“Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə”

 

Qabriela Battani-Draqoni: "Avropada dini dözümlülük sahəsində vəziyyət olduqca gərgindir"

 

Mübariz Qurbanlı: "Mədəniyyətlərarası dialoqun mühüm şərtlərindən biri etnik separatizm dini radikalizm nəticəsində meydana çıxmış münaqişələrin həllidir"

 

Dünən Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü işinə başlayıb.

Tədbirdə əvvəlcə millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Açılış mərasimində çıxış edən Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni bildirib ki, Avropada dini dözümlülük sahəsində vəziyyət olduqca gərgindir: "Burada dini azlıqlara qarşı təzyiqlər olunur. Bu sahədə vəziyyət olduqca gərgindir. Bu da Avropada demokratik sabitliyi təhdid altında qoyur".

Onun sözlərinə görə, son illərdə beynəlxalq ictimaiyyət dinin rolundan daha çox məlumatlı olur: "Yəni mədəni müxtəlifliyin demokratik idarə edilməsi aspekti baxımından dinin oynadığı rolu daha çox nəzərdən keçirir. Ona görə biz öz cəmiyyətimizdə bütün cəmiyyət üzvlərinin bərabər səviyyədə fəaliyyət göstərə bilməsi üçün mütəşəkkil aparmalıyıq. Bununla bağlı Avropa Şurasının Nazirlər Komitəsi 2008-ci ildə "Mədəniyyətlərarası dialoq üzrə Kitab" adlı sənəd hazırlayıb. Orada üzv dövlətlərin dini icmalar qeyri-dini təşkilatları arasında dövrü dialoqun başlanması xüsusilə qeyd edilir".

Qabriella Battani-Draqoni hesab edir ki, dini icmalar dialoqun aparılmasında mühüm rol oynayır: "Dialoqun keçirilməsinə dini icmalarla yanaşı, dövlət şərait yaratmalıdır. Dini icmaların özləri arasında dialoq baş tutmalıdır. Dövlət dinlərarası dialoqda mühüm rol oynamalıdır. Dövlət dini icmaları, qeyri-dini təşkilatları dinlərarası dialoqa həvəsləndirməlidir".

O, qeyd edib ki, Azərbaycan Avropa Şurasına sədrliyi zamanı "No hate speech" adlı layihəyə öz böyük dəstəyini verir. Gələn ay bununla bağlı gənclərin böyük toplantısı keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək mübadilə görüşünün bütün dünyada dinlər mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini deyib: "Mədəniyyətlərin nüvəsini təşkil edən dinlər universal dəyərlər sisteminin başlanğıc nöqtəsi ilkin formasıdır. Bu baxımdan dinlər arasındakı dialoqu mədəniyyətlərarası dialoqun ilkin mərhələsi ya onu şərtləndirən əsas amil ölçü kimi qəbul etmək olar".

DQİDK sədri deyib ki, mübadilə görüşü bütün dünyada dinlər mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə Prezident İlham Əliyevin mübadilə görüşünün iştirakçılarına ünvanlanmış müraciətində deyildiyi kimi, ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcəkdir".

Onun sözlərinə görə, bu gün Avropa məkanında dinlər mədəniyyətlərarası dialoqa nail olmaq, dünyada sülh əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin ölkələrin səylərinin birləşdirilməsi labüddür: "Bu baxımdan Azərbaycan üzərinə düşən mənəvi borcu şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu gün Bakı iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Sammitinə bu sahədə çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki, dünyada analoqu olmayan Beynəlxalq Multikultiralizm Mərkəzi burada yerləşir".

M.Qurbanlı qeyd edib ki, mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə mübadilə görüşünün ölkəmizdə keçirilməsi Azərbaycan üçün əhəmiyyətli hadisədir. Bu vacib tədbir ölkəmizin sədrlik vəzifəsini üzərinə götürməsi zamanı müəyyənləşdirdiyi əsas prioritetlərin tərkib hissəsidir: "Bu prioritetlər isə beynəlxalq hüququn norma prinsiplərinə əməl etmək ədaləti qorumaqdır. Mübadilə görüşünə ev sahibliyi etməklə biz tolerantlığın, dialoq qarşılıqlı anlaşmanın təşviqi istiqamətində bütün səylərimizi birləşdirmək məqsədimizi bu yöndə bütün tərəflərlə əməkdaşlığa hazır olduğumuzu bəyan edirik".

Komitə sədrinin sözlərinə görə, mədəniyyətlərarası dialoqun mühüm şərtlərindən biri etnik separatizm dini radikalizm nəticəsində meydana çıxmış münaqişələrin həll edilməsi, eləcə regionda dünyada sülh əmin-amanlığın tam bərqərar olmasıdır: "Bu baxımdan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yalnız Avropa Şurasının üzvü olan bir dövlətin digərinə təcavüzü kimi deyil, eyni zamanda, böyük regionda mədəniyyətlərarası dialoqa, demokratik Avropa dəyərlərinə, ümumbəşəri prinsiplərə, habelə sülh təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilməlidir".

O, həmçinin əlavə edib ki, müsəlmanların əksəriyyət təşkil etdiyi bir ölkə kimi Azərbaycanda müxtəlif etnik dini qruplar sülh şəraitində birgə yaşayırlar. Tarix boyu ölkəmizdə bütün xalqları dinlərin nümayəndələrini həmişə dostluq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni mənəvi dəyərlər müstəsna rol oynayıb: "Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu dəyərlər sistemi daha da güclənməkdədir. Çoxmillətli çoxkonfessiyalı dövlət kimi Azərbaycan bu gün beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə bütün insan azadlıqları kimi vicdan etiqad azadlığı da konstitusion təminat altındadır".

M.Qurbanlı bildirib ki, bu gün Azərbaycanda bütün konfessiyaların ibadət evləri - məscid, kilsə, sinaqoq s. azad dözümlülük şəraitində fəaliyyət göstərir: "Milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Heydər Əliyev Fondunun Prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bir sıra məscid ziyarətgahların təmir bərpasına dəstək verməklə yanaşı, xristian yəhudi abidələrinin restavrasiyasına da xüsusi diqqət göstərir".

O, qeyd edib ki, bu gün Azərbaycanın əməkdaşlıq üçün böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri heç şübhəsiz Avropa Şurasıdır. İqtisadi siyasi sahədə həyata keçirilmiş uğurlu islahatlar Azərbaycanın regionun lider dövləti kimi mövqeyinin möhkəmlənməsini təmin etməklə yanaşı, ölkəmizi böyük Avropa ailəsinin layiqli üzvünə çevirib: "Unikal dini tolerantlıq modelinə malik olan dövlət kimi biz mədəniyyətlərarası dialoqla bağlı məsələlərə xüsusi qayğı maraqla yanaşır, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik çərçivəsində bir çox təşəbbüslər vasitəsilə Avropada diskriminasiya dözümsüzlüyə qarşı mübarizə istiqamətində fəaliyyətimizi davam etdiririk. Bügünkü Avropada müxtəlif tərkibli cəmiyyətlərin sayı getdikcə artır. Buna görə bizim hökumətlərimizin diqqət ayırmalı olduğu əsas məsələ mədəni müxtəlifliyin ən yaxşı şəkildə idarə olunması, qarşılıqlı hörmət anlaşmanın gücləndirilməsidir. Bu məsələ Avropanın iqtisadi böhranla üzləşdiyi bəzi insanların bu sıxıntıların səbəbkarını axtardığı bir zamanda daha da aktualdır".

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə dini fəaliyyət sahəsində həyata keçirilən dövlət siyasətindən, bununla bağlı reallaşdırılan tədbirlərdən bəhs edib.

Bu gün davam edəcək mübadilə görüşündə "Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə dini qeyri-dini təşkilatların tolerantlığı: sosial paytaxt", "Dini qeyri-dini təşkilatların diskriminasiya, dözümsüzlük zorakılığın bütün növləri ilə mübarizəyə töhfəsi", "Dini mədəni irsin mədəniyyətlərarası dialoqa Avropa Şurası tərəfindən müdafiə olunan bəşəri dəyərlərə hörmət töhfəsi" mövzularında məruzələr dinləniləcək.

 

CƏMİL

Xalq cəbhəsi.-2014.- 2 sentyabr.-  S.10.