"Çanaqqala zəfəri
və müasir dövr"
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA Humanitar Elmlər Bölməsi və "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illiyinə
həsr edilmiş,
"Çanaqqala zəfəri
və müasir dövr" mövzusunda elmi-ədəbi gecə keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə açıb. Akademik İsa Həbibbəyli
Çanaqqala zəfərinin
böyük tarixi əhəmiyyətini xüsusi
vurğulayaraq türk
xalqı ilə birgə 3 minə yaxın azərbaycanlının
da iştirak etdiyi bu qələbini
iki qardaş xalq arasında tarixi bağlılıq və birlik hisslərinin tarixən mövcud olduğunu önə çəkib.
Sovet dövründə
tarixi faktların saxtalaşdırıldığı, arxivlərin məxfi saxlanıldığını və
qapalı qaldığını,
Birinci Dünya müharibəsi illərində
baş vermiş tarixi hadisələrin obyektiv araşdırılmadığını,
bundan yalnız bədnam qonşularımızın
xeyrinə istifadə edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu gün Azərbaycanda
olduğu kimi, Türkiyədə də arxivlərin dünya tədqiqatçılarına açıq
olduğunu, bütün
tarixi həqiqətləri
olduğu kimi, sənədlərdən öyrənilməsi
üçün münbit
şərait yarandığını
bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə keçiriləcək Çanaqqala zəfərinin 100 illik bayram tədbirlərində iştirakının iki ölkənin xalqları arasında yüksək dəyərləndirildiyini vurğulayan akademik İsa Həbibbəyli Bakıda, eləcə də respublikamızın bir sıra bölgələrində 1918-ci il qırğınlarında da ulu öndər Heydər Əliyevin adlandırdığı kimi "bir millət, iki dövlət" olan azərbaycanlılarla çiyin-çiyinə türk qardaşlarımızın da erməni daşnaklarına qarşı birgə vuruşduğunun böyük önəm daşıdığını bildirib. Akademik İsa Həbibbəyli tarixi Çanaqqala zəfərinin təntənəsini Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin parolu kimi səciyyələndirib.
Sonra "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin tərəfindən çəkilən, Çanaqqala zəfərinin 100 iliyinə həsr edilmiş "Torpaq, uğrunda ölən varsa Vətəndir!" sənədli filminin təqdimatı olub. Azərbaycan, eləcə Türkiyənin tarixçi alim və mütəxəssislərinin iştirak etdiyi, tarixi kinoxronika materiallarından istifadə olunan sənədli film tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Akademik İsa Həbibbəyli filmi tarixi dəyərli, uğurlu ekran əsəri kimi dəyərləndirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Yazıçılar Birliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş bədii nəsr əsəri müsabiqəsinə start verildiyini və onun şərtləri barədə ətraflı məlumat verərək alim və jurnalistləri də bu yarışmaya qatılmağa dəvət edib.
Sonra Milli Məclisin deputatı, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlının "Çanaqqala zəfəri və müasir dövr" mövzusunda məruzəsi dinlənilib. Məruzədə Çanaqqala zəfərinin elmi-tarixi aspektləri ilə yanaşı ozamankı dünya siyasəti, mövcud tarixi-coğrafi şərait və s. istiqamətlərdə aparılan araşdırmalar təqdim olunub. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin məsul nümayəndəsi Meral Barlas, Xalq şairi Zəlimxan Yaqub, Uluslararası Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının genel başqanı Seyfəddin Ayaqyay, Milli Məclisin deputatı Elmira Axundova, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd Əliyev, "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, şair Yusif Nəğməkar və başqaları çıxış edərək Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyətindən danışıblar. Çıxış edənlər AMEA-nın rəhbərliyinə, eləcə də təqdim olunan sənədli filmin yaradıcı kollektivinə də minnətdarlıq edib, yeni uğurlar arzulayıblar.
Uluslararası Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının rəhbərliyi tərəfindən bir qrup alim və mütəxəssislərə xatirə hədiyyələri təqdim olunub.
Ədəbi gecə və təqdimat mərasimi rəngarəng proqramlı bədii hissə ilə yekunlaşıb.
Tural
Xalq Cəbhəsi.- 2015.- 9 aprel.- S.15.