“Sizi
deyib gəlmişəm”...
Jurnalın ilk sayının çapı zamanı Cəlil Məmmədquluzadə
Ömər Faiq Nemanzadə ilə səhərədək fəhlə
kimi çap maşınını işlətmişdi
Aprelin 7-də məşhur
"Molla Nəsrəddin"
jurnalının 109-cu ildönümü
tamam olur. Jurnal fasilələrlə 25 il çap olunub. Əvvəlcə Tiflisdə, az
bir müddət Təbrizdə, sonra isə Bakıda fəaliyyət göstərib.
Jurnalın Tiflisdə 370, Təbrizdə
8, Bakıda 390 nömrəsi
çıxıb. “Molla Nəsrəddin” jurnalının ilk nömrələri
ancaq Cəlil Məmmədquluzadə ilə
Ömər Faiq Nemanzadənin gücünə
çap olunmuşdu.
2000 tirajla çap
olunan jurnalın birinci sayı iki saatın içərisində satılıb
qurtarmışdı. Bunun üçün naşir və baş redaktor Cəlil Məmmədquluzadə min bir
zəhmətlə aldığı
«Qeyrət» mətbəəsində
silahdaşı Ömər
Faiq Nemanzadə ilə səhərədək
fəhlə kimi çap maşınını
da işlətmişdi.
Birinci nömrənin üz qabığında yatmış türk milləti təsvir olunmuşdu, onları ayıltmaq istəyən Molla Nəsrəddinin dilindən karikaturanın altından bu sözlər yazılmışdı:
«Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!» Camaatın çoxunun biliksiz olmasına baxmayaraq, jurnal böyük maraqla qarşılanmış,
ilk sayından oxucu rəğbəti qazanmışdı.
Jurnal obrazlı
desək, xalq ruhundan, folklorundan bəhrələnməklə öz
fikrini oxuculara çox gözəl, məharətlə çatdırmaq
imkanı əldə etmişdi. Mirzə Cəlilin yaradıcılığında
xalq ruhundan, yaradıcılığından bəhrələnmə hədsiz
güclü idi.
O, uzun illər ərzində zəngin həyat təcrübəsi
əldə etmiş, sonradan bunları məharətlə yaradıcılığa
gətirmişdi. Mirzə Cəlil
yaradıcılığında insanlara çatdırmaq istədiyi məqamları
məharətli şəkildə
ifadə edirdi. "Molla Həsrəddin"
jurnalı Mirzə Cəlilin həyata, dünyaya münasibətinin
təkmil ifadəsi kimi meydana çıxdı.
O, elə bir gərgin zamanda fikirlərini demək üçün məhz satira yolunu seçdi.
O dövrdə yazıçı-şair
daha çox eləsi hesab edilirdi ki, yazılarında
ərəb-fars sözlərini
bolluca işlətsin,
yazdıqları daha çox mürəkkəblik
ifadə etsin. Ancaq Mirzə Cəlil bütün bu çərçivələri dağıtdı, ədəbiyyatı
xüsusən dil etibarilə xalqa yaxınlaşdırdı. Böyük yazıçı incə
yumorla xalqın fəlakətlərinin səbəblərini
göstərməyə çalışırdı.
Mirzə
Cəlil hekayə yaradıcılığında da özünəməxsus
idi. Hər bir hekayəsində
cildlərlə kitabın
deyə bilmədiyini deyə bilirdi. Bu, Mirzə Cəlilin böyüklüyü, az sözlə çox fikir ifadə edə bilməsi demək idi.
Zamanımız elədir ki, hazırda özünəməxsus
söz demək tamamilə çətinləşib. Hər halda
insanın yaradıcı
imkanları genişdir.
Baxır kim
o imkanları necə aşkara çıxarır.
Mizə Cəlil sözün böyük mənasında
xalqdan gəlirdi, həyatdakı eybəcərliklərlə
barışa bilmirdi.
"Molla Həcrəddin"də
ilk şeir nümunəsini
yazmaqla əslində özü demişkən,
Sabirləri axtarırdı.
Məhz jurnalın istədiyi şairlər başda Sabir olmaqla meydana
çıxdılar. Əslində "Molla Həsrəddin"çilərin
meydana çıxması
xəlqi tələbatdan
irəli gəlirdi.
Xalq yüzillər ərzində
məğlubiyyətinə, acılı-şirinli günlərinə
baxmayaraq bütün məqamlarda özünün
nikbin ruhunu folklorunda ifadə edib. "Molla
Həsrəddin" məcmuəsi
xəlqi soraqlardan bəhrələnməklə öz
dövründə xalqın
inkişafını yaratmaq
üçün əlindən
gələni edirdi.
Bu, o demək idi ki, "Molla
Həsrəddin" jurnalı
xəlqi inkişafı
yaratmaq inadında qətiyyən qeyri-ciddilik
göstərmirdi. O, kütlənin
avamlığını daim
qamçılayır, avamlığı
yaradan amillərlə
döyüşürdü.
Habelə "Molla Həsrəddin" jurnalının karikatura sahəsində başladığı
əməllər silsiləsi
sonradan Azərbaycanda bu sahədə yenilik kimi uğurla
davam etdirildi. Bu mənada Əzim Əzimzadə kimi "Molla Həsrəddin"çi
rəssamımızın ötən
yüzilin əvvəllərində
meydana çıxması
ciddi yaradıcılıq
hadisəsi idi. Karikatura janrı son dərəcə
gərəkli bir yaradıcılıq növü
kimi avamlığın,
cəhalətin döyülməsində
mühüm rol oynadı. Məhz Mirzə Cəlilin
ustalığı sayəsində
elə bir jurnal meydana çıxdı ki, təkcə Azərbaycanda
deyil, Şərqdə
tanındı. Mirzə Cəlilin
İranda "Molla Həsrəddin" jurnalının
bir neçə sayını çıxarması
da təqdirəlayiqdir.
Bu gün çağdaş
nəsil əvvəlki
nəsillərin gördüyü
uca əməlləri
yaradıcılıqla inkişaf
etdirməlidir. Sovet
dövründə bu jurnalın başı az bəlalar
çəkmədi. Sovet ideologiyası
jurnalın onun xəttinə tabe olması üçün
çalışsa da,
mümkün olmadı.
Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin
direktoru Maarif Teymur "Molla Həsrəddin" jurnalının
yaranması ilə bağlı Mirzə Cəlilin dediyi fikri misal gətirir:
"Molla Həsrəddin"i
məni əhatə edən ziyalılarla birlikdə ərsəyə
gətirdim, özüm
isə ağsaqqal oldum". Əziz Şərif 1910-cu ildən 1987-ci ilə kimi yazdığı gündəlikləri Cəlil
Məmmədquluzadənin ömrünün
və yaradıcılığının
araşdırılması ilə
bağlı qiymətli
soraqlarla zəngindir.
45 cildlik gündəliklərdə
onun 1932-ci ilə, yəni Cəlil Məmmədquluzadənin vəfatına
qədərki dövrdə
yazdıqları sözügedən
mövzunun araşdırılması
baxımından çox
əhəmiyyətlidir. Ümumiyyətlə, həmin
gündəliklərdə "Molla Həsrəddin"çilərin
hər biri ilə bağlı maraqlı təəssüratlar
var. Əziz Şərif
Cəlil Məmmədquluzadənin
həm atası Qurbanəli Şərifzadəyə,
həm də özünə yazdığı
məktubları çox
səliqə ilə qoruyub, bu günə
çatdırıb. Jurnalın
1911-ci il komplektində Mirzə Cəlilin yazdığı
avtoqrafda deyilir:
"Bu kitabı hamıdan
çox sevdiyim və candan istədiyim Qurbanəli Şərifzadəyə təqdim
edirəm ki, bizlər olmayanda oğlanlarımız xatırlayıb
bizi yad etsinlər".
Jurnalın ikinci sayı 5 min tirajla çap olunmuşdu. Mirzə Cəlilin "Molla Nəsrəddin" jurnalı
millətimizin dərdlərindən
hali olması, taleyinin yiyəsi olmasında əhəmiyyətli
iş gördü. Onun yazdıqları uzun müddət millətimiz üçün aktuallığını
saxlayacaq. Mirzə Cəlilin
qələmi, "Molla
Həsrəddin" jurnalı
milləti dərdindən
üstün olmağa,
taleyi ilə barışmamağa, qaranlıq
dünyasını ruhu
ilə işıqlandırmağa
çalışırdı.
"Molla Həsrəddin"
məktəbi sıradan
bir ədəbi məktəb deyildi, çünki gerçək
dərdlərdən yoğrulan
qələm sahibləri
millətin problemlərini
sadə, anlaşıqlı
bir dildə yazmağı bacarırdılar. Bu səbəbdən də jurnalın bütün sayları əl-əl gəzirdi. "Molla Nəsrəddin"in nəşrindən
sonra jurnalın ətrafında satirik
realist - mollanəsrəddinçi ədəbi mühit yarandı: C.Cabbarlı, Ə.Haqverdiyev, Ə.Nəzmi,
M.Ə.Sabir, Ə.Qəmküsar,
M.S.Ordubadi kimi Azərbaycan ədəbiyyatının
simaları bir əqidə üçün
M.Cəlilin ətrafında
birləşdilər.
Sənət o zaman ömürləşir
ki, onun insaniliyin mahiyyətinə,
tələbinə uyğun
təsdiqi baş verir. Bu gün karikatura janrının dünyada zəngin ənənəsi mövcuddur.
"Molla Həsrəddin"
jurnalı bu sarıdan da Şərqdə öncüldür.
Jurnalın az
vaxt ərzində məşhurlaşmasında "Mollanəsrəddinçi" rəssamların
xüsusi rolu olmuşdu. Jurnal 1906-cı ildə nəşrə başlayandan
sonra Azərbaycanda karikatura sənəti yaranmağa və inkişaf etməyə başladı. "Molla
Həsrəddin" jurnalı
məhz Təbrizdə
çıxan dövrdə
karikatura sənəti
İranda intişar
tapmağa başladı.
Həyatın eybəcərliklərinin komik şəkildə təsviri, insanın daxili eybəcərliklərdən
islah edilməsi istəyi karikatura sənətinin başlıca
tələblərindəndir. Azərbaycanda karikatura sənətinin
özünəməxsus cəhətləri
çoxdur. Əzim Əzimzadədən
başlanan bu məktəb sonrakı dövrdə özünün
xeyli istedadlı ardıcılını yetirib.
Cəlil
Məmmədquluzadə jurnalın
cəlbedici, özünəməxsus
çıxması üçün
çox axtarışlar
aparırdı. Onun felyetonlarının
mövzusuna, ümumən
jurnalın qayəsinə
uyğun karikaturaçı-rəssamlar
axtarıb tapması bu baxımdan çox uğurlu alınmışdı. İlk "Molla
Həsrəddin"çi rəssamlardan biri olan alman rəssamı
Oskar Şmerlinqin jurnalın
populyarlaşmasında mühüm
xidmətləri var.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 8 aprel.- S14.