20 Yanvar tariximiz

 

İnsanlığa sığmayan bütün bu hadisələrdən bir neçə il sonra Mixail Qorboçov Hobel sülh mükafatı qazandı

 

 

Hər il olduğu kimi bu il yaşadığımız qanlı tarixə-20 Yanvar hadisəsinə nəzər salıb, nəticə çıxarmağa çalışacağıq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtı Bakıda Bakı ətrafında nələr baş verdi? Qeyd edək ki, 1988-ci ildən etibarən dünyada, keçmiş Sovetlər İttifaqında, eləcə Azərbaycanda proseslər gözlənilməz məcrada inkişaf edirdi. Bu baxımdan xalqımız milli azadlığını, müstəqilliyini ərazi bütövlüyünü təmin etmək üçün ayağa qalxdı. Ancaq qaniçən sovet ordusu hər dəfə olduğu kimi bu dəfə milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı dünyada görünməmiş vəhşiliklərə əl atdı. Məhz kütləvi torror nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi yaralandı. Bütün bunlar isə onsuz da totalitar rejimin süqutu ərəfəsində onun cinayətkar əməllərini dünyaya bir daha açıb göstərdi. Qeyd edək ki, sovetlər ordusunun xeyli hissəsinin, xüsusi təyinatlı bölmələrin daxili qoşunların Bakıya yeridilməsi insanlığa yaraşmayan qəddarlıq misli görünməmiş vəhşiliklə müşaiyət olunurdu. Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni, hətta o zamankı sovetlər ittifaqının müttəfiq respublikalarına-Gürcüstana, Azərbaycana da tətbiq etməkdən çəkinməyən kommunist diktaturası süqutunu bir qədər tezləşdirdi. Həmin dövrdə isə Azərbaycan ikitərəfli zərbə alırdı.

 

Erməni kursantlar Bakıda

 

Azərbaycan xalqı bir tərəfdən Milli Azadlığı uğrunda mübarizə aparır, digər tərəfdən Ermənistanın təcavüzkar əməllərinə cavab verməli olurdu. Sovet rəhbərliyi münaqişənin qarşısını almaq üçün nəinki tədbirlər görmür, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar Rostovdan səfərbərliyə alınan erməni əsgər zabitləri, sovet hərbi hissəsində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi. Azərbaycanın torpaqlarına göz dikən, xalqımızın hər an qanını içməyə hazır olan ermənilərin Bakıda hansı əməllər törətdikləri heç vaxt yaddaşlardan silinməyəcək. Zirehli texnikanı silahsız insanların üzərinə yeridən sovet ordusunun əsgər zabitləri, eləcədə ermənilər uşaqlara, qocalara qadınlara aman vermədən öldürür, sanki çoxdan gözlədikləri qisası alırdılar. Tanklar, zirehli transpartyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər gözlərinə görünün bütün hər yanı amansızcasına atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını tibb işçilərini atəşə tuturdular.

 

Psixoloji hazırlıq

 

Bəzi məlumatlara görə, Bakıya yeridilən qoşun kontingentinin sayı 60 min nəfərə yaxın olub. Onlara «döyüş tapşırığını» yerinə yetirmək üçün psixoliji hazırlıq keçiblər. bu zaman bildiriblər ki, sizi Bakıya rusları müdafiə etmək məqsədilə gətiriblər. Onların uydurmalarına görə, yerli əhali rusları vəhşicəsinə məhv edir, «ekstremistlər» Salyan kazarmalarının ətrafındakı evlərin damlarında snayperlər yerləşdiriblər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur. Guya ki, onlar Bakıya yeridilən ordunu güclü avtomat pulemyot atəşinə tutacaqlar. Sovet imperiyasının rəhbərliyi, başda Mixail Qarboçov olmaqla Bakıda «rus erməni kartından» çox məharətlə istifadə elədi. Yenə onların uydurmalarına görə, guya rus erməniləri, hərbi qulluqçularının ailələrini qorumaq, «millətçi ekstremistlər» tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün Bakıya qoşun göndərilib. Qeyd edək ki, bütün bu yalanların əsası yox idi. Çünki Bakıda hər hanısı təhlükə olsaydı belə, 60 min nəfərə yaxın əlavə ordunun göndərilməsinə ehtiyac duyulmurdu. Çünki həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Hazirliyinə tabe olan Bakı qornizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri vardı.

 

 

Fövqəladə vəziyyətdən kimsənin xəbəri yox idi

 

Xatırladaq ki, 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Ancaq bütün bu faktlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorboçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. SSRİ DTK-nın «Alfa» qrupu yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, ölkə ərazisində televiziya verilişləri dayandırıldı. Həmin gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu əhaliyə divan tutmağa başladı. Qorboçovun fərmanı qüvvəyə minənədək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yanvarın 20-də saat 7:00-da respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Ancaq bir neçə gün ərzində öldürülənlərin sayının 137 nəfər, yaralananların sayının 800-dən çox olduğu bildirildi.

 

Öldürülənlərin əksəriyyəti dənizə tökülüb

 

Qeyd edək ki, o vaxtlar göstərilən rəsmi rəqəmlərin həqiqətə uyğun olmadığı da vurğulanırdı. Çünki deyilənə görə, qaniçən ordunun əsgər zabitləri qətlə yetirdikləri insanların bir hissəsini dənizə tökmüşdülər. Şahidlərin söylədiklərinə görə, sonradan dənizin ləpəsi ölənlərin cəsədini vuraraq sahilə çıxarmışdı. Ancaq həmin cəsədlərin gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmasına icazə verilməmişdi. Sovet rejimi ölənlərin sayının çox olmasından əndişələndiyi üçün bütün iyrəncliklərə əl atırdı. Hətta məlumatlara görə, öldürülən insanları quyular qazaraq oraya atır üstünü bulduzerlə torpaqlayırdılar. Həinki 19-dan 20-nə keçən gecə, eyni zamanda ondan sonrakı günlərdə sovet ordusunun əsgərləri Bakıdı Bakı ətrafında istədikləri özbaşınalıqlara yol verir, insanları qorxu altında saxlayır, onlara tabe olmayanları qətlə yetirirdilər. Məsələn, Sumqayıtın layihə instutlarının birində çalışan üç nəfər alim 20 yanvar faciəsindən bir neçə gün sonra işlə bağlı Bakıya gələrkən, Ceyranbatan gölünün yaxınlığında sovet tankı ilə üz-üzə gəlirlər. Sovet əsgərinin əmrinə tabe olmayan ziyalılar sonda faciə ilə qarşılaşırlar. Belə ki, ziyalıların əyləşdikləri maşın tankın tırtılları altında qalaraq əzilir, onlar həlak olurlar. Halbuki həmin ziyalılar vəzifə borclarını yerinə yetirmək üçün Bakıya tələsirdilər.

 

Qorbaçov mükafatlandırıldı

 

İnsanlığa sığmayan bütün bu hadisələrdən bir neçə il sonra Mixail Qorboçov Hobel sülh mükafatı qazandı. Sual olunur, hansı yaxşı əməllərinə görə, ona mükafat verilməliydi? Bəlkə Qorbaçov Azərbaycanda, Gürcüstanda, eləcə də digər ölkələrdə  günahsız insanların ölümünə fərman imzaladığı üçün  mükafatladırılmışdı? Halbuki əli yüzlərlə günahsız insanın qanına batmış Mixail Qorbaçov layiqli cəzasını almalıydı. Məhkəmə qarşısında cavab verməliydi. Xatırladaq ki, İrakın keçmiş prezidenti Səddam Hüseyn həm də günahsız insanların ölümündə günahlandırılaraq 2006-cı ilin dekabrın 30-da asıldı. Törətdiyi günahlara görə ondan heçgeri qalmayan Mixail Qorbaçovu da bu aqibət gözləməlidir. Təkcə Mixail Qorbaçov deyil, bu işlərdə əli olanların hamısı eyni aqibətlə üzləşməlidir. Bax onda dünyada ədalətin bərqərar olduğuna Azərbaycan xalqı inana bilər. Bunun üçün özümüz də əməli fəaliyyətə başlamalıyıq. Milli Məclisdə yenidən müzakirələr keçirib, Avropa Məhkəməsinə müraciət etməliyik. Sovet İmperiyasının başında duranların cəzalandırılması  tələbini qoymalıyıq. Hə qədər ki, bu tələbləri qoya bilməyəcəyik, başımıza gətirilən müsibətlərə görə günahkarların cəzalandırılmasına nail olmayacağıq, Mixail Qorboçov kimilərin Hobel sülh mükafatı qazanmasına seyirçi münasibət bəsləyəcəyik, onda istənilən vaxt belə hadisələrlə üzləşə bilərik. Yəni müdafiə mövqeyindən çıxmağın, hücum möqeyinə keçməyin zamanı çoxdan gəlib.

 

Arzu Şirinova

Xalq Cəbhəsi.- 2014.- 17 yanvar.- S.8.