Turizm sektorunun qiymət problemi
Vüqar Bayramov: «Turizm obyektlərində qiymətlərin baha olması birbaşa turizmlə bağlı problemdir»
Turizm obyektlərində
xidməti qiymətlərin
baha olması ilə bağlı problem atual olaraq qalır. Azərbaycan vətəndaşları
qiymətlərin baha olmasından şikyətlənir,
Türkiyədə və
ya Gürcüstanda, həmçinin digər ölkələrdə istirahətə
daha çox üstünlük verirlər.
Maraqlıdır, Azərbaycan turizm
sektorunda qiymətləri
kim və
necə müəyyənləşdirir?
İstirahət komplekslərində xidmət qiymətləri reallığa nə dərəcədə uyğundur?
Bu sahədə rəqabəti gücləndirmək
üçün hansı
addımlar atılmalıdır?
«Turizmə Dəstək» Gənclər Koalisiyasının
sədri Ramiz Alıyev bildirdi ki, ölkəmizdə istər turizm, istərsə də digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahələrdə qiymətlərə
dövlət tərəfindən
kəskin təsirlər
olmur: «Ona görə ki, azad sahibkarlıq fəaliyyəti mövcuddur.
Dövlət süni qiymət
artımı ilə bağlı manitorinqlər
aparır və belə hallar olarsa cəza tədbirlərin görür.
Turizm sahəsi də birbaşa Mədəniyyət və
Turizm Nazirliyinə aid
olan bir sahə olduğu üçün burada monitorinqləri məhz qeyd etdiyimiz dövlət qrumumunun müvafiq idarələri aparır. Dəfələrlə olub ki, monitorinqlər zamanı belə hallar aşkarlanıb və aidiyyatı qurum tərəfindən cəza
tədbirləri görülüb.
Ancaq təbii ki, azad sahibkarlıq olduğuna görə, qiymətləri sahibkarlar özləri müəyyənləşdirir
və tətbiq edir. Süni qiymət artımı
olduqda dövlət müdaxilə etməyə
məcbur qalır».
O, həmçinin əlavə
edib ki, ölkəmizdə turizm yeni bir sahə
olduğuna görə,
burada xidmətlə bağlı xeyli problemlər var: «Ancaq bu problemlər
azalamaqdadır. Turizm Univeristeti, turizm kollecləri və turizmlə bağlı yeni yaradılmış peşə məktəbləri
problemlərin azalmasına
şərait yaradır.
Bir neçə ildən sonra problemlər öz həllini tapacaq. Ona görə ki,
ölkəmizdə müasir
tələblərə cavab
verən otellərin istifadəyə verilməsi
nəticəsində turizm
sahəsində bir canlanmma yaranıb, bir çox insanlar orada işləmək arzusundadır.
Bunun üçün
də ali,
orta və peşə məktəbləri
var ki, həmin
gənclər orada yüksək təhsil əldə etmək ikanı qazanırlar».
Ramiz Alıyevin sözlərinə
görə, ümumiyyətlə
turizm sahəsində inkişafı görmək
istəyiriksə, ölkəmizin
turizmi təbliğ edilməlidir: «Yeni-yeni verlişlər, reklam çarxları olmalıdır
ki, həm ölkə əhalisi, həm də ölkəmizə gəlmək
arzusunda olan turistlər daha da həvəslə ölkəmizə gəlsinlər.
Bu sahədə rəqabəti artırmaq üçün düşünürəm
ki, xidməti daha da keyfiyyətli
etmək lazımdır
ki, hər kəs dincəlmək istədiyi yerdə rahatlıq tapma bilsin. Ən əsası da qiymətlərlə bağlı…
Düşünürəm ki, bizim sahibkarlar bir daha düşünməlidirlər.
Elə qiymətlər müəyyənləşdirməlidirlər
ki, ölkə əhalisinin böyük əksəriyyəti itirahətini
məhz ölkə daxilində etməyi üstün tutsun. Belə olan halda xarici
turistlərin də ölkəmizə daha çox gəlməsi müşahidə olunacaq.
Azərbaycan həm tarixi-mədəni
abidələrlə zəngindir,
həm də ölkəmizdə olan otellər müasir tələblərə uyğundur».
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
(İSİM) eksperti Gülnar
İsmayılova bildirib
ki, Azərbaycanda turizm sektoru qənaətbəxş hesab
olunmur. Azərbaycan Dünya İqtisadi Forumunun «Səyahət və turizm Rəqabət davamlılığı
indeksi 2013″ hesabatına
əsasən dünyanın
140 ölkəsi arasında
78-ci yeri tutur: «Ölkəyə gələn
turistlərin sayının
az olması ilə yanaşı ölkə əhalisinin çox hissəsi istirahət üçün
xarici ölkələrə
üz tuturlar. Buna əsas səbəb
kimi xidmət haqlarının yüksək
olması, bu sahədə çalışanların
peşəkarlıq səviyyəsinin
aşağı olmasını
qeyd etmək olar. Kadrların peşəkarlıq dərəcəsini artırması
üçün tədbirlər
görülsə də
bu məsələ hələdə problem olaraq
qalmaqdadır».
Ekspertin sözlərinə görə, turizm sektorunu daha önəmli problemlərindən biri də turizm günlərinin azlığıdır, yəni turizm şirkətləri əsasən bir neçə ay yay mövsümündə fəaliyyət göstərir, qış turizm mərkəzlərinin az olması ümumiyyətlə sektorun inkişafını zəiflədir. Bölgələrdə turizmi mövsümi deyil, daimi təşkil etmək lazımdır. Turizm sektorunda əsas təmsilçilərdən biri də turizm şirkətləridir. Bəzən turizm şirkətlərinin müştəriləri aldatması halları baş verir. Belə ki, turizm şirkətləri qiymətləri suni şəkildə aşağı salır (dempinq) və bu zaman müştəri ona vəd edilən xidmətlərin reallıqla üst-üstə düşmədiyinin, xidmətlərin reklam çarxlarında göstəriləndən aşağı olması ilə rastlaşırlar. İstehlakçıların hüquqlarının pozulması hallarına qarşı dövlət tərəfindən konkret qanunlar tətbiq olunmalıdır. Bu kimi problemlərlə müştərilərin qarşılaşmaması üçün əvvəlcədən sifariş müqavilələri bağlanmalı, müqavilədə otelin kateqoriyası, nəqliyyatın növü, yemək sistemi və digər xidmətlər haqqında informasiya yazılmalıdır».
İqtisadçi-ekspert Vüqar Bayramov turizm obyektlərində qiymətlərin baha olmasını birbaşa turizmlə bağlı problem adlandırıb: «Bu sahədə qiymətlərin yüksək olması turizm sektoruna güzəştlərin az olması ilə bağlı olan məsələlərdir. Müxtəlif ölkələrdə turizm sahəsi prioritet sektorlardan hesab olunur. Turizim sektoru prioritet sahələrdən hesab olunduğu üçün ona mütəmadi dövlət dəstəyinin verilməsinə ehtiyac böyükdür. Şərqi Avropa ölkələrində olduğu kimi bizdə də, bu sahəyə dəstək verilməlidir».
İqtisadçı ekspert bir sıra ölkələrdə əlavə dəyər vergisinə edilən güzəştlərin analojı tətbiqinin Azərbaycanda da tətbiq olunmasına ehtiyac olduğunu qeyd edib: «Şərqi Avropa ölkələri təcrübəsi göstərir ki, bu sektora ayrılan əlavə dəyər vergisində güzəştlərin edilməsi xeyirlidir. Əlavə dəyər vergisinə güzəştlərin tətbiqi birbaşa bu sektorda xərclərin azaldılmasına və qiymətlərin ucuzlaşmasına səbəb olar. Söhbət əlbəttə ki, əlavə dəyər vergisinin tam olaraq ləğvindən getmir. Sadəcə əlavə dəyər verginin həcmində müəyyən güzəştlər olunmalıdır. Hansıkı bu təcrübə Gürcüstanda, Şərqi Avropa ölkələrində tətbiq olunub. Şərqi Avropa ölkələrində, məsələn Rumıniyada əlavə dəyər vergisi 18% olsa da, bu ölkədə turizm sektorunda çalışan şirkətlər əlavə dəyər vergisinə 7%-lə cəlb olunurlar. Bu, birmənalı şəkildə imkan verir ki, praktik olaraq turizm sektorunda fəaliyyət göstərən şirkətlərin xərclərin azaldılmasına nail olunsun. Bu da nəticə etibarilə turizm sektorunda qiymətlərin tənzimlənmsinə və bu sahənin rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır. Azərbaycan isə nəinki xarici turistlərin, hətta yerli turistlərin cəlb olunması baxımından olan rəqabətdə də uduzur. Bu da qiymətlərə bağlıdır.
Əgər bizdə turizmə tətbiq olunan əlavə dəyər vergisinə güzəşt olunarsa, bu, birmənalı şəkildə qiymətlərin aşağı düşməsinə, xarici turizm axının məhz ölkəmizə yönəlməsinə imkan verəcək. Qonşu Gürcüstan və Türkiyədə dincələn turistlərin Azərbaycana gəlməsi də artacaq».
Əli
Xalq Cəbhəsi.- 2014.- 9 yanvar.-
S.9.