Ana dilim!

 

Sən ey mənim varlığım,

Bağımsızlıq, bayrağım,

Ən ucalarda əsən

Dalğalanan bayrağım,

Güllü-çiçəkli bağım,

Sərin sulu yaylağım,

İsindirən qışlağım,

Heç yıxılmayan dağım,

Uluslar arasında izlənilən sorağım.

Dədə Qorqud ağzıyla

Nuhdan gələn sorağım

Yaşa ey, Ana Dilim!

Yaşa mənim Varlığım!

 

***

 

İki Daş

 

Adsız, sansız, sayısız qardaşlardıq,

Sıldırım qaya başından

Qaldırmış dimdik başını

Çənli göyə qarşı baxan,

Tarix boyu yandırılıb gahdan yaxan,

Bəzz qalası ətəyində

Arxa-arxaya söykənib

Yüzillərdən bəri

Minbir düşüncəylə,

Yalnız oturub mürgülü gözlərlə

Heyranlıqla dalmamışdıq

Bu yetim-yesir cənnətin,

Bu yiyəsiz buraxılmış gözəlliyin

Tamaşasına, seyrinə!

 

Orda yalnız lalələrlə,

Orda yalnız çiçəklərlə,

Minbir boya çalar gözəl böcəklərlə

Boyun-boyuna söykənib

Gecəni gündüzə,

Gündüzüsə gecəsinə qatıb

Kəkliklərin şaqqıltısı,

Bülbüllərin cəh-cəhinə

Göz yumuban ağız açıb,

Getməmişdik özümüzdən,

Dönməmişdik sözümüzdən!

Çox ozana, çox aşığa

Qulaq asıb dinləmişdik.

Qoca Qartal”ı səslərkən,

Dağa-daşa qurban olarkən,

Sarılmışdıq ayaqlarının altına

“Can!” deyərək lap ürəkdən;

Canım ozan, gözüm ozan!”

Qışqırarkən bağırarkən.

 

Hətta çirkin yuxularla yatıb-duran,

Öz doğma qardaşını arxadan vuran,

Dağ-daşı, meşəni, ormanı qıran

Xainlərin ocağına daş olmuşduq!

 

Sabahacan yatmamışdıq.

Obaların arxasında

Gizlənərək çevirib,

Qurğu quran xəyanətin,

O alçaq səsin duyarkən.

Qardaşını quduzlara ucuz satan,

El-oba namusun satan,

Əli günahsızların qanına batan,

O alçağın qara basmış gözlərində

Şarlatanlığı oxuyub düşünərkən.

 

***

Bir gün yasa batmışdıq,

“Bu kafirin sağ əlini,

Bu kafirin sol əlini,

Sonra da sağ ayağını,

Sonra da sol ayağını,

Qaranlıqlar xəlifəsinin əmriylə,

Tarix boyu dimdik duran,

O əyilməz, alnı açıq,

O şərafət bayrağına dönən başı

Kəsin, süngülərə taxın,

Qapı-qapı dolandırın,

Şəhər-şəhər, diyar-diyar,

Qoy görüb ibrət alsınlar!’

Xəbərini eşidərkən.

Dağlar aşdı başımızdan,

Dərələr yarıldı bağrımızdan,

Bağrımız oldu tilit qan!

O xəbəri eşidərkən.

Çox vaxt olub dinləmişdik

Çənlibeldən

Sinədən-sinəyə keçən,

ÇaxnaşanMisri Qılınc”ın

Çarpışmasın paşalarla,

Qılıncdan kəskin qopuzun

Cəngi”siylə qalxanlaşıb,

Şeşəngiylə”şeşpərləşib,

tükənməz son bilməyən

Xəyanətin, müxənnətin

Keçəl Həmzədən” – “Qırat”ın

QurtarılmaMüxəmməs”in!

İllər boyu göz olmuşduq,

Darıxmışdıq yorulmuşduq,

Pıçıldaşıb durulmuşduq,

Yan-yörəmizdəkilərlə,

Minbir yaşıllıqda çalan bitkilərlə,

Ətəklərdə yuvarlanan buludlarla,

Göy köksündən asılıban

Gözəlliyə min qat artan tərlanlarla,

Şıdırğı şığıyıb şaxan qartallarla.

Günəvərlənərkən uzun saatlarla

Dinləmişdik çevrəmizin

Melodik harmoniyasın,

Çiçəklərlə, böcəklərin

Baleti ilə operasın.

Bu çiçəkdən o çiçəyə süzülərkən,

Kəpənəklərlə küləyin simfoniyasın.

Gözləmişdik, dayanmışdıq,

Zəmanənin qamçısına.

Ölüb minlər can vermişdik

Torpağın bir ovucuna.

Olub dağın o ucundan, bu ucuna

Axan qana yataq olub, susmuşduq da.

Öz qeyrətimizə, vicdanımıza,

Mat qalıban isə çaşmışdıq da.

Amma heç vaxt sarsılıban,

Ümidsizliyə diz çöküb,

Yüz illərdən bəri,

Yollarını gözlədiyimiz,

O qəhrəman xalqın,

O igid xalqın milyonlarla çıxışını,

Hər eldən, hər obadan yığışını,

Qaranlığın qara basmış obasına,

İldırımlar, şimşəklər yağışını,

Ola bilməz, bir xəyal sanmamışdıq,

Uydursunlar, bizsə inanmamışdıq.

***

İki ozan bizdən üstə, o axşam,

Bir hündür qaya üstünə çıxdılar.

Gözün aydın, a dağlar!

Qonaq gəlib elləriniz bu axşam.”

Divani”ylə başladılar aşıqlar,

Tayı-tuşu görünməmiş,

Tarixlərdə yazılmamış,

Zalımlar heç bəyənməyən,

İzi-tozu silinməyən,

Zülmə nifrət bəsləyən,

Bir ulusun həqq istəyən,

Ərşə yüksələn səsiydi,

Koroğlu”nun nərəsiydi.

 

Bir yanda şairlər şeir oxuyur,

Bir yanda tar muğam deyir-oxuyur.

Bir yanda teatr oynayır ərənlər,

Bir yanda tarixdən deyir igidlər.

Bir yandan səs gəlir: “Ölsün şovinistlər!”

Bir yandansa: “Ya azadlıq, ya ölüm!”

Bir yandansa: “Ya Qarabağ, ya ölüm!”

İldırım gurultusuyla:

Azərbaycan bir olsun …”

Daha gurultulu səslə:

Türk dilində mədrəsə,

Olmalıdır hər kəsə.”

 

Gecə boğulmuşdu, gecə batmışdı,

Gecə yorğanını çəkib yatmışdı,

Şəfəqdən öncə yuxudan diksinib,

Tfu dabanadeyib ordan qaçmışdı.

Dənizdə dalğalar çox çeşidlidir:

Muğam, mahnı, qopuz, şeir dalğası,

İgidlərinCəngiilə yallısı.

Bu da namərdə çox əlverişlidir!

Bunlar burda qalsın sizə, əzizlər,

Canım desin qarı düşmən eylər:

Hər qarnı açıq, dabanı cırıq,

Harda bir küt qapan, qulağı yarıq

Varsa axtarıb tapıb,

Durmadan yükləyib bura daşıyıb.

Başqa tərəfdənsə iki avtobus

Dodağı qırmızı meymun gətirib,

Qalaya yaxın yerdə endirdilər.

Enər-enməz güzgü əldə,

Pomada dodaqda,

Sürüşdülər o dənizin içinə,

Ən zəhərli,

Uzaqdan gözəl görünən ilanlar.

Amma qopuzun sehriylə,

Göydə gəzişən qartallar,

O igidlər, o aslanlar,

İlan nədir? Çayan nədir?

Əjdahasını saymazlar!

***

Dəniz çağlayıb axarkən yuxarı,

maraqlı idi onun baxarı!

Bütün dağ-daş ayaqlanıb,

Qanadlanmış göyə sarı.

Biz bu dənizə qarışmaq istədik,

Biz qalaya yollanmaq istədik.

Ən ulu qayalardan ən irisi;

Qardaşlar! Bizdə belə bir məsəl var:

Daş düşdüyü yerdə bil ağır olar.

Biz bu dağlarda olan gündən bəri,

Belə anlamışıq xeyirlə şəri,

Bizim xalqın çox imiş ərənləri, ərləri,

Ancaq az da deyilmiş içində olan şərləri!

Bu arada şur tutmuş,

Bir gənc oğlan büdrəyərək,

Axnaşdırdı qardaşımı bilməyərək,

Quş ürəyi titrəyərək,

Dili tutulub boğazı qovuşdu.

Bir başqası səsləndi,

“Ay-harayqaçın daş gəliri!’

 

Aldı axnaşan qardaş,

Görək bir söylədi:

Duydum kürəyimdə onun,

Peşmanlıq çəkən duyğusun.

Dərəyə doğru uçarkən,

Dedim səni kor-peşiman,

Qoymaram qalasan inan.

Var gücüylə çırpdı özün,

Dərədəki sərt qayaya,

Ovuldu torpağa döndü,

Onun da ulduzu söndü

 

***

Oxuyurdu ozan səsi,

Qaranlığın fatihəsin.

Qaranlıq işə düşməsin,

Bəs neyləsin?

 

Xəyanətin tanış səsin,

Heç yad olmayan,

Murdar nəfəsin,

Damarımla aldım,

Qanımla duydum.

 

Dalmasaydım qardaşıma,

yazıq, yubandım daha.

Bir neçə arşın arxada,

Xain dağı çıxmada,

Üzündəki xəyanət gülüşüylə,

Torpağı murdarlayan yürüşüylə.

Sığındım sonunda gəvən koluna,

Yalvardım Tanrıya söz verdim ona.

Döşənəcəyəm igidlər yoluna,

Asılacağam birinin qoluna,

Çıxacağam qalamızın yanına,

Qala divarında işlənməsəm ,

Dünya varkən gözləməli olsam da,

Cəhənnəmin odlarına yansam da

Qadasını aldığım

Qəhrəmanların yoluyla,

Çıxacağam qalanın divarına,

İçimdən püsgürən odla-alovla,

Çaxacağam qaranlığın varına!

 

Əhmədoğlu Araz

Xalq Cəbhəsi.- 2014.- 22 oktyabr.- S.14.