Dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən amillərin sayı artıb”

 

Elməddin Hacılı: “İnsan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb

 

 

 

Hər kəsə məlumdur ki, son illərdə dünyada ekoloji problemlər ekosistemlərə təhlükə törədən amillərin sayı artıb, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb. Bu səbəbdən ekologiyanın qorunub saxlanılması davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsi tələb edilir. Son illərdə Azərbyacanda ekoloji problemləri önə çəkilərək bu sahədə xeyli görülüb. Belə ki, Ətraf Mühitin Mühafizəsi üzrə Milli Fəaliyyət Planı, “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dairMilli Proqram digər dövlət proqramları qəbul edilərək həyata keçirilib. 2010-cu il dövlət başçısı tərəfindən ekologiya ili elan olunub bu istqamətdə bir sıra layihələr tədbirlər icra olunub. Qeyd edək ki, bugün ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində müvafiq dövlət proqramları çərçivəsində ardıcıl tədbirlər görülür. Təbii ki, ölkəmizdə ekoloji problemlərin həllində dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının da fəaliyyəti zəruridir”. Bunu Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı deyib. Onun sözlərinə görə, QHT sektorunun bu sahədə həyata keçirdiyi layihələr ekoloji problemlərin həlli məsələsində çatışmazlıqları aradan qaldırmaq üçün az rol oynamır.:Fikrimcə, əməkdaşlığı qənaətbəxş hesab etmək olar. Dövlətin ekologiya sahəsində siyasətini həyata keçirən Ekologiya Təbii Sərvətlər Nazirliyi ekoloji problemlərin həllində cəmiyyətin daha geniş iştirakını təmin etmək, eləcə , nazirliyin öz vəzifə funksiyaları çərçivəsində düzənlədiyi tədbirlər barədə əhalinin məlumatlılığının daha da artırılması məqsədilə müntəzəm olaraq nazirlik əməkdaşlarının, mütəxəssislərinin QHT-lərlə görüşləri, birgə tədbirləri keçirilir, fikir mübadiləsi aparılır. Müxtəlif ekoloji problemlərin həlli, bu sahədə qabaqcıl təcrübənin tətbiqi, yeni təkliflərin verilməsi ilə əlaqədar keçirilən müzakirələrdə, ölkəmizdə ətraf mühit sahəsində fəaliyyət göstərən QHT-lərin rəyləri öyrənilir təqdirəlayiq bilindiyi halda istifadə edilir. Müntəzəm olaraq KİV QHT nümayəndələri üçün seminarlar təşkil olunmaqla yanaşı, nazirlik çərçivəsində keçirilən bütün tədbirlərdə ictimaiyyətin nümayəndələri iştirak edir hər hansı bir ekoloji ətraf mühitlə bağlı məsələ ilə əlaqədar yaradılan komissiyalarda onlar təmsil olunurlar.

Nazirliklə daimi işgüzar əlaqə saxlayan 30-dan artıq QHT, o cümlədənEkosferaSosial Ekoloji Mərkəzi, Heyvanların mühafizəsi cəmiyyəti, “Ornitologiyacəmiyyəti, Beynəlxalq Ekoenergetika Akademiyası, “Ekores”, Sosial Araşdırmalar Mərkəzi, “Ekoyl”, “Yaşıllarcəmiyyəti, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi, Ekoloji Problemlərin araşdırılması Mərkəzi, “EkoleksHüquq Mərkəzi, İnsan Ətraf Mühit, “Ekoqraf”, Azərbaycan Respublikası Ekoloji İnnovasiya Mərkəzi, “RüzgarEkoloji İctimai Birliyi, Davamlı inkişaf cəmiyyəti, “Ekosos”, Energetika ekologiya, Sosial Ekoloji Treninq Mərkəzi bir sıra digər ekoloji QHT-lər, nazirliyin bütün tədbirlərinə cəlb edilir, onların təklif sorğuları əsasında görüşlər təşkil olunur. Eyni zamanda, Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq ekoloji konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün işçi qrupları yaradılıb bu qrupların tərkibinə müvafiq QHT-nin nümayəndələri daxil edilib”.

Elməddin Hacılı əlavə edib ki, başqa sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli istiqamətində QHT-lərin tədbirləri daha da sürətlənib bir çanlanma yaranıb: “Bu sahədə milli donor inistutlarının maliyyə dəstəyi ilə icra olumuş icra olunmaqda olan QHT layihələrinə nəzər salmaqla bu canlanmanı müşahidə edə bilərik. “Dünya Gəncləri Alyansıİctimai Birliyi tərəfindən icra edilənMənim şəhərim, mənim evimekoloji layihəsi Prezident yanında Gənclər Fondu tərəfindən dəstəklənib. Layihə Bakı şəhər əhalisinin küçə yollara, parklara məişət tullantılarının atılmasının qarşısının alınması üçün maarifləndirmə işini həyata keçirilib. ÜzərindəMənim şəhərim, mənim evim yaŞəhərimizi təmiz saxlayaqşüarları yazılmış avtomobil istifadəçiləri üçün daim istifadə etdikləri ətirli asılqanları, xanımlar üçün əl güzgüləri, kişilər üçün brelokların paylanması , dənizkənarı bulvarda digər mərkəzi parklarda satılan, kütləvi istehlak olunan tumlar plastik su qablarının üzərinə eyni şüarların yazıldığı stikerlərin yapışdırılması təmin olunub.

Digər bir layihə isə 2012-ci ilin sentyabrından etibarənHüquqşünas Qadınlar Assosiasiyasıİctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi iləGənc nəslin ekologiya hüququ sahəsində maarifləndirilməsiadlı layihə olub. Layihə çərçivəsində Bakı, Sumqayıt Gəncə şəhərlərində treninqlər keçirilib ekologiya hüququna dair məlumat kitabçası nəşr edilib. Eyni zamanda, layihə çərçivəsində Bakı şəhərindəƏhalinin ekoloji hüquqları onun müdafiəsi mexanizmləriadlı bir günlük treninq təşkil olunub. Treninqdə əhalinin ekoloji hüquqları barədə iştirakçılara ətraflı məlumat verilib, ekoloji hüquqların müdafiə mexanizmləri barədə iştirakçılarla interaktiv məşğələ keçirilib.

Ötən il Lənkəran şəhərindəVətəndaş Cəmiyyəti Debatİctimai Birliyi, ATƏT-in Bakı ofisi, Gənclər İdman Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İDEA beynəlxalq kampaniyası, “Təmiz Şəhər” ASC tərəfindən “Green Corps Youth İnitiative” / “Yaşıl Korpus. Gənclər Təşəbbüsülayihəsi həyata keçirilib. Layihə Lənkəran rayonunda keçirilib, iyun-dekabr aylarını əhatə edib 2 hissədən ibarət olub. Layihənin birinci hissəsində “Green Corps Summer School” keçirilib.

İkinci hissəsində isə gənclər tərəfindən təqdim edilmiş aksiyaların icrası baş verib. Layihə bilik bacarıqların artırılması, şəbəkələndirmə, maarifləndirmə, öyrənilmiş dərslərin planlaşdırılması tipində olub. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi iləYaddaşMaarifçi Gənclər İctimai BirliyiƏtraf mühit təhlükəsizlik: Ekoloji maarifləndirmə proqramıadlı layihəni icra edir. Layihənin məqsədi gənclərdə ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı bilik bacarıqlar, davranış vərdişləri formalaşdırmaqdır. Ötən dövrdə, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı iləPotensialSumqayıt Mütəxəssisləri Birliyi tərəfindənSumqayıt şəhəri ətraf qəsəbələrdə sanitariya ekoloji mədəniyyətin yüksəldilməsinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkili”, Ekoloji Maarifçilk Monitorinq İctimai Birliyi tərəfindənAzərbaycanda cari ekoloji çağrışlarla bağlı debatların keçirilməsi”, “Biosferİctimai Birliyi tərəfindənEkoloji tədrisin keyfiyyətinin artırılmasına yardımkimi layihələr həyata keçirilib”.

O, bildirib ki, əsas məqsəd ölkə vətəndaşlarının diqqətini daim ekoloji problemlərin həllinə yönləndirməkdir: “Fəal vətəndaşları ekoloji problemlərin həlli üzrə könüllülük hərəkatına qoşmaqdır. Sözsüz ki, vətəndaşların ekoloji problemlərə aid birgə layihələrin icrasına kömək etməsi çox əhəmiyyətlidir. Bundan başqa, əhaliyə QHT-lər tərəfindən Azərbaycanda külək, Günəş enerjisindən, biokütlədən istifadənin səmərəliliyi haqqında məlumatlar aşılanmalı bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməlidir. Yaşıllıqların salınması istiqamətində böyük işlər görülməsinə baxmayaraq onların bu prosesi həyata keçirmək mexanizminə düzgün riayət edilmir. Məhz bu istiqamətdə ekoloji təşkilatlar monitoriqlər aparmalı, mütəmadi olaraq aidiyyatı qurumlarla əməkdaşlıq etməlidir.

Bu gün QHT sektoru çimərliklərin durumu ilə bağlı monitorinq aparıb problemləri qabartmaqla həllinə yardımçı olması çox vacibdir. Satılan qidaların keyfiyyəti ilə bağlı, onların sertifikatının tələb olunması üçün hüquqi biliklərin artırılması, maarifləndirmə istiqamətində fəaliyyətlərin təşkil olunması da az əhəmiyyət kəsb etmir. Ekoloji cinayətkarlıqla əlaqəli, Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan təbiətinə dəyən zərərin ekoloji qiymətləndirilməsi, daim QHT-lərin gündəmində olmalıdır.

Sonda qeyd edim ki, ekoloji problemlər ən mühüm qlobal problem olduğundan onun həlli, Azərbaycan da daxil olmaqla, dünya birliyi ölkələrinin birgə fəal səyi nəticəsində mümkündür. Azərbaycanın dövlət strukturlarının QHT-lərin fəal iştirak etdiyi digər regional ekoloji təşkilatlardan biri Azərbaycan, Gürcüstan, Rusiya Ermənistanın daxil olduğu Cənubi Qafqaz Regional Ekoloji Mərkəzidir. Mərkəzin yaradılmasında əsas məqsəd Cənubi Qafqazda ekoloji məsələlərin həllində davamlı inkişafın təmin edilməsində hökumətlərarası (QHT-lərarası) əməkdaşlığın genişləndirilməsi möhkəmləndirilməsindən ibarətdir”.

 

Əli

Ardı gələn sayımızda

Xalq Cəbhəsi.- 2015.- 20 avqust.- S.13.