Fikir azadlığı

 

«Haqqı deməkdən, yaxud ədalətli məşvərətdən çəkinməyin!»

Sözfikir azadlığı müasir demokratiyanın labüd şərti və insan hüququdur. Millətindən, irqindən və dinindən asılı olmayaraq, bütün insanlar üçün ən əsas hüquqlardan biri olan sözfikir azadlığı hüquqi cəhətdən qorunmalıdır. Cəmiyyətin fərdlərinin azad olması üçün fikirlərini və hisslərini ifadə etməkdə tam mənada azad olmalıdırlar. Demokratiyanın hakim olduğu ölkələrdə insanlar bu hüquqlara malikdir və fikirlərini açıq ifadə edə bilirlər. Dünyada ən çox tələb edilən hüquqlardan olan fikir azadlığı insanların əlindən alınarsa, şübhəsiz ki, cəmiyyətdə qorxu dolu, təhlükəli mühit formalaşar. Çünki insan ancaq özünü rahat ifadə etdikdə, fikirlərini istədiyi kimi dilə gətirdikdə xoşbəxt, sağlam və yaradıcı olur, bu hüququ məhdudlaşdırıldıqda isə rahatlığını və sevincini, şövqünü, və incəsənət qabiliyyətini itirir.

Cəmiyyətin sağlamlığı demokratiya ilə başlayır. Demokratiya cəmiyyətə sevgi, hörmət, tolerantlıq, birlik, bərabərlik, qardaşlıq gətirir, insanlara sosial ədalət, bərabərlik kimi hüquq və azadlıqlar verir, onlara dinamik həyat tərzi təqdim edir, həyat səviyyələrini yüksəldir.

Allah nazil etdiyi kitablar və göndərdiyi peyğəmbərlər vasitəsilə bəşəriyyətə demokratiyanın, fikir azadlığının, azad fikrin və fikirlərə hörmət etməyin yollarını göstərib. Peyğəmbərlərin sünnəsində rast gəlinən tolerantlıq, ədalət, sevgi, hörmət, etibar, fədakarlıq kimi anlayışlar demokratiyanın, fikir azadlığının əsasını təşkil edən məfhumlardır. Din hər kəsin azad yaşayacağı və fikirlərini sərbəst ifadə edəcəyi sülh mühitini təmin edir. Dində hər cür təzyiq və zorakılıq qadağandır. Hər insan sərbəst şəkildə fikrini ifadə etməli və fikirlərinə görə təzyiq görməməlidir. İnsanlar fikirlərinə görə zülmə məruz qalmamalı, müxtəlif ideologiyalara və düşüncə tərzinə malik insanlar alçaldılmamalıdır. Demokratiya da məhz dinin bu əmrlərini təklif edir, insanların azadlığını, psixoloji cəhətdən rahat, xoşbəxt olmasını, bərabər, sevgi, sülh və qardaşlıq içində yaşamasını istəyir. Bu düşüncə tərzinin cəmiyyətə tam hakim olması isə ancaqancaq din əxlaqı ilə yaşamaqla mümkündür. Məsələn, demokratiyanın əsas prinsipi olan sosial ədalət həqiqi mənada ancaq dinin əmr etdiyi gözəl əxlaq mühitində mövcud ola bilər.

Bu gün din dedikdə qərb ölkələrində sevgi, hörmət, mərhəmət, tolerantlıq və demokratiya anlayışından məhrum, həmçinin incəsənət, elmestetikaya qarşı çıxan, müharibə və qarşıdurma tərəfdarı, qantökən insan modeli yada düşür. Qərb xalqlarının din haqqında belə yanlış qənaətə gəlməsinə səbəb olan xurafatçı kütlə varbu insanlar, əslində, dinin əmr etdiyi şəfqət, mərhəmət, nəzakət və əxlaq anlayışlarına malik deyillər, buna baxmayaraq, özlərini dindar kimi təqdim edirlər. Ona görə, milyonlarla insan İslamı səhv tanıyır, İslamın insanları hüquq və azadlıqlardan məhrum edən, incəsənət və elmi məhdudlaşdıran, düşüncələri nəzarətdə saxlayan din olduğunu zənn edirlər. Halbuki, İslam insanlara fikir azadlığını təmin edən, insanların hər cür hüququnu qoruyan dindir. «Quran»dakı bir çox ayə bunu göstərir. Dində məcburiyyət yoxdur. Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən!

De: «Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim

istəyir inanmasın» (Kəhf surəsi, 29). De: «Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm! Siz mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! Sizin dininiz sizə, mənim dinim mənədir (Kafirun surəsi, 1-6).

Alim Murtəza Mütəhhərinin İslamın bəxş etdiyi ifadə azadlığı sahəsindəki fikirləri diqqətəlayiqdir. O, deyir: «İnkişaf, tərəqqi yolunu keçmək istəyən hər bir canlı varlığın ehtiyaclarından biri azadlıqdır. Azad insanlar o insanlardır ki, inkişafları, təkamülləri qarşısına çıxan bütün maneələrlə mübarizə aparır. Bu kimi insanlar heç bir maneəyə baş qaldırmaq üçün yol vermirlər. İnsan bitkilərin, heyvanların ehtiyaclı olduğu azadlıqlardan başqa bir sıra digər azadlıqlara da ehtiyaclıdırlar ki, biz onları iki qismə bölürük. Bu azadlıqların bir növü ictimai azadlıqlardır. Yəni insan cəmiyyətdə azadlığa malik olmalıdır. Başqaları onun inkişafı, tərəqqisi yolunda maneəyə çevrilməməlidilər. Onun fəaliyyətinin qarşısını almamlıdırlar. Başqaları onu istismar etməməli, ona hökm etməməlidirlər. Qurana görə, peyğəmbərlərin (ə) peyğəmbərliyinin məqsədlərindən biri bəşəriyyətə ictimai azadlıq bəxş etmək olub. Ayələrdən birində deyilir: «Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! O kəlmə budur: Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq) Sözügedən ayədəki «Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək ifadələri insanın digər insanlar tərəfindən ictimai azadlığının təmin olunmasına işarədir.

Azadlığın bir növü mənəvi azadlıqdır. Bu, digər hər bir şeydən daha dəyərlidir. İctimai azadlıq mənəvi azadlıq olmadan müyəssər olmur, praktiki olaraq özünü doğrultmur. Bugünkü bəşəri cəmiyyətin problemi budur. Bugünkü bəşər ictimai azadlığı təmin etmək istəyir, amma mənəvi azadlığın ardınca getmir. Bu növ azadlığa din təbirincə «nəfsin saflaşdırılması», «təqva» deyilir. Bəşər öz varlığı, ruhu baxımından azad olmalıdır ki, başqalarına da azadlıq bəxş edə bilsin.

Bəşərdə mövcud olan ən müqəddəs azadlığa kəskin ehtiyacı olan istedadlardan biri təfəkkür, düşüncədir. İnsanın tərəqqiyə nail olması üçün ən mühüm məsələ təfəkkürdür. Şübhəsiz, bu tərəqqi, yüksəliş azadlığa, qarşısında heç bir maneənin olmamasına ehtiyaclıdır. Demək, insan təfəkkürdə azad olmağa ehtiyaclıdır. Təfəkkür bəşərin zəruri şərtidir. İslam təfəkkür məsələsində nəinki ona azadlıq vermiş, hətta bunu vaciblər sırasına daxıl etmiş, ibadət saymışdır.

Murtəza Mütəhhərri fikir azadlığı ilə etiqad azadlığının fərqli olduğu qənaqətindədir: «Fikir, düşüncə etiqad arasında fərq var. Təfəkkür insanın ağıllı olmasından qaynaqlanan bir qüvvədir. İnsan ağıllı varlıq olduğundan mütəfəkkirdir, düşünəndir. O, təfəkkür məsələlərində xüsusi gücə malikdir. Fikirləşdiyindən, düşündüyündən həqiqətlər, gerçəklər müəyyən qədər ona aydın olur. Etiqad, əqidə necə? Ola bilər ki, insanın etiqad bəsləməsinin, könül verməsinin, insan ruhunun bağlanmasının əsasını da təfəkkür təşkil edir. Belə olan halda onun etiqadı da təfəkkür üzərində qurulur. Lakin bəzən insan bir şeyə etiqad bəsləyir bu etiqad daha çox ürək işi olur. Ağıl işi yox, hiss işi olur. İnsan rəğbətlər, bağlılıqlar baxımından azad olmalıdırmı? Bu rəğbətlər insanda təəssüb, kortəbiilik, sakitlik əmələ gətirir. Əsasən daha çox fikrin ayağını bağlayan etiqaddır».

Tarix boyu etiqad düşüncə azadlığı bəşərin ən dəyərli arzu ideallarından olub. İslam tarixində bu növ münasib şəraitin yaradılması hallarını çox görürük. Bu, öz növbəsində misli görünməmiş bir haldır onun möhkəmlənməsinə, rövnəqlənməsinə gətirib çıxarmışdır. İslam bu azadlıqlar sayəsində yaşaya bildi.

Murtəza Mütəhhərri deyir: «Əgər İslamın erkən çağlarında kimsə gəlib: «Mən Allahı qəbul etmirəm», -dedikdə «vurun, öldürün», — desəydilər, bu gün artıq İslamdan əsər-əlamət olmazdı. İslam bu gün ona görə yaşayır ki, müxtəlif fikirlərə münasibətdə şücaətli oldu, aydın davranış nümayiş etdirdi. Mən, gənclərə, İslam tərəfdarlarına xəbərdarlıq edirəm ki, İslamı qorumağın yolunun digər etiqadları izhar etməyin qarşısını almaq olduğunu düşünməsinlər. İslamı yalnız bir güclə qorumaq olar. O güc, elm gücüdür».

Livanda islam hərəkətının ilk rəhbərlərindən olan Əllamə Mühəmmədhüseyn Fəzlullah İslamda düşüncə azadlığının hüdudlarını belə izah edir: «Hər hansı bir azadlıq kimi düşüncə azadlığı da insanların beynində mövcud şəkli ləğv etmədən obyektiv şəraitdə hərəkət etməlidir. Düşüncə məsələsi budur ki, insanlara düşünmək imkanı verməlidir. Buna görə də deyirik: «Düşüncə azadlığı ideoloji və mədəni sahələrdə problem deyil, çünki düşünmək imkanına malik ziyalılar digər tərəfin düşüncəsi ilə obyektiv şəkildə tanış ola bilərlər. Onu ya qəbul edəcəklər, ya da inkar edəcəklər. Hissduyğunun üstün gəldiyi ümumi sahələrdə müxtəlif ideyaların ortaya atılması daha çox problem yaradır və böyük müsbət nəticəyə gətirib çıxarmır, çünki düşüncə azadlığına sahib olmayan insanlar buya digər düşüncədən, cəmiyyəti çaşqınlığa sala biləcək, ona zərər vura biləcək və hamının beynindəki mövcud şəkli poza biləcək bəzi səthi başlıqlar götürəcəklər».

Seyid Fəzlullah hər bir müsəlmanın haqqı, ədaləti dilə gətirməsinin, eləcə də xəlifə və hakim qarşısında ucadan danışma hüququnun olduğunu bildirir: «Reallığı düzəltmək, hakimlərin zəif nöqtələrini və mənfi cəhətlərini islah etmək istəyən, müsəlmanların mənafeyinə zidd layihənin ləğvinə səy göstərən siyasi etiraza gəlincə bu etirazın mövcudluğuna etiraz yoxdur. İslam təcrübəsində var ki, müsəlman insan xəlifə və hakim qarşısında ucadan danışa bilir, hər hansı bir layihəni və davranışı tənqid edə bilir. Biz İmam Əlinin bəzi sözlərini oxuya bilərik. O deyir: «Mənimlə güc sahibləri ilə danışdığınız kimi danışmayın. Qılınc sahiblərindən çəkindiyiniz kimi məndən çəkinməyin. Mənə haqqı deməkdən, ədaləti göstərməkdən çəkinməyin. Haqqı eşitmək, yaxud ədalətin tələb olunması ona ağır gələn şəxsin bu ikisinə əməl etməsi ona çox ağır gələr. Buna görə də haqqı deməkdən, yaxud ədalətli məşvərətdən çəkinməyin!»

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2014.- 16 yanvar.- S.11.