Mənanın canı mənəm...”

 

Şirvan poeziya mühiti ilə bağlı kitab işıq üzü görüb

 

 

Professor Seyfəddin Qəniyevin ötən il çap olunmuşŞirvanın 565 şairikitabı Şirvanda yaşayıb-yaratmış 565 şair, el şairi, aşıq yazıçı haqqında yığcam məlumatı özündə əks etdirir. Kitaba professor Mahmud Allahmanlı «Şirvanın 1120 şairi»nin 565-nin sözündən» adlı ön söz yazıb. Şirvan folklorunun toplanması tarixi XIX yüzilin ortalarından sonrakı dövrlərə bağlanır. Ayrı-ayrı ziyalıların, həmçinin rus Azərbaycan dilli mətbuatın mühüm xidmətləri olduğunu qeyd edən M.Allahmanlı yazır: «Tiflisskie vedomosti», «Kavkaz», «Kavkazskiy vestnik», «Novoe obozrenie», «SMOMPK», «Məktəb», «Dəbistan» s. mətbu orqanlarda xalq yaradıcılığı nümunələrinin nəşri tədqiqi sahəsində gərəkli addımlar atılıb. M.Ş.Vazehin «Müntəxəbat»ı (1855), «Qafqaz dağlıları haqqında məlumat məcmuəsi» (1870) bura daxildir. M.Mahmudbəyovun, S.Mümtazın, R.Əfəndiyevin, A.Zaxarovun, N.Kalaşevin, A.D.Yeritsevin b.-nın gördüyü işlər sonrakı onillərlərdə həmişə çoxalan istiqamətdə gedib. Son dövrlərdə bu sahədə ən böyük gərəkli işlər folklorşünas alim Seyfəddin Qəniyevin adı ilə bağlıdır».

O, S.Qəniyevin bu sahədə mühüm xidmətlərini sadalayır, Seyfəddin Qəniyevin 50-dən çox toplama tədqiq kitabının olduğunu hamısının da Şirvan mühiti ilə bağlı olduğunu vurğulayır, bunu uzun illərin zəhmətinin məhsulu, regionu qarış-qarış gəzib öyrənməsinin nəticəsi kimi dəyərləndirir. Əldə olan poetik ornəklərə əsasən M.Allahmanlı Şirvan poeziya mühitini üç istiqamətdə götürür: klassik poeziyanın təmsilçiləri, az tanınan sənətkarlar-el şairləri aşıq yaradıcılığının daşıyıcıları. Bu sahədə S.Qəniyevin fədakarlığını diqqətə çəkən M.Allahmanlı göstərir ki, Abbasqulu, Abdulaziz, Ağbaşoğlu, Bağır Şirvani, Biçarə, Vaiz Şirvani, Qazi, Zabit, Haci, Məhvəşi Şirvani, Kərgər Əhməd, Lütfi, Məşədi Əşrəf, Xəzani, Padar Ağabala kimi onlarla sənətkarın yaradıcılığı həyatı haqda məlumatlar məhz onun ədəbiyyatımıza xidmətidir. El şairləri aşıqların elələri var ki, onları S.Qəniyevin tapıntısı kimi qiymətləndirən kitabın elmi redaktoru bunu haqlı olaraq böyük fədakarlıq hesab edir.

Kitaba Seyfəddin Qəniyev özü «Şirvan poeziya mühiti (Yaxın uzaq keçmiş müstəvisində adlı bir açıqlama mahiyyətli giriş yazısı yazıb. «Şirvan poeziyamızın, ictimai-siyasi, mədəni tariximizin zənginliyi ilə seçilən məkanlarındandır» düşüncəsi ilə Şirvan ədəbi mühitinin dərinliklərinə baş vuran Seyfəddin müəllim mir bir əzab-əziyyətə qatlaşaraq Şirvan bölgəsinin yetirməsi olan 1120 şairi arayıb-axtarıb, onların hər biri haqqında avtobioqrafik məlumatı əldə edib, yaradıcılıqlarından nümunələri tapıb üzə çıxarıb Azərbaycan ədəbi ictimaiyyətinə təqdim edib. Əlbəttə, bu, bir alim cəfakeşliyinin, ədəbiyyatımızın təəssübkeşliyinin bariz nümunəsidir.

S.Qəniyev əldə etdiyi ədəbi materiallara söykənərək Şirvan ədəbi mühiti barəsində ümumiləşdirici təhlillər aparır, XI yüzildən ta XX yüzilin əvvəllərinə qədərki dövr ərzində müşahidə qənaətlərini açıqlayır. Xaqani Şirvani, Kafiəddin Ömər, Vəhidəddin, İzəddin Şirvani, Fələki Şirvani başqalarından ümumiləşmiş halda bəhs açır: “XIII yüzilin böyük sənətkarı Zülfüqar Şirvaninin yaradıcılığı Şirvan ədəbi mühitinin zənginlik hadisəsidir. Mənbələrdə altı dildə yazıb-yaradan sənətkar kimi vurğulanır. Şeirlərində özü haqqında «Mənanın canı mənəm, çünki bu dünya qədəri var hünərim, o uca çərx mənəm, bir özgə fələk olmuş qədərim» deyirdi. yaxud da XV yüzil Azərbaycan şeirinin istedadlı nümayəndələrindən olan Bədr Şirvaninin yaradıcılığı ənənənin davamlılığını göstərmək üçün nümunədir. O deyir ki, «Getdi Xaqani, mənəm indi mədh edən, şeir elmində bu gün kimsə deyil həmtayi-mən». Bir başqa məqamda isə «parsi sözüm Xorasanü İraqın zikridir, böylə ki, türkü sözüm tutmuşdur Çinü Tətar» söyləyirdi».

S.Qəniyev böyük əzmkarlıq, inadkarlıq hesabına yazıb üzə çıxartdığı təzkirə formasındakı bu ədəbi topluda özünə yer alan ədəbi mühitin nümayəndələri ilə bağlı da ümumiləşdirici rəylər söyləyir; Şirvan şairlərinin həm bölgə miqyasında mövqelərinə aydınlıq gətirir, həm region miqyasından çox-çox kənarlara çıxan yaradıcılıq hadisəsinin əsl mahiyyətini açıb ortalığa qoyur.

İnanırıq ki, böyük zəhmət hesabına tapılan, üzə çıxarılan Şirvan ədəbi mühitinin bu dəyərli simaları haqqında gələcək tədqiqatlarda öz əksini tapacaq. Hər alimin hünəri deyil ki, səbrini-hövsələsini basıb, dizini qatlayıb 565 şairi, ümumilikdə isə 1120 şairi «bir yerə yığsın». Seyfəddin Qəniyev canıyananlıqla, təpərlə bu iradəni göstərdi...

 

Şakir Albalıyev,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2015.- 16 aprel.- S14.