“Mənim heç vaxt boş vaxtım olmayıb”

 

700 bal toplayan Arzu Həsənli: “Ağlımda ancaq BANM olub heç vaxt alternativini düşünməmişəm

 

 

Qəbul imtahanlarında 700 bal toplamış Arzu Həsənli Bakı Ali Neft Məktəbinin (BANM) ictimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib (APA).

Həsənli Arzu Ədalət qızı 1999-cu il, aprel ayının 2-də Bərdə şəhərində anadan olub. 2004-cü ildə Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyinin 1-ci sinfinə daxil olub 2015-ci ildə bu məktəbi əla qiymətlərlə bitirib. Təhsil aldığı müddətdə hər il Fəxri Fərmanla təltif olunub. Ölkədə keçirilən ictimai tədbirlərdə hər zaman fəal iştirak edib. Respublika üzrə keçirilən bilik yarışmalarında iştirak edərək, təhsil aldığı məktəbi layiqincə təmsil edib. TQDK-nın 2015/2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraqProseslərin avtomatlaşdırılması mühəndisliyiixtisasına qəbul olub.

 

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

- Atalar demiş: işləməyən dişləməz. Məncə 700 balı toplamaq üçün xüsusi bir istedada sahib olmaq mütləq deyil, sadəcə gündəlik dərslərə mütəmadi olaraq hazırlaşmaq, müəllimlərə diqqətlə qulaq asıb, verilən tapşırıqları vaxtında yerinə yetirmək lazımdır. Mən belə etdim, məktəbə getdiyim ilk gündən etibarən dərslərimə məsuliyyətlə yanaşdım, yuxarı siniflərə keçdikcə isə qarşıma daha böyük bir məqsəd qoydum: universitetə ən yüksək balla daxil olmalıyam məqsədimə nail olmaq üçün əlimdən gələni etməliyəm. Onu da qeyd edim ki, mənim heç vaxt boş vaxtım olmayıb, çünki bütün fikirlərimi dərslərimə cəmləmişdim. İstirahət vaxtımı isə ancaq qidalanmağa yuxumu almağa çatdırırdım. Hazırlıq müddətində televizora baxmaqdan başqa əlavə işlər ilə məşğul olmaqdan tamamilə imtina etmişdim. Qəbul imtahanından əvvəl keçirilən sınaqların hamısında iştirak etmişdim. TQDK sınaqlarında ən yüksək balım 670 olmuşdu. İştirak etdiyim sınaqların mənə xeyli köməyi oldu. Belə ki, hər sınaqda çətinliyim olan mövzular aşkara çıxdıqca həmin mövzuların üzərində daha çox çalışırdım. Şükür ki, çəkdiyim əziyyət hədər getmədi. Mənə göstərilən bütün etimadları öz güvənimi 700 ballıq nəticə əldə etməklə doğrultdum.

 

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl imtahandan sonraki xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanı çox yüksək səviyyədə keçdi. İmtahan zamanı nəzarətin güclü olması məni tam qane etmişdi. Doğrusu, imtahandan öncə çox həyəcanlı idim. Özümə inansam da, müəyyən qədər tərəddüd, həyəcan var idi. Sual kitabçasını aldıqdan sonra ilk öncə asan suallardan başladım ki, həyəcanım az da olsa keçsin məncə, bunun çox köməyi oldu. İmtahandan sonra isə sualların hamısını düzgün cavablandırdığıma əmin oldum. Ancaq biləndə ki, 700 bal toplamışam, o zamankı keçirdiyim sevinc hisslərimi sözlə ifadə etmək mümkün deyildi. Sevincimi ilk olaraq ailəmlə daha sonra isə müəllimlərim başqa yaxınlarımla bölüşdüm. Onlar da, mənim bu uğuruma ürəkdən sevindilər mənə görə fəxr hissi keçirdiyini dedilər.

 

- Niyə məhz bu ixtisası BANM-i seçdin? Bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Bilirdim ki, BANM-ə qəbul olmaq üçün yüksək bal toplamalıyam bunun üçün var gücümlə çalışırdım. Həm ölkəmizdə neft-qaz sənayesi ən inkişaf edən sahələrdən biri olduğuna görə, yüksək ixtisaslı mühəndislərə tələbatın çox olduğunu düşünübProseslərin avtomatlaşdırılması mühəndisliyiixtisasını seçməyə qərar verdim. Həmçinin, bu ixtisas üzrə az sayda olan peşəkar mütəxəssislərdən biri olaraq seçilmək istəyirəm. Niyə məhz bu ali məktəb sualına gəldik isə, deyə bilərəm ki, BANM-dəki yüksək keyfiyyətli , ingilisdilli, ödənişsiz təhsilin olması, tələbələrin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar şərait, gələcəkdə tələbələrin işlə təmin edilməsi, nüfuzlu peşəkar müəllimlər tərəfindən dərslərin keçirilməsi, bir sözlə hər bir cəhətdən digər ali məktəblərdən lider mövqeyi ilə seçilməsi məni bura cəlb etdi. Ağlımda ancaq BANM olub heç vaxt alternativini düşünməmişəm. Belə ki, qəbulda 15 ixtisas kodu verilsə , mən əminliklə ancaq 1 ixtisas kodunu yazdım, çünki BANM-ə qəbul olub beynəlxalq səviyyəli mühəndis kimi yetişmək mənim əsas hədəfimdir.

 

- Ən böyük arzun nədir?

- Ən böyük arzum 700 bal toplayaraq BANM-ə qəbul olmaq idi şükür ki, bu arzuma çatdım. İndi isə arzum ali təhsilimi BANM- fərqlənmə ilə bitirib gələcəkdə peşəkar mühəndis olmaq vətənim üçün çalışmaqdır.

 

- Özünü gələcəkdə harada görürsən gələcək üçün planların hansılardır?

- BANM-in tələbəsi olmaq artıq gələcəyimin parlaq olacağından xəbər verir. Belə ki, niyyətim bu Ali Məktəbi fərqlənmə ilə bitirdikdən sonra magistratura üzrə təhsilimi xaricdə davam etməkdir. Magistr təhsilimdən sonra isə SOCAR-da işləməyi planlaşdırıram. Bunun üçün yenə səylə çalışacağam ki, digər arzularıma da çatım.

 

Xalq Cəbhəsi.- 2015.- 26 avqust.- S.13.