“Azərbaycanlıların soyqırımı”

 

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışovun bu il üçün sayca dördüncü kitabı çapdan çıxıb

 

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının elm təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışovun bu il üçün sayca dördüncü-"Azərbaycanlıların soyqırımı" kitabı çapdan çıxıb. Kitabda birinci dünya müharibəsinin gedişində (1914-1918-ci illər) Qərb dövlətləri, eləcə Rusiyanın köməyi sayəsində Türkiyə Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq xülyası ilə dinc əhaliyə qarşı cinayətlər törədən, Bakı Soveti, Bakı Xalq Komissarları Soveti, Sentrokaspi diktaturası Ararat (Ermənistan) Respublikası dövründə azərbaycanlıları amansızcasına qətlə yetirən, onları at-baba torpaqlarından zorla qovan, əmlaklarını qarət edən, evlərini yandıran, mədəniyyət abidələrini dağıdan ermənilərin cinayətkar əməlləri tutarlı arxiv sənədləri materiallara istinadən araşdırılıb.

Kitab son dövrlərdə çap olunan elmi-tətqiqat əsərlərindən, həm mövzu ilə bağlı xüsusi əhəmiyyət kəsb edən digər materiallardan istifadə etməklə yenidən işlənib. Kitab həm tədqiqatçılar, müəllim tələbələr, eyni zamanda, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitab Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Kitabın elmi redaktoru əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, dövlət mükafatı laueratı, professor Yaqub Mahmudovdur.

Kitabı oxuduqca müraciət olunan tarixi sənədlərdə ermənilərin hiyləgərliklə öz istəklərinə nail olduqları, azərbaycanlıları soyqırıma məruz qoyduqları bir daha aydınlaşır. Vaqif Abışov yazır:"20-ci əsrin əvvəllərində dünyada baş vermiş böyük tarixi hadisələr-birinci dünya müharibəsi (1914-1918-ci illər), Rusiya imperiyasındakı fevral oktyabr 1917-ci il inqilabları nəticəsində dünyanın ictimai-iqtisadi sistemində aşkara çıxmış parçalanmalar çox böyük təlatümlərə gətirib çıxardı. Bu təlatümlərin böyük hissəsi Rusiya tarixi ilə sıx bağlı hadisələrdi. Rusiya imperiyasında baş verən 1917-ci il inqilablarının nəticəsi olaraq dünyada yeni bir tarixi mərhələ başlayır. Rusiya imperiyasının istər mərkəzi şəhərlərində, istərsə ucqarlarında baş vermiş çaxnaşmaların kimi fəsadlar-müsbət, yoxsa mənfi nəticələr törədəcəyi bəlli olmasa da-hər halda çox böyük siyasi fəallıq his olunmaqdaydı. Müharibənin gətirdiyi aclıq səfalətlər, çarizmin uzun illər boyu yürütdüyü ayrı-seçkilik siyasətindən cana doymuş millətlər azad olmaq arzusu ilə mübarizəyə başladılar.

Rusiya imperiyasının əsarəti altında olan müxtəlif xalqlar, o cümlədən Azərbaycan xalqı, bu dövrdə çox böyük çətin tarixi hadisələrlə üzləşməli oldu. 20-ci əsrin əvvəllərində xalqımız olum ölümlə üz-üzə qaldı. Türkün qatı düşməni olan ermənilər Qərb dövlətləri Rusiyanın siyasi, hərbi maddi köməyindən istifadə edərək, türklərin əzəli yaşadıqları torpaqlarda silah gücünə özlərinə dövlət qurmaq fikrinə düşdülər. Onlar bu məkrli palnı Osmanlı dövləti Azərbaycanın torpaqları hesabına həyata keçirmək fikrində idilər.

Rusiya çarı birinci Pyotrun hakimiyyəti dövründə (1682-1725) Rusiyanın Qafqaz xalqlarına qarşı təcavüzkar siyasəti rəsmi dövlət səviyyəsinə qalxdı. Bu dövrdən başlayaraq Rusiyanın rəsmi dövlət siyasətinin əsas istiqamətlərindən biri Cənubu Qafqaza yönəldi. Bununla bağlı birinci Pyotrun vəsiyyətnaməsi dövlət fərmanını, eləcə birinci Pyotrdan sonra hakimiyyətə gələn rus hömdarlarının dövlət siyasətini göstərmək olar.

Rusiya 1722-1723-cü illərdə işğal etdiyi Xəzərsahili Azərbaycan torpaqlarında möhkəmlənmək üçün hərbi-diplomatik vasitələrdən istifadə edib. Səfəvi dövlətinin iqtisadi-siyasi hərbi gücsüzlüyündən istifadə edən Rusiya işğalçılıq siyasətini pərdələmək üçün bir sıra vədlər verməklə, ikinci Təhmasib (1722-1732) tərəfindən, yalnız danışıqlar aparmaq səlahiyyəti verilmiş İsmayıla (ona qarşı hər hansı bir sənədə nmza atmaq səlahiyyəti verilməyib) iki dövlət arasında münasibətləri tənzimləyən müqaviləyə qol çəkdirib. 1723-cü il sentyabrın 11-də Peterburqda imzalanan Rusiya-Səfəvi müqaviləsinə görə, Azərbaycanın Dərbənd, Bakı şəhərləri, eləcə digər Xəzəryanı torpaqlar Rusiyanın mülkiyyətinə keçir. Lakin şah ikinci Təhmasib Peterburq müqaviləsini təsdiq etməyib. İsmayıl bəy isə xəyanətkar elan olunub, bir daha geri qayıtmayıb Həştərxanda qalıb.

18-ci əsrin əvvəllərindən başlayaraq Rusiya dövləti Xəzər dənizinə Cənubi Qafqaza sahib olmaq, şərq-qərb ticarətini nəzarətə götürmək üçün Azərbaycan torpaqlarına hərbi təcavüzə başlayıb. Rusiya dövləti özünün təcavüzkarlıq planını həyata keçirmək məqsədilə Cənubu Qafqaz, Rusiya, İran, Türkiyə başqa yerlərdə məskunlaşmış ermənilərdən bir vasitə kimi istifadə edib.

Birinci Pyotr Səfəvi Osmanlı dövlətlərinin zəifləməsindən istifadə etmək Cənubu Qafqazda öz mövqeyini daha da möhkəmləndirmək üçün yerli əhaliyə qarşı ciddi təzyiqlərə başlayıb.

1724-cü il noyabrın 10-da birinci Pyotrun adından verilmiş fərmanla ələ keçirilmiş torpaqlarda-Bakıda başqa yerlərdə ermənilərin məskunlaşması üçün hər cür şəraitin yaradılması göstərilib. Ermənilərlə bağlı verilən bu fərmanda xristian naminə ermənilərin Gilan, Mazandaran, Bakı başqa əlverilişli yerlərdə yerləşdirilməsinə göstəriş verilib.

Rusiyanın Qafqaza İrana hərbi basqınları tarixdə ermənilər üçün yeni bir səhifə açıb. Çünki ermənilərin Azərbaycanın Qarabağ torpağında bölücülük hərəkətləri Rusiya imperiyasının bu bölgədə işğalçılq siyasətilə üst-üstə düşüb.

18-ci əsrin 30-cu illərindən sonra Azərbaycanın Qarabağ torpaqlarını ələ keçirmək üçün ermənilər Şimaldan gəlmiş böyük dövlətə diqqətlərini yönəldiblər. Həmin dövlət Rusiya idi. Ermənilər 18-ci əsrin əvvəllərindən çar Rusiyasının açıq və gizli formada himayəsinə arxalanıb, "böyük Ermənistan" xəstə xülyasını reallaşdırmaq üçün Cənubi Qafqazın yerli sakinlərinə qarşı etnik təmizləmə siyasətinə başlayıblar.

Həmin dövrdən bu günə kimi Azərbaycan torpaqları və xalqımız rusların, eləcə də Qərb dövlətlərinin köməyi sayəsində ermənilərin təcavüzünə məruz qalıb və nidibu təcavüzkarlıq siyasəti davam edir.

Tarixi sanədlərdə, xüsusən rus tarixçilərinin əsərlərində ermənilərin Cənubi Qafqaza, əsasən də Azərbaycan torpaqlarına gəlmə olduqları vurğulanıb və onların bu ərazidə sayca çox az olduqları qeyd edilib.

Ermənilərin bizə qarşı ən çox ərazi iddiaları Qarabağ torpağında idi. Lakin tarixi sənədlərlə tanışlıq onu sübut edir ki, burada ermənilər azlıq təşkil ediblər. Hələ 19-cu əsrdə Qarabağın xəritəsini tərtib etmiş rus tədqiqatçısı M.A.Skibitskinin yazdığına görə, əsrin sonunda azərbaycanlılar Qarabağın 338 kəndində yaşayıblar. 1899-cu il məlumatına görə, burada azərbaycanlıların sayı ümumi əhalinin 70 faizini, ermənilər 16,6 faizini, kürdlər 12,7 faizini, tatlar isə 0,7 faizini təşkil ediblər.

Sonrakı dövrlərdə Ruiya dövləti Azərbaycan torpaqlarında xristian məskənlərinin yaradılması, oraya rusların və ermənilərin köçürülməsi siyasətini davam etdiriblər. Bu zaman yerli əhalinin-azərbaycanlıların əzəli torpaqlarından qovulmasına və onların sıxışdırılmasına başlanıb. N.N. Şavrovun yazdığı kimi, 20-ci əsrin əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln.300 min ermənidən bir milyon nəfərdən çoxu diyarın yerli sakinlərinə mənsub deyildilər və bizim tərəfimizdən burada məskunlaşıblar.

Erməni şovinistləri tarixin bu və digər məqamlarında, fürsət düşəndə, Qərbin böyük dövlətləri və Rusiyanın, sonralar isə SSRİ-nin birbaşa himayəsinə arxalanaraq, türklərin yaşadığı qədim dədə-baba torpaqlarında məskunlaşmağa çalışıb və bu zaman azərbaycanlılara qarşı dəhşətli və kütləvi qırğınlar törədiblər. Bu faciələr haqqında dövrümüzə kimi gəlib çatan tarixi sənədlər, o cümlədən, elmi və bədii əsərlər kifayət qədərdir.

Ermənilərin iki əsrdən çox davam edən soyqırımı siyasəti nəticəsində minlərlə dinc insanlar-kişi, qadın və uşaq vahşicəsinə qətlə yetirilib, şikəst edilib, onların evləri yandırılıb, əmlakları isə qarət olunub.

Rusiya imperiyasına arxalanan ermənilərin planlaşdırılmış cinayətləri sayəsində birinci dünya müharibəsi və ondan sonrakı dövrlər də daxil olmaqla 2 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qaçqın düşüb, 1,5 milyona yaxını da qətlə yetirilib. Ümumiyyətlə isa, birinci dünya müharibəsinin gedişində və sonrakı dövrü də nəzərə almaqla 2,5 milyondan çox müsəlman həlak olub.

Yalnız 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına kimi Andranikin, Qayın və başqalarının rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı nəticəsində İrəvan qəzasında 32 kənd (3015 ailədə 19005 nəfər), Eçiməzdin qəzasında 84 kənd (5493 ailədə 35784 nəfər), Nor-Bəyazid qəzasında 7 kənd (668 ailədə 4649 nəfər), ümumiyyətlə, 197 kənd dağıdılıb. Yalnız yuxarıda adları qeyd olunan qəzalarda Azərbaycan əhalisinin sayını ümumiləşdirsək 59,438 nəfərə çatır. Bu qədər insanların bir qismi qətlə yetirilib, digər bir qismi isə öz doğma ev-eşiklərindən qaçqın düşüb, əmlakları qarət edilib, evləri yandırılıb.

Tarixin müəyyən vaxtlarında xalqımıza qarşı dəhşətli qırğınlar törədən, onları doğma torpaqlarından didərgin salan ermənilər, öz məkrli siyasətlərindən bu gün də əl çəkməyiblər. 20-ci əsrin başlanğıcından sonuna qədər erməni şovinistləri azərbaycanlılara qarşı, eləcə də onun mədəniyyətinə, tarixinə qarşı təcavüzkarlıq siyasətinə beynəlxalq təşkilatların və dünya dövlətləri, xüsusən ABŞ, Rusiya, Fransa, Böyük Britaniyas. dövlətlərin açıq və ya gizli formada ermənilərin tərəfini saxlamalarının təkrarlanması baxımından bu günöz aktuallığını saxlayıb.

 

Arzu Şirinova

Xalq Cəbhəsi.- 2014.- 19 sentyabr.- S.8.