Güney Azərbaycanda çağdaş
ədəbiyyatın durumu
«Çağdaş
nəsrimiz demək olar, hələ bağımsız deyil»
I yazı
İranda yeni və modern üslublarla yaranan hekayə janrları Mirzə Fətəli Axundzadənin Azərbaycan
türkcəsindən farscaya
tərcümə olunan
hekayələri ilə
başlandı. Onun «Aldanmış Kəvakib»i
Mirzə Cəfər Qaracadaği tərəfindən
tərcümə olunub,
İranın ədəbi
yaradıcılığını öz etgisi altına aldı. Onun ardınca
Hac Zeynalabdin Marağayi «Səyahətnameyi
İbrahim bəy» və onun ardınca
gələnlər kitablarını
çap edərək
İranda yeni hekayə yazma tarixinin təməlini qoydular.
Güney Azərbaycanda çağdaş
nəsr termini genəllikdə
Məşrutədən bəri
nəzərdə tutulur. Məşrutə
dönəmində Təbriz
və Azərbaycanın
fərqli yerlərində
nəsr yazanlar çox az
olub. O zamanlar Güneydə genəllikdə
siyasi dərgi və qəzetler çap olurdu. Onların ən önəmlisi Cəlil Məmmədquluzadənin
«Molla Həsrəddin»
jurnalı olub. Mirzə Cəlil «Molla Həsrəddin»də o zamanın
kənd həyatını
təmsil edən «Xanın təsbehi» adlı hekayəsini çap etdirdi. Bu əsər də
İranda olan çox yazarların yaradıcılığına təsirini
göstərdi. Mirzə
Cəlil bu hekayədə Azərbaycan
kəndlilərinin xan
zülmündən cana doyduqlarını
və xurafatla yaşamasını təsvir
edib. Bu əsərin
məzmunu illər boyu oxucular tərəfindən
yaxşı qarşılandı.
«Molla Həsrəddin»
jurnalından sonra Əhməd Bəsirət
«Molla Əmu» adlı başqa bir türkcə dərgi buraxdı. O, bundan
əlavə «Heyvanların
murafəəsi» adlı
110 səhifəlik bir
kitab da çap etdi. Bu kitabda təmsillər
toplanıb. Bundan
2 il sonra
Mirzə Həsən Rüşdiyyənin kiçik
hekayələrdən ibarət
kitabı çap olundu.
Bu kitablarda təqdim
olunanlar Təbriz şivəsindədir və
genəllikdə dil yerli dildir. Bu əsərlər bu gün ədəbiyyat alimləri terfindən Güney Azərbaycanda çağdaş nəsrin
başlanğıcı olaraq
sayılır. Bu əsərlərlə
yanaşı xeyli fars dilində
yazan Türk yazarlarımız da olub, Güney Azərbaycanda dünya miqyaslı şöhrət
qazanan əsərlər
yaranıb. Bu dövrdə Təbrizin görkəmli yazıçısı
Qulamhüseyn Sədi
«Bəyəl əzalıları»
adlı kitabını
yayımladı.
Bu əsər Azərbaycanın
kənd həyatı mövzusundadır. Bu dövrdə
habelə Səməd
Behrənginin «Balaca Qara Balıq» adlı əsəri də dünya şöhrətli bir əsər kimi ortaya çıxdı.
Səməd Bəhrəngi İranda
uşaq ədəbiyyatının
banisi olaraq hekayələrini uşaqlar
və yeniyetmələr
üçün yazsa
da, onun təmsil və istiarə ilə dolu hekayələri bütün gənclər
və yaşlılar tərəfindən də
alqışlanıb.
Bizim çağdaş
nəsrimiz demək olar, hələ bağımsız olmayıb. Meyar dil
olmadığından dolayı,
elmi baxımdan dildə problemlər var. Onun üçün nəsr dilimiz ya Türkiyədən etgilənib, ya da Quzey Azərbaycandan.
Genəllikdə ədəbiyyatın özəlliklə düz
yazı əsərlərinin
yaranması üçün
bir dil gərəkdir.
Bir ulusun ruhu onun
sənət türlərində,
özəlliklə ədəbiyyatında
imkanlarını kəşf
edib özünü göstərə bilər.
Bu baxımdan biz yeni bir dalğanın
ortaya çıxmasına
tanıq oluruq. Bu gün şairlərimizin
yanı sıra çoxlu düzyazı yazanlarımız da ciddi formada çaba
göstərirlər. Güneyin içi və dışında olan yazarlarımızın
fərqli əsərlərini
görməkdəyik: Vali
Gözətən, Eyvaz
Taha, Nasir Mənzuri, Məmməd Riza Ləvayi, Həmid Arğış və çoxlu başqa gənc yazarlarımız yaradıcılıqla
məşğuldurlar.
«Güney Azərbaycanda
bu gün qlobal düşünüb
milli dildə yaratmaq çox önəmlidir. Milli dilimizdə yaranan
yeni ədəbiyyat dalğasının alt yapısı
hazırlanmaqdadır. Bu
olayı daha da gücləndirmək üçün tərcümə
işinə diqqət
yetirmək gərəklidir.
Yəni dünyanı öz dilimizdə oxumaq bizim üçün çox vacibdir. Çağdaş düşüncələri oxuyub öyrənmək və dünya sənətinin əldə
etdiyi uğurlardan faydalanmaq bu yolda əlimizdən tutacaq».
XX yüzilin başlarından
etibarən rus istilaları nəticəsində
Azərbaycan ədəbiyyatı
iki qola ayrıldı. Bunlardan Quzey Azərbaycan
ədəbiyyatı rus
etgisi altında formalaşarkən, Güney
Azərbaycan ədəbiyyatı
da klassik çərçivə içində
sönükləşib, bir
təqlid ədəbiyyatı
halını aldı.
Bunun yanı sıra xalq ədəbiyyatı çox canlı formada təkamülünü
sürdürməkdə olub.
Aşıq şeirinin yanında
xalq dastanları, nağıllar, lətifələr,
tapmacalar və bayatı kimi sözlü ədəbiyyat
türləri irəli
səviyyədə olub.
Klassik ədəbiyyat getdikcə
zəifləməklə yanaşı
özəlliklə Güney
Azərbaycanda davam edib.
Klassik ədəbiyyat türlərindən
qəzəl və özəlliklə mərsiyənin
Azərbaycan ədəbiyyatında
özəl yeri olub: Dilsuz, Raci,
Purqəm, Şuai, Ahi və Moqbel
XIX yüzilin önəmli
mərsiyə şairlərindən
olublar. Güney Azərbaycanda yeni
ədəbiyyatın ilk təmsilçiləri
arasında Əbdülrəhman
Talıbov, Zeynalabdin Marağayi və Mirzə Ağa Təbrizi öndə gedən şairlərdən
olublar.
XX yüzilin başında
azərbaycanlılar gözlərini
dünyaya çevirdilər,
olub keçənlərin
işığında gələcək
üçün hazırlanmağa
başladılar. Türkiyə mətbuatı ilə
alış-veriş sonucunda
dildəki yaxınlaşma
ilə yanaşı ədəbi və siyasi münasibətlər
də gəlişmiş
oldu. Bu illərdə
Azərbaycan ədəbiyyatı
Türkiyə ədəbiyyatı
ilə paralel olaraq gəlişərkən
iki fərqli düşüncənin də
etgisindən uzaq qalmamışdı. Bunların biri
islamçılıq, o birisi
də sosial cərəyan olmuşdu.
Bu dönəmin tanınmış
simalarından Cəlil
Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir,
Əliqulu Qəmküsar
və Əli Nəzmidən ad aparmaq olar. Genəllikdə XX yüzildə Azərbaycan
şairləri, dünya,
özəlliklə çevrədə
baş verən olaylardan etgilənib siyasi, toplumsal və gerçək şeirə yönəlib,
şeiri bir arac kimi ulusal
oyanış uğrunda
qullanmışlar. Demək,
bizim şeirimiz Məşrutə dönəmindən
bu yana
toplumsallaşmaqla yanaşı,
çağdaşlaşıb, ancaq bütövlüklə
modernləşə bilməyib.
Güney Azərbaycanın yeni şeiri Həbib Sahir ilə başlayıb. Yəni Həbib Sahir
yeni şeirin ortaya çıxmasında
ilk addımlar atıb,
cəsarətli şeirlər
yazıb. O, 1914-cü ildə «Sayeha» («Kölgələr») adlı
kitabını və
2 il sonra «Şəqayeq» adlı kitabını sərbəst
şeirlər formasında
yayımladı. Bu zaman hələ Nima Yuşicdən xəbər yox idi.
Bu kitablarda həm
məzmun yeni idi (siyasiləşmə),
həm də şair, gerçəkçi
bir şairdir (Sevgili göydə deyil, bəlkə yerdədir). Demək, Həbib Sahir
şeiri göydən
yerə endirdi.
O, yeni sözləri yeni qəlibdə söylədi və bizim həm siyasi şeirimizi, həm satirik şeirimizi, həm də həmasi şeirlərimizi canlandırmaqda
böyük addımlar
atdı.
O, keçmişə tənqidlə
baxan şairlərimizdən
oldu. Bu son 60 il
sürəsində İranın
çoxlu şairləri
həmfikir və düşüncə baxımından,
həm də forma baxımından Sahirdən
etgiləniblər. Yəni XX yüzildə
Güney Azərbaycan ədəbiyyatının böyük
simalarından biri Həbib Sahir olub ki, Türk
dünyasında da önəmli şairlərdən
birisi sayılır.
İranda
fars dili
və ədəbiyyatı
qarşısında, Türkcə
uzun illər boyunca susarkən son dönəmdə çağdaş
türk ədəbiyyatının
ən böyük şairi Şəhriyar yetişdi. Şəhriyarın yaradıcılıq dönəmlərindən ən
son və önəmli
mərhələ 1950-72-ci illərdir.
O, bu illər arasında Türk dilində olan şeirlərini və bir sözlə, onu dünya şairi kimi tanıtdıran əsərlərini
yaratdı: «Heydər Babaya salam» (1954), «Türkün dili» (1969), «Məmməd Rahimə məktub» (1967), «Səhəndiyyə»
(1967-70).
Şəhriyar romantik və gerçəkçi bir şairdir. O, şeirlərinin
məzmununu gerçək
həyatdan alıb, xalqın anlaya biləcəyi sadə və doğal bir dildə ifadə etmişdi. Onun söz xəzinəsi geniş olduğu üçün deyimlərə
də geniş yer ayırıb və xalq ədəbiyyatındakı
axıcı və sadə üslubu baharı ilə qullanıb.
Şəhriyar İranda farsca qarşısında yox olmağa üz tutan Türk dilini, «Heydər Babaya salam» əsəri
ilə əbədi olaraq ayağa qaldırıb, başını
göylərə çatdırdı.
Məlihə
Əzizpur
Xalq Cəbhəsi.- 2014.- 22 yanvar.- S.14.