Hüseyn Cavidin “Səyavuş”u
I yazı
Firdovsinin “Şahnamə” əsəri
özündən sonrakı
dünya ədəbiyyatına,
xüsusən də Şərq xalqlarının
ədəbiyyatına güclü
təsir göstərib. Qə¬dim
tarixi, mifoloji, məişət və dini köklərə söykənən “Şahnamə”
özü¬nün tükənməz
və zəngin mövzuları, motivləri,
süjet və obrazları ilə hər zaman ədiblərin və şairlərin diqqətini
özünə cəlb
edib və hər kəs imkanları daxilində ondan yararlanmağa çalışıb. Azər¬baycanda “Səyavuş və Südabə” dastanına hər zaman böyük maraq ol¬ub, ədib və şairlər bu mövzuya müraciət ediblər.
XX əsr Azər¬bay¬can
ədəbiyyatının ən
görkəmli nümayəndələrindən
biri və Azərbaycan ədəbiyyatında
ilk mənzum pyesin müəllifi Hüseyn Cavid (1882-1941) də özünün “Səyavuş”
faciəsini məhz Firdovsinin “Şahnamə” eposun¬dakı “Səyavuş
və Südabə” dastanının motivləri
əsasında qələmə
alıb. Qeyd edək ki, böyük şair-dramaturq
mənzum faciəsini Firdov¬sinin 1000 illiyi münasibətilə 1933-cü ildə qələmə alıb.
H.Cavidin “Səyavuş” əsərində
hadisələr Zabilistanda
başlayır. Səya¬vuş burada Rüstəm
və digər pəhləvanların yanında
döyüş təlimi
və tər¬biyə alır. O, həddi-büluğa
çatdıqdan sonra
atası Kavus onu öz yanına,
pay¬taxta dəvət edir. Səyavuşun saraya təşrif
gətirməsi münasibətilə
böyük bir ziyafət təşkil olunur. Kavus Səyavuşu analığı
Südabəni görmək
və onu ziyafətə dəvət
etmək üçün
Südabənin sarayına
göndərir. Səyavuşu görən analığı
bu gəncə vurulur və ona öz məhəbbətini
izhar edir. Ancaq Səyavuş Südabəyə
deyir ki, sən mənim anamsan. İstədiyinə
nail ola bilməyən
Südabə yaxasını
cırır və haray salaraq guya
Səya¬vuşun atasına
xəyanət etmək
istədiyini bəyan edir. Kavus onların günah¬sızlıqlarının
sübutu üçün
atəşdən keçmələri
barədə göstəriş
verir. Din xadimləri
və münəccimlər
Siyavuşun günahsız
olduğunu söyləyir
və təklif edirlər ki, birinci olaraq Südabə oddan keçməlidir. Ancaq Südabə
oddan keçməkdən
boyun qaçırır
və Siyavuşa olan sevgisini eti¬raf edir. Kavus əmr edir ki,
Südabənin boynu vurulsun. Lakin Siyavuş və
şahın vəziri
Kavusdan Südabəni
əfvini xahiş edirlər. Kavus Sü¬dabəni öldürməkdən
vaz keçsə də, onun zindana
salınması və
heç kimlə görüşməyə icazə
verilməməsi barədə
göstəriş verir.
İkinci səhnədə Kavus Turan qeysəri
Əfrasiyabın qalasının yaxınlı¬ğın¬da
qala tikdirir. Bu zaman Çin ölkəsi həm İran və həm
də Turanla siyasi əlaqələr saxlayırdı. Rəqqasə
sifəti ilə bir çinli qadın elçi sifəti və
Kosa adı ilə çinli bir kişi
Turanla ranın arasını vurmaq məqsədi ilə meydana
çıxırlar. Cavid onları şər
qüvvələrin təmsilçisi kimi canlan¬dı¬rır.
Kavusun çinli rəqqasədən xoşu gəlir
və ona Dürdanə adı verir. Dür¬danə
Kavusdan xahiş edir ki, onun Kosa ilə birlikdə İranda
qalmasına icazə versin. Kavus buna
razılıq verir və çinli rəqqasə qız Kavusun
sa¬rayında qalır, rəqqasəliklə və müğənniliklə
məşğul olur.
Bu arada İranın Çinlə sərhəddində
xalq iğtişaşa qalxır. Səbəbi isə
bir tərəfdən İran əsgərlərinin, o biri tərəfdən
isə Turan qaçaqlarının xalqı incitməsidir.
Kavus iğtişaşları yatırmaq
üçün Səyavuşu həmin əraziyə göndərmək
istəyir. Südabə buna etiraz edir və
Səyavuşun müharibəyə get¬məsini istəmir.
Onun etirazına baxmayaraq, Səyavuş yola
düşür. O, əhalini incidən çinli vali ilə
üz-üzə gəlir. Səyavuş xalq ilə
çinli valini həbs edir və zindana salır.
Turan tərəfdən Piran Səyavuşun yanına gəlir
və onunla sülh bağlan¬ması barədə
danışıq aparır. Tərəflər
İranla Turan arasında sülh bağlan¬ma¬sına qərara
verirlər. Bunu eşidən Kavus əsəbiləşir
və Rüstəmə deyir ki, sən və Səyavuş
xainsiniz. Bu hadisədən sonra Səyavuş
Turana gedir və ov edən Firəngizlə
qarşılaşır. Daha sonra o,
Turanın qeysəri və da¬yısı Əfrasiyabın
yanına yollanır. Əfrasiyab ona təklif
edir ki, qızı ilə ev¬lənsin və onun yanında
qalsın. Səyavuş yolda ov edən bir qızla tanış olduğunu və ona vurulduğunu
söyləyir. Məlum olur ki, o,
Əfrasiyabın ona evlənmək təklif etdiyi qızı
Firəngizlə görüşüb. İran-Turan
sülhü İran tərəfindən Səyavuş və
Turan tərəfindən Piran ara¬sında bağlanır.
Bundan rahatsız olan Kavus ilə Rüstəmin
münasibət¬ləri pozulur və Rüstəm belə qərara
gəlir ki, Səyavuşla Zabula geri dön¬sün. Ancaq artıq Səyavuş Turanda idi və
Əfrasiyabın qızı Firəngizlə ev¬lənmişdi.
Əfrasiyab Səyavuşa tac və
var-dövlət təklif edir. Ancaq Səyavuş
qə¬bul etmir. Bu arada Firəngizin əmisi
və Turan şahı olmaq xəyalı ilə ya¬şayan pəhləvan
Gərsivəz qardaşının Siyavuşa bəslədiyi
münasibətdən na¬rahat olur və Səyavuşa
paxıllıq edərək onu ortadan qaldırmaq barədə
düşünür.
Xalqa zülm edərək iğtişaşlara səbəb
olmuş və Səyavuş tərəfindən zin¬dana
atılmış vali və onun müşaviri bir ildən
sonra həbsxanadan qa¬çır, ancaq təkrar həbs
olunurlar. Xalq və ordu onların cəzalandırılmasını
və dar ağacından asılmasını tələb edir.
Gərsivəz isə Səyavuşdan xahiş edir ki,
onları əfv etsin və onun ixtiyarına versin. Firəngiz də Səyavuş¬dan təvəqqə
edir ki, əmisinin sözünü yerə salmasın. Bu zaman elçi Kosa və rəqqasə qız məclisə
daxil olurlar. Rəqqasə qıza
oxuyub-oyna¬maq və şərab paylamaq
tapşırılır. Sonra Kosa rəqqasə
qızdan tələb edir ki, Südabənin tapşırdığı
zəhəri Səyavuşun qədəhinə tökərək
onu öldür¬sün. Rəqqasə
qız bunu etməkdən boyun qaçırır. Kosa qəzəblənir və ona deyir ki, deməli, sən
də Səyavuşa vurulmusan? Ona görə
də onu öldür¬mək istəmirsən? O, zəhər
şüşəsini rəqqasə qızdan almaq istəyir. Rəq¬qasə qız isə guya bilmədən onu
yerə salıb sındırır. Bu zaman
Kosa böy¬ründən bir xəncər çıxarır və
deyir ki, mən Səyavuşun işini bununla bitirərəm.
Ancaq rəqqasə qız xəncəri onun əlindən
qapır. Pərdənin ar¬xa¬sın¬dan
onların söhbətlərini eşidən Firəngiz məclisə
daxil olur və rəq¬qasə qızdan aldığı xəncərlə
Kosanı cəhənnəmə vasil edir.
Gərsivəz Siyavuşu aradan götürmək
üçün vali və müşaviri üçün
qo¬şun toplayır. Bu zaman Südabənin dayəsi Rübabə
daxil olur və Gər¬si¬vəzə bir məktub verir. O məktubu
Kavus oğlu Səyavuş üçün göndər¬miş¬di.
Məktubda deyilirdi ki, Tus və Rüstəm
Zabuldan, Çin xaqanı Çin tə¬rəfdən Turana
hücum edəcəklər. Sən də öz
qoşununla öz tərəfindən Tu¬rana hücum et və Əfrasiyabı əsir götür.
Bu vaxt Əfrasiyab gəlib çatır və Gərsivəz
ona deyir ki, Səyavuş xain¬dir. Lakin Əfrasiyab buna
inanmır. Belə olanda Gərsivəz Kavusun Si¬yavuşa
yazdığı məktubu ona göstərir və əlavə
edir ki, Səyavuş xaindir və sui-qəsd hazırlaqıb.
Bu zaman Səyavuş arvadı Firəngizlə gə¬lir¬.
Əfrasiyab atasının məktubunu ona verir.
Məktubu oxuyan Səyavuş deyir ki, mən
atamın tapşırığına əməl etməyəcəm.
Firəngiz də atasına yalvarır və
deyir ki, Siyavuş günahsızdır. Belə
olan halda Əfrasiyab Səyavuşa təklif edir ki, o, öz
qoşunu ilə İrana hücum etsin və onu yerlə yeksan
eləsin. Səyavuş bu təklifi qəbul
etmir. Belə olanda Əfrasiyab onun
tutulması barədə göstəriş verir. Səyavuş
deyir ki, əgər mən xain olsaydım, Sizin
yanınıza əli silahsız gəlməzdim. O, onu tutmaq
istəyən əsgərlərə müqavimət göstərir
və onlara qalib gəlir, valinin müşavirini yaralayır, Gərsivəzi
isə qovaraq öldürür. Daha sonra
xalqın əhatəsində geri qayıdır və
Əfrasiyaba deyir ki, mənim atam Kavus da, sən də hər
ikiniz zalımsınız.
Firdovsinin
“Səyavuş və Südabə” dastanı ilə H.Cavidin
“Siyavuş” pyesinin müqayisəsi göstərir ki,
onların bir çox oxşar və fərqli cəhətləri
var. Hər şeydən əvvəl, hər iki əsərin
baş qəhrəmanı Siyavuş Za¬bulustanda Rüstəmin
yanında təlim-tərbiyə alır və əsl pəhləvan
kimi ye¬tişir. Firdovsinin əsərində
Südabənin Siyavuşla tanışlığı belə
baş verir. Bir gün Kavus oğlu Səyavuşla
sarayda əyləşmişdilər. Bu
zaman Sü¬dabə içəri girir və Səyavuşu
görən kimi ona aşiq olur. O birisi gün Sü¬dabə
Siyavuşu öz sarayına dəvət edir, lakin Siyavuş bu
dəvəti qəbul etmir. O zaman Südabə Kavusdan xahiş
edir ki, Siyavuşu onun sarayına gön¬dərsin,
çünki bacıları Səyavuşu görmək istəyirlər.
Kavus Siyavuşa göstəriş verir ki, get
Südabənin sarayına, bacıların səni görmək
istə¬yirlər. Səyavuş Südabənin
sarayına gəlir və Südabəni tam bəzənərək
ba¬şında tac zümrüd rəngli taxtında
kənizlərin yanında oturmuş görür. Səyavuşu görən Südabə yerindən
qalxır, onu bağrına basır və üz-güzün¬dən
öpməyə başlayır. Südabənin
yersiz hərəkətləri, məzəmmətedici
aşiqanə sözləri və öpüş¬ləri Səyavuşu
bezdirsə də, onu qəzəbləndirmək istəmir.
Bunula belə, özünü Südabənin
qucağından kənara çəkir və ona ana deyə
müraciət edir və sürətllə saraydan
çıxır.
Bir müddətdən sonra Südabə təkrar Səyavuşu
sarayına dəvət edir və ona aşiq olduğunu
söyləyir. O, Səyavuşu atasına xəyanət etməyə təhrik
edir və onu hədələyir ki, əgər mənim istədiklərimi
etməsən, dün¬yanı sənə qara edərəm. Bunu eşidən Səyavuş ayağa qalxır və
Südabənin sarayını tərk etmək istəyir, lakin
Südabə onun ətəyindən yapışaraq
bu¬rax¬mır, qorxur ki, Səyavuş onun bu hərəkətini
atasına çatdırar və onu rüsvay edər. Südabə dırnaqları ilə üzünü
cırır, qışqırır və yetişən
Ka¬vu¬sa deyir ki, Səyavuş mənə təcavüz etmək
istədi. Kavus fikrə gedir, Səyavuş
isə günahsız olduğunu bildirir. Kavus
belə qərara gəlir ki, kahinlər və başbilənlərlə
məsləhətləşsin. Onlar da
Südabə və Səyavuşun oddan keçərək
günahsızlıqlarını sübut etmələri barədə
məsləhət verirlər. On¬lara görə, od günahsız insanı yandırmaz.
Həm
Firdovsidə, həm də H.Caviddə Kavus kahinlərlə məsləhətləşir.
Ancaq H.Cavidin “Səyavuş” əsərində Səyavuşun
oddan keçməsi mə¬sə¬ləsi qoyulmur. Bundan başqa H.Cavidin pyesində Səyavuşla
bağlı ma¬cəralar bir neçə səhnədə təzahür
edir. Əslində bu bir neçə səhnədə
bö¬yük mütəfəkkir öz ideya və
düşüncələrini ortaya qoyur. Firdovsinin
əsərində Südabə şəhvətpərəst
bir qadındır. O, ləyaqətsiz məqsədinə
çatmaq üçün hər cür mənəvi dəyərləri
tap¬da¬layır. Onu ancaq ögey oğluna olan
heyvani hissləri maraqlandırır. O, Sə¬yavuşla
bir neçə görüşdən sonra açıq şəkildə
öz eşqini ona bəyan edir. Firdovsi Südabənin
timsalında pozğun və əxlaqsız bir qadın
obrazı yaradıb. Şairin Südabə
obrazı onun digər qadın obrazlarından kəs¬kin fərqlənir.
Bu fərqlənmə Südabənin əxlaqsızlığında,
xain¬liyində, yalançılığında, hiyləgərliyində
və qansızlığında özünü biruzə
verir. Məhz elə bu cəhətlərinə
görə o, Rüstəm tərəfindən
öldürülür. H.Cavidin “Səyavuş”
pyesində Südabənin ögey oğluna qeyri-qanuni eşqi
qabarıq bir şəkildə təqdim olunur. “Səyavuş” pyesində Südabə Suriya ölkəsinin
şahzadəsidir. Onun da¬yəsinin adı
isə Rübabədir. Ancaq Firdovsodə Südabə
Hamavəran ölkə¬sinin şahzadəsidir, onun dayəsinin
adı isə göstərilmir.
Əbdülrza
Balazadə,
araşdırmaçı
Xalq Cəbhəsi.- 2014.- 29 oktyabr.- S.14.