrünün insanlarından fərqli olaraq Mirzə Əsədullayev öz qızlarına böyük varidat qoymuşdu. Onlara mükəmməl Avropa təhsili vermişdi. Təbii ki, maddi durum ehtiyacından uzaq olan ailə üçün hədsiz çətin dönəmlər idi. Ümid verici məqamsa qızların ali təhsilli olması və yüksək intellektual səviyyəyə malik olması idi. Ümbülbanunun fransız dilini bilən xanım olması onun dadına çatırdı..
Beləliklə, Ümbülbanunun Fransa həyatı başlayır. Əvvəlcə maniken kimi fəaliyyətə başlayır. Sonralar Paris dəftərxanasında katibə işləməyə başlayır. Eyni zamanda da tərcüməçiliklə məşğul olur. Bir-birindən fərqli mövzuları tərcümə etdikcə o, Fransa ədəbi mühiti ilə, həmin demokratik əhvalla tanış olur. Zaman keçdikcə Ümbülbanu tanınmış fransız yazıçıları və incəsənət xadimləri ilə sıx ünsiyyətə girir. Eyni zamanda rus, ingilis, alman dillərini mükəmməl öyərənir. Şalyar, Lev Tolstoy, bu kimi yazarlarla söhbətlər təbii ki, Baninə öz təsirini göstərir. İmkanı çatan bütün peşələrə yiyələnən Ümbülbanu fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.
Bir tərəfdən, yeni cəmiyyətə onun tamhüquqlu üzvü kimi daxil olmağa can ataraq, o, vətənində baş verən proseslərdən şüurlu şəkildə kənara çəkilir: yeni fəlsəfə təcrübəsi toplayır ki, bu da keçmiş hadisələrə, özünün keçmiş həyatına kəskin, realist, bəzən də praqmatik nöqteyi-nəzər əldə etməsinə səbəb olur.
Ümbülbanu Fransada memar Ferik Töle ilə ailə qurur. Öz yaradıcılığında
bilavasitə Azərbaycanla
bağlı mövzulara
qayıdır, əsərlərini
əsasən öz şəxsi həyat təcrübəsi üzərində
qurur. Burada ona hər hansı bir xüsusi situasiya yaratmağa, özünün
uydurma qəhrəmanlarını
burada yerləşdirməyə
lüzum yoxdur - həyatın özü konkret şəxsiyyətin
konkret şəraitdə
davranışının, onun
mürəkkəb ictimai-siyasi
silsilədə və
fəlsəfi-bədii proseslər
silsiləsində təkamülünün
və ya tənəzzülünün təsvirini
verir.
1946-cı ildə dərc
olunan "Qafqaz günləri" kitabı
Ümbülbanuya Baninə
müvəffəqiyyət qazandırır. Fransada onu
Banin adlandırırlar.
Kitab işıq üzü gördükdən
sonra Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yungen və başqaları Baninə riqqətli məktublar yazırlar. 2 dünya müharibəsinin
iştirakçısı, alman yazıçısı
və filosofu Ernst Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Banin Yungenə bir neçə kitab həsr edib. Onlar 1943-cü ildə - Baninin Azərbaycanda sosial düzümün faciəsini özündə
əks etdirən
"Bizimlə" romanı
işıq üzü
gördükdən sonra
tanış olublar. Romanın təəssüratı altında
olan Yungen Baninə zəng vurur, özünü təqdim edir, növbəti gün isə cazibədar azərbaycanlı yazıçı
ilə tanış
olmaq üçün
onun evinə görüşə gedir.
Baninə şöhrət
gətirən "Qafqaz
günləri" kitabından
sonra onun "Paris günləri" (1947), "Ernst Yungenlə görüş"
(1951), "Mən opiumu
seçdim" (1959), "Sonra"
(1961), "Xarici Fransa"
(1968), "Sonuncu ümidin
zovu" (1971), "Ernst Yungenin
portreti" (1971), "Ernst Yungen müxtəlif sifətlərdə" (1989) romanları
geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı - "Mariya mənə nə danışdı" romanı
1991-ci ildə ölümündən
1 il əvvəl
işıq üzü
görüb.
Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman
dillərindən gözəl
bədii ədəbiyyat
tərcüməçisi kimi
məşhur idi. Banin Buninin
və Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən biri sayılırdı. Baninin yaxın
rəfiqəsi rus
imperator sarayının freylini,
Romanovlar ailəsinin yaxını Canet Andronikova olur. Onun digər rəfiqəsi isə Rusiyada məşhur olan yazıçı-satirik Teffi
idi. Məhz Teffinin yanında Ümmülbanu bir çox məşhur rus yazıçıları
ilə, xüsusilə
də İvan Buninlə tanış
olur.
Banin mühacirətdə
olan yazıçılarla
birlikdə tez-tez görüşlərdə iştirak
edib. Çox vaxt bu tədbirlərə ədəbiyyat
üzrə Nobel mükafatı
laureatı İvan
Bunin sədrlik edib.
Tədbirin idarəsi ona
təkcə hörmətinə
görə deyil, həm də gur səsinə görə tapşırılırdı.
Baninlə Bunin 13 iyun
1946-cı ildə tanış olur. İlk dəfə Ümmülbanu
Bunini Teffinin evində qonaq olarkən fotoşəkildə
görmüşdü. Bir müddət keçəndən
sonra onlar görüşürlər. 75 yaşı olmasına
baxmayaraq, Buninin belə şux dayanması Banini heyrətə salır.
Bunin Baninin şərq
gözəlliyinə heyran
olur. Bunin onu "Şamaxı şahzadəsi" adlandırarmış.
Banin Azərbaycanın
belə tezliklə heç bir mübarizə aparmadan bolşevizmə tabe olmasını qəbul edə bilmədiyindən həmyerliləri ilə görüşməkdən qaçardı. Onunla ilk görüşən
azərbaycanlı Ramiz
Abutalıbov olub.
Bu hadisə 1981-ci ilə - Parisdə Azərbaycan xalçalarının
sərgisinin keçirildiyi
vaxta təsadüf edir. Açılış ərəfəsində Abutalıbov ona dəvətnamə göndərir.
Təəccüblü də
olsa, Banin yaşlı bir fransalı kişi
ilə sərgiyə təşrif gətirir. Yaşının çox olmasına
baxmayaraq, Banin cavan görünürmüş.
O özünün azərbaycanlı
mənşəyi ilə
həmişə fəxr
edərmiş. Dini "xalq
üçün tiryək
adlandıran" bolşeviklərə
cavab olaraq Banin "Mən tiryəki seçdim" kitabını yazır.
Ramiz Abutalıbovun mətbuata verdiyi açıqlamada o,
məşhur Azərbaycan
rəssamı ilə Banini tanış
etməsindən söhbət
açır. Həmin
rəssam vidalaşarkən
Baninə 2 banka
qara kürü sovqat verir. Sovqatı qəbul
edən Banin zarafatca "elə bu?" - deyə
soruşur. Rəssam təəccüblə "bəs necə madam?" deyir. Banin gülümsəyərək deyir:
"Bakını tərk
edərkən biz orada
dəfələrlə çox
varidat saxlamışıq".
Fransız ədəbiyyatına qaynayıb-qarışmasına
baxmayaraq, Banin öz xalqını heç vaxt yaddan çıxarmır. Parisdə "Azərbaycan evi" assosiasiyasının üzvü
olan Banin Fransanın kütləvi informasiya vasitələrində
mütəmadi olaraq Qarabağ haqqında yazılarla çıxış
edir. Məsələn,
1990-cı il hadisələrində
"Le monde" və "Le fiqaro" qəzetlərində
"Dağlıq Qarabağ"
adı altında yazdığı məqalələr
məşhurdur. Baninin ən
böyük arzusu Vətənə dönmək
istəyi idi. Təssüf
ki, bu istək
baş tutmur. Bakıya dəvət gələndə
avtomobil qəzası keçirir və yataq xəstəsi olur. Onun dəfni ilə
bağlı müxtəlif
versiyalar var. Bəzilər
onun Parisdəki Azərbaycan məzarlığında
dəfn olunduğunu, bəziləri isə anatomiya institutunda saxlanıldığını deyirlər.
Azərbaycanda az tanınsa da Banin Avropada çox məşhur olub. 1992-ci il oktyabrın 29-da Fransanın
"Fiqaro" qəzeti
ölkəni sarsıdacaq
bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı
yazıçı Banin
vəfat edib...".
Fransada təhsil alan
azərbaycanlı tələbə
Azər Zeynallı Azadlıq radiosuna müsahibəsində deyir
ki, Baninin yaşadığı binaya
baş çəkib:
"Bir yaşlı kişi ilə rastlaşdım. Ondan soruşdum ki,
Banini tanıyırsınız?
Dedi, hə! Onun bir kitabı var idi - "Mən opiumu seçdim" - onu oxumuşam, çox xoşuma gəlib. Bu kitab Baninin
xristianlığı qəbul
etməyi haqqında yazdığı gündəlik
idi. Bir neçə ilə
yazmışdı. Düşüncələrini, başına gələnləri
qələmə almışdı.
Karl Marx-ın "Din xalqın tiryəkidir"
sözünə cavab
olaraq kitaba bu adı vermişdi.
Davam olaraq Banin "Sonra" adlı əsər yazdı.
Burada isə "tiryəki seçəndən" sonra
başına gələnlərdən
danışır.
Azər
Zeynallı sosial şəbəkədə Baninlə
bağlı səhifə
açıb, onunla bağlı materiallar, Baninin müxtəlif dövrdə çəkdirdiyi
şəkillərini yerləşdirib:
"Ramiz Abutalıbovun
yazdıqlarını topladım.
Çünki Sovet Azərbaycanından
onunla görüşən
ilk azərbaycanlıdır. Sonra Baninin varisini axtarmağa başladım.
Bir az
çətin oldu, amma onunla əlaqə
qura bildim. İki ay yazışmadan sonra Parisdə görüşdük.
Baninin varisi bir almandır.
Adı - Rolf Heinrich Stürmerdir.
Onları alman yazıçısı Ernst Jünger
tanış edib. Ernst Jünger
Baninin yaxın dostu idi. Rolf-la da dostluq
yaranmışdı aralarında.
Baninin hər şeyini ona miras qoymasının səbəbi Rolf-un alman olması və Baninin etibarını qazanması idi. Hər şeyini
deyəndə, əlyazmaları
və kitablarını
nəzərdə tuturam,
onun elə də sərvəti olmayıb".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 16 oktyabr.- S.13.