Ermənistanın Azərbaycana təcavüzü,
saxta “erməni soyqırımı” və Qərbin ikili
standartlar siyasəti
...
Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi, tarix elmləri doktoru, professor
Əli Həsənovun məqaləsini oxucularımıza təqdim
edirik
XX əsrin
80-ci illərinin ikinci yarısında Sovet İttifaqında
yenidənqurma adı altında bir sıra dəyişikliklər
baş verdi. Belə bir şəraitdə
ermənilər özlərinin yaxın və uzaq xaricdəki
himayədarlarının köməyi ilə “Böyük Ermənistan”
ideyasını həyata keçirmək üçün
aşkarlıq və demokratiyadan istifadə edərək yenidən
Türkiyəyə və Azərbaycana qarşı
genişmiqyaslı kampaniyaya başladılar.
Bu
dövrdə, 1985-ci il fevralın 21-də Ermənistan Kommunist
Partiyası Mərkəzi Komitəsinin sovet rəhbərliyinə
24 aprel gününün “Soyqırım qurbanlarının
xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti
Sov.İKP MK Siyasi bürosunun iclasının gündəliyinə
daxil edilmişdi. Bunun ardınca iyunun 20-də
SSRİ Nazirlər Soveti “1985-1986-cı illərdə xarici
ölkələrdən ermənilərin SSRİ-yə
repatriasiyasının davam etdirilməsi haqqında” qərar qəbul
etdi. Həmin qərarın yerinə
yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən
çoxlu sayda erməni köçürüldü. Onlar özləri ilə qatı erməni millətçiliyi
gətirərək azərbaycanlılara qarşı
düşmənçiliyi qızışdıraraq bu istiqamətdə
təbliğat işini genişləndirdilər. Artıq 1985-ci ilin sonunda “Daşnaksütyun”
partiyasının Afinada keçirilən XXII qurultayı
“Böyük Ermənistan” uğrunda mübarizəni yenidən
genişləndirmək haqqında qərar qəbul etmişdi.
1987-ci il iyulun 18-də Avropa Parlamenti saxta “erməni
soyqırımı” iddialarını tanıdı və
“soyqırım qurbanlarına” xatirə günü təsis
etdi.
1980-ci illərin sonunda ermənilər yenidən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinə dair ərazi
iddiaları irəli sürdülər.Hər dəfə
Qarabağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın
təbliği, təhriki və təzyiqi ilə ortaya
atılırdı. Heç şübhəsiz, ermənilərin
bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda və Qərbdə
olan himayədarları tərəfindən hələ xeyli əvvəl
hərtərəfli plan əsasında
hazırlanmışdı. Sovet
dövründə mərkəzi hakimiyyət
orqanlarının himayədarlığı ilə Azərbaycan
əleyhinə məqsədyönlü şəkildə təbliğat
kompaniyası aparılmış və nəticədə, mənfi
ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların havadarları
Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında
faktları açıq-aşkar saxtalaşdıraraq
bütün ittifaq miqyasında yaymışdılar.
1988-ci il hadisələri başlayanda ilk
vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə,
ictimai rəyi öz tərəflərinə çəkməyə
çalışan erməni siyasətçiləri və
onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən
vilayətin iqtisadi geriliyi pərdəsi altında
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
üçün uzun müddətdən bəri
hazırlanmış plan üzrə Xankəndində və
Yerevanda hərəkata başladılar. Lakin
baş verən sonrakı hadisələr DQMV-in sosial-iqtisadi
geriliyi barədə erməni ideoloqlarının irəli
sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas
məqsədin isə Ermənistanın Azərbaycana
qarşı ərazi iddiasında olduğunu göstərdi.
1988-ci ildə Dağlıq Qarabağı Ermənistana
birləşdirmək tələbilə Azərbaycana
qarşı ərazi iddiaları irəli sürən ermənilər
o dövrdə təkcə SSRİ hakim dairələrinin
deyil, Qərb ölkələrinin dövlət və hökumət
orqanlarının himayədarlığına da arxalanırdılar. Bu məsələdə
Qərb ölkələrinin hakimiyyət orqanlarına müəyyən
təsir gücünə malik xaricdəki erməni lobbisinin də
əsas rolu olmuşdur. Faktlar göstərir
ki, hadisələrinin inkişafının əvvəlində
də, sonrakı mərhələlərində də bu amillər
güclü rol oynamışdır. Xaricdəki
erməni lobbisi bunu SSRİ-nin rəhbər orqanlarına
kobudcasına müdaxilə və zorakılıqla təzyiq
göstərmək mövqeyindən edirdilər. Erməni lobbisinin təzyiqi və yardımı ilə
dünyanın bir sıra ölkələrində SSRİ-nin
rəsmi nümayəndəlikləri və beynəlxalq təşkilatlar
qarşısında keçirilən saysız-hesabsız
nümayiş, yığıncaq və mitinqlər təşkil
edilirdi. Qərb dövlətlərinin
hakimiyyət orqanlarında ermənilərin təmsil
olunmaları və onların dövlətin yüksək vəzifəli
şəxslərinə müəyyən təsiri ilk növbədə
ABŞ-da özünü daha qabarıq şəkildə
göstərirdi. Bu məqsədlə onlar
özlərinin bütün siyasi, iqtisadi və hüquqi vasitələrindən
istifadə edərək Ermənistana Amerika tərəfindən
iqtisadi və humanitar yardım göstərilməsinə
çalışırlar.
1989-cu il iyulun 19-da ABŞ Senatı erməni lobbisinin
təsiri və təzyiqi ilə Azərbaycan SSR-in
Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət
barəsində qətnamə qəbul etdi. Amerika
Senatının Azərbaycan əleyhinə kobud böhtanlarla
dolu bu qətnaməsi Azərbaycanda çox narazılıqla
qarşılanmış və bununla əlaqədar Azərbaycan
SSR Ali Sovetinin Rəyasət Heyəti qəti etirazını
bildirərək ABŞ-ın rəsmi dövlət hakimiyyət
orqanları tərəfindən belə hərəkətlərə
son qoyulmasını tələb etmişdi. Bəyanatda
ABŞ senatının qəbul etdiyi bu qətnamə suveren bir
dövlətin-Azərbaycanın daxili işlərinə
qarışmaq kimi qiymətləndirildi. Təəssüf
ki, o zaman nə SSRİ Ali Soveti, nə də SSRİ Xarici
İşlər Nazirliyi bu məsələyə öz
münasibətini bildirmədi. Baxmayaraq ki,
SSRİ-nin müttəfiq respublikalarından biri olan Azərbaycanın
daxili işlərinə müdaxilə etmək birbaşa
SSRİ qanunlarının pozulması və onun daxili işlərinə
qarışmaq demək idi.
Bu hadisədən
az sonra, yəni 1989-cu il noyabrın 17-də
ABŞ Senatının xarici işlər üzrə komitəsi
yenidən Azərbaycanın daxili işlərinə kobud
müdaxilə edərək Dağlıq Qarabağ barədə
qətnamə qəbul etdi. Bu qətnamə Azərbaycana
qarşı qərəzli mövqe tutan ABŞ Senatı tərəfindən
noyabrın 19-da bəyənildi. ABŞ Senatı xarici
işlər üzrə komitəsinin qəbul etdiyi bu qətnamə
“Dağlıq Qarabağ xalqının mübarizəsinin
ABŞ tərəfindən müdafiə olunmasının ifadəsi”
kimi qələmə verilsə də, qətnamənin mətnindən
aydın olurdu ki, “Dağlıq Qarabağ xalqı” ifadəsi
altında yalnız ermənilər nəzərdə tutulurdu. Qətnamənin bütün bəndləri Azərbaycana
qarşı yönəldilmiş böhtan və iftiralardan
ibarət idi. Qətnamədə həqiqətdən
tamam uzaq olaraq DQMV ermənilərinin öz müqəddəratını
təyin etməyə can atması, vilayətin statusunun ixtilaf
mənbəyi olaraq narahatlıq doğurduğu, Ermənistanın
blokadası və bu kimi məsələlər real faktlara
deyil, erməni iddialarına əsaslanaraq vurğulanırdı.
Erməni iddialarının qətnamədə
öz əksini tapması, SSRİ hökumətinin
gördüyü tədbirlərin müsbət qiymətləndirilməsi,
Azərbaycan əleyhinə həqiqətdən uzaq, yalan və
qərəzli məlumatların verilməsinin nəticəsi
idi. ABŞ Senatının bu qərarı
ilə əlaqədar SSRİ Xarici İşləri Nazirliyi
yalnız bəyanatla çıxış etməklə kifayətləndi.
Bu dövrdə ermənilərin Türkiyəyə
qarşı saxta iddiaları da Qərbin bəzi dairələri
tərəfindən müdafiə edilirdi. Belə ki, 1989-cu il oktyabr ayının axırında ABŞ
Senatı Hüquq komitəsinin qəbul etdiyi qərar layihəsində
aprel ayının 24-ü saxta “erməni
soyqırımı”nın 75 illiiyinin qeyd edilməsi göstərilirdi.
Bu layihəyə respulikaçılar
partiyasının senatdakı lideri, ermənipərəst
senator Robert Doul rəhbərlik etmiş və qərarı 54
senator imzalamışdı.
Azərbaycana
və Türkiyəyə qarşı butəzyiqlərin
davamı kimi, ayrı-ayrı erməni lobbiçilərinin təsiri
və köməyi sayəsində ABŞ Senatı tərəfindən
1991-ci il iyulun 20-də Ermənistana iqtisadi
yardım göstərmək barədə qərar qəbul
olundu. İyulun 26-da isə prezident C.Buşun
SSRİ-yə səfəri ərəfəsində ABŞ
Senatı əksər səslə ermənilərin guya Azərbaycan
ərazisindən zorla köçürülməsini pisləyən
qətnamə qəbul etdi. Heç bir əsaslı
fakt olmadan qətnamədə Azərbaycanın DQMV bölgəsində
və digər yerlərində yaşayan ermənilərə
qarşı sovet ordusunun və Azərbaycanın hərəkətləri
pislənirdi. Daha sonra senat ermənilərin
DQMV-dən zorla köçürülməsini (?)
dayandırmağa və münaqişəni dinc yolla
danışıqlar vasitəsilə həll etməyə
çağırırdı. Demokratik
dövlət hesab edilən ABŞ-da Senatın qəbul etdiyi
bu qətnamə Azərbaycana qarşı ərazi iddiaları
irəli sürən Ermənistanın yalan və iftira ilə
dolu olan sənədlərindən birini xatırladırdı.
1988-1991-ci illərdə Dağlıq Qarabağ problemi ilə
əlaqədar ABŞ-da bir sıra sənədlərin qəbul
edilməsində erməni icması tərəfindən 1971-ci
ildə yaradılan Amerikanın erməni məclisinin
böyük rolu olmuşdur. Bununla yanaşı,
Amerikanın erməni icmasına rəhbərlik edən məclis
erməni millətinin mənafeyini tam təmsil etmək məqsədi
ilə ABŞ-ın hökumət dairələri,
senatorları, konqresmenləri ilə çıx əlaqə
saxlayırdı. Bu təşkilat ABŞ
Senatında Dağlıq Qarabağ məsələsi ilə əlaqədar
müzakirələrdə 100 senatordan 48-ni öz tərəfinə
çəkə bilmişdi. Bu dövrdə
ABŞ hökumətinin Ermənistan üçün
ayırdığı 10 milyon dollara prezidentin fondundan 5 milyon dolların
əlavə olunması da məhz bu məclisin xidməti idi.
ABŞ-ın
yüksək vəzifələrdə mövqe tutan erməni
ictimai və siyasi xadimləri Dağlıq Qarabağ məsələsinin
həllində hökumət qulluqçularının,
senatorların, konqresmenlərin və digər rəsmi şəxslərin
fəal iştirakına və bu işdə öz köməklərini
göstərməsinə nail olmaq üçün hər
cür vasitələrdən, ən kiçik imkandan belə
tam müvəffəqiyyətlə istifadə edərək
onların vasitəsilə Sovet İttifaqının dövlət
və hökumət orqanlarına təzyiq göstərməyə
çalışırdılar. SSRİ-nin
süqutundan sonra regionda nüfuz uğrunda rəqabətə
girişmiş böyük dövlətlər keçmiş
ittifaqın müstəqillik qazanmış respublikalarına,
xüsusilə, zəngin təbii sərvətlərə və
əmək ehtiyatlarına malik Azərbaycana yenə də qərəzli
mövqedən baxmağa başladılar.
1992-ci il
oktyabrın 24-də Konqresin 102-ci çağırış
2-ci sessiyasında keçmiş SSRİ-nin Azərbaycandan
başqa digər 11 respublikasına (Ermənistan, Belorus,
Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova,
Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan)
demokratiyasının inkişafı və bazar
iqtisadiyyatına keçid məqsədilə 460 milyon dollar həcmində
yardımı nəzərdə tutan “Azadlığı
Müdafiə Aktı” və ona 907-ci əlavənin qəbul
edilməsi Azərbaycan-ABŞ münasibətlərini bir qədər
də soyudaraq ikitərəfli münasibətlərdə daim
müzakirə obyektinə çevrilən problem yaratdı. Azərbaycana
qarşı iqtisadi yardıma qadağa qoyan bu qərarda
göstərilirdi ki, “Birləşmiş Ştatların Azərbaycana
yardımı o vaxta qədər mümkün olmayacaq ki,
ABŞ prezidenti müəyyənləşdirib konqresə məlumat
versin ki, Azərbaycan hökuməti bütün blokadaları,
həmçinin Ermənistan və Dağlıq Qarabağa
qarşı zor gücündən istifadəsini dayandırmaq
üçün əməli iş görür”. Qəbul edilən bu 907-ci əlavənin mətnində
açıq-aşkar göstərilirdi ki, bu qərar,
regiondakı real vəziyyətin təhlilindən deyil,
yalnız münaqişə tərəflərindən biri olan
Ermənistanın mənafeyi və nöqteyi-nəzərindən
qəbul edilmişdi. Bu qərarın qəbul
edilməsində heç şübhəsiz, konqresə
böyük təsir gücünə malik erməni lobbisinin əsas
rolu olsa da, o dövrdə Azərbaycan-ABŞ munasibətlərində
də soyuqliq yaratmışdı.
Qərb ölkələrində Azərbaycan əleyhinə
olan mərkəzlərdən biri də məhz Fransadakı
erməni icmasıdır. Azərbaycan əleyhinə
mənfi ictimai rəyin formalaşmasında erməni diasporu ilə
yanaşı, eyni zamanda böyük tirajına və yüksək
poliqrafiya keyfiyyətinə malik çoxsaylı mətbuat
orqanlarının rolu da böyük olmuşdur.
Fransanın kütləvi informasiya vasitələri, məsələn
“Mond”, “Fiqaro”, “Parizyen” kimi qəzetlər, ölkənin bir
sıra televiziya şirkətləri, xüsusilə TF-1 və
“Antenn-2” şirkətləri Azərbaycan əleyhinə təbliğat
aparır, Dağlıq Qarabağ ətrafında və Ermənistan-Azərbaycan
sərhəddində baş verən hadisələrə ermənilərin
mənafeyi, eləcə də nöqteyi-nəzərindən
yanaşırdılar. Təsadüfi deyil ki, akademik A.Aqanbekyan
Dağlıq Qarabağa dair ermənilərin iddialarını
ilk dəfə məhz Fransada açıqlamış və
1987-ci il noyabrın 18-də nəşr
edilən “Hummanite” qəzetində çap olunmuşdu. Bu müsahibə ermənilərin Dağlıq
Qarabağa dair ərazi iddialarının başlanması
üçün bir siqnal rolunu oynadı.
XX əsrin sonunda, azərbaycanlılar növbəti dəfə
etnik təmizləmə və soyqırıma məruz
qalmışlar. Bütün dövrlərdə olduğu
kimi ermənilərin həyata keçirdiyi bu
işğalçılıq siyasəti kütləvi
qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın
hərbi təcavüzü nəticəsində 20 000 nəfər
azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən
çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif
dərəcəli xəsarət alaraq əlil olmuşdur.
1992-ci il fevralın 26-da ermənilərin
Xocalıda törətdikləri soyqırımı
bütün insanlığa və bəşəriyyətə
qarşı yönəldilmiş ən ağır cinayətlərdən
biri kimi qiymətləndirilir. Dünya tarixində
Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən
Xatın, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli
faciələrdən heç də geri qalmır. Adı çəkilən hadisələr müharibələr
tarixinə dinc əhalinin soyqırımı olaraq daxil
olmuş və bütün dünyada geniş əks-səda
doğurmuşdur. Ancaq bütün
dünyanın gözü qarşısında və yaxın
tariximizdə baş verən bu dəhşətli
soyqırıma böyük dövlətlər laqeyid
yanaşır, bəzən də ermənipərəst
mövqedən çıxış edirlər.
1992-ci ildən beynəlxalq təşkilatların, o
cümlədən ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri
ilə yanaşı, 1999-cu ilin aprelindən yeni formada da
addımlar atılmışdır. Çox ağır və
çətin keçən danışıqlar zamanı Azərbaycan
dövləti öz haqlı mövqeyini müdafiə edərkən
bir sıra çətinliklərlə
qarşılaşır. Çünki
münaqişə başlayandan keçən dövr ərzində
aparılan danışıqlarda təcavüzkar Ermənistan
qeyri-konstruktiv mövqedən çıxış edərək
işğalçılıq siyasətindən əl çəkmir.
Digər tərəfdən isə dünya
birliyinin “ikili standartlar” prinsipindən çıxış
etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların
öz təklif və qətnamələrini həyata
keçirmək üçün konkret fəaliyyət
göstərməməsi danışıqlar prosesində irəliləyişin
əldə olunmasına maneə törədir. Buna səbəb bir tərəfdən Ermənistan Respublikasının
qeyri-konstruktiv mövqedən çıxış edərək
işğalçılıq siyasətini davam etdirməsi, digər
tərəfdən beynəlxalq təş¬¬kilatların, təcavüzkarla
təcavüzə məruz qalanı eyni tutmasıdır.
Son illərdə
Ermənistanın və Qərbdəki bəzi qurumların
saxta “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə
isə, bu iddia subyektiv mülahizələrə söykənməklə
yanaşı, islamofob, anti-azərbaycan və anti-türk meyillərin
son dövrlərdə güclənməsinin təzahürüdür.
2015-cü il mart ayının 12-də
Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya”
adlı sənəddə Avropa İttifaqına daxil olan 28
ölkəyə qondarma “erməni soyqırımı”nın
tanınması ilə əlaqədar müraciət
etmişdir. Bu günlərdə isə Avropa
Parlamenti bunun davamı olaraq növbəti addımı atmaqla
anti-azərbaycan və anti-türk mövqeyini bir daha ortaya
qoydu. Həmin sənədin mahiyyəti
ondan ibarətdir ki, Avropa İttifaqına daxil olan ölkələr
24 apreli tarixini “erməni soyqırımı günü” kimi
qeyd etsinlər.
Bu qətnamənin qəbul edilməsi hazırda Avropada,
Qərbin təşəbbüsü ilə yaradılan əksər
beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə
Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyənin
hökm sürdüyünü göstərir. Bununla yanaşı,
neçə illərdir biz bütün dünyaya, həmçinin
Avropa ölkələrinə və beynəlxalq təşkilatlara
yarası hələ sağalmamış Xocalı
soyqırımı haqqında həqiqətləri, son 200 ildə
ermənilərin türklərə və azərbaycanlılara
qarşı törətdiyi vəhşilikləri real faktlarla
çatdırırıq. Amma bunun qarşılığında
Avropa ölkələri, Avropa Parlamenti, Avropa Şurası kimi
qurumlar məsələ ilə bağlı obyektiv, real təsiri
olan heç bir qərar qəbul etməmişlər. Əksinə tarixi faktlar, sənədlər təsdiq
edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə
qarşı heç bir soyqırımı
olmamışdır. Türkiyənin
müharibəyə cəlb olunduğu həmin dövrdə
ermənilər çoxsaylı silahlı dəstələr
yaradaraq arxa cəbhədə üsyan qaldırmış,
türk ordusuna qarşı hücumlar təşkil etmiş,
ayrı-ayrı şəhər və qəsəbələrdə
kütləvi qətllər törədərək, əhaliyə
qarşı qeyri-insani aksiyalar həyata keçirmişlər.
Təbii ki, türk ordusu da dinc əhalini
müdafiə etmək, onları erməni vəhşiliklərindən
qorumaq üçün lazımi tədbirlər
görmüşdür. Ermənilərin
bu və ya digər ərazilərə
köçürülməsi zamanı da heç bir
soyqırımı baş verməmişdir. Heç
şübhəsiz ki, Avropa Parlamentinin qondarma “erməni
soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə
Avropa Parlamenti tarixində heç bir həqiqəti əks
etdirməyən, I Dünya müharibəsinin real tarixini təhrif
edən, ədalətsiz, xüsusi məqsəd daşıyan
və siyasiləşmiş bir qərardır.
Buna
görə hazırda tarixi reallığı təhrif edərək,
heç bir fakta istinad etmədən, o dövrün arxiv
materiallarını araşdırmadan bir qrup siyasətçinin,
deputatın ötən əsrin əvvəlində baş verən
hadisələri qiymətləndirməsi tamamilə
yanlışdır və “erməni soyqırımı”
haqqında iddialar subyektiv mülahizələrə söykənməklə
yanaşı, islamofob, anti-müsəlman və anti-türk
meyillərin güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən Qərbdə
hökm sürən ikili standartların nəticəsidir.
Təbii ki, Qərbin ayrı-ayrı dairələrinin
tarixi təhrif etmək və müsəlman dünyası
haqqında yanlış təsəvvür formalaşdırmaq
cəhdləri pislənilməli, bütün iddialar konkret
faktlar əsasında cavablandırılmalıdır. Tərəqqipərvər bəşəriyyət
bilir ki, belə hadisə olmayıb və bu kimi qərarlar, qətnamələr
yalnız ayrı-ayrı dairələrin öz
maraqlarını təmin etmək cəhdlərinin nəticəsi
olaraq meydana çıxır.
Eyni
zamanda, bu qətnamə Avropa Parlamentinin birinci belə subyektiv,
anti-islam, anti-türk və anti-Azərbaycan mahiyyəti kəsb
edən qərarı deyil və çox güman ki, gələcəkdə
də biz bu cür “qərarların” şahidi olacağıq.
Həm Azərbaycan, həm də Türkiyə anti-qərb
mövqeyində deyil Qərblə bütün sahələrdə
ədalətli, bərabərhüquqlu əməkdaşlığa
və tərəfdaşlığa hazırdırlar. Amma təəssüf ki, son zamanlar həm ABŞ-da,
həm də Avropada müsəlman və türk xalqlarına
qarşı bir ovqat hökm sürməkdədir. Bu siyasətin Qərbə nə verəcəyini
tarix özü göstərəcək. Amma
Azərbaycan dövləti imkan verə bilməz ki, onların
bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə
təlqin olunsun və real həqiqət kimi zorla insanların
şüuruna yeridilsin. Bu qərardan sonda
Azərbaycan Avropa Parlamenti ilə münasibətlərinə
yenidən baxmalı olacaq və artıq Azərbaycan Avropa
Parlamentinin “Avronest” qrupunda fəaliyyətini
dayandırmışdır. Belə getsə,
Avropa Parlamenti ilə də bütün əlaqələrə
yenidən baxmalı olacağıq.
Avropa Parlamentinin belə bir ədalətsiz mövqe
nümayiş etdirilməsi ilk dəfə deyil. 2014-cü ildə
751 parlamentarisi olan bir təşkilat tələsik 46 nəfər
üzvünü toplamaqla Azərbaycan haqqında daha bir qətnamə
qəbul etmişdi. Təbii ki, bu qətnamənin
də hüququ bazası yox idi. Buna
baxmayaraq, Avropa türk dünyasına qarşı öz qərəzini,
qeyri-obyektivliyini və ayrı-seçkiliyini açıq
şəkildə nümayiş etdirir. Bu,
həm də Avropanın belə üsullarla Azərbaycana və
Türkiyəyə təzyiq edərək siyasi kursunu dəyişməyə
məcbur edilməsinə yönələn bir addımdır.
Bütün bunlara rəğmən Avropa
Parlamenti qətnamə qəbul edərkən düşünməli,
atdığı addımın demokratiyaya, beynəlxalq
hüququn tələblərinə zidd olub-olmamasını müəyyən
etməlidir.
Avropa
Parlamentinin belə bir məsuliyyəti - yüz il
bundan əvvəl “erməni soyqırımı” deyilən və
olmamış bir hadisəni öz üzərinə
götürməsi eyni zamanda, Azərbaycan ictimaiyyətində
Avropa demokratiyasına olan inamı da
sarsıtmışdır. Bir qədər əvvəl Roma
Papası tərəfindən saxta “erməni
soyqırımı”nın tanınması
barədə verilmiş bəyanat da dünyada baş alıb
gedən ədalətsizliyin və islamofobiyanın göstəricisidir.
Heç şübhəsiz ki, Azərbaycan
dövləti və xalqı, belə yalanlarla, “qara piar”
kampaniyaları ilə “Avrovision” mahnı müsabiqəsi
zamanı da qarşılaşmış və indi də I
Avropa Oyunları ərəfəsində həmin siyasəti
açıq-aşkar müşahidə edirik.
2003-2014-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi
inkişaf, demokratik və müasir dövlət quruculuğu
sahəsində mühüm mərhələ olmuşdur. Belə ki, Azərbaycan, son
illər ərzində stabil inkişaf edən, yüksək
iqtisadi göstəricilərə nail olan və beynəlxalq
siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin
rəğbətini qazanan dövlət olaraq bütün bu
müvəffəqiyyətlərin nəticəsində beynəlxalq
səviyyədə ən mötəbər qurumun BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə
seçilmişdir. Digər tərəfdən,
bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki
müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb
olunması, ölkəmizin regional siyasətlə
yanaşı, dünya siyasətinin də əsas
aktorlarından birinə çevrilməsidir. Azərbaycan artıq sivilizasiyalararası dialoqun,
multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və
digər sahələrdə qlobal məsələlərin
müzakirə olunduğu məkan kimi qiymətləndirilməlidir.
Son illər ərzində Azərbaycan istər
siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza
atmışdır. Bu uğurlar
bugünkü Azərbaycan reallıqlarını əks
etdirir. İqtisadi sahədə uğurlar
mötəbər beynəlxalq təşkilatların
hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır.
Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik
Hesabatı”nda ölkəmiz artıq dünyada 38-ci, MDB məkanında
isə 1-ci yerdədir. Bu, çox
böyük nailiyyətdir və Azərbaycan
iqtisadiyyatının çoxşaxəli şəkildə
inkişaf etdiyini göstərir.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilmişdir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyev qeyd etdiyi kimi “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar da məhz ölkəmizin uğuru olmaqla yanaşı, Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani göstəricisidir. Bu baxımdan Azərbaycanın müasir geosiyasi şəraitdə inkişaf etmiş dövlət kimi özünü təqdim etməsini heç şübhəsiz ki, bəzi qüvvələr qəbul edə bilmirlər. Azərbaycan bu kimi tədbirlərdə özünü, mədəniyyətini, xalqının adət-ənənələrini, keçdiyi yolu, tarixini, bir sözlə sivil dünyanın dövlətin dəyərləndirməsində istifadə elədiyi digər dəyərlərini dünyaya təqdim edir. Bununla yanaşı, Azərbaycan bu gün İsveçrə, Norveç, Fransa, İngiltərə kimi inkişaf etmiş Avropa dövlətləri ilə bir sırada durur və yüksək səviyyəli tədbirləri həyata keçirir.
Azərbaycan bu cür dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyursa, o zaman anti-müsəlman siyasəti, ovqatı, hansı ki, bu gün Avropada, Qərbdə hökm sürür bütün bunlar heç də bəzi qüvvələri razı salmır. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim olunsun. Çünki, onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışmışlar və bu gün də bu anti-Azərbaycan siyasəti davam edir. Erməni lobbisinin təsiri altında olan bəzi Avropa və Qərbin hüquq müdafiə, mətbuatla, insan hüquqları vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar da erməni lobbisinin təsiri altında anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökümətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər.
Bu səbəbdən, dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan
xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti,
riyakarlıq və siyasi mədəniyyətsizlik üzür.
Ancaq bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz.
Dünyanın bütün yerlərində biz bunu
görürük, kim güclüdür o da haqlıdır.
Ona gə də güclü olmaq lazımdır. Biz də bunu
çoxdan başlamışıq: güclü ordu,
güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və
əlbəttə ki, düşünülmüş siyasət
və sosial ədalət”.
Xalq Cəbhəsi.- 2015.- 28 aprel.-
S3-4