Yurdun qisası...
Malik
Qubadlının işğal xəbərini alan
kimi ilk ağlına gələn qoca ata-anası oldu. Dəfələrlə kəndə gedib onları dilə
tutmuşdu ki, "gəlin bir müddət şəhərə
gedək bizimlə yaşayın, sonra vəziyyət
yaxşı olar gələrsiniz". Ancaq
qocalar evin sonbeşiyini nəinki dinləməmişdilər,
hətta onu hədələmişdilər ki, gəlib kənddə
belə təxribatçı işlərlə məşğul
olmasın. Haqlıydılar. Çünki qonşunun oğlu gəlib
atasını şəhərə aparandan sonra bütün kənd
bir-birinə dəymişdi. Və
demişdilər ki, "öləriksə də, qalarıqsa
da bir yerdə olmalıyıq". O vaxtdan qocalar
hesablarını götürmüşdülər. Övladlarının hansı biri gəlib getməyi
təklif edirdisə, onları "əlləri ətəklərindən
uzun" yola salırdılar. Sonra da deyirdilər:"Öləriksə
də doğma torpaqda ölərik"...
...Malik evə
də gedib, ailəsinə xəbər vermədən dostunun
maşınıyla rayona üz tutdu. Onun hesablamalarına
görə, rayon camaatı çoxdan şəhərə
yaxınlaşmalıydı. Ancaq yolboyu
bunu görmədikcə narahat olmağa başladı. Heç bir yerdə dayanmadan maşını
qova-qova Akara stansiyasına bir xeyli qalmış
qubadlıların köçünü gördü. Bir-birinin ardınca suallar verməyə
başladı-"bunlar niyə burdadırlar?", "nəyi
gözləyirlər?", "bəlkə
danışıqlar gedib, camaat geri dönəcək?",
"gərən bizimkilər hardadır?"
Malik həyatında ilk dəfəydi ki, belə mənzərəylə
qarşılaşırdı. Maşınlar dolu
ev-eşik əşyaları, onların da üstündə
yorğan-döşək və insanlar. Kimsə
sakit deyildi. Ağlayan kim, kiməsə
qarğış yağdıran kim, çığıran və
bağıran kim... Bu səslərdən adam
dəli olardı. Ancaq kimsə dəli olmurdu.
Hərkəs
çığırıb-bağırsa da, sonra öz
doğmalarını bir yerə toparlayıb şəhərə
doğru bağlanan yolun açılmasını gözləyirdilər
ki, gedib canlarını qurtarsınlar.
Malik bu qədər elin-obanın içində
doğmalarını necə tapacağını, onlara necə
təsəlli verəcəyini fikirləşirdi. Elə bu vaxt
qonşularından birini gördü. Onun çiyinlərindən
tutub silkələdi və "bizimkilər hardadır?", sualını bir neçə dəfə
təkrarladı. Qonşusu Malikin
qarşısına düşüb onu doğmalarının
olduqları yerə apardı. Əvvəlcə
qardaşı, sonra bacısının ailəsini görüb
şükür elədi. Fikirləşdi
ki, yəqin qocalar maşının kabinəsindədirlər.
Bacısı Malikin qarşısana gəlib
hönkür-hönkür ağladı və
...
Maliki sanki ildırım vurdu. "Necə yəni
qocalar kənddə qaldı. Bəs, siz
burda neyləyirsiniz?" Çığıra-çığara
bacısını, qardaşını qınayan, onları
yamanlayan Malik üzünə vurulan sillənin səsindən
kiridi. Vuran qardaşıydı.
-Bir sakit
ol, necə olduğunu başa salaq sonra nə qədər
bağırırsan bağır. Dədəmin
xəstəliyi şiddətlənmişdi. Yeriməyə taqəti yox idi. Nə
qədər elədiksə kürəyimizə alıb gətirə
bilmədik. Tərslikdən
bacıoğlunun maşını xarab olmuşdu. Arvad-uşağı da rayon mərkəzinə piyada
yola salmışıq. Kənddən də
heç bir çöp çıxarmamışıq. Nənəm də dədəmə görə gəlmədi.
Arvad-uşağı yola salandan sonra kəndə
dönəcəyəm ki, onları gətirəm.
Qardaşının bu dediklərini
dişi-bağırsağını kəsə-kəsə
dinləyib kimsəyə heç nə demədən üzü
Qubadlıya sarı yollandı. O qədər hirsli, övkəli idi
ki, yolu necə addımladığını belə hiss
etmirdi. Elə sürətlə gedirdi ki, bir də
ayıldı Qubadlının Akara ilə sərhəd kəndinə
çatıb. Artıq burdan o tərəfə
gizlənə-gizlənə getmək lazımdır. Malik müharibə ilə bağlı kinolara baxanda
orada düşmənin belə öldürülməsinə
acıyırdı. "O da insandır, onu da bu
müharıbəyə təhrik edən var", deyərdi. Ancaq indi erməni əlinə keçsəydi
gözünü qırpmadan öldürərdi. Bir qədər əyilib-qalxa gedəndən sonra
qarşı tərəfdə ermənilərin olduğunu
gördü. Çoxluq idilər. Deyib, gülürdülər. Qubadlının
işğalını qeyd edirdilər. Malik bir istədi
onlara yaxınlaşsın, əlbəyaxa da olsa bu erməni
itlərinin dərsini versin. Ancaq fikrindən
daşındı. "Hirsli başda
ağıl olmaz", deyib yaxınlıqdakı
qayalığa sığındı. "Gör
nə günə qalmışam ki, doğma yerlərimizə
oğrun-oğrun gəlirəm. Eybi yox,
qocaları sağ-salamat görüm, sizinlə işim sonra
olacaq". Yoluna davam elədi.
Neçə saat yol getdiyini bilmir, ancaq onu bilir ki, kəndə
çatanda artıq ayaqlartını hiss etmirdi. Azacıq da
olsa dincini almalıydı ki, qocaları buradan çıxara
bilsin. Təzəcə yerini
rahatlamışdı ki, ermənilərin gülüş səslərini
eşitdi. Boylanıb baxanda gördü ki,
onlarla qonşu evin eyvanında ermənilər oturub
yeyib-içirlər. "Həsən
dayının tut arağından içib kef edirlər köpək
uşağı". Evlərinə getmək
üçün mütləq qonşunun həyətindən
keçməlidi. Ya da çayı
adlamalıdı. Bu zaman sakitlikdə çayı adlasa
ermənilər duyuq düşər . Ona görə də gözləməyi qırara
aldı. "Zəhərlənib doyarlar.
Sonra işimi sakitcə yoluna qoyaram".
Bəlkə də bir saat olardı gözləyirdi. Ermənilər
bir-bir ayaxa qalxıb eyvandan enməyə başladılar.
O qədər içmişdilər ki, məhəccəri
tuta-tuta güclə düşürdülər. Sonda gələn erməni səndəllədi, əlini
məhəccərə atanda əli boşa getdi. Və müvazinətini saxlaya bilmədi, daş kimi
qarşıda gedən ermənilərə dəydi. Bir-birinin üstünə yıxılan ermənilər
həm içkili olduqları, həm də güldükləri
üçün nə qədər çalışsalar da
bir müddət yıxıldıqları yerdən dura bilmədilər.
Nəhayət, yerlərindən qalxıb
çayın kənarına gəldilər. Əl-üzlərinə Ağa çayının
buz kimi suyundan çırpıb donquldandılar. Yəqin çox içdikləri üçün
özlərini haqq elədikləri söyüşə qonaq
edirdilər.
Malik bir istədi ermənilərin dərsini elə
çay kənarındaca versin. Yenə fikrindən
daşındı. Çünki kəndin
o biri başında da ermənilər vardı. Bunlar atəş açsaydılar o biriləri
köməyə gələcəkdi. Malikinsə
üstündə heç bıçağı da yox idi ki,
erməninin heç olmasa birini də olsa susdura bilsin. Sığındığı yerdən durub
yavaş-yavaş evlərinə yaxınlaşdı.
Qocaları sağ-salamat görmək ümidiylə
qapını açdı və...
Hər ikisi yerdəydi. Güllələrin dəlmə-deşik
etdiyi yaralardan o qədər qan axmışdı ki, evin
ortasında qan gölməçəsi düzəlmişdi.
Əvvəlcə atasının
başını qaldırıb köksünə
sığdı. Ağlamadı. Çünki ağlamaq üçün gözlərində
yaş yox idi. Əvəzində qisas, hikkə
vardı. Sonra anasının
başını qaldırdı və onun qorxudan bərələ
qalmış gözlərini əlləriylə qapadaraq
öpdü. Ağılla hərəkət
etmək lazım idi. Gecədən bir xeyli
keçmiş qapını açıb həyətə
çıxdı. Qocaları dəfn etmək
üçün yer müəyyənləşdirib geri
döndü və ağ mələfələr
tapıb bir kənara qoydu ki, onları kəfənləsin. Burda işini yekunlaşdırıb həyətdə
hər ikisinə qəbir qazdı. Bacardıqca
sürətlə işləməliydi. Qan-tərin
içindəydi. İçi sussuzdan yansa
da yaxınlıqdakı Ağa çayından su da
içmirdi. Sanki hər şeyə, hər kəsə
üsyan eləmişdi...
...Bu da qocaların qəbri. Ağlına da gəlməzdi ki, bir gün onlar üçün öz əliylə qəbir qazacaq. Evə gəlib əvəlcə anasını bacardığı və bildiyi kimi kəfənlədi. Və ehmalca qucağına alıb gətirib qəbrə uzatdı. Sonra atası üçün geri döndü. Onu da eyni qaydada kəfənlədi və qucağına götürüb qəbrə uzatdı. Hər ikisinin üzərini torpaqla örtdü və bir ovuc da torpaqdan götürüb cibindəki dəsmala bükdü, düyünləyib cibinə qoydu. Evə atasının ov bıçağını götürmək üçün döndü. Yerindəydi. Götürüb çıxdı. Artıq fikri qətiydi. Ermənilərin olduğu Əliabbas kişinin evinə sarı addımladı. Qapını açdı. Ermənilər ölü kimi yatmışdılar. Onların silahlarını götürüb həyətdə gizlətdi. Sonra içəri girib bərkdən var gücü ilə bağırdı. Ermənilər vahimə içində oyandılar. Çaş-baş qalmışdılar. Gözlərini döyüb bizim dildə "sən hardan çıxdın?" sualını verdilər. Maliki sanki ilan çaldı. "Necə yəni sən hardan çıxdın? Öz evimə gəlmək üçün sizdən icazəmi almalıydım, it uşağı, it. Mənim vətənimi işğal etmisiniz, atamı, anamı qətlə yetirmisiniz. İndi də oturb kənd camaatının varını-dövlətini talayıb yeyirsiniz. İndi mən sizə elə bir dərs keçərəm ki, başqasının torpağını işğal etmək nədir bilərsiniz". Malik 7 erməniylə əlbəyaxa oldu. Əslində onları yatdıqları yerdəcə öldürə bilərdi. Ancaq istəyirdi ki, ermənilər ölümlərini qorxa-qorxa yaşasınlar. Onun ata-anası və onlarca günaHsız insanlar kimi. Malik erməniləri yaxşıca əzişdirəndən sonra onların əllərini, ayaqlarını bağladı. Beşini oradaca öldürdü. İkisini isə əsir götürdü. Erməni əsirləri qabağına qatıb gəldiyi yolla geri döndü. Beynində öz-özünə sual verdi-"qisasımı aldım?" Sonra kəndə sarı boylanıb "yox" dedi. Hələ yurdun qisasını almamışdı...
Arzu Şirinova
Xalq Cəbhəsi.-
2015.- 29 avqust.- S.8.