Məcməyi və nəlbəki dəsti çalğı aləti kimi

 

Məişətdə məcməyidən əsasən (plov), xəngəl s. kimi xörəklərin süfrəyə gətirilməsi üçün istifadə edilir. Məcməyi məişət qabı olub, Yaxın Şərq Qafqazın digər xalqları arasında da geniş yayılıb. Məcməyini ölçüsünə görə, sininin böyük növü saymaq olar. S.AbdullayevaAzərbaycan folklorunda çalğı alətləriəsərində qədimdə məcməyidən folklor mərasimlərində həm çalğı aləti kimi istifadə olunduğunu bildirir. Məcməyinin yaranma tarixi çox qədimdir. Məişət qabı kimi istifadə olunması üçün hazırlanan məcməyi Azərbaycanda misgərlik sənətinin inkişafı ilə əlaqədar yaradılıb. Məcməyinin yaranma tarixi çox qədimdir. Məişət qabı kimi istifadə olunması üçün hazırlanan məcməyi Azərbaycanda misgərlik sənətinin inkişafı ilə əlaqədar yaradılıb.

Azərbaycan ərazisində misdən hazırlanmış ən qədim qab nümunəsi (qazan) Əlikömək təpəsindən tapılıb. E.ə. II minilliyin II yarısına aid edilən bu qazan bürüncdən hazırlanıb. İlk məcməyinin məhz bu dövrlərdə hazırlanılması ehtimalı özünü doğruldur. Məcməyi” - ərəb sözü olub, dilimizdə mis ya başqa metaldan hazırlanmış dairəvi, yastı iri qaba, iri siniyə deyilir. Ə.XaqanininAmixteənd” (farscadan tərcüməsi: “Tökürlər”) adlı qəsidəsində məcməyinin adına rast gəlirik:

Məcməye-eydiyo an udo şəkər həst behəm,

Zöhəlo Zöhre ke ba qorse xovər amixteənd.

Sətri tərcüməsi:

Bayram məcməyisi yanında ud şəkər (bayram şirinliyi)

Saturn Zöhrə planetləri hilal şəklində qarışıblar.

Fikrimizcə, buradabayram məcməyisisöylənildikdə, məcməyinin içində şirniyyat olması deyil, məhz çalğı aləti kimi istifadə olunmasına işarədir. Çünki məcməyinin yanında ud çalğı alətinin olması bildirilir udun məcməyi ilə müşayiət olunduğu vurğulanır. Məcməyini metaldan, əsasən misi qızdırıb dairəvi formada döymə üsulu ilə hazırlayırlar. Dairənin diametri bir metrdən artıq olur. Məcməyi yastı, dayaz qabdır. Qabın ağız hissəsinin kənarları yarımdairəvi kəsmələrlə, içərisi isə nəbati, çilik, cidaburnu, zəncirvari, dama, paxlava, buta, aypara s. kimi milli ornament naxışlarla bəzədilir. Məcməyinin alt hissəsi tamamilə saya, yəni naxışsız olur.

Azərbaycanda hazırlanmış nəfis məcməyilər xaricdə böyük şöhrət qazanıb. Məcməyini əsasən qadın məclislərində folklor musiqisinin icrası zamanı ifa ediblər. Məcməyi qeyri-mükəmməl qeyri-müəyyən səs yüksəkliyinə malik olduğundan, məişətdən gəlmə digərsini, teşt, hövsər, qaşığek alətləri kimi onun da inkişafı qeyri-mümkündür məhduddur. Adları sadalanan alətlərdən bu səbəbdən peşəkar səhnələrdə, professional musiqilərdə istifadə olunmur. Aləti ifaçılar bir növ dəf əvəzinə səsləndiriblər. Onu əllə döyəcləməklə, daha doğrusu, şapalaq vurmaqla ifa edirlər. Məcməyidə müxtəlif ritmlərqaytağı, yallı, el dili ilə desək, “üç badam, bir qoz başqalarını çalmaq mümkündür. Deyildiyi kimi, məişət əşyası olan məcməyidən folklor musiqisinin icrasında, həmçinin xalq oyun əyləncələrində çalğı aləti kimi istifadə olunur. QədimFincan-fincan” el tamaşasında məcməyidən çalğı aləti kimi istifadə edildiyinin şahidi oluruq.

Oyunçular dövrə vurub oturur qənşərlərinə ağzıüstə çevrilmiş bir neçə fincan qoyurlar. İştirakçılar oyunçulardan birinin otağı tərk etməsini xahiş edirlər. Daha sonra oyunçuların əvvəlcədən şərikli aldıqları qızıl üzük ya sırğa kimi bir sıra həcmcə kiçik, lakin dəyərcə çox qiymətli belə əşyanı fincanlardan birinin altına qoyurlar. Bundan sonra bayıra çıxarılmış oyunçu otağa dəvət olunur. O, üzüyün hansı fincanın altında olduğunu müəyyənləşdirməlidir. Əgər düzgün tapsa, üzüyü udmuş olur. Yox, tapa bilməsə, onda cərimə əvəzi məcməyidə çalınan ritmə uyğun rəqs etməlidir. Digər oyunçular isə onu ruhlandırmaq üçün ritmə uyğun əl çalmalıdırlar. Beləcə, üzük tapılana kimiFincanfincanoyunu davam edir.

Lənkəranda fəaliyyət göstərənNənələrfolklor ansamblının üzvləri ara-sıra etnoqrafik tədbirlərdə folklor musiqilərinin icrasında məcməyidən çalğı aləti kimi istifadə edirlər. Azərbaycan musiqi mədəniyyətinə məişətdən gəlmə alətlərdən biri nəlbəki dəstidir. Nəlbəki məişət qabı kimi, dulusçuluq sənətinin ortaya çıxması ilə əlaqədar yaradılıb. Dulusçuluq - gil məmulatının hazırlanması bişirilməsi ilə məşğul olan sənət sahəsidir. Nəlbəkistəkanın, fincanın altına qoyulan, müxtəlif ölçüdə çinidən ya kaşıdan hazırlanan qabdır. Kaşıüzərinə parlaq şirdən naxış çəkilmiş gil çini qabdır. Bu söz, yəni kaşı İranda Kaşan şəhərinin adından götürülüb. Nəlbəki dəstidedikdə isə bir neçə seçilmiş (səsli) nəlbəki nəzərdə tutulur. Qədim mənbələrdə nəlbəki adlı çalğı alətinə rast gəlməsək , orta əsrlərdə müxtəlif yüksəkli (tonlu) səs verən kasa kuzələrdən çalğı aləti kimi istifadə olunduğu məxəzlərdə təsdiqini tapır.

Arxeoloji materiallar göstərir ki, Azərbaycanda dulus qablarıkuzə, kasa, fincan, nəlbəki s. dulus çarxında hazırlanıb xüsusi kürələrdə bişirilib. XX əsrin 70-ci illərindən etibarən virtuoz sənətkar, müxtəlif növlü çalğı alətlərinin mahir ifaçısı, əməkdar artist Həsənağa Sadıqov bir neçə nəlbəkini düzərək ardıcıl səsdüzümü yaradıb. O, iki nazik çubuqla nəlbəkiləri döyəcləyib (ksilofonda olduğu kimi), istənilən melodiyanı həmçinin muğamları böyük məharətlə səsləndirir. Xatırladaq ki, H.Sadıqov sazlı-sözlü bir ocaqda dünyaya gəlib. O, tanınmış el sənətkarı Aşıq Qurbanın (1905-1977) nəvəsidir. H.Sadıqovun istifadə etdiyi nəlbəki dəstinin dəqiq diapazonu bəlli deyil. Qardaşım Məhərrəm Nəcəfzadə belə alətdən istifadə edir. İstər H.Sadıqov istərsə M.Nəcəfzadə müxtəlif musiqi alətlərində solo ifa edərkən, arada dəyişik sayda nəlbəkilərdə çalırlar. Bu səbəbdən nəlbəkilərin sayından asılı olaraq, alətin diapazonu tez-tez dəyişir. Hər halda nəlbəki dəsti əksər hallarda bir oktava diapazonunda səsləndirilir. Son illər bir sıra müxtəlif çalğı alətləri ifaçılarıxalq artisti Sadıq Zərbəliyev, əməkdar artist Həsənağa Sadıqov, Məhərrəm Nəcəfzadə ara-sıra konsertlərdə, toy şənliklərində, tele-verilişlərdə nəlbəki dəstində xalq mahnıları, rəqslər muğamlardan müəyyən nümunələr ifa edirlər.

 

Abbasqulu Nəcəfzadə

sənətşünas

Xalq cəbhəsi.-2015.- 1 avqust.- S. 14.