Güney Azərbaycan poeziyasında yeni mərhələ
Tarixdən məlumdur ki, Şah İsmayılın
yaratdıgı Səfəvilər
dövlətinin sərhədləri
Kiçik Asiyadan Orta Asiyaya, Şirvandan
İraqa qədər uzanırdı. Şərqin bir sıra böyük mədəniyyət
mərkəzləri bu
dövlətin tərkibinə
daxil idi. Bununla yanaşı Səfəvilər
dövləti mahiyyəti
etibarilə Azərbaycan
Türk dövləti
olaraq qalırdı - hər şeydən əvvəl ona görə ki, o, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin
bilavasitə varisi idi. İkinci tərəfdən həmin
dövlətin yaradıcısı
olan Şah İsmayıl özü yazmışdı:
Şirvan
xəlayeqi qamu Təbrizə daşına,
Mülki-Əcəm sorar kim, qiyamət
haçan qopar?
Azərbaycanın Şimalı ilə Cənubunu birləşdirmək
sahəsində bu cür aydın məramı olan görkəmli hökmdar tarixi mənbələrin verdiyi məlumata görə, hər yerdən istedadlı Azərbaycan türklərini
yıgmış, şəhəri
nəhəng mədəniyyət
mərkəzinə çevirmişdi. Şah İsmayılın
sarayında həm klassik, həm də folklor mədəniyyətinin nümayəndələrinə
eyni dərəcədə
qayğı və hörmət bəslənirdi.
Səfəvilər dövründə Azərbaycan
dili dövlət dili statusu qazanmışdı. Şübhəsiz ki, bunun əsas
səbəbkarı dövlətin
başçısı Şah
İsmayıl Xətayi
idi. Onun ana dilində gözəl şeirlər
yazması,bu dildə fərmanlar verməsi hökmdarlığın
etnik-mədəni stixiyasının
bilavasitə təzahürü
idi. XVI əsrdə,
bir neçə əsr daha əvvəldən
etibarən Azərbaycan
mədəniyyətinin əsas
dəyişilməz mərkəzi
olmuş Təbriz şəhəri Azərbaycan
ədəbiyyatının inkişafında
sosial-mədəni baza
idi. XVI əsrin
əvvəllərindən başlayaraq
Təbrizdə kitab sənəti kitabdarlıq
sürətlə inkişaf
etmişdi. Ş.İ.Xətayinin
bilavasitə himayəsi
sayəsində saray kitabxanaları böyüyür,
zənginləşir, məşhur
sənətkarların əsərləri
burada toplanır, xəttatlar onların üzünü və eyni zamanda Səfəvi
ideologiyası ilə səsləşən bir çox dini, əxlaqi və s. əsərlər fars və ərəb dillərindən
ana dilinə tərcümə olunurdu. Məhz Şah İsmayıl Xətayinin olduqca əlamətdar, layiqli və nizamlı əməli sayəsində fars və ərəb dillərindən gözəl
nümunələr yaradan
azərbaycanlı sənətkarlar
doğma Azərbaycan dilində incilər yaratmaq üçün həvəsə düşərək,bir-birindən qiymətli,
sanballı və lazımlı əsərlər
yazmağa başladılar.
Azərbaycan –Türk dili bu sənətkarların
doğma dili olduğu üçün
onlar ərəb və fars
dillərində yazdığı
əsərlərdən daha
mükəmməl əsərlər
meydana gətirdilər.
Azərbaycan dili istər Şimalda olsun, istər Cənubda həmişə Azərbaycan
ədəbiyyatının əsas
aparıcı qüvvəsi,
cövhəri olub. Təsadüfi
deyil ki, əsrlərdir dövlət
dili fars dili olan Cənubi
Azərbaycanda doğma
ana dilimizdə yazıb yaradan yüzlərcə şairlərimiz,
ədiblərimiz olub və hal-hazırda da Güney ədəbi
məktəblərinin yetişdirmələri,
müdavimləri və
şagirdləri olduqca
sanballı və qiymətli incilər yaradaraq Azərbaycan ədəbiyyatı xəzinəsinin
zənginləşdirirlər.
***
1988-ci ildəın etibarən Şimali Azərbaycanda olduqca təlatümlü ictimai-siyasi hadisələr
başlayandan, Cənubdakı
şairlərimiz də
buna biganə qalmayaraq, öz şimallı qardaşlarının,
soydaşlarının bütün
dərdlərinə, əzab-əziyyətlərinə,
eyni zamanda 1991-ci ildən müstəqilliyə
qovuşandan sonra sevincinə, şadlıgına
şərik olaraq, bütün bu gah faciəvi, gah musibətli, gah sevindirici, gah olduqca əlamətdar
hadisələri, eyni zamanda işgalçı ermənilərin və rusların törətdikləri
qanlı cinayətləri
öz yaradıcılıqlarında
əks etdirməyə
başladılar. Tehranda
“Qarabağ” ansamblı
yaratmış şair-musiqişünas
İbrahim Zahid
90-cı illərin əvvəllərində
yazırdı:
O yanda qardaşım qanına batır,
Bu yandakı başın
basdırır yatır.
Nədir
ki “dost məni” düşmənə satır?
O dostların gərək varlıgın danım,
Kimə arxalansın Azərbaycanım?
İbrahim Zahiddən başqa
90-cı illərdə Cənub
poetik mühitinə qədəm basan Səhər Ərdəbilli,
Nuşin Musəvi, Rəsul Rəhimi Dizəci, Rəşid Kərbasi, Məmmədrza
Məliknur və onlarla gənc şair Şimalda qopan fırtınaları öz içlərində
hiss etdilər, göylərə
yüksələn üç
rəngli bayraqdan isə ilham alaraq saysıs-hesabsız azadlıq məşəli
yandıraraq, “bir daha enməyəcək” bayrağı, müstəqil
Azərbaycanı, onun
işıqlı gələcəyini
tərənnüm etməyə
başladılar.
XXI əsrin əvvəllərindən
isə bu olduqca möhtəşəm
bir “Şairlər korpusu” təşkil etmiş sənətkarların
sırasına bir neçə vətənpərvər
qələmlərini süngüyə
çevirib Azərbaycanın
işğal olunmuş
torpaqlarının uğrunda
zatı qırıq düşmənlə hər
zaman ölüm-dirim savaşına girə biləcək insanlar daxil oldu. Bu ordunun tərkibində qələmləriylə düşmənə
sarsıdıcı zərbələr
vuran, haqqı, ədaləti ayna tək bütün bəşər övladlarının
qarşısında nümayiş
etdirə biləcək
analarımız, bacılarımız,
qızlarımız da
var.
Belə
musəlləh əsgərləri
olan şairlər ordusuna eşq olsun! Belə bir yenilməz şairlər ordusunun Amazonlarından,Tomrislərindən olan Rizvanə Behin erməni-rus hərbi birləşmələri
tərəfindən işğal
olunmuş, viran edilmiş, yüz minlərlə azərbaycanlı
sakini öz dogma torpagından didərgin düşmüş, işgəncələrə
məruz qalmış,
vəhşicəsinə qətlə
yetirilmiş Qarabağın
faciəsinə qadın
həssaslığıyla, ana nisgili, eyni
zamanda göz yaşları ilə belə dil deyib
ağlayırdı:
Gecə-gündüz ağlamışdım,
Aparmasın sel Saranı
Küçələrə su səpmişim,
Qarşılayım mən yarımı.
Nəğmələrim itib getdi,
Arzularım yoxsa, bitdi
Zaman mənə nə zülm etdi,
İndi gəzim mən haranı?
Çəkildi sinəmə dağlar,
Bülbülsüzdü bizim bağlar.
Sarı
bülbül yenə ağlar,
Arzular Vətən
babını.
Qarabağın yazı dönsə,
Əbülfəti, Xanı dinsə.
Ədalətin sazı dinsə,
Bağlayaram mən yaramı.
Daim Şimali
Azərbaycanda baş verən ictimai-siyasi durumu həssaslıqla izləyən və şeirləriylə dərhal
münasibətini bildirən
güneyli şairlərimizin
bədii fikrinin əsas obyekti, əsas cazibə mərkəzi Azərbaycan
xalqıdır. İnsan isə bugünkü Cənubi Azərbaycan ədəbiyyatının əsas
ideyası, aparıcı
xətti, ali
məqsədidir. İctimai-siyasi hadisələrlə zəngin
olan XXI əsrin əvvəlləri Cənubi
Azərbaycan ədəbiyyatında
yeni, qüvvətli bir canlamaya səbəb
olub. Mədəniyyətin
başqa sahələri
kimi fikirdə də mürəkkəb və ziddiyyətli,lakin tarixən zəruri və qanunauyğun bir prosesi başlanıb. Bu, əsrlərlə davam edib gələn
dünya şöhrətli,
qədim bir ədəbiyyatın ənənələrini
süzgəcdən keçirib
saf-çürük edən
bir prosesdir.
Ədəbiyyat öz inkişafında yeni mərhələyə
qədəm basır;
bu vaxtaqədərki ədəbi-tarixi hərəkata
yekun vurmaq və onun əsasında
əsrin yeni ədəbiyyatını yaratmaq
lazımdır. Başqa sözlə, bu
dövr yeni zamanın tələblərinə
uyğun bir ədəbiyyat uğrunda məfkurəvi mübarizə
dövrüdür. Əsr yeni,
əsrin özü ilə gətirdiyi hadisələr yenidir.
İctimai şüur əvvəlkindən
də sürətlə
oyanır, ictimai həyata müdaxilə meyli qüvvətlənir.
Ədəbiyyatın vəzifələri də müəyyən və həlledilən olmalıdır. Hər şeyin
kompyüterləşdiyi bu
əsrdə köhnəni
davam etdirmək mümkün deyil.
Elə isə ədəbi ənənələrə münasibət necə olmalıdır? Nədən imtina etmək, nəyi mənimsəyib irəli aparmaq? Daxildə hansı ədəbi cərəyan və istiqamətlərə söykənmək lazımdır? Belə sualların sayı həddindən artıq çoxdur və əlinə qələm alan hər yazıçının qarşısında bu suallar bu və ya başqa dərəcədə durur. Yeni başlanmış əsrdə Cənubi Azərbaycanın ictimai siyasi həyatının mürəkkəbliyi məfkurəvi mübarizələrinin kəskinliyi, bir-birinə zidd əqidəli ədəbi qrupların, cərəyanların çoxluğu bu sualların cavablarını da mürəkkəbləşdirir. Cavablar isə müxtəlifdir. Hər kəs öz qrupunun, zümrəsinin, mənsub oldugu ədəbi məktəbin və cərəyanın mənafeyinə, ideyasına, bədii məramına müvafiq cavablar axtarır və tapır.
Ən ağır yükü və məsuliyyəti öz üzərinə poeziya götürməlidir. Çünki yaxşı şeir nümunəsi öz rədifinə, qafiyəsinə, ahənginə, ritminə, tempinə, yığcamlığına, az sözlə çox fikir ifadə etməyinə və daha tez yadda qaldığına görə hər hansı bir nəsr əsərindən, eyni zamanda çox sürətlə yayıla biləcək publisistik çıxışdan daha fəaldır. Belə bir təlatümlü zamanda fikri, düşüncəsi ədəbi bataqlığa düşənlər də az deyil. Bir çox istedadlar zamanın irəli atdığı suallara düzgün cavablar tapa bilmirlər. Yeni əsrin fikri burulğanları içərisində öz yollarını müəyyənləşdirməkdə aciz qalırlar, haqqı nahaqdan ayıra bilmirlər, dayanmadan tüğyan edən qasırğaların təzyiqinə davam gətirə bilməyib qəsbkarların çaldığı ilə oynayırlar, onların get-gedə daha da korlanan mənəviyyatlarının zülmətinə bürünüb kor yarasalar kimi xalqa, vətənə, torpağa nəinki xeyir vermədən, əksinə, böyük ziyan verərək bir müddət sonra rüsvayçı bir vəziyyətdə sənətin böyük səhnəsindən çəkilməli olurlar. Lakin sənətkarlıq yükünü, xalqa, vətənə, torpağa xidmət məsuliyyətini üzərinə götürən insanlar xalqın arzu və istəklərini tərənnüm edən, azadlıq motivlərini ucadan səsləndirən, vətənin qəhrəmanlıq tarixini təcəssüm edən gözəl və sanballı əsərlər yazaraq dövrümüzün çoxcəhətli gerçəkliyini, xalqımızın qabaqcıl insanlarının işini və mübarizəsini öz əsərlərində bütün əlvanlıqları ilə əks etdirirlər. Belə nümunələr xalqın həyatına müsbət təsir göstərir, onu mənəvi cəhətdən formalaşdırır və təkmilləşdirir. Şübhəsiz ki, ədəbiyyatın vəzifəsi insanın mənəvi tələbatını formalaşdırmaq, ülviləşdirmək, şəxsiyyətin ideya-siyasi və mənəvi simasına fəal təsir göstərməkdir...
Vüqar Əhməd
Professor
Xalq Cəbhəsi.- 2015.- 8 avqust.-
S.14.