Kitab nəşri sahəsindəki piratçılıq azalıb

 

Ötən il 2306 müəllifə 57704 manat qonorar ödənilib

 

Ötən il ərzində Azərbaycanda 92070 manat müəllif qonorarı yığılıb, qonorar hesablanmış yerli xarici müəlliflərin adları, soyadları, təxəllüsü mənsub olduqları ölkələr barədə məlumatlar dəqiqləşdirilib. Müəllif Hüquqları Agentliyindən APA-ya verilən xəbərə görə, qurumun bank hesabına köçürülmüş 91100 manat müəllif qonorarının təyinatı üzrə bölgüsü aparılıb, köçürmə yolu ilə cəmi 67335 manat müəllif qonorarı ödənilib. Büdcəyə isə 13800 manat vəsait köçürülüb. Son illərdə xidmət edilən müəlliflərin sayı 2008-ci ildə 3697 idisə, 2013 - ildə 3190 olub. Ötən il xidmət edilən 3190 müəllifdən 2306-sı Azərbaycan, 884-ü isə xarici ölkə müəllifləridir.

2013-cü ildə Azərbaycan müəlliflərinə 57704 manat qonorar ödənilib. Müəllif qonorarının hesablanması ödənilməsi ilə bağlı Mədəniyyət Turizm Nazirliyinin tabeçiliyində olan teatr-konsert müəssisələrində müvafiq aparılıb. Hesablanmış qonorarlar barədə 275 nəfər müəllifin müraciətlərinə baxılıb onlara müvafiq izahatlar verilib. Azərbaycan müəlliflərinə Türkiyə ərazisində əsərlərindən istifadəyə görə agentliyin hesablaşma hesabına 1421 manat qonorar daxil olub. Həmin qonorar təyinatı üzrə bölünərək, müəlliflərin (hüquq sahiblərinin) bank hesablarına köçürülüb. Müəllif Hüquqları Agentliyi Rusiya Müəllif Cəmiyyəti arasında bağlanmış sazişin müddəalarına uyğun olaraq RCM müəlliflərinə Azərbaycan ərazisində əsərlərindən istifadəyə görə yığılmış qonorarlar hüquq sahiblərinə çatdırılmaq üçün Rusiya Müəllif Cəmiyyətinin bank hesabına 9631 manat vəsait köçürülüb.

Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Müəllif Hüquqları Agentliyindən APA-ya verilən xəbərə əsasən, ölkədə piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən tədbirlər müsbət nəticələr verir. Kitab nəşri sahəsində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 2013-cü ildə 61%-dən 30%-ə, audio-video məhsul bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə düşüb.

Agentlikdə müəlliflərin, digər hüquq sahiblərinin, ictimai birliklərin müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin sorğularını operativ şəkildə cavablandırmaq agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməkliyin göstərilməsi məqsədilə 960 nömrəli «Qaynar xətt» fəaliyyət göstərir. 2013-cü il ərzində hesabat dövründə «Qaynar xətt»ə 700-ə yaxın müraciət daxil olub. Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən «Hüquq məsləhətxanası»na isə 2013-cü ildə 500-dən çox vətəndaş müraciət edib.

2013-cü ildə müəlliflər hüquq sahiblərinin müraciətləri üzrə bir iddia ərizəsi tərtib edilib, dövlət məhkəmə orqanlarının sorğuları əsasında 9 ekspert rəyi hazırlanıb. Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasının vacibliyini nəzərə alaraq, 10 konfrans, seminar dəyirmi masa keçirilmiş, kütləvi informasiya vasitələrində 80-dən çox məqalə müsahibə dərc olunub, TV radio kanallarında çoxsaylı verilişlər hazırlanıb süjetlər göstərilib, 10-dan çox prezentasiya keçirilib.

Yaxın zamanlarda Müəllif Hüquqları Agentliyində muzeylərdə, kitabxanalarda arxivlərdə qorunub saxlanılan mədəni irs digər əqli mülkiyyət nümunələri haqqında məlumatların mərkəzləşdirilmiş qaydada rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması beynəlxalq mübadiləsinin təşkili məqsədilə xüsusi sistem işə başlayacaq. APA-nın xəbərinə görə, bu məlumat Müəllif Hüquqları Agentliyinin 2013-cü ilin yekunlarına dair açıqladığı hesabatda öz əskini tapıb.

Hesabatda bildirilir ki, agentlik 2009-cu ildən başlayaraq ardıcıl sistemli şəkildə erməni plagiatının ifşasına həsr olunan beynəlxalq milli seminarlar, simpoziumlar, elmi-praktik konfranslar keçirir. 2013-cü ildə Azərbaycan folklor nümunələri müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması faktları barədə beynəlxalq təşkilatlara məlumatlar etiraz məktubları göndərilib. «AzərTAC», APA, «1news.az», «Day.az», «İnterfax-Azərbaycan» informasiya agentlikləri, müxtəlif yayım kanalları digər KİV-lər vasitəsilə ermənilər tərəfindən zaman-zaman erməni nümunələri kimi qələmə verilən Azərbaycan xalq mahnıları, xalq rəqsləri, dastanlar, o cümlədən «Dədə Qorqud» qəhrəmanlıq dastanı, milli musiqi alətləri milli mətbəx nümunələrinin etimologiyası, yaranma tarixi, milli xüsusiyyətləri barədə şərhlər, bəyanatlar etirazlar bildirilib.

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası»na uyğun olaraq «Qeyri-maddi mədəni irsin tərkib hissələrinin qorunub saxlanılması, bu sahədə qanunsuz mənimsənilmələrin əsassız itkilərin qarşısının alınması, folklor nümunələrinin ənənəvi biliklərin UNESCO-nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçiriləcək, milli qanunvericiliyin kompleks şəkildə təkmilləşdirilməsi, müəlliflik hüququnun əlaqəli hüquqların qorunması, beynəlxalq normativ hüquqi bazanın tətbiqi inkişafında iştirak təmin ediləcək. Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda arxivlərdə qorunub-saxlanılan ictimai varidat sayılan mədəni irs digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsi təmin olunacaq.

 

Xalq Cəbhəsi.- 2014.- 17 yanvar.- S.15.