«Şüur» anlayışına müasir yanaşmalar

 

M.Eliade göstərir ki, «mifin elə bir tərifini tapmaq mümkün deyil ki, həm bütün alimlər tərəfindən qəbul edilsin, həm mütəxəssis olmayanlar üçün anlaşıqlı olsun. Bununla bərabər, bütün arxaik ənənəvi cəmiyyətlərdəki bütün mifləri onların bütün funksiyalarını əhatə edən universal tərifi tapmaq mümkündürmü? Mif mədəniyyətin fövqəladə dərəcədə mürəkkəb gerçəklərindən biridir. Onu ən çoxsaylı biri-birini tamamlayan aspektlərdə öyrənmək şərh etmək olar. Mənə elə gəlir ki, aşağıdakı tərif daha yatımlı olacaq. Ona görə ki, o, bizi maraqlandıran məsələni geniş şəkildə əhatə edir: mif müqəddəs tarixi bəyan edir, «bütün başlanğıcların başlanğıcı olan» yaddaşaqədərki (tarixi şüura qədərki — S.R.) zamanda baş vermiş hadisələr haqqında danışır. Mif nəql edir ki, reallıq hər şeyi bütünlükdə ehtiva edən dünya, kosmos şəklində, yaxud təkcə onun fraqmentləri (adaların, bitki aləminin, insan davranışı, yaxud dövlət qurulması) şəklində olmasından asılı olmayaraq, fövqəladə varlıqların igidlikləri sayəsində öz təcəssümünü, gerçəkləşməsini necə tapıb. Bu, həmişə hansısa «yaradılış» haqqındakı hekayədir. Bizə xəbər verilir ki, necə baş verib biz mifdə  bu « isənin» mövcudluğunun  qaynaqlarına yaxın oluruq. Mif baş verənlər haqqında həmişə həqiqəti danışır…»

Beləliklə, mif hansı məzmunda (həqiqət, yaxud uydurma) hansı formada (janrda) olmasından, nəyi necə hansı şəkildə təqdim etməsindən asılı olmayaraq, öz dövrünün insanları tərəfindən mübahisəsiz həqiqət kimi qəbul olunan hekayədir. Bu hekayənin ən əlamətdar ən mühüm cəhəti onun müqəddəs (toxunulmaz, hər sözünə, hər hökmünə əməl edilməsi vacib olan) mətn sayılmasıdır.

M.İ.Steblin-Kamenski yazır ki, mif dərəcədə qeyri-həqiqət (uydurma — S.R.) olmasından asılı olmayaraq, yarandığı yaşadığı yerdə həqiqət kimi qəbul olunan hekayədir. Mifoloji şüur epoxasının ömrü mifoloji mətnin bu iki əsas cəhəti (həqiqilik müqəddəslik) ilə ölçülür. Yəni insanlar öz yaddaşlarındakı mifoloji mətnlərin məzmununu vaxta qədər ki həqiqi müqəddəs hesab edirlər, bu, elmdə mifoloji şüur epoxası sayılır. Elə ki, bu mətnlər həqiqi müqəddəs olmaqdan (ezoteriklikdən) çıxıb, adi (ekzoterik)  əfsanələrə, nağıllara çevrilir, onda mifoloji şüur epoxası artıq başa çatır o, öz yerini tarixi şüura verir.

K.Levi-Stros yazır ki, mif qədər ki, mif kimi qavranılır, o, mif olaraq qalır. Başqa sözlə, mif qədər ki, həqiqət müqəddəs hesab olunur, o, bir mif ömrü yaşayır, elə ki, bu cəhətlərindən məhrum oldu, artıq mif olmaqdan çıxıb, qeyri-mifik (bədii, folklor, fəlsəfi, dini s.) xarakterli mətnə çevrilir.

Y.M.Meletinski yazır ki, «mif» yunan sözü olub, hərfən, rəvayət, söyləmə anlamını bildirir. Adətən tanrılar, ruhlar, ilahiləşdirilmiş, yaxud öz mənşəyi etibarilə tanrılarla əlaqəli olan qəhrəmanlar, ilk zamanda fəaliyyət göstərmiş, dünyanın, onun təbii mədəni elementlərinin yaradılmasında birbaşa, yaxud dolayısı ilə iştirak etmiş ilk əcdadlar haqqında əhvalatlar nəzərdə tutulur. Mifologiya həm tanrılar qəhrəmanlar haqqında belə əhvalatların məcmusu, həm eyni zamanda dünya haqqında fantastik təsəvvürlərin sistemidir. Miflər haqqında elmi mifologiya adlandırırlar.

Həzərə almaq lazımdır ki, şüurdakı modelin sintaqmatik gerçəkləşməsi olan sözlü mətn (təhkiyəhekayə mənasında olan «mif») ilə həmin mif-təhkiyələrin toplusu olan «mifologiya»nın mənaları biri-biri ilə kəsişsə , tam şəkildə eyni deyil. Şüurda olan mifoloji dünya modeli söz kodu vasitəsi ilə «mif-mətn»də reallaşır. Bu «mif-mətn» öz daxili məzmunu etibarilə dünya modelini özündə ehtiva edən sintaqmatik sistemdir. Həmin «mif-mətn»lərin cəmindən toplu halına gələn «mifologiya» da sistemdir. Lakin o, hər hansı etnik-mədəni ənənənin miflərini vahid münasibətlər sistemində birləşdirən makrosistemdir. Burada təkin ümumiyə münasibəti var. Ümumi təklərdən təşkil olunduğu, tək ümuminin əlamətlərini daşıdığı halda, (damla dəniz suyunun keyfiyyətlərinə malik olsa da, heç vaxt dənizi əvəz edə bilmədiyi kimi) tək (mif-mətn) heç vaxt ümuminin (miflərin sistemi olan mifologiyanın) ekvivalenti ola bilmir. Bu halda sintaqmatik «mif» onların toplusu olan «mifologiya» ifadə planları nisbətində olub, məzmun planı olan «mif-dünya modelinin» müxtəlif təzahür-ifadə səviyyələrini təşkil edir. Başqa sözlə, «mif-sintaqm» «mifologiya-sintaqm» öz aralarında vahid məzmunun ifadələnməsinin fərqli pillələri nisbətindədir.

Keçən əsrdən — XX yüzillikdən başlamaqla «şüur» anlayışına münasibət dəyişilməkdə davam edir. Əsrlər ərzində yığılmış elmi biliklərin XX əsrdə insan idrakını yeni səviyyəyə qaldırması onun varlığa onun idrakına (ontoloji qnoseoloji (epistemoloji)) münasibətini hər an dəyişməkdədir. XX əsrə qədər elmi idraka hakimlik edən materialist fəlsəfə materiyanı (maddəni) ideyadan ayırır, varlığın mənbəyini (mahiyyətini) onun özündə arayırdısa, indi varlığın görünən görünməyən aləmlərdən ibarət olduğunu söyləyir.

Görünən (zahiri) aləm — materiayanın (maddiqeyri-maddi olmaqla) istənilən təzühürünün «müəyyən», «xətti», «səlis» ölçülərə əsaslanan düşüncə ilə qavradığımız «qabığıdır». Bu «qabığın» altında həmin «müəyyən», «xətti», «səlis» düşüncə ilə qavraya bilməyəcəyimiz görünməyən aləm var.

Görünməyən (batini) aləm — «qeyri-müəyyən», «qeyri-xətti», «qeyri-səlis» ölçülərə əsaslanan düşüncə ilə qavraya biləcəyimiz, elmdə «sinergetik», «autopoyetik» və s. kimi biri-birini müxtəlif səviyyələrdə təsdiq edən anlayışlarla səciyyələndirilən aləmdir.

Alimlərin bir qismi bu görünməyən aləmi — xaos, yəni nizamsız, nizamlı dünyanın əksinə olan, onun mənbəyini təşkil edən aləm adlandırırlar. Başqa sözlə, onlara görə, maddə iki səviyyənin vəhdətindən ibarətdir. Birincisi, nizamlı («müəyyən», «xətti», «səlis») struktura malik olan və nizamlı düşüncə məntiqi ilə dərk olunan kosmik səviyyə — kosmos dünyası . İkincisi, qeyri-nizamlı («qeyri-müəyyən», «qeyri-xətti», «qeyri-səlis») struktura malik olan və qeyri-nizamlı düşüncə məntiqi ilə dərk olunan xaotik səviyyə — xaos dünyası.

Lakin alimlərin digər bir qismi məsələyə fərqli yanaşır. Onlar (çox sadə dillə desək) belə hesab edirlər ki, materiyanın — varlığın strukturunda «müəyyən», «xətti», «səlis» düşüncə məntiqi ilə dərk olunan səviyyə maddi aləm, yaradılış aləmidir. Bundan içəridə (bundan sonra) isə bizim yalnız «qeyri-müəyyən», «qeyri-xətti», «qeyri-səlis» düşüncə məntiqi ilə qavraya (dərk edə) biləcəyimiz ilahi aləm (teokosmik dünya) başlanır. Bu iki fərqli baxışı təmsil edən alimlər bir-birinə zidd fəlsəfi platformaları (materialistidealist dünyagörüşlərini) deyil, eyni materialist düşüncəni təmsil edən fikir sahibləridir. Artıq XX əsrin ortalarından materialist elmi düşüncənin maddənin strukturunda «qeyri-müəyyən», «qeyri-xətti», «qeyri-səlis»  aləmi kəşf etməsi onu necə adlandırmasından asılı olmayaraq şüura yanaşmanı tamamilə yeni səviyyəyə qaldırdı. Bu da öz növbəsində idealist düşüncə məntiqi üçün səciyyəvi olan «teokosmik (ilahi) şüur» anlayışını ümumelmi düşüncədə aktuallaşdırmış oldu.

 

Seyfəddin Rzasoy,

filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2014.- 16 yanvar.- S.14.