Şəkidə Beynəlxalq Teatr Festivalı
OTV-nin verdiyi məlumata görə,
festival Mədəniyyət və Turizm Nazirliyinin və Şəki şəhər
İcra Hakimiyyətinin
birgə təşkilatçılığı
ilə keçirilir. Festival çərçivəsində Azərbaycan milli peşəkar teatrının
142-ci mövsümünün təntənəli açılış
mərasimi keçirilib.
Açılış mərasiminin
rəsmi hissəsində
son illər teatrların
maddi-texniki bazasının
yaxşılaşdırılmasına bəhs
edən film nümayiş
etdirilib.
Sonra mərasimi
Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycan teatrının keçdiyi
tarixi yola qısa nəzər salıb. Teatr binasının yenidən
qurularaq belə gözəl görkəm almasında, həmçinin
teatrın inkişafında
əməyi olan bütün insanlara təşəkkürünü bildirən nazir bu teatrda hələ
bir çox layihələrin həyata
keçiriləcəyinə əminliyini ifadə edib. Şəki Şəhər İcra
Hakimiyyətinin başçısı
Elxan Usubov belə mötəbər tədbirin və festivalın Şəkidə
keçirilməsinə görə
Mədəniyyət və
Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını
bildirib. O deyib ki, Azərbaycanın qədim mədəniyyət
mərkəzlərindən olan Şəki artıq festivallar şəhərinə çevrilib.
Bu il Şəkidə
keçirilən 4-cü beynəlxalq
festivaldır. Rəsmi
açılış mərasimindən
sonra Sabit Rəhman adına
Şəki Dövlət
Dram Teatrının yaradıcı
kollektivi tamaşaçılara
festivalın ilk tamaşasını
– İlyas Əfəndiyevin
"Sevgililərin cəhənnəmdə
vüsalı” əsəri
əsasında hazırlanan
tamaşanı təqdim
ediblər.
Xalq Cəbhəsi.- 2014.- 17 sentyabr.- S.15.