Milli azlıqlar və mətbuat
Həm qədimlərdə,
həm də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı
ilə seçilən
bir bölgə kimi tarixdə qeyd olunub. Belə ki,
müxtəlif etnosların
sülh içində
yaşadığı ərazi
olaraq tanınıb.
Azərbaycan etnosunun tarixinə
nəzər salsaq, görərik ki, ölkə əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil
etsə də, azsaylı xalqlar, etnik və milli
qruplar da bu tərkibdə yer alıb. Belə ki, bu etnik
qruplara tatarlar, mesxeti türkləri, tatlar, talışlar, dağ yəhudiləri, kürdlər, udilər, ləzgilər, avarlar, saxurlar, ruslar, molokanlar və s. daxildir.
Azərbaycanda yaşayan etnik azlıqların təhsil,
mətbuat, mərkəzi
televiziya və radio ilə xüsusi verilişlərin təşkili,
tolerantlıq, bərabərlik
və əməkdaşlıq
hüquqlarına xüsusi
önəm verilir. Etnik qrupların
hərtərəfli inkişafı
üçün dövlət
tərəfindən zəmin
yaradılıb. Dövlət tərəfindən ölkə
ərazisində yaşayan
azsaylı xalqlara hörmətlə yanaşılır,
onların bütün
sahələrdə azad
fəaliyyəti üçün
dövlət səviyyəsində
şərait yaradılıb.
Azərbaycan milli azlıqların
müdafiəsi məqsədilə
bir çox nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar
əməkdaşlıq əlaqələri
yaradıb. Belə ki,
respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox
beynəlxalq konvensiyaya
qoşulub. YUNESKO-nun 2005-ci il tarixində
qəbul etdiyi "Mədəni özünüifadə
müxtəlifliyinin qorunması
və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, ölkəmizdə yaşayan
milli azlıq və etnik qrupların
mədəniyyəti Azərbaycan
mədəniyyətinin tərkib
hissəsi kimi qorunur və inkişaf edir. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin,
adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü
iş aparılır.
Azərbaycanda yaşayan etnik icmaların dilində 15-dən,
rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda milli azlıqların
etnik-mədəni həyatı,
etnoqrafiyası barədə
müntəzəm materiallar
hazırlanır. Milli azlıqların
sıx yaşadığı
5 bölgədə isə
yerli teleradio kanalları fəaliyyət
göstərir. Həmin telekanallarda
mütəmadi olaraq milli azlıqların mədəniyyətini, adət
-ənənəsini əks
etdirən verilişlər
yayımlanır. Regional
televiziyalardan əlavə
İctimai Televiziya da bu məsələyə
xüsusi önəm verir. Bu kanalda hətta sayı 5 mindən az
olan xalqlar barəsində belə verilişlər gedir. Radioda isə hər gün rus, fars,
ingilis, hətta erməni dillində verilişlər yayımlanır.
Etnik azlıqlar ölkədə
fəaliyyət göstərən
kabel və peyk televiziyalarından da sərbəst istifadə edə bilirlər. Bundan əlavə, ölkədə
rus dilində gündəlik radio və televiziya verilişləri yayımlanır.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun fəaliyyətə başladığı
vaxtdan indiyədək
milli azlıqların dillərində nəşr
edilən mətbuat orqanlarına da maliyyə dəstəyi göstərilib. Dövlət büdcəsindən maliyyələşdirilən verilişlər
yayımlanır. Balakən rayonunda
avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində,
Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi dilində verilişlər yayımlanır.
Bakı da rus, kürd,
ləzgi və talış dillərində
qəzetlər nəşr
olunur. Məsələn,
«Samur» və «Dəngi Kürd» ləzgi və kürd dillərində nəşr olunur, Yəhudi cəmiyyəti «Soxnut» isə «Əziz» qəzetini nəşr edir.
Bu dəfə Azərbaycanda
yaşayan ləzgilərin
yeganə qəzeti olan “Samur”dan bəhs edəcəyik.
2014-cü
ilin yanvarında nəşr olunan «Samur»un 22 yaşı
tamam oldu. Ötən
22 ildə redaksiyanın
kollektivi nə qədər çətinliklərlə
üzləşsə də,
hətta maliyyə çatışmazlığı üzündən qəzetin
bağlanması təhlükəsi
yaransa da, hər bir ləzginin
milli qürur nişanəsi olan Samur çayının adından götürülmüş
qəzet öz adını - «Samur»u qoruyub saxlaya bilib. «Samur»un
ilk redaktoru jurnalist Feyruz Bədəlov olub. Onun redaktor olduğu
8 ay ərzində qəzetin
24 sayi işiq üzü gördü.
Bundan sonra incəsənət elmləri doktoru Nurəddin Həbibov qəzetin redaktoru təyin olundu. Onun redaktorluğu dövründə
qəzet fasilələrlə
çıxdi.
1997-ci ildə yazıçı-jurnalist
Sədaqət Kərimova
«Samur»un baş redaktoru təyin olundu. O, «Samur»u yenidən dirçəltməyi qərara
aldı. Tanınmış qələm sahibi
Müzəffər Məlikməmmədov
redaktor müavini kimi fəaliyyətə başladı. Amma «Samur»u
dirçəltmək, yenidən
oxuculara sevdirmək o qədər də asan deyildi. Hər şeyi sıfırdan başlamaq lazım gəlirdi. Əksər insanlar qəzetin
yenidən fəaliyyət
göstərə biləcəyinə
inanmırdılar. Çətinlikləri aradan qaldırmaq, işləri qaydaya salmaq üçün ilk növbədə üç
dildə - ləzgi, Azərbaycan və rus dillərində çıxan qəzetdə
oxucuları maraqlandıran
məqalələr dərc
etmək lazım idi. Oxucular cəlb etmək,
abunə aparmaq tələb olunurdu.
«Samur»un nəşrindən ötrü
pul vəsaiti də tapılmalı idi. Onu Azərbaycanda,
Dağıstanda, bir sözlə, bütün dünyada yaşayan ləzgilərin qəzetinə
çevirmək lazım
gəlirdi. İlk növbədə «Samur» Azərbaycanın qəzetləri sırasında
layiqli yer tutmalı idi. Qəzet ləzgi xalqının tarixindən, mədəniyyətindən,
dilindən, adət-ənənələrindən,
problemlərindən elə
təsirli yazmalı idi ki, oxucuları
cəlb edə bilsin. Üç dildə maraqlı
məqalələrin dərc
olunması oxucuların
da istəyi idi. Bir sözlə, qəzeti
oxunaqlı etməyin, sevdirməyin, şöhrətləndirməyin
yolları çox idi və kollektivdən onlardan faydalanmaq tələb
olunurdu.
Beləliklə, yaradıcı kollektiv yeniləşmiş
«Samur» qəzetini buraxmaq üçün konkret proqram
hazırlayıb həyata keçirməyə başladı. Onun zəhməti
hədər getmədi. 1999-cü ildə qəzetin
abunəçilərinin sayı 500 nəfər artdı.
Qəzetdə ləzgicə 50, azərbaycanca 40,
rusca 20 rubrika açıldı. Həmin
rubrikalar altında elə maraqlı materiallar dərc olundu ki,
«Samur» əldən-ələ gəzdi. Redaksiyanın
apardığı ictimai rəy sorğusu nəticəsində
ləzgicə və azərbaycanca açılmış «Bura
doğma vətəndir», «Samur»un qonaqları», «Kəndlərimiz»,
«Samur»un lüğəti, «Samur»un məktəbi, «Bilirsinizmi?»,
«Nadir məqalələr», «1918-ci il Quba faciəsi», «Bizim məşhurlar»,
«Samur»un lətifələri», «Yeni ləzgilər», «Qusar,
qusarlılar», «Ləzgi dili haqqında söhbətlər», «Gəlimli-gedimli
dünya», «Adamlar və talelər», «Redaktor sözü»,
«Ağsaqqallarımız, şöhrət tacımız», «Məşhur
ləzgilər haqqında bilmədiklərimiz», «Ləzgilər
dünyanın hər yerində» rubrikaları altında dərc
edilən məqalələrin oxucular tərəfindən
maraqla qarşılandığı məlum oldu. Bunu oxucular
öz məktublarında da bildirdilər və həmin il redaksiyaya 1164 məktub daxil oldu. Məktubların əksəriyyəti Azərbaycanın
23, Dağıstanın 14 rayon və şəhərindən
göndərilmişdi. Rusiyanın ayrı-ayrı vilayətlərindən,
xarici ölkələrdən redaksiyaya ünvanlanmış məktublar
da az deyildi.
2000-ci ildə«Samur»un 100-cü sayı işıq üzü
görməli idi. Ona görə də redaksiya
yaradıcılıqla və qəzetin yayılması ilə
bağlı müsabiqə elan etdi. Həmin
müsabiqədə 1300-dək oxucu iştirak etdi. Başqa tədbirlər də həyata
keçirildi. Redaksiyanın kollektivi və yüzlərlə
oxucu «Samur»un 100-cü sayının
çapdan çıxmasını Bakının R.Behbudov
adına Mahnı Teatrında təntənə ilə qeyd etdi.
Azərbaycanın milli siyasət məsələləri
üzrə sabiq dövlət müşaviri Hidayət Orucov həmin
tədbirdə çıxış edərək, qəzetin fəaliyyətinə
yüksək qiymət verdi. Dağıstan
Respublikasının milli məsələlər, informasiya və
xarici ölkələrlə əlaqələr naziri
Maqomedsalih Qusayev qəzeti təbrik etdi. Azərbaycanın
və Dağıstanın 10-dan çox hökumət
orqanının rəhbərləri, alimlər və jurnalistlər,
40-a yaxın mətbu orqanının redaktorları, 11 xarici
ölkədə yaşayan oxucuları redaksiyaya təbrik məktubları
və teleqramları göndərdilər. Azərbaycanın
və Dağıstanın 30-dan çox qəzet və
jurnalı, 6 telekanal «Samur»un səmərəli
fəaliyyəti ilə bağlı məqalələr və
xəbərlər verdi.
«Samur» qəzetinin
baş redaktoru Sədaqət Kərimovanın iştirakı
ilə 2000-ci ildə Mahaçqalada Dağıstan
Respublikasının rəsmi dövlət qəzeti olan «Ləzgi
qəzeti» redaksiyasında keçirilmiş «Dəyirmi masa»da həmin
mətbu orqanının baş redaktoru Ağariza Saidov
demişdi: «Azərbaycan və Dağıstan xalqları
arasındakı dostluğu möhkəmləndirən, ləzgi
xalqının taleyüklü məsələlərindən,
mədəniyyətindən, güzəranından, tarixindən
çox qiymətli məqalələr dərc edən «Samur»
özünün xalqın tərbiyəçisi, köməkçisi
və dayağı olduğunu sübut etdi. Digər
tərəfdən, o, bizim dilimizin qorunması və inkişaf
etdirilməsi sahəsində əsl nümunə göstərir.
«Ləzgi qəzeti»nin kollektivi «Samur»la fəxr
edir. Biz peşəkarlığı «Samur»un
jurnalistlərindən öyrənirik. Onlar
çox nəfis və məzmunlu qəzet buraxırlar».
2001-ci il Azərbaycanın bütün kütləvi
informasiya vasitələri üçün ağır il oldu. 250-dən çox qəzet və jurnal maddi çətinliklər
üzündən bağlandı. «Samur» bu çətinliyə
dəyanətlə tab gətirdi. Oxucular ayda iki
dəfə qəzet aldılar. Həmin il
onlardan redaksiyaya 1247 məktub daxil oldu. Bu, qəzetin
oxucular arasındakı nüfuzundan xəbər verirdi.
2005-ci ildə «Samur»un abunəçiləri
daha 400 nəfər artdı. Qəzet 2400
nüsxə tirajla çap olundu. Beləcə
«Samur» getdikcə daha çox şöhrətləndi və tədricən
dünya ləzgilərinin qəzetinə çevrildi.
Hazırda qəzet Dağıstanda, Rusiyada, Estoniyada,
Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda,
Ukraynada, Türkiyədə, Almaniyada, ABŞ-da, Belorusiyada,
İsveçrədə, bir sözlə, 23 xarici ölkədə
oxunur.
Ötən illər ərzində qəzet tariximizin indiyədək
qaranlıq qalan neçə-neçə səhifələrini,
yüzlərlə qəhrəmanları, şairləri, alimləri
və digər məşhur insanları üzə
çıxarıb. O, azsaylı xalqların hüquqlarının
qorunması ilə bağlı mühüm beynəlxalq sənədləri
dərc edərək, oxuculara çatdırır. Məşhur
ləzgi alimi, filologiya elmləri doktoru, akademik Əhmədulla
Gülməhəmmədovun qeyd etdiyi kimi, ötən 20 il ərzində
minlərlə oxucusu olan «Samur» xalqın düşünən
beyninə, danışan dilinə çevrilib. «Samur»
yarandığı gündən gənc yazarlarla iş
aparır. 1997-2007-ci illərdə 68 gənc
müəllifin əsərləri ilk dəfə olaraq «Samur» qəzetində
işıq üzü görüb. Artıq
həmin yazarlardan bir neçəsinin ayrıca kitabları
çap olunub. 2000-ci ildə redaksiya öz hesabına gənc
şairlərin əsərlərindən ibarət
«Yaxşı yol!» adlı şeirlər
kitabını oxuculara çatdırdı. Qəzetin
baş redaktoru Sədaqət Kərimovanın təşkil
etdiyi ləzgi dili kurslarında onlarca gənc ana dilində
yazıb-oxumağı öyrənib.
Cavid
Xalq Cəbhəsi.- 2014.- 23 oktyabr.- S.11.