20 Yanvar-xalqın qəhrəmanlıq səhifəsi

 

Bünyamin QəmbərliXalqımız 20 Yanvardan zəifləmiş, sınmış, alçalmış olaraq deyil, daha da yüksələrək, birlik bərabərliyini gücləndirərək, haqqın xalqın yenilməzliyinə inamını, qələbəyə ümidini artıraraq çıxdı»

Telman Siyabov1918-ci il 28 may hadisəsinə yol 1918-ci il mart hadisələrindən keçdisə, 1991-ci il müstəqilliyinə yol 1990-cı il 20 Yanvar hadisəsindən keçdi»

20 Yanvarda sovet imperiyasının bizə yaşatdığı faciələrdən dönə-dönə yazılıb, müzakirələr açılıb, tarixi faktlar ortaya qoyulub. Ancaq tarix üçün qaranlıq məqamlar dünən olub, bu gün var, sabah da olacaq. bu məqamlar araşdırdıqca üzə çıxır

Əminliklə deyə bilərik ki, böyük dövlətlərin başçıları 20 Yanvar hadisəsinin olacağından əvvəlcədən xəbərdar idilər, yəni, sovet rəhbərliyi bu böyük hadisə ilə bağlı onları xəbərdar etməmiş olmazdı. Yanvar hadisələrindən bir neçə gün sonra, dəqiqliyi ilə desək, yanvarın 26-da Sov.İKP Siyasi Bürosunun iclası olur. Mixail Qorbaçov çıxış edərək deyir ki, indi Azərbaycanda vəziyyətimiz Almaniyada olduğumuz kimidir. Söhbət hələ o zaman mövcud olan Almaniya Demokratik Respublikasından gedirdi. Qorbaçov vurğulayır ki, Almaniyadakı kimi, Azərbaycanda da vəzifəyə gətirilməli adam tapa bilmirik. Bu, bütövlükdə siyasi bir böhran idi. Baxmayaraq ki, bizdən əvvəl Tiflis digər hadisələr olmuşdu dinc əhalinin üzərinə lokal şəkildə ordu yeridilmişdi, amma o hadisələrin heç birinə Sovet İttifaqını çökdürən amil kimi baxmaq olmaz. Bunu biz demirik, siyasi analitiklər etirf edib ki, SSRİ öz varlığına mənəvi cəhətdən Bakıda son qoydu. O zaman Bakı sovet şəhəri idi, küçələrə çıxanlar sovet adamlarıydı, onların üzərinə gələn sovet ordusuydu. Bu adamlar gözləmirdilər ki, özlərininki hesab elədikləri ordu onların üzərinə gələr. Yəni mənəvi-psixoloji cəhətdən insanlar buna hazır deyildilər. Sovet tankları sovet adamlarının üzərinə yeridi sovet avtomatlarından açılan güllə, bir respublika çərçivəsində sovet adamlarının sovet quruluşuna olan inamına son qoydu. Bununla da baxmayaraq ki, şəhər sözün tam mənasında işğal edildi, ordu müvəqqəti olaraq qələbə çaldı, bu, sovetlərin pir qələbəsi oldu. Bu hadisədən sonra cəmiyyət elə böyük sarsıntılar yaşadı ki, bir müddət özünə gələ bilmədi. Bakı hadisələrindən sonra sovetlərin böhranı daha da dərinləşməyə başladı quruluş dağıldı. Dağılma sürəti elə yüksək oldu ki, onu dağıtmaq istəyən xarici qüvvələr belə sürətə hazır deyildilər. ABŞ-ın yaxın planında SSRİ-nin dağılması yox idi. Onların əsas strateji məqsədi sovetləri zəiflətmək olub. Amma Sovet İttifaqı onların düşündüyündən çox zəif idi ona görə ilk ciddi böhrandan sonra dağıldı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilati işlər üzrə katibi Bünyamin Qəmbərli deyir ki, 20 Yanvar çoxlarının düşündüyü kimi matəm ya hüzn günü kimi yox, qürur günü, şərəf günü olaraq qeyd edilməlidirDüzdü, 20 yanvarda sovetin imperiya qüvvələri yüzlərlə yurddaşımızın döyülməsinə, təhqir olunmasına, işkəncə görməsinə, həbs  olunmasına, yaralanmasına 131 yurddaşımızın qətlinə səbəb oldu. Bunların hamısı çox üzücü incidici hallardı, amma bu da bir həqiqətdir ki, azadlıq verilmir, alınır yaxud qələbə qurbansız olmur. yaxud da imperiya qüvvələrinin bu alçaldıcı hərəkətləri, apardıqları kütləvi həbslər, bu qətllər xalqımızın iradəsini sındıra bilmədi, öz azadlıq müstəqillik yolundakı qətiyyətli mübarizəsindən döndərmədi. Əksinə, 20 Yanvar imperiya qüvvələrində çaşqınlıq, qorxu ümidsizlik yaratdı, xalqımız isə 20 Yanvardan zəifləmiş, sınmış, alçalmış olaraq deyil, daha da yüksələrək, birlik bərabərliyini gücləndirərək, haqqın xalqın yenilməzliyinə inamını, qələbəyə ümidini artıraraq çıxdı».

Bünyamin Qəmbərli 20 Yanvar ərəfəsi ondan snra baş verən proseslərə diqqət çəkərək qeyd etdi20 Yanvar Azərbaycanın hər yerində öz təsirini göstərdi iz qoydu. Amma harda, necə? Bakıdan fərqli olaraq Naxçıvanda 20 Yanvar tamam fərqli formada cərəyan etdi. Belə ki, Naxçıvanda Xalq Cəbhəsinin həddən artıq güclü olması proseslərə tam nəzarət etməsi bu işdə xüsusi rol oynadı. Şərur rayonunun Kərki kəndi anklav olmasına baxmayaraq sovet ordusu erməni silahlı qüvvələrinin birləşmiş dəstələrinin kəndə girə bilməməsi, bu qüvvələrin Naxçıvandan bir qarış torpaq işğal edə bilməməsi, əhalinin hüquq azadlıqlarının təmin olunmasında Xalq Cəbhəsi qüvvələrinin rolu fəaliyyəti əhalidə AXC- güclü inam yaratmışdı. 1989-cu ilin sonunda Sovet-İran sərhəddinin heç bir ixtişaş yaranmadan, qan tökülmədən sökülməsi isə bu inamı o həddə çatdırdı ki, əhali tamamilə AXC-nin mövqeyinə keçdi. Naxçıvanda AXC-nin bu qədər güclü olmasına, imkanların bu qədər çox olmasına baxmayaraq AXC Naxçıvan Vilayət şöbəsinin İdarə Heyyəti çox ağıllı tədbirli hərəkət edərək nəinki hakimiyyət iddiasında olmadı hakimiyyəti götürmədi, əksinə, hakimiyyət nümayəndələrinin qorxu təşvişini görərək onlarla çox səmimi ağıllı işlər həyata keçirdi. Məhz bunun nəticəsi idi ki, 1990-cı il yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti SSRİ tarixində ilk dəfə olaraq SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil elan etdi bu qərarını dünyaya çatdırmaq üçün Türkiyə Respublikasına İran İslam Respublikasına nümayəndə heyyəti göndərdi, 8 xarici dildə radio-televiziya verlişləri verərək Naxçıvan Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması üçün böyük bir gördü. Bu zaman milli qüvvələrlə bərabər imperiya qüvvələri fəaliyyətsiz dayanmadı. İmperiya Naxçıvan MSSR ərazisində fövqəladə vəziyyət elan edərək, general Dubinyakın rəhbərliyilə komendant saatına keçildiyini bildirdi. Amma fövqəladə vəziyyət yarada bildilər, Dubinyakın komendantlığı reallaşdı. Əksinə, bundan sonra proseslər daha da dərinləşərək dönüşü olmayan bağımsızlıq yoluna girdi. Buna görə 20 Yanvara matəm günündən çox, şərəf günü kimi baxılması məncə daha doğru olar».

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar işlər üzrə katibi Telman Siyabovun sözlərinə görə, bu, yeganə hadisə idi ki, əməliyyata birbaşa müdafiə naziri Yazov özü rəhbərlik edirdi və Bakıya gəlmişdi:»SSRİ daxilində hələ belə bir hadisə olmamışdı ki, müdafiə naziri birbaşa özü hərbi əməliyyat keçirilən əraziyə gəlsin. Normalda hamı bu hadisədən sonra öz evinə girməli idi və şəhidlərin meyitləri ortalıqda qalmalıydı. Bütün proses buna hesablanmışdı. Amma səhəri günbaş verdi? Dəstə-dəstə insanlar partiya-sovet orqanlarının qarşısına axışır və sovetlərin başlıca mənəvi siyasi simvolu olan partiya biletlərini cırıb atırdılar. Əməliyyatın keçirilməsinə sərəncam verən insan haqqında, yəni, Qorbaçov haqqında şəhərin müxtəlif yerlərində «cəllad», «rədd olsun sovet hökuməti», deyə şüarlar səslənirdi. Bu,  böyük bir tarixi hadisə idi. Şəhidlərin torpağa tapşırılması prosesi paytaxt Bakıda o zamana qədər görünməmiş bir izdiham ilə müşaiyət olundu. Milyondan artıq insan bu prosesdə iştirak etdi. Deməli, atılan güllələr sovet ideologiyası baxımından hədər getmişdi. Cəmiyyət qorxmadı və diz çökmədi. İnqilabi ideya kütlələrə hakim kəsilmişdi. O zaman hər kəs əlindən gələni etməyə çalışırdı. Yəni insanlar böyük vətənpərvərlik nümunələri göstərdilər — rejissorlar, operatorlar, kino işçiləri. Onlar nəyi bacarırdılarsa, onu da lentə alırdılar».

«Bəli, Azərbaycan xalqı 20 Yanvar faciəsini yaşadı, ancaq bu faciənin tarixi dərsləri də oldu», deyən Telman Siyabov bildirdiBirincisi, dərk olundu ki, silahla qələbə qazanmaq olar, amma daimi olaraq silaha güvənmək mümkünsüzdür. Çünki cəmiyyətin içində sabit, oturuşmuş münasibətlər olmasa, silah da kömək etməz. Sovet İttifaqı dünyanın ən nəhəng silah cəbhəxanası idi, amma o da Bakını işğal etməyinə baxmayaraq, duruş gətirə bilmədi. İkincisi, cəmiyyətdə hər hansı dəyişikliyin mənbəyi daxili qüvvədir. O dövr Azərbaycan inqilabının böyük sosial bazası onun içində idi. Meydanları lərzəyə gətirən, Sovet İttifaqını sarsıdan proseslərdə iştirak edən xalq idio tarixin səhnəsindəydi. Bu anonim yox, real bir xalq idi. Xalqa onun içindən çıxan Xalq Cəbhəsi və unudulmaz lider Əbülfəz Elçibəy rəhbərlik edirdi. Hər hansı bir qürur mənbəyini xalqın içərisində axtarmaq lazımdır. Tarixdən xəbərsiz insanlar deyirlər ki, heç bir meydana çıxmağa ehtiyac yox idi və Azərbaycan da Asiya respublikaları kimi müstəqil olacaqdı. Deyirlər ki, heç bir qurban verməyə ehtiyac yox idi. Amma bu hadisə Azərbaycan xalqının potensialını göstərdi və dünyanın strateji mərkəzləri belə bir potensiala heyran oldular. Bu hadisə xalqın qəhrəmanlıq səhifəsiydi. 1918-ci il 28 may hadisəsinə yol 1918-ci il mart hadisələrindən keçdisə, 1991-ci il müstəqilliyinə yol 1990-cı il 20 Yanvar hadisəsindən keçdi».

 

Arzu Şirinova

Xalq Cəbhəsi.- 2014.- 16 yanvar.- S.8.