“Ermənistan
Azərbaycana qarşı
terror siyasəti həyata
keçirir”
Zaur Əliyev: “Separatçı
rejim beynəlxalq konvensiyalara zidd olaraq xarici şirkətləri
işğal altında
olan Azərbaycan ərazilərinə investisiyalar
qoymağa cəlb edir”
Son zamanlar Dağlıq
Qarabağa Azərbaycanın
razılığı olmadan
səfər edənlərin
sayı azalsa da yenə belə
səfərlər olur
və Azərbaycan tərəfi sadəcə
olaraq bu şəxslərin respublikaya
girişini yasaqlaya bilir. Bu isə məsələnin birdəfəlik
həlli deyil və bunun özündən
də ermənilər
yararlanmağa çalışırlar.
Sonuncu dəfə
ABŞ və İspaniyadan
olan jurnalistlər Dağlıq Qarabağa səfər etmişdilər
və Azərbaycanın
əleyhinə məqalələrlə
çıxış etmişdilər. Bunu da qeyd edək
ki, jurnalistlərlə
yanaşı tanınmış
müğənnilərin də
zaman-zaman Dağlıq
Qarabağa səfərləri
təşkl edilir və güman edilir ki, Şuşanın
işğalı günü
– mayın 8-də daha
bir neçə tanınmış müğənni
Dağlıq Qarabağa
gətiriləcək. Sözsüz ki, bu şəxsləri
erməni lobbisi iri qonorarlar hesabına Dağlıq Qarabağa gətirirlər
və bununla ictimai rəyə təsir etməyə çalışırlar. Amma indi vəziyyət nisbətən dəyişib.
Belə ki, artıq bir sıra Avropa
ölkələrinə məxsus
şirkətlər də
eyni addımı atmaqla Dağlıq Qarabağda biznes strukturları yaratmağa çalışırlar. Hətta bu ölkələr sırasında İtaliya kimi inkişaf etmiş dövlət də var. Azərbaycan tərəfi isə bununla bağlı italiyalı nazirə artıq etirazlarını
bildirib. “Bəzi italyan şirkətlərinin Azərbaycanın
işğal olunmuş
ərazilərindəki fəaliyyəti,
bu ərazilərə
səfərlərin təşkili,
habelə, İtaliyadakı
sərgi və tədbirlərdə qondarma
respublikanın iştirakı
qəbuledilməzdir". Bunu Azərbaycan-İtaliya işgüzar
görüşündə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, İtaliyanın
bəzi şirkətləri
Qarabağda fəaliyyət
göstərir və İtaliya hökuməti tərəfindən belə
halların qarşısı
alınmalıdır. İtaliyanın iqtisadi inkişaf
naziri Federika Quidi isə məsələ ilə bağlı jurnalistlərə
açıqlamasında bildirib
ki, bu məsələ
ilə bağlı azərbaycanlı həmkarı
ilə danışıqlar
aparıb. "Sözügedən şirkətlərə
bununla bağlı xəbərdarlıq olunacaq.
Ümid edirəm ki, onlar bu
fəaliyyətlərini dayandıracaqlar",
- deyə F. Quidi qeyd edib.
Türkiyə Böyük Millət
Məclisinin sədri Cəmil Çiçək
hesab edir ki, bu gün
Dağlıq Qarabağ
ətrafında baş
verənlər ikili yanaşmanın nəticəsidir:
"Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı Türkiyənin
mövqeyi bəllidir.
Biz bütün platformalarda Dağlıq Qarabağ münaqişəsinin
həllinin vacibliyini, Ermənistan tərəfindən
işğal olunmuş
Azərbaycan ərazilərinin
azad edilməsinin vacibliyini dilə gətiririk". Türkiyə
parlamentinin sədri münaqişənin həlli
ilə məşğul
olan ATƏT-in Minsk qrupunun
fəaliyyətinin ürək
açan olmadığını
bildirib: "Təəssüflər
olsun ki, ATƏT-in
Minsk qrupu münaqişənin
həlli üçün
heç nə edə bilmir. Dağlıq
Qarabağ münaqişəsi
uzun müddətdir, davam edir. Bu münaqişə başlayanda ana bətnində olan körpənin artıq 23 yaşı var. 1 milyondan artıq azərbaycanlı
bu münaqişə nəticəsində ata-baba
yurdlarından didərgin
düşüb. Təəssüflər olsun ki, beynəlxalq
təşkilatların bu
münaqişəyə ikili
standartlı münasibəti
davam edir". C.Çiçək Dağlıq
Qarabağ münaqişəsi
həll edilmədikcə,
Cənubi Qafqaz regionunda təhlükəsizliyə
nail olmağın qeyri-mümkünlüyünü
vurğulayıb: "Bu münaqişə
həll edilmədikcə
Cənubi Qafqaz regionunda təhlükəsizlik
riski davam edəcək. Ermənistan Azərbaycanın işğal altındakı
Dağlıq Qarabağ
bölgəsini və
ətraf rayonlarını
azad etməlidir".
Amma hazırda
ekspertləri narahat edən məsələ budur ki, xarici
şirkətlərin Dağlıq
qarabağa axını
ciddiləşdirilə bilər
və bu, dünya ictimaiyyətini çaşdırma məqsədli
olar. Siyasi elmlər üzrə fəlsəfə
doktoru Zaur Əliyev isə deyib ki, respublikamıza
qarşı təkcə
mədəni deyil, həm də iqtisadi terror siyasətini həyata keçirən Ermənistan dövləti
və Dağlıq Qarabağın separatçı
rejimi beynəlxalq konvensiyalara zidd olaraq müxtəlif vasitələrlə xarici
şirkətləri işğal
altında olan Azərbaycan ərazilərinə
investisiyalar qoymağa
cəlb edirlər. Onun sözlərinə görə, Azərbaycanın
icazəsi olmadan xarici şirkət işğal altındakı
ərazilərdə qanunsuz
iqtisadi fəaliyyətlə
məşğuldur: “Həmin
şirkətlər sırasında
“Global Gold”, “Lincy” (ABŞ), “First Dynasty
Mines”, “Sterlite Gold Ltd”, “Grand Tobacco” (Kanada), “Akopian”, “Vartanian”, “Framation”, “Mak-Mak Adams”, “Pemod Richard” (Fransa), “Siemens”, “Schnieder” (Almaniya), “Simon Petrolium
Technology” (Böyük Britaniya),
“Zvezda” (Rusiya), “Patrex” (Portuqaliya), “Franck
Muller”, “Andre Group”, “Alpoto” (İsveçrə),
“Australia Nairi Ltd”, “Tida
Joint Venture” (Avstraliya), “FKX” (Argentina), “Karabagh Telecom”, “Shusha” (Livan), “Thomson” (Niderland), “İntracom” (Yunanıstan)
“Mc and Co” (Kipr), “Gideon Richter), (Macarıstan), “Cochrane Pond” (Kanada),
“Santa Candelaria” (Çili)
və digərlərini
misal göstərmək
olar.
İlk olaraq qeyd edək ki, bu gün
erməni işğalı
altında olan Söyüdlü - Zod qızıl mədəni Azərbaycanın Kəlbəcər
rayonu ərazisində
yerləşir. Söyüdlü - Zod qızıl
mədəni tarixə
uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının
istismarı eramızın
III minilliyinə təsadüf
edir. Söyüdlü
sahəsində 1970-80 ci
illərdə aparılan
geoloji kəşfiyyat
işləri vaxtı
qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri
və qədim filiz qırıntılarından
ibarət ayrı-ayrı
təpəciklər və
qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar
4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”,
yəni qızıl şəhəri adı ilə məşhur olub.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
məlumatında bildirilir
ki, işğal altında qalmış Kəlbəcər rayonunun
təbii sərvətləri
Kəlbəcər rayonu
ərazisində sənaye
əhəmiyyətli ehtiyatları
112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 20
ildir ki, Ermənistan respublikası
tərəfindən talan
edilir”.
Onun sözlərinə görə, təkcə 1990-1991-ci illərdə aparılmış tədqiqatların nəticələrinə görə Azərbaycan dövlətinin mülkiyyətində olan 3 qızıl yatağında (Qızılbulaq, Vecnəli və Zod) 140 tona yaxın qızıl ehtiyatı vardır. 1998-ci ildə Kanadanın “Canadian First Dynasty Mines Ltd” şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb: “Bundan savayı, qeyd edilən sahədə Ermənistanın növbəti ortağı Hindistanın “İndian Sterlite Gold Ltd” şirkətidir. Azərbaycanın işğal olunmuş torpağında Söyüdlü – Zod qızıl yatağında ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının “Global Gold Armenian Ltd” şirkəti əsas tərəfdaşlardan biridir. “Global Gold Armenian Ltd” 1995-ci ildə yaradılıb və onun yaradılması haqqında sazişi şahid qismində ABŞ-ın Ermənistandakı səfiri Piter Tomson imzalayıb.
Əldə olunan məlumatlara əsasən, Avstraliyanın “İnternational Base Metals Limited” şirkəti qanunsuz olaraq Azərbaycan ərazilərində ermənilərlə iş birliyi yaradıb. İşğalçı ermənilərlə sövdələşən bu şirkət işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirərək bu təbii ehtiyatları Avropa bazarına çıxarmağa çalışır. Bu da Ermənistan tərəfindən beynəlxalq səviyyəli növbəti hüquqa zidd addımlarından biridir”.
Zaur Əliyev bildirib ki, Kanadanın “First Dynastry Mines” şirkəti də belə qanunsuz fəaliyyətlə məşğuldur: “Cənubi Koreyanın “Samsung” şirkətinin nümayəndəliyi də iki ilə yaxındır Xankəndində fəaliyyətə başlayıb. Burada yerləşən nümayəndəlikdə məişət avadnlıqları, audio-video qurğular və s. brend məhsullar satışa çıxarılıb. ABŞ-ın avtomobillərə texniki yardım göstərən və dünyanın 100-dən artıq ölkəsində ofisləri olan “GS Motors” şirkəti də 2014-cü ilin avqust ayından etibarən Xankəndində maşınlara texniki xidmət göstərən mərkəz açıb.
Türkiyənin “BEKO” şirkətinin Azərbaycanın işğal olunmuş torpaqlarında mərkəz açması barədə də internetdə kifayət qədər məlumat var. Fransanın poliqrafiya məhsullarının çapı ilə məşğul olan “Cartor” şirkəti “Şuşanın “azad olunmasının” 20 illiyi”, “Dağlıq Qarabağ Ordusunun yaranmasının 20 illiyi” və digər günlərdə Xankəndindəki nümayəndəliyi vasitəsilə sifarişlər həyata keçirib”.
O, həmçinin əlavə edib
ki, separatçı rejimdə Bako Saakyana məxsuz “Qarabağ Telekom” şirkətinin
müqavilə bağladığı şirkətlər
aşağıdakılardır: “AS EMT (Estoniya),
Bitel Ltd. Cosmote, (Qırğızıstan) – Mobile Telecommunications S.A.
ETISALAT (Birləşmiş Ərəb Əmirlikləri), Globe Telecom (Filippin) , GSM Kazakhstan Ltd (Qazaxıstan), Orange A/s (Danimarka) OMNITEL (Litva) Swisscom Mobile Ltd, “Meqafon”
(Rusiya), (Yunanıstan), H3g (İtaliya).
Limited (Böyük
Britaniya), t-mobile (İsveçrə),
AT & T Wireless PCS LLC, (ABŞ) Cosmorom (Rumıniya), Moldcell SA
(Moldova) və s.
Dağlıq Qarabağın işğal
olunan ərazisində
Çexiyanın “Metle
Beyz” şirkətinin
127 milyon dollar investisiya
qoyması barədə
xəbərlər də
çex mediasında yazılıb. 2015-ci ildən
bu şirkət tam gücü ilə işləyəcək. Qeyd edək
ki, 2014-cü ildə adıçəkilən şirkət
işğal oluan ərazilərdə ən
çox vergi ödəyən şirkət
olub”.
Əli
Xalq Cəbhəsi.- 2015.- 28 aprel.-
S.13.