“Qafqazın cənnəti”
adlandırılan yerlər xarabazara çevrilib”
Qafar Çaxmaqlı: “Azərbaycanlılara qarşı
terror və soyqırımı
Ermənistanda dövlət
siyasəti səviyyəsinə
qaldırıldı”
““Dağlıq Qarabağ haradadır?” sualına çağdaş coğrafiya
elminin birmənalı
cavabı belədir”:
“Bu bölgə Azərbaycanın
mərkəzində yerləşir
və digər Azərbaycan bölgələri,
ilk növbədə isə
Aran Qarabağla minbir tellə bağlıdır”. Bəs tarix
nə deyir? Rus işğalından az sonra
Qarabağ xanlığı
1822-ci ildə ləğv
edilib əyalətə
çevrilmişdi. 1836-cı
ildə Sankt-Peterburqda
nəşr edilmiş
“Obozreniye”də Qarabağ
əyalətinin sərhədləri
və sahəsi (13 min
kvadratverst) verilmiş,
onun xeyli hissəsinin dağlarla örtüldüyü qeyd
olunmuşdu”. Müstəqil
Araşdırmaçı Jurnalistər
Liqasının rəhbəri,
siyasi elmlər üzrə fəlsəfə
doktoru Qafar Çaxmaqlının sözlərinə
görə, çarizmin
apardığı işğalçı
müharibələr nəticəsində
XIX əsrin 20-30-cu illərindən
etibarən Cənubi Qafqaza köçürülərək
yerləşdirilmiş ermənilər
bir müddət sonra silahlı dəstələrini yaradaraq
azərbaycanlıları təhdid
etməyə, böhranlı
anlarda onlara qarşı kütləvi
qırğınlar həyata
keçirməyə başladılar.
1918-ci ildə Cənubi
Qafqazda heç bir zaman olmayan
Ermənistan adlı bir dövlət elan edildi: “Azərbaycanlılara
qarşı terror və
soyqırımı Ermənistanda
dövlət siyasəti
səviyyəsinə qaldırıldı.
1920-ci ildə Azərbaycan və Ermənistan bolşevik Rusiyası tərəfindən
işğal edilib sovetləşdirildikdən sonra
da ermənilərin azərbaycanlılara məxsus
torpaqlara yerləşdirilməsi,
onların sıxışdırılması,
Azərbaycan ərazilərinin
Ermənistana verilməsi
siyasəti davam etdirildi. Bununla əlaqədar olaraq Azərbaycan SSR xalq ədliyyə komissarı Behbud ağa Şahtaxtlı Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (RK(b)P MK) yazırdı
ki, Zəngəzurda
123 min 95 nəfər azərbaycanlının,
99 min 257 nəfər erməninin
yaşamasına baxmayaraq,
1920-ci il noyabrın
30-da Zəngəzur qəzasının
qərb hissəsi Ermənistana verilib. Bununla da Azərbaycanın Naxçıvan bölgəsi
ilə, Türkiyənin
isə türk dünyası ilə quru əlaqəsi kəsildi. Sovet Ermənistanında yaşayan azərbaycanlılara
qarşı yürüdülən
siyasət Daşnaksütyunun
hakimiyyəti illərindəkindən
o qədər də fərqlənmirdi.
Sayca Azərbaycandakı
ermənilərdən çox
olmalarına baxmayaraq,
Ermənistanda tarixi ərazilərdə yaşayan
azərbaycanlılara muxtariyyət
verilmədi. Azərbaycanda isə ermənilər
üçün muxtariyyət
yaradıldı. RK(b)P
MK Qafqaz bürosu plenumunun 1921-ci il iyulun 5-də keçirilən
iclasında Dağlıq
Qarabağ məsələsi
müzakirə edildi. Azərbaycanlılarla ermənilər arasında
milli sülhün zəruriliyi, Yuxarı və Aran Qarabağın
Azərbaycanla iqtisadi əlaqəsi nəzərə
alınaraq Dağlıq
Qarabağ Azərbaycanın
tərkibində saxlanıldı”.
Onun sözlərinə görə,
Azərbaycan SSR 1922-ci ildə
ZSFSR-ə qəbul olunanadək
Yeni Bəyazid qəzasının Basarkeçər
bölgəsi Rusiya imperiyasının müəyyənləşdirdiyi
sərhədlərində və
Şərur-Dərələyəz qəzasının üçdə
iki hissəsi artıq Ermənistana verilmişdi: “ZSFSR-ə qəbul
edildikdən sonra isə Qazax qəzasının bir hissəsi, Cəbrayıl qəzasının və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bəzi
kəndləri Ermənistanın
tərkibinə qatıldı.
Beləliklə, 1918-1920-ci illərdə
Azərbaycanın 113895,97
kvadratkilometr ərazisindən
sovet dövründə
yalnız 86,6 min kvadratkilometr
qaldı. “Dağlıq
Qarabağ” ifadəsi Birinci dünya müharibəsinin sonlarında
terminləşməyə, yəni konkret siyasi məna kəsb etməyə başlayıb. Muxtar
vilayətin ərazisi
4,4 min kvadratkilometrdir. 1970-ci ildə DQMV-də 150 mindən bir qədər artıq əhali yaşayırdı. Vilayətin
tərkibinə Xankəndi
şəhəri, Əsgəran,
Hadrut, Ağdərə,
Martuni, Şuşa
rayonları daxil idi.
Öz saxtakarlıqlarından
əl çəkməyən
ermənilərin və
Ermənistanın bu və ya digər
formada Azərbaycana qarşı təcavüzü
bu gün də davam edir. Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma
rejim Ermənistan Respublikası tərəfindən
bölgənin azərbaycanlı
icmasına qarşı
etnik təmizləmə
siyasəti nəticəsində
yaradılmış qanunsuz
strukturdur. Müasir
dövrdə özünü
“sivil” dövlət kimi qələmə verən Ermənistanın
Azərbaycana qarşı
təcavüzü, soyqırımı,
öz mənfur niyyətlərinə çatmaq
üçün həyata
keçirdikləri, törətdikləri
hər bir əməl təkcə Azərbaycana deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə
meydan oxumaq deməkdir. Bu işğal
nəticəsində Azərbaycanın
20 mindən artıq insanı həlak olmuşdur, 20 faiz ərazisi işğal edilib.
Dağlıq Qarabağa və çevrəsindəki 7 Azərbaycan
rayonuna ermənilərin
yerləşdirilməsi fəaliyyətinə
ötən əsrin
90-cı illərinin ortalarından
başlanılıb. Münaqişə zamanı keçmiş muxtar vilayətin rayon və kəndlərindən
çıxarılan 50 mindən
artıq azərbaycanlının
evi talan edilmiş, yağmalanmışdı.
Şuşa kimi mədəni
səviyyəsi çox
yüksək olan bir şəhərə ermənilər divan tutdular.
Burada Azərbaycan adına hər
şeyin məhv edilməsinə, türk izinin itirilməsinə başlandı. Böyük bir mədəniyyət
mərkəzi məhv
edildi”.
Onun fikjrincə, barbar ermənilər Qarabağ xanlığının paytaxtı
olmuş Şuşa şəhərinin qiymətli
tarixi abidələrini
dağıdır, milli
arxitekturasını silib,
istədikləri kimi yenidən qurmağa cəhd edirlər: “Nadir tarix-memarlıq tikililəri,
qədim abidələr,
inanc yerləri, yaşayış binaları,
hətta məzarlıqlar
dağıdılmış, zəngin kitabxanalar, muzeylər talan edilib, bir vaxtlar
təkrarolunmaz təbiətinə
görə “Qafqazın
cənnəti” adlandırılan
yerlər xarabazara çevrilib.
Şuşa şəhərində azərbaycanlıların tarixi
izlərini silmək məqsədilə vandallar
600-ə yaxın tarixi
memarlıq abidəsini,
o cümlədən Pənahəli
xanın sarayını,
Cümə məscidini,
Aşağı Gövhər
Ağa məscidini, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini
yerlə-yeksan etmişlər.
Quldurlar 7 məktəbəqədər
uşaq müəssisəsini,
22 ümumtəhsil məktəbini,
mədəni-maarif və
kənd təsərrüfatı
texnikumlarını, orta
ixtisas musiqi məktəbini, 8 mədəniyyət
evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı,
8 muzeyi, o cümlədən
Şuşa tarix muzeyini, Dövlət xalça muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı
nadir sənət incilərini
talayıb və məhv ediblər.
İşğal olunmuş ərazilərdə
erməni işğalçılarının
özbaşınalığı, tarix və mədəniyyət
abidələrimizin dağıdılması
və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması
haqqında” 1954-cü il
Haaqa Konvensiyasına,
“Ümumdünya mədəni
və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir. Şübhəsiz ki, bu üsullarla şəhər
və kəndləri işğal altında saxlamağı əsas məqsədi sayan Ermənistan burada süni surətdə demoqrafik durumu dəyişdirmək istəyib.
Ermənistan ya birbaşa öz silahlı qüvvələri, ya da onun hərbi, yaxud digər dəstəyi sayəsində mövcud olan separatçı rejim vasitəsilə Dağlıq Qarabağ və digər işğal etdiyi ərazilərə “nəzarəti” həyata keçirir. Ermənistan hərbi təcavüzün nəticələrindən yararlanaraq, hazırkı status-kvo vəziyyətini qoruyub-saxlamağa, möhkəmləndirməyə və öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı əhalinin geri qayıtmasının qarşısını almağa çalışır. Onlar bu işin irəli getməsi üçün atəşkəsdən dərhal sonra buranı erməniləşdirmək üçün müxtəlif üsullara baş vurmuşdular. İlk illərdə erməni diasporuna müraciət olundu ki, buraya əhali köçürülməsinə nail olsunlar. Diaspor təbii səbəblər üzündən bunu gerçəkləşdirə bilmədi. Azərbaycanlı əhaliyə məxsus mal- mülkün pay-püş edilməsi də işi irəli aparmadı və apara da bilməzdi. Qarabağa əhalinin yerləşdirilməsindən imtina edilmədi.
Erməni mənbələri də daxil olmaqla, bir çox informasiya vasitələrinin məlumatına görə, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə, o cümlədən Laçın, Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarına on minlərlə sakin köçürülüb. Ermənistan işğal olunmuş ərazilərdə erməni əhalisinin sayını 143 mindən 300 000 nəfərədək artırmaq niyyətindədir. Faktlar sübut edir ki, bütün bu fəaliyyət işğal olunmuş ərazilərin ilhaqı məqsədilə mütəşəkkil qaydada həyata keçirilir. İşğal olunmuş ərazilərindəki bu fəaliyyətin uzağı hədəfə alan nəticələrindən ehtiyatlanaraq həyəcan təbili çalan Azərbaycan məsələnin BMT-nin Baş Məclisində müzakirəsini xahiş etdi”.
O, əlavə edibn ki, bu təşəbbüs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, tam və hərtərəfli nizamlanmasına yalnız beynəlxalq hüququn forma və məzmununa tam və birmənalı hörmət əsasında nail olunmasına güclü inamdan irəli gəlirdi: “29 oktyabr 2004-cü il tarixində BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndi özünün 59-cu sessiyasının gündəliyinə salmağı qərara aldı. 11 noyabr 2004-cü il tarixində Azərbaycanın işğal olunmuş ərazilərinə əhalinin köçürülməsi barədə məruzə (A/59/568) BMT Baş Məclisinə təqdim olundu. Gündəlikdəki bu bəndin BMT Baş Məclisində müzakirə olunması Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma məsələsinə diqqətin cəlb edilməsi, eləcə də bu təhlükəli təcrübəyə son qoyulması üçün təcili tədbirlərin görülməsinə başlanmasında mühüm rol oynadı.
ATƏT-in faktaraşdırıcı missiyasının 30 yanvar - 5 fevral 2005-ci il tarixlərində işğal olunmuş ərazilərə səfəri Azərbaycanın BMT Baş Məclisinin 59-cu sessiyasının gündəliyinə işğal olunmuş ərazilərdəki vəziyyət barədə məsələ daxil etməsinin məntiqi nəticəsi idi. Missiyanın fəaliyyətinin əsas nəticəsi Azərbaycan tərəfinin təqdim etdiyi və bölgədə vəziyyətin araşdırılmasından əldə olunan ətraflı faktlara söykənən məruzə oldu. Missiya işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salınması faktını təsdiqləyərək, Azərbaycanın narahatlığına şərik oldu. ATƏT-in Minsk qrupunun həmsədrləri öz növbəsində faktaraşdırıcı missiyanın məruzəsinə əsaslanaraq, bölgənin demoqrafik tərkibində dəyişiklik edilməsinin yolverilməzliyini vurğuladı və müvafiq beynəlxalq təşkilatları işğal olunmuş ərazilərdə yerləşdirilmiş əhalinin köçürülməsi və öz yurd-yuvalarından didərgin salınmış insanların doğma yurdlarına qayıtmaları üçün lazımi tədbirləri görməyə çağırdı...
Əli
Xalq Cəbhəsi.- 2015.- 24 aprel.-
S13.