Mədəniyyət və turizm
naziri Naftalanda vətəndaşları
qəbul edib
Azərbaycan Prezidentinin tapşırığına
əsasən mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri
hər ay bölgələrdə
vətəndaşların qəbulunu
keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sakinlərlə növbəti görüşü
aprelin 29-da Naftalan şəhərindəki Heydər
Əliyev Mərkəzində
gerçəkləşib. Nazir Naftalan və Gəncə şəhərlərindən,
eləcə də Daşkəsən, Göygöl,
Kəlbəcər və
Samux rayonlarından vətəndaşları qəbul
edib. Nazirliyin məsul işçilərinin
də iştirak etdikləri qəbulda vətəndaşların müxtəlif
məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib.
Müraciətlər əsasən
mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix-mədəniyyət
abidələrinin bərpası
və s. məsələlərlə
bağlı olub.
Yerlərdə muzey bələdçilərinin
qabaqcıl təcrübənin
öyrənilməsi məqsədilə
təlim və dil kurslarına cəlb edilməsi, rayonlara tanınmış
incəsənət ustalarının
ezam edilməsi, yaradıcılıq görüşlərinin
təşkili, kitabxanaların
metodiki vəsaitlərlə,
uşaq ədəbiyyatı
və jurnallarla, uşaq musiqi məktəblərinin musiqi
əsərlərinin klavirləri
ilə təminatı,
mədəniyyət evlərinin
səhnə ləvazimatı
ilə təchiz edilməsi barədə xahişlər edilib. Bölgələrdə qocaman ədəbiyyat,
mədəniyyət xadimlərinin
yubileylərinin qeyd edilməsi, yerli müəlliflərin əsərlərinin
tamaşaya qoyulması
ilə bağlı təkliflər səsləndirilib.
Həmçinin Gəncə Mərkəzləşdirilmiş
Kitabxana Sistemində Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq
və İxtisasartırma
Mərkəzinin qərb
bölgəsi üzrə
səyyar kurslarının
təşkili ilə bağlı təklif də verilmişdir.
Gəncə Dövlət Filarmoniyasının
yeni binasının tikintisi ilə bağlı dövlət başçısına və
Mədəniyyət və
Turizm Nazirliyinə minnətdarlıq ifadə
olunub və şəhərdə ictimai
əsaslarla Uşaq Filarmoniyasının yaradılmasına
dəstək verilməsi
xahiş edilib.
Göygöl şəhərində
nazirliyin dəstəyi ilə
yaradılacaq alman icmasının tarixi muzeyinin fəaliyyətinin
təşkili, rayonda qış turizminin inkişaf etdirilməsi
barədə müraciətlər edilib. Nazir Əbülfəs Qarayev
jurnalistlərə müsahibəsində dövlət
başçısının tapşırığı ilə
keçirilən bu görüşlərin
əhəmiyyətini vurğulayıb. O, vətəndaşların
təşəbbüskarlığını, mədəniyyət
və turizm sahələrində problemlərə
diqqət yetirməsinin təqdirəlayiq olduğunu
qeyd edərək qaldırılan bütün məsələlərin diqqətlə
nəzərdən keçiriləcəyini, zəruri tədbirlər
görüləcəyini deyib. Nazir ayrı-ayrı müraciətlərlə
bağlı müvafiq tapşırıq
və göstərişlər verib. Bildirilib ki, vətəndaşlarla
görüşlərdə qeyd edilən
məsələlər konseptual şəkildə
daim nazirliyin diqqətindədir
və müvafiq proqramlar,
layihələr çərçivəsində tədricən
həlini tapır.
Tərlan
Xalq Cəbhəsi.- 2015.- 30 aprel.-
S.15