Mustafa Çokay
— türklük savaşçısı
Qazax siyasi xadimi
və dövlət adamı Mustafa Çokay Azərbaycan Xalq Cümhuriyyətini də dəstəkləyirdi
Öz xalqının
azadlığı və
xoşbəxtliyi yolunda
həyatını qurban
verən insanlardan biri də görkəmli
qazax siyasi xadimi və dövlət adamı
Mustafa Çokaydır. 1890-ci ilin yanvarın 7-də Sır Dərya kənarındakı Qırğız
çöllərində yaşayan
sadə bir qazax ailəsində doğulan Mustafa uşaqlıq
və yeniyetməliyini
Akmescitdə keçirib.
İlk təhsilini də burada aldığından çox vaxt onu Akmescit doğumlu
sayırlar. Soykökü Xarəzmşahlara bağlı
olan bu böyük
insan gəncliyindən
zülmə və haqsızlığa qarşı
mübarizəyə atılıb,
keçməkeşli bir
həyat yaşayıb.
Orta məktəbi
Daşkənddə rus
dilində bitirən
Mustafa Peterburq Universitetində
hüquq fakültəsinə
qəbul olunur. Peterburqda
sol dünyagörüşlü inqilabçılarla yaxından
tanış olsa da,
onlarla fikir
birliyinə gələ
bilməmişdi. Mustafa Çokay açıq-aydın
görürdü ki, kommunizm qurmaq, insan azadlığına
nail olmaq istəyi ilə mübarizəyə
qoşulanlar velikorus şovinizmindən uzağa
gedə bilmirlər.
Bu səbəbdən də o, Rusiya imperiyasını yeni formada yaşatmaq istədiklərini gördüyünə
görə onlardan uzaqlaşır. O, ilk növbədə
xalqını rus müstəmləkəçilərinin əsarətindən xilas olmasına üstünlük
verir.
Mustafa Çokayın Peterburqda oxuduğu illər Avropa və Rusiyanın Balkan xalqlarını Osmanlı
dövlətinə qarşı
üsyana təhrik zamanına təsadüf edir. Belə ağır bir
zamanda Mustafa Çokay
dostlarıyla bir dərnək qurur. Onlar Osmanlı dövlətinə
yardım üçün
müxtəlif tədbirlər
həyata keçirirlər.
Rusiya vətəndaşı olan
müsəlmanlardan pul
toplayaraq Osmanlı dövlətinin Rusyadakı
Böyük elçisi
Turhan paşaya verirlər.
Ali təhsilini başa
vurduqdan sonra Türküstana dönən
Mustafa Çokay Daşkənddəki
«Uluğ Türküstan»
qəzetinin ən fəal müxbirlərindən
birinə çevrilir. Bir il sonra
isə Daşkənddə
«Birlik tuğu» jurnalını nəşr
etməyə başlayır.
Daşkənddə rusca çap
olunan «Hür Türküstan» və «Yeni Türküstan» qəzetlərinin fəaliyyəti
də Mustafa Çokayın
adıyla bağlıdır.
Qəzet
və jurnallar ona yalnız fikrlərinin yaymaq üçün deyil, həm də məsləkdaşlarını tapıb bir yerə toplamaq üçün əvəzsiz
vasitə olur.
1917-ci ilin fevralında
çar II Nikolay hakimiyyətdən uzaqlaşdırıldıqdan
sonra Mustafa Çokay və məsləkdaşları
qazax və qırğız Türklərinin
ortaq dövlətləri
olan «Alaş Orda»nı qurmağa
başlayırlar. 27 noyabr 1918-ci ildə Kokandda Türküstan hökumətinin elanında
onun əvəzsiz xidməti olur. Yeni qurulmuş hökumətdə
rəhbər vəzifə
tutan Mustafa Çokay bütün varlığıyla
müstəqil siyasət
yeritməyə çalışır
və bir sıra demokratik islahatlar həyata keçirə bilir. Diqqəti çəkən odur ki, çar generalı olan Kolçak Mustafa Çokayın
öldürülməsinə göstəriş verir.
Bolşeviklər Çar Rusiyasını
«xalqlar həbsxanası»
adlandırsalar da, özləri hakimiyyətə
gəldikdən sonra Rusiya imperiyasının sərhədlərini bərpa
etmək üçün
qanlı döyüşlərə
atılırlar. Onlar
az zaman
içərisində «Alaş-Orda»nı
özlərinə tabe
edirlər.
Mustafa Çokay mühacirətə
getmək zorunda qalır. 1919-cu ildə Quzey Qafqaza gələn
Mustafa Çokay Tiflisdə
çıxardığı «Hür dağlılar» adlı həftəlik qəzetdə Türküstan
davasını dilə
getirən yazılar yazır. 1920-ci ildə Quzey Qafqaz Milli Təşkilatının
Türküstan Milli Mərkəzi ilə birləşərək «Yeni
dünya» qəzetini çıxarır. Burada dəyərli
yazılar yazır.
Tiflisdə «Şafak» adıyla
çıxardığı qəzetdə Anadoludakı
Kuvayi Milliye hərəkatını dəstəkləyən
yazılar çap edir.
Azərbaycan Xalq Cümhuriyyətini dəstəkləyən və
daim ona yardımçı olan
Mustafa Çokay bolşeviklər
Qafqazı işğal
etdikdən sonra Batum-Trabzon dəniz yolu ile İstanbula
gedir. İstanbulda çıxan «Yeni
Türküstan», Berlində
çıxan «Yaşa
Türküstan» adlı
jurnallarda və Avropa dillərində çıxan mətbuatda Çokay həmişə
Türküstan ve türklük davasını
davam etdirir.
Çokay 1921-ci ilin əvvəlində İstanbuldan gəmi ilə Fransanın Marsel limanına gelir, oradan qatarla
Gare de Lyona gedir.
Tatar liderlərindən Fuat Toktar Çokay
və xanımı Mariyanı Gare de Lyonda qarşılayır və kasıb bir otelə yerləşdirir. Bir neçə gün
sonra Çokaylar
Avenue Mozartda 64 nömrəli
iki otaqlı kiçik bir evə köçməli
olurlar. Ancaq iki həftə
sonra maddi sıxıntıdan mənzillərini
yeməkxanaya çevirir
və burada Rusiyadan gəlmiş qaçqınlara ucuz qiymətə nahar verməyə başlayırlar.
Bir zamanlar Türküstan Hökumətinin
rəhbəri olan Çokay indi alın təri ilə çörəkpulu
qazanmak üçün
kartof, soğan soymaqla, düyü arıtlamaqla gün keçirir. Hətta Azərbaycan Xalq
Cümhuriyətinin mühacirətdə
olan lideri Məhəmməd Əmin
Rəsulzadə onun görüşünə gələrkən
Çokay üzr diləyərək onunla söhbətini kartof
soya-soya davam etdirir.
Rəsulzadə xatirələrində Çokayın vəziyyətini
belə gördüyünə
üzülmür. Əksinə, onun əyilməzliyinə,
qüruruna, ağıl
və mətanətinə
heyran qaldığını
yazır.
1922-ci ilin ortalarında
Çokayın xanımı
Mariya xəstələnir. Onun Parisdə
müalicəsinə pulları
yetmədiyinə görə
Almaniyaya aparırlar.
Çünki Almaniyada inflayasiyaya
görə hər şey ucuz idi.
Belə ki, 100 fransız frankı ilə aylarla bir pansionda
qalmaq mümkün idi. Çokaylar ailəsi altı
ay Almaniyada qaldıqdan
sonra Fransaya qayıdır və
1923-cü ildən Nogent
Sur Marnede yaşamağa
başlayırlar.
Çokay Parisdə yalnız ideoloji baxışıyla
deyil, dürüstlüyü
və dostlarına olan vəfası ilə də tanınmışdı. O, Parisdə
yaşayan Azərbaycan
mühacirləri Əlimərdan
bəy Topçubaşov
və Ceyhun bəy Hacıbəylı
ilə görüşür,
birgə mübarizə
planları hazırlayır,
toplantılar keçirir,
fikir mübadiləsi edirdilər.
Çokay həyatının ən məhsuldar son 20 ilini Parisdə keçirir. 1921-1941-ci illərdə Parisdə yaşayıb ictimai-siyasi fəaliyyətlə məşğul
olmaqla yanaşı tez-tez Berlinə gedir. Bu da
səbəbsiz deyildi.
Həm oradakı siyasi mühacirlərlə görüşür,
həm də «Yaşa Türküstan» jurnalını orada çap etdirir.
1929-1939-cu illər arasında
«Yaşa Türküstan»
jurnalının 117 sayını
çap etdirərək
oxuculara çatdıra
bilir. Bu jurnalda
yalnız Türküstanın
azadlığı uğrunda
gedən mübarizədən
söz açılmırdı.
Keçmiş Rusiya ərazisində
əsarətdə yaşayan
xalqların milli mübarizəsi burada öz əksini tapır. Burada Azərbaycan siyasi
mühacirlərinin məqalələrinə
də tez-tez rast gəlinir. Jurnalın əsas qayəsi əsarətdə olan xalqları Sovet əsarətindən qurtarmaqla
yanaşı, Türk
xalqlarının birliyinə
da nail olmaq idi. Buna görə
də araşdırıcılar
«Yaşa Türküstan»
jurnalını Mustafa Çokayın
ən böyük əsəri sayırlar.
Çokayın baxışları jurnalda çap olunan məqalələrdə
özünə geniş
yer tapıb.
Faşist
Almaniyası Fransanı
az zamanda
işğal etdiyində
siyasi mühacirlərin
çoxu bu ölkəni tərk etməli olur. Mustafa Çokay isə
bu ölkəni özünə ikinci vətən saydığından
Parisi tərk etmir. Bu da
onun siyasi fəaliyyətinin zəifləməsinə
səbəb olur.
Lakin faşist rejimi onun bu hərəkətindən
razı qalmır.
1941-ci il iyunun 22-də Almaniya ilə Sovetlər Birliyi arasında başlayan müharibədən
az sonra Mustafa Çokay Sur Marnedəki evində həbs edilir və Berlinə aparılır. Alman faşistlərinin məqsədi
Mustafa Çokayın nüfuzundan
istifadə edərək
əsir alınmış
Türküstanlılardan, tatar
və başqırdlardan
ordu yaradaraq Sovetlər Birliyinə qarşı döyüşə
göndərmək idi.
Mustafa Çokay müharibədən sonra Türküstanın azadlıq
əldə edə bilməyəcəyini gördüyündən
alman faşistlərilə
işbirliyinə getmir.
1941-ci il dekabrin 27-də xəstələnir,
vəfat edir. Onu Berlində dəfn edirlər.
Mustafa Çokaydan söz
açarkən onun xanımı, milliyyətcə
rus olan Mariyanın da xidmətlərini unutmamaq lazımdır. Mustafa Çokayla
birgə ömrünü
rus müstəmləkəçilərinə
qarşı mübarizəyə
həsr edən Mariya xanım həmişə əriylə
birlikdə olub. Mariya Mustafa Çokayın irsinin qorunmasında da mühüm rol oynayır. Mustafa Çokayın ölümündən
sonra onun arxivini Parisdəki Şərq Dilləri və Mədəniyyətləri
İnstituna verir.
Orada Çokayın şəxsi
sənədlərindən ibarət
bir arxiv yaradılır. Mariya Çokayın
zəngin kitabxanasını
da Çokayın adı veriləcək bir bölüm yaradılmaq şərtilə
instituta bağışlamışdı.
Bununla yanaşı Mustafa Çokay
haqqında xatirələrini
yazaraq çap etdirir. Almatıdakı Qazaxıstan Dövlət
Arxivi Parisdən
Mustafa Çokayın arxivinin
mikrofilmlərini apararaq
qazax araşdırıcılarının
istifadəsinə verir.
Qazax xalqı Mariya Çokayevanı da həmişə hörmətlə
xatırlayacaq.
2008-ci ildə Mustafa Çokayın
həyatını əks
etdirən sənədli
film çəkilib. Bu filmin
bir çox kadrları Özbəkistanın
Daşkənd, Kokand, Qazaxıstanın
Qızıl Orda, Rusyanın St. Peterburq, Azərbaycanın Bakı,
Gürcüstanın Tiflis, Türkiyənin İstanbul
şəhərlərində, Fransa və Almaniyada çəkilib.
Əli Şamil,
araşdırmaçı
Xalq Cəbhəsi.- 2014.- 9 yanvar.- S.13.