«Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilməlidir»

 

Hatəm Cabbarlı: «Türkiyənin Qars müqaviləsi şərtlərinə görə Naxçıvan üzərində qarant dövlət haqqına sahib olması,  onun Cənubi Qafqazda var olmasının yeganə beynəlxalq hüquqi dayağıdır»

Avrasiya Təhlükəsizlik Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasət elmlər doktoru politoloq Hatəm Cabbarlının BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Hatəm bəy, Azərbaycan Türkiyənin hərbi əməkdaşlıq təhlükəsizlik siyasətinin necə qiymətləndirirsiniz?

- Azərbaycan Türkiyə arasındakı hərbi əməkdaşlıq 1990-cı illərin əvvəllərində başlasa da, daha sonra bu əməkdaşlıq beynəlxalq aləmdə regionda cərəyan edən təhlükəsizlik anlayışına paralel olaraq inkişaf etmədi. Son 20 ildir Cənubi Qafqazda ciddi təhlükəsizlik boşluğu yaşanır. Sovet İttifaqının dağılmasından sonra Rusiya, ABŞ, Türkiyə İran bu boşluğu dolduracaq qədər təsirli siyasət həyata keçirə bilmədilər. Rusiya Azərbaycana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması üçün təzyiq etsə , Azərbaycan bu təşkilata üzv olmadı, NATO ilə münasibətlərini qurmağa genişləndirməyə çalışdı. Ancaq NATO ilə münasibətləri genişləndirmənin Dağlıq Qarabağ problemini həll etməyə fürsət verməyəcəyini anladıqdan sonra əməkdaşlıq münasibətlərini yüksək səviyyəyə çıxarmasa da, Azərbaycanın Avratlantik məkana inteqrasiya siyasətində ciddi bir qırılma nöqtəsi olmadı.

- Hər zaman daha çox Qars müqaviləsinin Azərbaycanın təhlükəsizliyi baxımından önəmini qabardırlar….

- Günümüzün perspektivindən təhlil edildiyində Cənubi Qafqazda Azərbaycan Türkiyənin mənafelərinin üst-üstə düşdüyünü görmək mümkündür. Bu əməkdaşlığın digər həlqəsi Gürcüstan ola bilər. Türkiyə Cənubi Qafqazın təhlükəsizliyində söz haqqına sahib olmasında 1921-ci il Qars müqaviləsinə istinad edir. Müqavilə mətnində «qarant» ifadəsindən istifadə edilməsə , 6-cı maddədə Acarıstan üzərində Türkiyənin qarant dövlət olduğundan bəhs edilir. Ancaq Türkiyənin Acarıstan üzərində «qarant dövlət» haqqı olmasına rəğmən, Gürcüstan Acarıstanın muxtariyyətini qaldırdığı zaman Türkiyənin bu məsələyə səssiz qalması olduqca düşündürücüdür.

- Türkiyənin bu məsələdə səssiz qalması Ermənistanın mövqeyini gücləndirirmi?

-Türkiyənin bu məsələyə səssiz qalması Qars müqaviləsini tanımayan Ermənistanın mövqeyini gücləndirəcəyinə görə Türkiyənin əleyhinə nəticə doğura bilər. Belə bir vəziyyət Türkiyənin Gürcüstan üzərindəki təsirini önəmli dərəcədə azaldıb Ankara beynəlxalq hüquqa istinad edən haqqından qarşılıqsız olaraq imtina edib. Türkiyənin bu məsələdə səssiz qalması təbii ki, Azərbaycan üçün mənfi bir haldır. Naxçıvanın statusunun hər hansı bir şəkildə dəyişməsi məsələsi gündəliyə gələrsə, Türkiyənin mövqeyinin olacağı məlum deyil. Türkiyə bu zaman Acarıstan nümunəsində olduğu kimi səssiz qalarsa, Cənubi Qafqazdakı mövqeyi tamamən zəifləyəcək. Acarıstanın statusunun ləğv edilməsindən sonra Türkiyənin Qars müqaviləsi şərtlərinə görə Naxçıvan üzərində qarant dövlət haqqına sahib olması,  onun Cənubi Qafqazda var olmasının yeganə beynəlxalq hüquqi dayağıdır.

- Azərbaycan-Türkiyə, eləcə digər türkdilli dövlətlər arasında hərbi əməkdaşlıq onun perspektivləri necə görürsünüz?

- Azərbaycanın ilk sülhməramlı hərbi qüvvələrinin 1999-cu ildə Türkiyə sülhməramlı taborunun komandanlığı altında Kosovada xidmətə başlaması iki ölkə arasında bu sahədə müvafiq müqavilənin imzalanmasından sonra baş tutdu.

İki ölkə arasında imzalanmış müqavilələr hərbi əməkdaşlığın müxtəlif sahələrinihərbi təhsil, hərbi yardım, silah sursat satışı, ortaq silah istehsalıəhatə edir. Ancaq geniş əhatəli müdafiə müqaviləsinin hələ imzalanmamış olması hər iki ölkə üçün ciddi strateji çatışmazlıq kimi qiymətləndirilə bilər.

Əlbəttə, Azərbaycan Türkiyə arasında müdafiə sahəsində müqavilənin imzalanmasından narahat olacaq dövlətlər var onlar bu müqavilənin imzalanmaması üçün əllərindən gələni edəcək inadla buna qarşı çıxacaqlar. Ancaq iki ölkə arasında müdafiə sahəsində müqavilənin imzalanmasını beynəlxalq aləmdə regionda cərəyan edən təhlükəsizlik problemləri labüd edir. Tərəflər ortaq siyasi iradə nümayiş etdirə bilərsə, bu maneə əngəlləri rahatlıqla aşarlar.

Rusiya Ermənistan arasında 10 fevral 1995-ci ildə imzalanmış «Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər arasında Kollektiv Təhlükəsizlik Konsepsiyası» müqaviləsinə bənzər bir sənəd Azərbaycan Türkiyə arasında da imzalana bilər. Belə bir müqavilə imzalanarsa, regiondakı güclər arasındakı tarazlığın əhəmiyyətli dərəcədə dəyişəcəyi ehtimalı yüksəkdir. Əlbəttə, bu dəyişmədən ən çox faydalanan Azərbaycan Türkiyə olar, regionda mövqelərini daha da gücləndirə bilərlər. Bu, eyni zamanda Ermənistanın hərbi təhlükəsizlik sahəsində Azərbaycan Türkiyəyə qarşı izlədiyi siyasəti yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.

İki ölkə arasında 16 avqust 2010-cu ildə «Azərbaycan Türkiyə arasında strateji əməkdaşlıq qarşılıqlı yardım haqqında» müqavilə imzalansa da, bu təhlükəsizlik müdafiə sahələri üçün yetərli deyil. Müqavilə 22 dekabr 2010-cu ildə Azərbaycan Milli Məclisində, 2011-ci ilin mart ayında isə Türkiyə Böyük Millət Məclisində ratifikasiya edilib. Bu müqavilədə tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın ümumi çərçivəsi hazırlanıb.

- Sizcə, bu gün dünyada baş verən geosiyasi dəyişikliklər bu əlaqələrin yenidən qurulmasına zəmin yaradırmı?

- Beynəlxalq aləmdə bölgədə yaşanan siyasi proseslər tərəflər arasındakı hərbi əməkdaşlığın dəyişikliklərə məruz qalmasına səbəb ola bilər. Bu zaman Rusiya ABŞ-ın (Qərbin) ümumilikdə Cənubi Qafqaz, xüsusən Türkiyə Azərbaycan siyasətini yaxşı analiz etmək lazımdır. ABŞ-ın (Qərbin) regionda söz sahibi olmaq üçün təşəbbüsləri davam edir iqtisadi faktorlara əhəmiyyət verir. Rusiya isə, Qərbdən fərqli olaraq ənənəvi siyasətindən əl çəkməyərək, siyasi, iqtisadi hərbi gücündən istifadə edərək bölgədəki varlığını hər vəchlə qorumağa çalışır.

Türkiyə Azərbaycan arasında hərbi əməkdaşlıq sadəcə hərbi malların ticarəti, hərbi kəşfiyyat, ortaq manevrlər, ortaq istehsal, raket kosmos texnologiyası sahələrində deyil, bu əməkdaşlığa paralel olaraq müdafiə sahəsində inkişaf etdirilməlidir.

Tərəflər arasındakı hərbi əməkdaşlığın digər bir əhəmiyyətli sahəsi hərbi sənaye sahəsində əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan Türkiyə başqa dövlətlərdən asılı olmadan müstəqil olaraq silah sənayesini inkişaf etdirmək üçün insan kapitalına sahibdir. Tərəflər bu sahədə əməkdaşlığın sadəcə hüquqi texniki infrastrukturunu hazırlamalıdır. Hərbi sənayedə başqa dövlətlərdən asılı olmaq iki ölkə arasındakı hərbi sahədəki əməkdaşlığın inkişaf etdirilməsi qarşısında ciddi əngəldir. Məsələn, Türkiyə Azərbaycana «Fırtına T-155″ özüyeriyen top (Öbüs) satmaq istəyərkən, Almaniyanın bu topun mühərrikini istehsal edən MTU şirkəti Dağlıq Qarabağ probleminə əsaslanaraq, satışa əngəl oldu. Hər iki ölkənin hərbi sənayesinin müstəqil olması, əsas parçaların Azərbaycan yaxud Türkiyədə istehsal edilməsi hər baxımdan üstünlük təmin edəcəkdir. Tərəflərin ortaq istehsal etdikləri silahların keyfiyyəti dünya standartlarına uyğun olarsa, bu zaman silah ticarətində mövqelərini gücləndirərək, istehsal edilən silahların maya dəyərini əhəmiyyətli dərəcədə azaltmaq mümkün ola bilər.

 

Elnur Eltürk

Xalq Cəbhəsi.- 2014.- 8 yanvar.- S.6.