Üzeyir Hacıbəylinin
publisistikasında azadfikirlilik
O, sözünü ciddi və yumorla, yumşaq və satirik kəskinliklə,
rahat və bitkin ifadə
etməyi bacarıb
Məşhur bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığında publisistika ayrıca yer tutur. Yaradıcılığa publisistika ilə başlayan Üzeyir bəy az sonra peşəkar qəzetçilik fəaliyyəti ilə məşğul olub. Ümumiyyətlə, o, bədii yaradıcılığa publisistika ilə başlayıb. "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla zamanının ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxsaylı məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. Məşhur "Molla Nəsrəddin" jurnalında məzəli imzalardan çox istifadə edib: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən", "Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan", "Yalançı" və s. Araşdırmaçıların fikrincə, gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton Ü.Hacıbəyovun da publisistik fəaliyyətində əhəmiyyətli yer tutub. Zəngin yumoristik söz yaradıcılığı vaxtilə dövri mətbuat səhifələrində "Ordan-burdan" ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur. "Bazar söhbəti", "Məzhəkə", "Təhsil" kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayə; "Rəfiqimdən məktub", "Üçüncü dəllək", "Məclisimizin duzu" "O, heç!", "Tərəqqi və gerilik", "Ha fikir edirəm başa düşmürəm!" kimi yazıları publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyərilə felyetondur.
Araşdırmaçı Səadət
Qarabağlı bildirir ki,
Ü.Hacıbəyli rublisistik
yaradıcılığa 1903-cü ildən başlayaraq
ömrünün sonuna
kimi davam edib. Ən kəskin yazılarını 1905-1920-ci
illərdə yazıb. O, öz
məqalə və felyetonlarında dini
fanatizmə, çar Rusiyasının fitnəkarlığına,
Şərq qadınlarının hüquqsuzluğuna
qarşı cəsarətli yazılarını yazıb, Lenini, bolşevikləri qorxmadan
tənqid edib: "Üzeyir
bəy eləcə də mədəniyyətin, maarifin inkişafına məqalə və
çıxışlarında ayrıca yer
ayırıb. Eləcə də
yaradıcılığında ana dili məsələlərinə xüsusi fikir verib. Bu barədə silsilə
məqalələr yazıb. Üzeyir bəyin fikrincə, bir millətin varlığının
əsas amili onun dilidir. Buna
görə bütün
xalq və ilk növbədə ziyalılar,
alimlər öz dilini qoruyub saxlamağa və inkişaf etdirməyə borcludur. 1906-cı ildə
"İrşad" qəzetində
dərc etdirdiyi bir məqaləsində Üzeyir Hacıbəyli yazırdı: "Ana dilimizə
əhəmiyyət verməsək,
ola bilər ki, bir gün
dilimiz itər-batar, yox olar və
bir millətin də ki, dili
batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına
isbat vücud onun dilidir".
Araşdırmaçı vurğulayır ki, Üzeyir bəy hələ pedaqoji fəaliyyəti zamanı şagirdlərin dərslik
sarıdan çətinlik
çəkdiklərini görmüş
və bunu aradan qaldırmaq üçün 1907-ci ildə
hüquqi, siyasi, hərbi terminlərin
"Azərbaycan-rus, rus-Azərbaycan"
lüğətini tərtib
etmiş və Bakıda Orucov qardaşlarının mətbəəsində
nəşr etdirmişdi. 1908-ci ildə isə "Hesab məsələləri"
dərsliyini yazmış,
yenə də həmin mətbəədə
kitab işıq üzü görmüşdü.
Bu kitablardan nə qədər şakirdlər,
ziyalılar bəhrələnmişdilər:
"Ü.Hacıbəyli dəfələrlə
öz məqalələrində
ana dilinin saflığı məsələsinə
toxunmuş, bu dilin xarici sözlərdən
təmizlənməsinə, sırf Azərbaycan türkcəsi olmasına çalışmışdı. Bu xüsusda onun
"Bir xanım əfəndinin bizlərə
hüsni-təvəccöhi" məqaləsi maraqlıdır.
Demək
olar ki, 20 yaşlı mühərrir
bu məqalə ilə əsl jurnalistlik fəaliyyətinə
başlamışdı. Məqalə "Həyat"
qəzetinin 1905-ci il 10 sentyabr tarixli 62-ci sayında "Üzeyir" imzası ilə çar edilib. Burada müəllif "Peterburqskiye vedomosti" qəzetində Maqda Neyman adlı bir yazar tərəfindən
dilimizin saflığı
əleyhinə yürüdülmüş
həyasız böhtana
öz nifrətini bildirmişdi. Ana dilinin tədrisini irəli sürərək
Üzeyir Hacıbəyov
bir-birinin ardınca üç məqalə yazıb. Bu məqalələr
"Hansı vasitələr
ilə dilimizi öyrənib kəsbi-maarif
etməliyik" sərlövhəsi
altında "İrşad"
qəzetinin 1906-cı il
15, 16 və 20 fevral tarixli saylarında "Üzeyir bəy Hacıbəyov" imzası
ilə dərc edilib. Bu məqalələrdə
Üzeyir bəy ana dili haqqında
çox qiymətli fikirlər irəli sürür. Mühərrir
dilini bilməyənlərə
istehza ilə yanaşmaqla, onlara "zavallı" deyə məraciət edir, həm də ana dilini öyrənmək
üçün həmin
"zavallı"lara
yollar göstərir. Təbii ki, böyük ədib heç vaxt çox dil bilməyin əleyhinə olmayıb.
Lakin öz dilini bilməyib ərəb, fars,
rus, fransız, ingilis dillərində
"bülbül" kimi
ötənlərə istehza
ilə gülüb, buna qarşı vaxtında mübarizəyə
başlamışdı. Üzeyir
bəy özü ana dilimizi bütün
incəlikləri ilə
bilməklə yanaşı,
bir neçə dilə - ərəb, fars, türk,
tatar, rus, gürcü, ləzgi dillərinə də yiyələnmişdi. Ona görə
də istedadlı mühərrir dil məsələsinə tez-tez
müraciət edib, zəngin, lirik Azərbaycan türkcəsini
mükəmməl öyrənmək
üçün xalqına
faydalı məsləhətlər
verib".
Araşdırmadan məlum olur ki, Üzeyir Hacıbəyli "Üeni
üsuli-təbii haqqında
bir neçə söz" ("Tərəqqi"
qəzeti, 6, 8 mart
1909), "Üsuli-təbii" ("Tərəqqi" qəzeti,
1 aprel 1909), "Dilimizi
korlayanlar" ("İqbal"
qəzeti 1912) və
s. məqalələrdə ana dili məsələlərindən
geniş bəhs edib: "Məsələn,
"Dilimizi korlayanlar"
məqaləsində ana
dilini korlayanlardan artistlə axundu bərabər qoyaraq yazırdı... "Axund belə danışır:
zamani ki, mən burada əglətmişəm, hərgah
bir şəxs ki, onun zahiri
və batini mənə məlum olmayan surətdə qarıdan daxil olub içəri girdi və mənə
salam verdi, hansı ki, mənə aiddir və yainki, aid dökül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun
salamının cavabında
deyəm ki, əleykəssalam!
Axund bunu demək istəyir ki, tanımadığın bir
adam sənə
salam versə, salam almaq sənə
borcdur. Amma farsdan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür...
Artistlər də bizim dilimizi bu sayaq
korlayırlar: "Bu gün
Tağıyevin teatrında
oynalılacaqdır suznaq
bir faciə "Gaveyi ahəngər", fasilələrdə çalacaq
tarzən və oxuyacaq xanəndə, filanın rolunu oynayacaq məşhur filan artist"...
Üzeyir
bəy "Tərəqqi"
qəzetində dərc
etdirdiyi "Üsuli-təbii"
(Müxtəsər cavab)
məqaləsində ana
dilinin gözəlliyinə
xələl gətirənlərə
cavab olaraq yazırdı: "Qafqazda
türk dilini mükəmməl bilənlərdən
Əli bəy Hüseynzadə cənabları
dəfələrlə qəti
surətdə elan edib ki, türk
dilində "hansı
ki" "hansılar
ki" sözü yoxdur. Mən də deyirəm ki, bu sözü
tərcümə üsulu
ilə dərs verən müəllimlər
rusun "kotorıy"
kəlməsini tərcümə
etmək üçün
özlərindən çıxardıblar,
onun istemalı lüzumsuz bir ağırlıqdır".
Üzeyir
Hacıbəyli "Hansı
vasitələrlə dilimizi
öyrənib kəsbi-maarif
etməliyik" məqaləsində
yazırdı: "... Bizim
türk lisanımız
Avrora üləma və filosoflarının rəyinə nəzərən
ən vəsi və kamil bir
dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Belə bir zəngin lisanın sahibi olub da onunla
istifadə etməməyin
özü böyük
bir bədbəxtlikdir".
Araşdırmaçı bildirir ki, Üzeyir Hacıbəyli əsərlərində
- istər "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın
mal alan" orerettalarına,
opera əsərlərinə yazdığı librettolarında,
istərsə də rublisistik yazılarında
ana dilimizin bütün qanunlarına riayət edib, onun gözəlliyini, zərifliyini, lirikliyini qoruyub saxlayıb, hətta bəzi kəlmələrlə, "Heç
hənanın yeridir",
"Tarixi-Nadiri yarıya
qədər oxumuşam",
"O olmasın, bu olsun" və s. zərb-məsələ dönmüş
ifadələrlə dilimizi
zənginləşdirib: "Qərbi Berlində yaşayan həmyerlimiz Eldost 1977-ci ildə Almaniyada Üzeyir Hacıbəyovlinin həyat
və yaradıcılığından
bəhs edən (əski əlifba ilə) kitabını nəşr etdirib. Eldost yazır ki, "Məşədi İbad" əsəri
Azərbaycan dilinin şirin, mənalı, gözəl ifadələri
və məsəlləri məcmuəsidir. Bu ifadələr bir tərəfdən dilimizin zəngin,
mükəmməl bir dil, o biri tərəfdən isə
Üzeyir bəy Hacıbəylinin xalq dilinə bağlı və
yüksək qələm sahibi olmasını nümayiş
etdirir".
Əməkdar
artist Tahir Aydınoğlu bildirir ki, Üzeyir bəy "Molla
Nəsrəddin" ədəbi-məfkurəvi cərəyanına
qəlbən yaxın olan, daim onun
çıxışlarına səs verən gənc
publisistdir, işlədiyi nəşrlərdə
çoxsaylı satirik-publisist yazılar yazmışdı:
"Qüdrətli satirik qələm sahibi o dövrdə
milli ziyalıların hərəkətə gətirdiyi
mübarizə ilə bağlı əksər mövzularda həqiqəti
gündəmə gətirmişdi. O, "mollanəsrəddinçi"
cəbhə ilə sıx əlaqədə
yazıb-yaratmış, yeri gələndə bu jurnalda da
çıxış etmişdi. Üzeyir bəy 1906 və
1907-ci illərdə ilk milli toplantılar olan Qafqaz türk
müəllimlərinin I və II qurultaylarının
keçirilməsində də fəal iştirak etmişdi. Qurultayın
qərarlarına uyğun olaraq, 1907-ci ildə çoxdankı
arzusunu həyata keçirib ana dilində "Hesab məsələləri"
kitabı nəşr etdirmişdi. Üzeyir bəy mətbuat
işçilərinə kömək məqsədilə
"Türki-rusi və rusi-türki lüğət"i də
hazırlamışdı".
Üzeyir
Hacıbəyli 1905-ci ildə "Həyat" qəzetində
yazırdı: "Avropalılar bu dari-dünyaya ana bətnindən
mədəniyyətli düşməyiblər. Biz türklər
də əl-ələ verib, cümləmiz mədəniyyət
və mərifət sarayına daxil olmağa amadəyik.
Çifayda, bəzi fasid və məfsud şəxslər belə
bir fürsətli həngamda bizlərə xələl
yetirir".
"Üzeyir
bəy daha sonra yazırdı: "Bizim birinci böyük
yaramız mədəniyyətsizlik idi. İkinci böyük
yaramız da erməni-müsəlman davası oldu. Bəs bu
yaraları görə-görə göz yumub kor və qulaq
örtüb kar olmaq mümkündürmü, əcəba?!"
T.Aydınoğlu: "Bu böyük
soydaşımızın peyğəmbərcəsinə xəbərdarlığı,
ayıq-sayıqlığa çağırışı
idi. "Qələmin müqəddəs vəzifəsi gərək
həqiqəti söyləmək olsun" deyən Həsən
bəy Zərdabidən estafeti qəbul edən Üzeyir bəy
Hacıbəyli də bu həqiqəti deməkdən
qorxmamışdı. "Dünyada ən alçaq sifətlərdən
birisi, zənnimcə, cürətsizlikdir" deyərək
açıqca yazmışdı: "Özgə xalqın
kişiləri bir-birinə mədəd yetirib; dövlətli
kasıba, qüvvətli zəifə, elmli elmsizə arxa olub.
Bizim kişilərimiz bir-birinin ayağından çəkib,
dövlətli kasıbın, qüvvətli zəifin, elmli
elmsizin üstünə minib deyir: "Mənə belə
xoşdur, altda qalanın canı çıxsın". Millət
fədaisinin bu sözləri bu gün də vicdanı ayıq
olan kimsəni tirtədirsə, demək, Üzeyir bəy
Hacıbəylinin başladığı, çox şeyə
nail olduğu mübarizə yolunda indiki nəsillərin
görəcəyi işlər az deyil".
Uğur
Xalq Cəbhəsi.- 2014.- 24 sentyabr.- S.11.