Cəmiyyətdə plüralizm
Plüralizm insanların azad
düşünməsini, hadisələr barədə öz fikrinin
olmasını dəstəkləyir
I yazı
Plüralizm latınca "plüralis" sözündən olub "çoxluq" deməkdir. Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Plüralizmin siyasi, mədəni-mənəvi iqtisadi, sosial və s. növləri mövcuddur. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz müxtariyyatına doğru inkişaf etməyə başlayır.
Politoloqlar demokratik, hüquqi dövlət quruculuğunda plüralizmin inhisarçılığın istənilən formasının əleyhinə çıxış etdiyini göstərməklə, plüralist tipli ümumi mühüm əlamətləri də qeyd edirlər:
- Sosial davranışın hərəkət dinamikasını buxovlayan stereotiplərin "silinib getməsini" stimullaşdırır.
- Qeyri-dözümlüyün, qarşıdurmanın, dünyanı ikiqütblü varlıq kimi anlamağın əsaslarını aradan qaldırır.
- Sosial, ideya, konseptual fərqləndirməni dəyər və norma kimi qəbul edərək şəxsiyyətin azadlığı dərəcəsini artırır. Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır. Siyasi plüralizmin formaları müxtəlifdir. Bu, həm çoxpartiyalılıq, həm hakimiyyətin müvafiq səlahiyyətlərə malik olan müxtəlif mərkəzlərə bölünməsi, həm də formal yox, həqiqətən, yerlərdə özünüidarənin inkişafı və "dördüncü hakimiyyətin" - müstəqil mətbuatın olması deməkdir.
Plüralizm mədəniyyətdir. Plüralizm cəmiyyətdə müxtəlif ideologiya və fikirlərin olmasıdır. Plüralizm monotonluğu, vahid ideologiya və fikrin hegemonluğunu, bütün cəmiyyətə təlqin və məcbur edilməsini rədd edir. Plüralizm insanların azad düşünməsini, hadisələr barədə öz fikrinin olmasını dəstəkləyir. Plüralizm müxtəliflik, rəngarənglik və zənginlikdir. Bu cəmiyyətin normal və təbii halıdır. Çünki insan müstəqil fərddir, onun öz fikri, düşüncə tərzi və zövqü var. İnsana necə rahatdırsa elə də yaşamalıdır. O özünü cəmiyyətə və ya cəmiyyətdəki çoxluğa uyğunlaşdırmaq məcburiyyətində deyil. Vahid ideologiyaya məcbur edilmiş cəmiyyətlər gec-tez
plüralizm mədəniyyətinə qovuşacaqlar. Sovet İttifaqının, Nasist Almaniyasının, Yapon İmperiyasının, Pol Pot Kambocasının çökdüyü kimi İran molla rejimi, Çin və Şimali Koreyanı kommunizmi də bir gün mütləq çökəcəkdir. Çünki zorla gözəllik olmur! Zorla hamını dindar, kommunist, nasist, ateist etmək olmur. Zorla, təzyiqlə, represiyya ilə qurulmuş sistem davamlı olmur, çünki təbii deyil, sünidir və əvvəl axır çökəcəkdir.
İnsan onun kimi düşünməyənlərə hörmətlə yanaşmalıdır və başqasının seçimlərinə və fikirlərinə hörmət etməlidir. Biri İslam dininə inanar, biri başqa dinə, biri təkamül nəzəriyyəsinə, biri siyasətlə maraqlanar, biri elmlə, biri açıq geyinər, biri qapalı və s. və ilaxır. Məsələ bundadır ki, burada mütləq həqiqət deyilən şey yoxdur. "Bir yol düzgündür, qalanları səhvdir" kimi sadə deyil məsələ. Hər kəsin öz həqiqəti var. Ona görə də, kimə necə xoşdursa, necə rahatdırsa elə də yaşamalıdır.
Azərbaycanda plüral cəmiyyət dedikdə insanların mənşəyindən, milliyyətindən, dinindən, dilindən və digər xaraketrik xüsusiyyətlərindən asılı olmayaraq bərabər və hürr yaşadığı cəmiyyət başa düşülür. Sözsüz ki, hazırda Azərbaycanda Qərbi Avropa və Şimali Amerikada olduğu kimi tam plüral cəmiyyət formalaşmayıb. Fərqli fikir, fərqli dünya görüşü və həyat tərzi bəzi hallarda çoxluq tərəfindən qəbul olunmur, xor görülür, qınanılır və təzyiqə məruz qalır. Adicə evlənmə prosesini misal gətirmək olar. Avropada sadəcə evlilik qız və oğlan arasında olduğu halda Azərbaycanda bu proses sanki iki nəsil arasında baş verir.
Amma reallıq
budur ki, optimizmə kifayət qədər əsas var. Azərbaycan Avropaya inteqrasiya etdikcə insanların dünyaya baxışı da dəyişəcək. İnsanlar daha
tolerant olacaqlar. Azərbaycan cəmiyyəti
zamanla individual həyat
tərzinə keçəcək.
Plüralizm siyasi nəzəriyyə
prinsipi kimi fəlsəfi-metodoloji əsas
olmaqla nəzəri fikrin açıqlığı
konsepsiyalarından çıxış
edir. Bu konsepsiyaya
görə, hər bir intellektual prosesdə fikir ayrılığı labüd
haldır. Elmi biliyin
artması təlimlərin
çoxluğu ideyasını
rədd etmir, əksinə, onların dərki üçün konseptual plüralizmə söykənir. Belə halda
plüralizm bu və ya digər
konsepsiyalar çərçivəsində
müəyyən prinsiplərə
riayət etməyi inkar etmir.
Liberalizm və plüralizm bir yerdə inkişaf edir. Bunun üç əsası var:
1. İqtisadi plüralizm. Dövlət
iqtisadiyatdan sorumlu olmur və bazar
iqtisadiyyatınakeçilir. Vergisini verən hər kəs qanun çərçivəsində sərbəst iqtisadi fəaliyyətlə məşğul
olur.
2. Siyası plüralizm.
Hər kəsin
iqtidara gəlmə haqqı var. Siyasətin leqallığını bəlli
edən ilahi qanunlar deyil, xəlqi iradədir, seçimdir. Siyasi plüralizmin adına
demokratiya deyilir. Demokratiya bir dəyər deyildir, dəyərlərin
tətbiq edilmə mexanizmidir. Onun içindəki dəyələrlər
olmazsa, dini və düşüncə
plüralizmi olmazsa, demokratiya İrandakı günə düşər.
İranda da seçim
var, prezident, millət vəkilləri və bələdiyyələr
seçilirlər. Ancaq necə
seçilirlər. Tək bir
dəyər əsasında.
Dəyərlərin plüralizmi, düşüncə
və din plüralizmi
yoxdur. Məsələn, İran qanununda
yazılır ki, ölkənin məzhəbi
şiədir. Qanunda belə
şey yazılmamalıdır.
Məzhəbi təyin edən
qanun deyil, insanların fərdi vicdanıdır. Ona görə
də bu ölkədə digər məzhəbdən, yaxud dindən olan bir şəxsin şəxsin prezident olmaq şansı yoxdur.
3. Düşüncə və
dini plüralizm.
Bu üçüncü olmazsa, demokratiya da olmaz. İnsanların idrakına, düşüncəsinə
və vicdanına seçim haqqı tanımaq lazımdır.
Dəyərlər burada icad edilir və demokratiya burada icad edilən dəyələrin tətbiq
vasitəsidir. Bu üzdən də demokratiya metod və formadır, məzmun deyildir. Məzmun rəqabətdə olan dəyərlərin özünü
həyata keçirmə
istəkləridir.
Demokratiya cəmiyyətdə elə
bir siyasi təşkilatdır ki, o xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Demokratiya xalqa
dövlət işlərində
iştirak etmək hüququ verir. Demokratiya əhval-ruhiyyəli cəmiyyətdə,
sosial mühitdə plüralizm yaranır.
Demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı
əlaqələrinə əsaslanan
hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə
dövlətin daxili və xarici siyasətinə müəyyən
mənada təsir edən təşkilatlar fəaliyyət göstərir.
Bunlar siyasi partiyalar, siyasi qruplar və digər
ictimai təşkilatlardır. Bu təşkilatların
içərisində siyasi partiyalar xüsusi yer tutur,
çünki siyasi partiya dövlətin siyasi həyatına təsir
göstərən ən mühüm vasitədir.
Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər
və baxış çoxluğu olub, sosial qrupların öz
maraqlarını ifadə etmək üçün təşkilat
yaratmaq imkanıdır. Siyasi plüralizm şəraitində vətəndaş
istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə
malik ola bilər. Lakin bununla
yanaşı, o, başqalarının da həmin
hüquqlarına hörmətlə yanaşmalı, istənilən
fikir müxtəlifliyinə dözümlü münasibət
bəsləməlidir.
Totalitar cəmiyyət bütün vətəndaşlarından
eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi
düşünməyi tələb edir. Bu ideologiya
hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin
ifadəsinə yönəldiyi üçün onu tənqid
etmək, siyasi proseslərə müdaxilə mümkün
deyildir. Siyasi plüralizm demokratik cəmiyyətin
siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə
müxtəlif qarşılıqlı əlaqəli və
eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və
təşkilatların mövcud olmasını zəruri edir.
Onların tərtib etdiyi proqramlar, irəli
sürdüyü ideyalar daim toqquşma və rəqabət
halında olur.
Beləliklə, cəmiyyətdə siyasi
baxışlar, əqidələr, dünyagörüşlər
daim toqquşur, bir-biri ilə ziddiyyətdə və
münaqişədə olur. Bu təbiidir,
əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların
qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə
yol vermir. Siyasi munaqişələrin həllində
siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi
ikişafın mənbəyi olmasını tanıyır və
bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir.
Siyasi plüarizm hakimiyyətdə istənilən
inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd
edir. Plüralizmin əsas prinsipi hakimiyyətin
xalq tərəfindən seçilməsi və hakimiyyətin
bölünməsidir.
Vətəndaş cəmiyyəti bir ideya kimi siyasi mədəniyyət
çərçivəsində formalaşır. Siyasi mədəniyyət
mücərrəd bir proses kimi, məkan və zamandan
asılı olmayaraq formalaşmır.
Sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər
arasındakı münasibətlər, mənəvi və əxlaqi
dəyərlər sistemi, ictimai rəy və ənənələr
siyasi mədəniyyətin formalaşmasına təsir
göstərən amillərdir. Siyasi mədəniyyət
sistem daxilində siyasi təsisatların
qarşılıqlı münasibətlərini, eləcə
də, onların sosial sistemin başqa ünsürləri ilə
əlaqələrini normalar, dəyərlər, ənənələr
vasitəsilə tənzimləyir. Siyasi mədəniyyətin
inkişafının ən mühüm şərtlərindən
biri siyasi plüralizmin həyat normasına çevrilməsinə
geniş imkan yaradılması və digəri
aşkarlığın genişlənməsidir. Siyasi mədəniyyətin quruluşuna, adətən,
siyasi maraqlar, bilik və inam, siyasi hadisələrin
oriyentasiyasının qiymətləndirilməsi, cəmiyyətdəki
normaların qəbul edilməsi, siyasi fəaliyyət
üsulları, vərdişləri, təcrübə və
bacarıq, siyasi institutlar daxildir. Siyasi mədəniyyətin
digər təzahür forması siyasi fəaliyyətin
stilidir. Məsələn, ABŞ və
Fransa siyasi həyatı daha açıqdır, orada geniş siyasi
fəaliyyət göstərməyə daha çox imkanlar
vardır.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 16 sentyabr.- S.11.