Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında

 

Sübhan Ə.Talıblının araşdırması

 

III yazı

 

İran hakim dairələrinin ermənipərəst mövqe tutmalarına baxmayaraq İranda, xüsusilə Güney Azərbaycanda bəzi mətbu orqanları ermənilərin əməllərini elmi şəkildə ifşa edirlər. Bunlardan biri Güney Azərbaycanda nəşr edilən «Azərbaycanda yüzillik erməni cinəyəti» adlı jurnal (1, 2004-cü il 16 sentyabr) elmi əhəmiyyəti faktaloji zənginiliyi ilə seçilən nümunə kimi maraq doğurur. Jurnalın giriş məqaləsində ermənilərin bu tarixi düşmənçiliynə dəstək verən siyasi, hərbi qüvvələrin ünvanı göstərilməklə xəyanətin miqyası diqqətə çatdırılır. Jurnalda yer alan ilk məqələ «Müsəlmanların ermənilər tərəfindən soyqırımı» adlanır. Əslində isə istər Türkiyədə, istərsə İran Azərbaycan ərazisində Türklərə qarşı ən qanlı faciələri törədən ermənilər maskalanaraq XX əsrin sonunda Xocalıda analoqu olmayan soyqırım törətdilər. Məqələ müəllifi hər il aprelin 24-nü «faciə» günü kimi qeyd edən ermənilərin iblis simasını açmağa, azərbaycanlı qırğınlarını nəzərə çatdırmağa çalışır. Məqalə müəllifinin fikrinə görə, məkrli erməni siyasəti təkcə ərazi, torpaq iddialarında qalmır, İslam mədəniyyətini parçalamaq, İranı müsəlman Türkiyəyə qarşı qoymaq, Azərbaycanı ikiyə ayırmaq parçalanmış Azərbaycanın birliyini mümkünsüz hala gətirmək vəzifələrini həyata keçirir. Jurnalda həmçinin Taymaz Nəzminin erməni terrorizmini, Əlirza Qaffari Hafiz daşnakların anti-Türk siyasətini tutarlı faktlarla ifşa edir. Zöhrə Vəfainin «Xaçsız missionerlər» məqaləsi erməni din xadimlərinin üzünü açır, dindən barış üçün deyil, savaşda bir vasitə kimi istifadə edən bu «xaç atalarının» xaç əvəzinə bellərinə xəncər bağladıqlarını göstərir.

Törətdikləri qanlı əməllər barədə özlərinin belə yazmaq cəsarəti olmayan ermənilər bu missionerlik hərəkətlərinə həm tarixi Azərbaycan ərazilərində yer-yurd adlarının saxtalaşdırılması kimi ifrat anti-humanist siyasət yeridirlər. Hüseyn Sultaninin «Qarabağın əsl sakinləri kimdir məqaləsi tarixi həqiqətlərin milli haqların təsdiqi baxımından əhəmiyyətlidir. Qarabağın tarixi Azərbaycan yurdu olduğunu göstərən müəllif çar Rusiyasının Qafqazdakı siyasətini, burada keçirdiyi demoqrafik dəyişikliklərin, erməniləşdirmə, xristianlaşdırma siyasətinin başlıca məqsədləri barədə ətraflı bilgi verir. «Qarabağ necə Artsax oldu məqaləsi (müəllif Hadi Nuri) ermənilər tərəfindən edilən toponomik təzyiqlərin, süni demoqrafik dəyişikliklərin ifşasına həsr olunub. Dünya sivilizasiyasının əski ünvanlarından olan Azıx mağarasının qədim Türk torpaqlarında olması erməniləri daim narahat etmiş, bu yerüstü «tarix kitabı»nın erməniləşdirilməsi yolunda dəridən-qabıqdan çıxıblar. Lakin məqalə müəllifi regionun 1823-cü ildən bəri ermənilərin apardıqları demoqrafik dəyişikliklərin cədvəlini verməklə əsl faktları üzə çıxarır, onların saxtakarlıqlarını ifşa edir. Müəllif müasir İran məmləkətində çox böyük azlıqda qalan ermənilərin belə şovinist əməllərindən söz açaraq onların region üçün daim narahatlıq mənbəyi olduğunu göstərir. Vəziyyəti etnopsixoz halına gətirən Daşnaksutyun Partiyası öz fəaliyyətini bu gün sürətlə artırır, Türk Dünyasına meydan oxumaqda davam edir. Bu siyasətin təbliğat topluları olan kitablar fars dilində nəşr olunur, ölkənin yarısını təşkil edən yerli Türklərə qarşı xaç yürüşü keçirilir. «Ermənistan tarixi», «Mayrik», «Pantürkizm əfsanəsi», «Ermənistan 1915-ci ildə», «Ermənilərin soyqırımı», «Qızıl buynuzlu sərkərdələr», «Bir millətin məhvi» kimi kitabların hər səhifəsində Azərbaycan xalqına qarşı nifrət, intiqam hissi kodlaşdırılıb. Erməni terrorizminin ünvanları olan bu kitabların tanıdılması adekvat tədbirlər görməyi tələb edir. Belə addımlardan biri kimi işıq üzü görən jurnal Qafur Əlipurun, Nəcib Hablemitolğunun, Əli Səmədlinin, Ozan Arifin digər milli qeyrət daşıyıcısı olan qələm adamlarının məqalələri vasitəsilə ifşa olunur, həqiqətin üzə çıxması, dünyaya tandılması üçün səylər göstərilir.

18 yanvar 2001-ci ildə BBC radiosuna müsahibəsində Amavelyan deyir: «18 yanvar 2001-ci ildə Yerevanda Ermənistanla İran arasında 3 günlük iqtisadi seminar keçirilmişdir. Bu seminarda:

1. Araz çayı üzərində birgə elektrik stansiyasının qurulması;

2. İrandan Ermənistana qaz kəmərinin çəkilişi;

3. Mehri-Kaçaran tunelinin qurulması;

4. Ticarət iqtisadi əlaqələri genişləndirmək imkanlarının öyrənilməsi (BBC, 18 yanvar 2001) məsələləri müzakirə edilib”.

Xatırladaq ki, bu qəbildən olan ilk seminar 1998-ci ilin oktyabrında keçirilib. İran tərəfi bəzən ermənilərin hətta Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən tədbirlərdə iştirakdan belə çəkinmir. Belə ki, 2004-cü ilin mart ayında Novruz bayramı ərəfəsində erməni şahmatçısı Tiqran Petrosyanın 85 illiyi şərəfinə Dağlıq Qarabağda təşkil olunmuş «beynəlxalq yarışda» İran şahmatçıları da iştirak ediblər. Eyni zamanda Qarabağ idmançıları da ayrıca müstəqil iştirakçı kimi İrana dəvət olunub. Kermanda karate üzrə beynəlxalq müsabiqə keçirilib. Bu müsabiqədə Türkiyə, Rusiya, Ermənistan, Qarabağ, Yunanıstan, Gürcüstan, İranın iki komandası – Kerman Bəm şəhərinin komandalarını təmsil edən 55 idmançı iştirak edib. Tədqiqatçı Səlcuq Kamal öz məqaləsində qeyd edir ki, ermənilərin azərbaycanlılara qarşı soyqırım törətmələrinə baxmayaraq Tehran İrəvan ilə Azərbayanın işğal olunmuş ərazilərində işbirliyinə malikdir.

Dünən Xocalı faciəsinə ağlamış bəşəriyyətin gözləri bu gün bizi artıq soyqırıma aparan bir millət kimi süzür. Fransa parlamentində bizim əleyhimizə saxta qərarlar çıxarılır. Amerika qərar almasa da önəmli bir məsələ kimi parlament iclaslarında danışığa qoyur. Yunanıstan, İtaliyaeyni. 22 apreldə Tehran xiyabanları «Türkə ölüm», «Azərbaycanlıya ölüm» hayqıran erməni mitinqini özündə yerləşdirir. İran İslam Şurası Məclisində iki erməni deputatı Tehran hakimiyyətini qondarma soyqırıma inandırmaq üçün çalışırMəlumdur ki, Naxçıvanla Azərbaycan Respublikası arasında yerləşən Mehri ermənilərin əlindədir. Həmin rayon vasitəsilə ermənilər Naxçıvanı iqtisadi mühasirəyə salmış, Bakı-Naxçıvan dəmiryol xəttinin işləməsinin qarşısını almışlar. İran İslam Respublikası məhz özünün Araz çayı üzərində saldırdığı Mehri körpüsü vasitəsilə İrandan Ermənistana ticarət malları, yanacaq hərbi sursat daşıyır. Gündə 60-70 yük maşını vasitəsilə Ermənistana mal daşınır. Mehri ilə sərhəd zonada, Araz çayının hər iki tərəfindən sərhəd ticarət şəbəkələri yaradılıb. Təbrizin Baron Avak məhəlləsində minlərlə erməni yaşayır, bu məhəllə bir növ Təbriz-Ermənistan əlaqələrinin qərargahına çevrilib. İranın Ticarət Nazirliyinin nümayəndəsi Təbrizə gələrək tacirləri Ermənistanla ticarət etməyə belə tacirlərə güzəştli faizlərlə pul krediti verməyi vəd edib. Təbriz, Xoy, Urmiyədə erməni məktəbləri, kilsələri fəaliyyət göstərir. Tehranın universitetlərində erməni dilində fakültələr vardır. Təbriz, Tehran İsfahanda ermənilərin fəaliyyəti daha da genişlənmiş onlar dövlət tərəfindən hərtərəfli himayə edilir.

Ermənistandan hərbi hazırlıq keçmək məqsədilə İrana göndərilmiş erməni zabitləri və kursantları üçün Təbriz və Ərakda hərbi təlimlər keçirilir, onlara həm də fars dili öyrədilir. İran hökuməti İrəvanda Göy Məscid binasını yenidən təmir etdirib. Halbuki, İrəvanda bir nəfər belə müsəlman azərbaycanlı Türkü qalmayıb. İran İslam Respublikası Ermənistanı qaz, benzin, neft, mazuts. yanacaq ilə təmin edir. Bu amil isə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü şəraitində İrəvana qarşı hərbi-iqtisadi dəstək deməkdir. İran ilə Ermənistan arasında sıx iqdisadi, siyasi və mədəni əlaqələr vardır. 1994-cü ilin mayında Rza Nikkar İsfahani Ermənistana İran İslam Respublikası tərəfindən səfir təyin edildikdən sonra bu münasibətlər və əlaqələr geniş şəkil alıb. İran dövlətinin ermənilərə bu qədər imtiyazlar verməsi təkcə indiyə aid deyildir. XX əsrin əvvəllərindən başlayaraq, belə imtiyazların verilməsi daha da genişlənmiş və çoxaldılıb. Fars və ermənilərin mənəvi yaxınlığı vardır. Belə ki, ermənlərlə farsların eyni dil, eyni irqqan qohumluğu olduğunu İran alimi Pərviz Vərjavəndin 1999-cu ildə ilk dəfə fars dilində Tehranda nəşr etdirdiyi «İranQafqaz» («AranŞirvan») əsərində Andronik Hoyanın fars dilində yazdığı «Erməni mədəniyyəti ilə İran mədəniyyətinin uzun sürən həmişəlik bağlılıqları» yazısı həmin kitabın 361-389-cu səhifələrində çap edilib. O, yazır: «Ermənilərin dili hind-Avropa dilinin bir şaxəsidir ki, fars dili ilə yaxın qohumluq əlaqələri vardır. Parfiyalıların dövründə farslar və ermənilər bir-birinin dilini başa düşürdülər. İndi də Pəhləvi lüğətləri erməni dilində müşahidə edilməkdədir. Andronikin yazdığına görə, ermənilərin təqvimi ilə farsların təqvimi eynidir. Farslarla ermənilərin dastanları və əfsanələrində də bir-birinə çox oxşarlıqlar vardır. Erməni dili ariyailərin dilindən biridir ki, fars dili ilə ayrılmaz bağlılığı vardır».

Bütün yuxarıda deyilənlərdən belə bir nəticə hasil etmək olar ki, İran özünün Qafqaz siyasətində Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini formalaşdırarkən həm özünün siyasi, iqtisadi, geostrateji maraqlarını, həm də region ölkələrinin maraqlarını nəzəalmağa çalışmış, lakin böyük dövlətlərin Cənubi Qafqazdakı maraqlarına münasibətdə balans siyasətini qoruyub saxlaya bilməmiş və bu da təbii olaraq adı çəkilən regionda sülh və təhlükəsizliyin hələ də kövrək olaraq qalmasını şərtləndirib. Rəsmi dairələr tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması və elan olunmasına baxmayaraq İran dövləti Qafqaz siyasətində Dağlıq Qarabağ problemindən Azərbaycana qarşı vasitə kimi istifadə edir.

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 4 aprel.- S.13.