«Söz azadlığı və fikir plüralizminin vacib şərti demokratiyadır»

 

Ülvi Kazım: «İstər nəzəri, istər praktiki olaraq demokratiya bu imkanları insanlara verir»

Şamil Sabiroğlu: «Mətbuat daim öz sözünü deməlidir»

Rey Kərimoğlu: «İnternet medianın inkişafı ilə gələcəkdə söz azadlığını məhdudlaşdıran halların qarşısı alınacaq»

Söz azadlığı, fikir plüralizmi bütün dövrlər ərzində aktual mövzu olaraq qalıb. Onu da bildirək ki, bu mövzu həmişə birmənalı qarşılanmayıb, daha çox mübahisəli məqamlarla gündəmə gəlib. Amma bəzən söz azadlığı yanlış anlaşılır, xüsusən sosial şəbəkələrdə təhqir elementləri söz azadlığının məhsulu kimi qələmə verilir. Bu baxımdan söz azadlığı fikir plüralizmi hər bir cəmiyyət üçün qədər önəmlidirsə, ona yanaşma tərzi bir o qədər mühüm məsələdir. Daha çox intellektual cəmiyyətlərdə bu anlayışa normal yanaşılır söz azadlığı adı altında heç kimin hüquqları pozulmur.

Avropa Palatasının Mərkəzi Ofisinin Diplomatik Məsələlər Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti, gənc politoloq Ülvi Kazım bildirdi ki, söz azadlığı fikir plüralizminin vacib şərti demokratiyadır. Onun sözlərinə görə, istər nəzəri, istər praktiki olaraq demokratiya bu imkanları insanlara verir: «İndi insanların bundan necə istifadə etməsi başqa bir məsələdir. Həmçinin demokratiydan sui-stifadə çox təhlükəli vəziyyətxaos yaradır. Demokratiyanın özəlliyi odur ki, insanlara danışmaq üçün tribuna verir. Bu zaman insanlar öz sözlərini azad deyə bilir, müxtəlif fikir təkliflər irəli sürürlər. Hər hansı cəmiyyət demokratik hədəflərinə söz azadlığı fikir plüraliuzmi sayəsində çata bilər. Bu hədəflər necə hansı sürətlə çatmaq isə hər bir xalqın milli xüsusiyyətindən, siyasi düşüncə tərzidən asıldır. Hazırda Azərbaycan bu hədəflər doğru addımlamaqdadır».

«Ana harayı» qəzetinin baş redaktoru Şamil Sabiroğlu diqqətə çatdırıb ki, Azərbaycan keçmiş SSRİ-nin tərkibində olanda senzura fəaliyyət göstərirdi, lakin 1991-ci ilin oktyabrında müstəqilliyimizi bərpa etdikdən sonra mətbuat söz azadlığı da yeni məcraya yönəldi, bu sahədə müəyyən addımlar atılmağa başladı: «O zaman «Səhər» qəzeti «Kommunist» qəzetinin əlavəsi kimi fəaliyyət göstərirdi, 1990-cı ildən isə müstəqil qəzet oldu. Mən «Səhər»də Qarabağ bölgəsi üzrə müxbir işləyirdim, işimlə əlaqədar döyüş bölgələrindən məlumatları Bakıya çatdırmağa çalışırdım. İnformasiya belədir ki, onun vasitəsilə şou da yaratmaq olar, insanları narahat edən problemləri qabardıb, dövlət orqanları tərəfindən həll olunmasına cəhd göstərmək . Bu baxımdan vaxtilə işlədiyim «Səhər» qəzetinin azad fikrin formalaşmasında müstəsna xidmətləri olub. Etiraf edək ki, 1992-1993-cü illərdə Azərbaycanda yüksək döyüş ruhunun yaranmasının bir səbəbi mətbuat olub. Yəni silaha sarılmağın bir yolu da sözdən keçir. Çünki mətbuatda gedən vətənpərvər ruhlu yazılardan sonra neçə-neçə oğul-qızlarımız könüllü olaraq orduya yollanmışdılar. Məsələn, Həsən Qorxmaz adlı komandir (o, ağır döyüşlərin birində şəhid oldu) «Səhər» qəzetində çıxan yazımı oxuyandan sonra döyüşə atılmışdı. Gənclərimizdə Mübariz, Həsən Qorxmaz ruhu yaratmaq üçün mətbuat dayanmamalı, daim öz sözünü deməlidir. Axı qələmi ilə sözünü deyən övladlarımız da az deyil».

Onun fikrincə, bu gün Azərbaycanda mətbuat azaddır, lakin bununla yanaşı, peşə davranışı normalarına da əməl olunmalıdır: «Çünki telekanallarımızda elə verilişlər gedir ki, baxılası deyil. İstərdim ki, Türkiyənin TRT kanalında gedən «Mehmetcik» verilişi kimi bizdə bu səpkidə verilişlər yayımlansın, düşmənə nifrət oyadan kadrlara üstünlük verilsin, mətbuat işçilərinin döyüş bölgələrinə vaxtaşırı səfəri təşkil edilsin, yəni ordu ilə jurnalistlər arasında vəhdət olmalıdır. Təbliğatdan çox şey asılıdır».

Orta Asiya Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondu mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu vurğulayıb ki, dünyada söz azadlığı çox vacib məsələlərdəndir: «Bəziləri deyirlər ki, Azərbaycanda söz azadlığı yoxdur, məncə, belə deyil. Sadəcə, müxtəlif vaxtlarda, dövrlərdə söz azadlığının bir həddi olub. Təkcə ölkəmizdə deyil, dünyanın heç yerində jurnalistin istədiyi kimi söz azadlığı tam şəkildə yoxdur. Hətta Rusiyanın, Türkiyənin, yaxın Avropa ölkələrinin özündə belə. Yəni birmənalı şəkildə demək olmaz ki, adıçəkilən yerlərdə söz tam azaddır. Orada da problemlər var, media strukturları dövlətin inhisarında deyil, fərdi şəxslərin nəzarətindədir, onların təsisçiliyi ilədir, söz azadlığı da həmin təsisçilərin verdiyi çərçivədədir. Yəni nəinki Azərbaycanda, hətta dünyada mütləq söz azadlığı mövcud deyil. Mənə belə gəlir ki, son dövrlərdə elektron medianın yayımı, internet medianın inkişafı ilə gələcəkdə söz azadlığını məhdudlaşdıran halların qarşısı alınacaq. Yəni bunu normalar çərçivəsində olmaqla heç kəs məhdudlaşdıra bilməyəcək».

Onun sözlərinə görə, Azərbaycan dövləti söz azadlığının qorunması, inkişaf etdirilməsi ilə bağlı xeyli işlər görüb: «Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının hazırlanması buna sübutdur. O vaxt bu konsepsiyanın araya-ərsəyə gəlməsini Mətbuat Şurası həyata keçirdi hazırlayıb Prezident Aparatına, yəni icra strukturlarına təqdim etdilər, birgə müzakirələrdən sonra Prezidentin sərəncamı ilə 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.

Fond yaranandan sonra jurnalistlərin həm sosial, həm şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldü. KİVDF-nin hər il keçirdiyi fərdi jurnalist müsabiqələrində yüzlərlə jurnalist iştirak edir, mükafatlar qazanır. Eyni zamanda qəzetlərə maddi-texniki bazalarını yaxşılaşdırmaq üçün böyük məbləğdə qrantlar ayrılır. Həm dövlət, həm qeyri-hökumət təşkilatları tərəfindən söz azadlığının inkişaf etdirilməsi, jurnalistlərin peşəkarlığının artırılması üçün seminarlar, treninqlər keçirilib, dünyanın aparıcı media orqanlarının mütəxəssisləri Azərbaycana dəvət olunub, təcrübə mübadiləsi aparılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillər tikilərək jurnalistlərə verilib. Sözsüz ki, bu da jurnalistlərə böyük köməkdir. Düşünürəm ki, bu işlər davamlı şəkildə həyata keçiriləcək.

Açığını deyim ki, jurnalistika çox çətin, məsuliyyətli, ağır, stresli peşədir və təbii ki, bu sahənin, bu təbəqənin xüsusi, spesifik problemləri var və həmişə də olacaq. Çünki bu, birbaşa cəmiyyətlə bağlı olan məsələdir. Jurnalistika bu gün bir az da gözdən salınmış, son 8-10 ildə reket jurnalistlər tərəfindən böyük zərbələr almış peşəyə çevrilib. Düzdür, Mətbuat Şurası onlara qarşı mübarizə aparır, amma problem yenə də qalmaqdadır. Çünki bu sahədə cəmiyyətin də üzərinə məsuliyyət düşür. Azərbaycan mətbuatının banisi, böyük mütəfəkkirimiz, aydınımız Həsən bəy Zərdabinin sözü ilə desək: «Mətbuat cəmiyyətin aynasıdır». Yəni bu aynada cəmiyyət özü də fəal olmalıdır. Məsələn, məmur özbaşınalığından yazılır, amma bəzi hallarda faktları verən vətəndaşlar nədənsə çəkinərək sözlərini geri götürürlər. Onlarda günah görməklə bərabər, jurnalistin peşəkarlığında da problemin mövcudluğunu qeyd etmək lazımdır. Çünki jurnalist işi audio yazı ilə götürməlidir ki, gələcəkdə deyilənləri sübut edə bilsin. Bu problem təkcə Azərbaycanda deyil, dünyada mövcuddur. Qaldı Qarabağ məsələsinə, mətbuatımızın həmişə Qarabağ mövzusunda önəmli rolu olub. Təəssüflər olsun ki, ayrı-ayrı fərdlərin subyektiv yanaşmaları nəticəsində ordu ilə bağlı yanlış məlumatlara yol verilir, qeyri-dəqiq informasiyalar yayılır. Onlar bəzən Azərbaycanın rəsmi strukturlarının məlumatlarına yox, Ermənistanın yaydığı məlumatlara istinad edirlər. Bu isə çox təhlükəlidir.

Yeri gəlmişkən, qeyd edim ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu müharibədən zərər çəkmiş insanlar, qaçqın, məcburi köçkünlər üçün uzun illərdir xüsusi proqramlar hazırlayıb həyata keçirir, konfliktin həll olunmasından ötrü obyektiv informasiyanın beynəlxalq aləmə çatdırılması istiqamətində mühüm işlər görüb, yüzdən çox xarici jurnalistin Qarabağın işğal olunmuş ərazilərinə səfərləri təşkil edilib».

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindəndir.

Dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib.

Dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığı sahəsində ciddi problemlər mövcud idi ki, bu da fikir, söz və məlumat azadlığının inkişafına mane olurdu. 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin fikirsöz azadlığı, qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək və yaymaq hüququ təsbit olundu, informasiya azadlığına təminat verilib, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan edilib.

 

Əli

Xalq Cəbhəsi.- 2014.- 23 yanvar.- S.11.