“1905-1906-cı illərdə erməni-müsəlman
davası”
M.M.Nəvvab: “Ermənilərin
qoca qadın və kişilərə, eləcə də
uşaqlara etdikləri zülmü qələmə almaq
çox çətindir”
III
yazı
Mir Möhsün Nəvvab ermənilərin Azərbaycanda
vəhşiliklərindən bəhs edən əsərində
- “1905-1906-cı illərdə erməni-müsəlman
davası” kitabında yazır: “Bakı şəhərində
erməni milliyətinə mənsub olan Lalayev soyadlı bir nəfər
vardı, karxana sahibi idi. Bu erməni var-dövlətinin
çoxluğundan özünü hədsiz dərəcədə
qudurğan aparırdı. Belə ki, ermənilərin
məclisində və ya yığıncaqlarında müsəlman
tayfasının adı çəkiləndə o, ermənilərə
müraciətlə deyirdi ki, “Sizə ar olsun. müsəlmanın adı gələndə
titrəyirsiniz. Müsəlmanlar kimdir ki, onlardan
belə qorxursunuz? Mən müsəlmanları
bir milçək və qarışqa hesab edirəm.
Onlar od olsalar da, özlərini yandıra bilməzlər”.
Sabunçulu Ağa Rəzi öldürüldükdən
sonra Bakıda baş verən iğtişaş hər tərəfi
tüfəng və tapança gurultusu və müsəlman
(Azərbaycan-türk-red.) igidlərinin nərəsi və “ya
Əli” sədası bürüyərkən həmin Lalayev
qabaqcadan evində topladığı döyüş
silahlarını işə saldı. Onun yaratmış
olduğu 20-30 nəfərdən ibarət erməni quldur dəstəsini
silahlandıraraq müsəlmanları qırmaq
üçün onlara tərəf yönəltdi. Lalayevin əmri ilə evin ətrafında olan
bütün qapı-darvazalar bağlandıqdan sonra həmin
quldur dəstəsinin üzvləri evin pəncərə,
qapı və bacaları arxasında mövqe tutaraq,
küçədən gəlib-gedən müsəlmanları
atəşə tutdular. Bunun nəticəsində
gəliş-gediş dayandı. Həmin
gün bizim qarabağlı Tağı bəy Şirin bəy
oğlunu qardaşı uşaqları evlərinə qonaq
çağırmışdılar. Tağı
bəy Şirin bəy oğlu faytonla həmin küçədən
keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən
atəşə tutularaq öldürülmüş,
faytonçu isə bir neçə yerdən ağır
yaralanmışdı. Bu vaxt Bakı əhalisi
arasında böyük şöhrət tapmış Ağakərim
adlı bir nəfər mərd və igid oğlan öz
silahlı dəstəsi ilə Bakının küçələrində
cövlan edərək azərbaycanlıların həyatına
qəsd edən erməni quldurlarını cəhənnəmə
vasil edirdi. Nəhayət, onlar gəlib
Lalayevin evi yerləşən küçəyə
çatdılar. Ağakərim öz dəstəsini iki
yerə bölüb birinə divarlar arxasından Lalayevin evini
gülləyə tutmasını əmr edir, digər hissəsinə
isə külüng-balta və lomla evin darvazasını
açmaq əmrini verdi. Üçüncü
dəstə güllə yağışının altında
divarların dibi ilə Lalayevin evinin darvazasına
yaxınlaşıb, lom və külünglə darvazanı
dağıtmağa başladılar. Onlar əllərindəki
alətlərlə darvazanı parça-parça edib yerə
saldılar. Ağakərim və onun dəstəsi
qəzəblənmiş aslan kimi “ya Əli” sədası
altında hücum çəkib içəri doldular. Camaat tüfənglərin gurultusundan və igidlərin
nərəsindən dəhşətə gəldi.
Lalayevin evində olan quldurlar karıxıb mat qaldılar. Onlar tüfənglərini atıb qaçmaq istəyərkən
Ağakərimin dəstəsi onları bir-bir qətlə
yetirdi və evdə gizlənənləri də çıxarıb,
cəzalarına çatdırdılar. Bundan
sonra Ağakərim bir neçə nəfərlə Lalayevin
otağına daxil oldu. Ağakərim irəli gəlib
dedi:
- Allah
saxlasın, kefin necədir? O müsəlmanları ki, sən
milçək və qarışqa hesab edirdin, indi onların hər
biri şiri-nərə dönüb qulluğuna gəliblər.
Lalayev
söyüd ağacının yarpağı kimi tir-tir titrəyərək
dedi:
- Qələt
eləmişəm, məni bağışlayın. Bu gün bəxşiş günüdür və zəhmətimizin
əvəzində nə qədər pul lazımdır
götürün. Sandıqda kupon
kağızları var, götürün aparın, xəzinə
və bankdan pul alın. Uşaqların
arasında bölün.
Ağakərim
dedi ki, biz buraya puldan ötrü gəlməmişik. Bu, millət davasıdır. Milləti
müdafiə etməkdən ötrü biz can
qoymuşuq və bu məqsədlə də buraya gəlmişik.
Millət yolunda biz pula satılanlardan deyilik.
Bu vaxt Lalayevin övrəti gəlib özünü ərinin
üstünə saldı və ağlaya-ağlaya Ağakərimə
minnət elədi ki, siz gəlin bunu öldürməyin. Sizə nə
qədər pul lazımdır durum gətirim. Ağakərim
övrətə dedi ki, bizə pul lazım deyil. Sənin bu kişin gərək öldürülə.
Sənin kişin çox qürrələnib
erməni məclislərində deyirmiş ki, müsəlmanlar
mənim yanımda milçəkdir. Yarım
milyon pul qoyub, onların hamısını məhv edərəm.
Əlavə:
Belə deyirlər ki, bu halətdə Lalayev Hacı Zeynalabdin
Tağıyevin yanına bir adam göndərib,
özünün xilas edilməsini xahiş eləyir. Hacı buyurur ki, bu, mənə dəxli olmayan
işdir. Baş verən hadisə isə
millət məsələsidir, mən nə deyə bilərəm?”
Ermənilərin
qızışdırıcılığı ona gətirib
çıxarır ki, tərəflər arasında
döyüş başlayır, soydaşlarımız özlərini
azğınlardan müdafiə etməli olurlar: “Lalayev qətlə
yetirildikdən sonra hamı evdən bayıra
çıxdı. Evin hər yanından üstünə neft
çiləyib od vurdular. Ev
böyük partlayışlarla yanmağa başladı.
Bu da onu göstərdi ki, Lalayevin evinin zirzəmiləri
yeşik-yeşik hərbi sursat və partlayıcı maddələrlə
dolu imiş. Evdən qalxan gurultunun və
partlayışın səsindən yaxında olan adamlar
qulaqlarını tutaraq hərə bir tərəfə
qaçırdı. Ev sursatlarla birlikdə
yanıb külə döndü. Deyilənə
görə, bir ay sərasər evdən tüstü kəsilmədi”.
Bu da
türkün mərdliyi: “Belə deyirlər ki, Lalayevin
xoşsifət gözəl bir qızı varmış. Həmin qıza heç kəs toxunmayıb,
mehribanlıq göstərib və gətirib Hacı
Zeynalabdinin qızlar məktəbində yaxşı əmin
adamlara tapşırıblar”.
Bu da erməni
vəhşiliyi: “Bakıda qırğın daha da şiddətlənərkən
erməni tayfasından silahlı bir dəstə şəhərin
küçələrində dolaşaraq hambalları və əlsiz-ayaqsız
qocaları tutub öldürürdü. Həmin vaxt
Bakının din xadimlərindən birisi öz
qonşuluğunda olan övrət və uşaqları, eləcə
də qocaları öz evinə cəm edib, darvazanı
bağlamışdı. Bundan xəbər tutan erməni dəstəsi
mollanın evinin yanına çatarkən belə qərara gəldilər
ki, Lalayevin əvəzini çıxmaq üçün bu
mollanın evindəki övrət və uşaqları
öldürüb, evinə od vurub
yandırsınlar. Bu əzm ilə evin
darvazasını sındırıb içəri girmək istəyərkən,
o biri tərəfdən ləzgi tayfasından bir dəstə
onların üstünə gəldi. Onlar erməniləri
öldürüb, mollanın evində olan övrət-uşaqları
erməni şərindən xilas etdilər... Həmin
müdafiə günündə ləzgi tayfasının
Bakı müsəlmanlarına köməyi çox oldu.
Həmin gün onlardan beş nəfər
şəhid oldu”.
Mir
Möhsün Nəvvab daha sonra yazır: “Bakıda baş verən
bu qırğından bir az sonra şəhər qubernatoru
faytonda küçə ilə gedərkən bir neçə
nəfər erməni faytonun üzərinə hücuma
keçərək bomba atıb partlatmışlar. Bombalar faytonu darmadağın etmişdi.
Partlayışdan ağır yaralar alan
qubernator və atlar oradaca ölmüşdü. Quldur ermənilərin biri tutulmuş, digərləri
isə qaçıb gizlənmişdi. Sonra
aparılan axtarış nəticəsində bu cinayətdə
iştirak edən daha dörd erməni həbsə
alınmşdı. Deyilənə görə, həmin beş nəfər cani erməni dar
ağacından asılaraq cəzalarına
çatmışlar. Bu əhvalatdan sonra bir
müddət sakitlik oldu. Lakin ayrı-ayrı erməni
fitnəkarları öz fitnə-fəsadından əl çəkməyərək,
əllərinə gizli düşən müsəlmanları
öldürürdülər...”
1905-ci ilkdə
İrəvan şəhərində baş verən hadisələr
haqqında Nəvvab yazır: “Hansı vilayətdə ki,
İrəvan ermənilərindən bir neçə nəfər
tapılırdı, mütləq orada bir iğtişaş
baş verirdi. Bu İrəvan erməniləri
çox xüdpəsənd, kinli və cinayətkardılar.
İrəvan şəhərinin müsəlmanlar
yaşayan 80 evdən ibarət məhəlləsinin ermənilərlə
iğtişaşı baş verib. Bu
iğtişaşın başlanmasına səbəb olan ermənilər
həmin məhəllədə müsəlmanların imarətlərini
gülləbaran etməyə başladılar. Ermənilərə
nisbətən müsəlmanların bu məhəllədə
az olmasına baxmayaraq, ermənilərə
qarşı müqavimətdə mətanətlə
dayandılar və onlara böyük zərbələr endirdilər...
Üç gündən sonra güllələri
tükəndiyinə görə gecə vaxtı müsəlmanlar
həmin məhəllədən qaçmalı oldular. Əhvalatdan xəbərdar olan ermənilər
müsəlmanların evlərinə doluşub, onların
mal-dövlətini qarət etməyə başladılar.
Fürsət tapıb qaça bilməyən beş
nəfər övrət və üç nəfər
uşaq bir evin küncünə qısılaraq qorxudan titrəyə-titrəyə
ağlayırdılar.
...Ermənilərin
qoca qadın və kişilərə, eləcə də
uşaqlara etdikləri zülmü qələmə almaq
çox çətindir. İrəvanda ermənilərin
müsəlmanlara qarşı törətdiyi qəddarlıqları
öz əzazilliyini şəhərin ətraf kəndlərində
yaşayan müsəlman kürd tayfaları eşidən kimi
silahlanaraq atlara minib, qəzəblənmiş aslan kimi nərə
çəkə-çəkə üz qoydular İrəvanda
qırğın olan yerlərə. Yollarda əllərinə
düşən erməniləri öldürüb,
mallarını talan edib, evlərinə od
vurub yandırırdılar. Ermənilərin
qaçanları gəlib bir böyük kənddə cəm
olmuşdular. Həmin kənddə dövlətin
divanxanası və bir az qoşunu var idi. Həmin qoşun erməni-müsəlman arasında
gedən qırğını dayandırmaq üçün
kürdlərə maneə oldular. Qafqaz
canişininin göstərişi ilə cənab
Şeyxülislam həzrətləri katolikos Hayrik ilə gəlib
məsciddə və kilsədə dualar və xütbələr
oxuyub xalqa nəsihətlər verdilər. Bununla
da iki xalq arasında gedən qırğınları
dayandırdılar.
Bu əhvalatdan sonra erməni qımdatları başqa
şəhər və kəndlərə dağılaraq yerli
erməni əhalisini müsəlmanlara qarşı davaya
qaldırmaq üçün onlar arasında təbliğat
aparmağa başladılar. Uzaqgörən və
davaya qoşulmaq istəməyən ermənilər
qımdatların bu fitnə-fəsadlarından uzaq olmağa
çalışırdılar. Qımdatlar
isə belə erməniləri fürsət düşən
kimi tutub öldürürdülər. Həmin
bu tarixdə, yəni 1905-ci ildə Tehran və onun ətrafında,
eləcə də, Xorasanda vəba xəstəliyi
yayılmışdı. İki ay davam edən bu xəstəlik
nəticəsində hər gün təqribən yüz adam ölürdü”.
Nəvvab
1905-ci ildə Naxçıvanda ermənilərin
soydaşlarımızın başına gətirdikləri bəlalar
haqqında da danışır: “Elə ki İrəvanın
fitnə-fəsad törədən erməniləri
Naxçıvana gəldilər, orada vəziyyət gərginləşdi.
Naxçıvan erməniləri neçə illərdən bəri
tədarük etdikləri vuruş sursatlarını –
topları, bombaları, beşaçılan tüfəngləri
və s. növbəti qırğın üçün
hazırlamağa başladılar. Hərbi sursatları
keçidlərdə və gizli mövqelərdə yerləşdirdikdən
sonra dükan-bazarları bağlayıb, bütün icma ilə
qalxıb mövqelərdə hazırladıqları silahdan qəflətən
müsəlmanlar üzərinə gurhagur atəş
açmağa başladılar...”
Uğur
Xalq Cəbhəsi.-
2015.- 16 aprel.- S13.