Azərbaycan Səfəvi dövlətinin siyasi tarixi

 

1548-ci ildə 3-cü dəfə Azərbaycana hücum edən Sultan I Süleyman Təbrizi aldı, lakin yenə də Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni tərk etdi. 1550-ci ildə I Şah Təhmasib sultana elçi göndərərək sülh təklif etdi, amma sultan yenə də bu təklifi qəbul etmədi. Belə olduqda şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı ələ keçirdi. Şahzadə İsmayıl Ərzurum yaxınliğında İsgəndər paşanı məğlub etdi və Ərzurumu tutdu. Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycana hücum etdi, ancaq bu dəfə də uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, Qızılbaşların ardıcıl qələbələri sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı-Səfəvi sülh müqaviləsi bağlandı. Müqaviləyə görə şərqi Anadolu, İmeretiya, Quriya, Ərəb İraqı Osmanlıya, Kartli, KaxetyaMesxiya Azərbaycan Səfəvi dövlətinə verildi.

1578-ci ildə Qızılbaşlar İmamqulu xan Qacarın rəhbərliyində Çıldır düzündə Osmanlıları qarşıladılar. Ancaq Qızılbaşlar məğlub olaraq Qarabağa çəkildilər.

Osmanlı ordusunun rəhbəri Lələ paşa 1578-ci ildə Tiflisi ələ keçiridiAlazan çayını keçdi. Ancaq o burada Qızıbaşlarla qarşılaşdı. Çayın sahilində baş verən döyüşdə Osmanlılar məğlub oldular, amma Qızılbaşlar Şirvanı tərk etdilər və Qarabağa çəkildilər. Bunu fürsət bilən Lələ paşa Şirvanı ələ keçirdi. 1579-cu ildə Krım tatarları Şirvana soxuldular, lakin Mollahəsənli adlı yerdə məğlub olaraq qaçdılar. 1583-cü ildə Qızılbaşlar Məşəl savaşında məğlub oldularŞirvan tamamilə Osmanlılara keçdi, həmin il Fərhad paşa tabeliyindəki əsgərlərə Çuxursəədi ələ keçirdi.

1587-ci ildə Şah Məhəmməd Xudabəndi (1578-1587-ci illər) öldüoğlu Abbas (1587-1629-cu illər) taxta çıxdı. I Şah Abbas 1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini imzaladı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi.

Şah Abbas sülh müqaviləsindən sonra orduda islahatlara başladı. Ordu islahatı 10 il davam etmişdi. Bu müddətdə hətta özbəklər, moğollar hücum edib ölkənin bəzi bölgələrini ələ keçirsələr də Şah Abbas islahat başa çatanacan dözmüşdür.

Qulam qoşunu tərkibində 15 minlik süvari hissələri vardı. Onlar muşketlərlə silahlanmışdı. Bu, o dövrdə dünyada ən böyük süvari hissələri idi. Bundan başqa ayrıca artilleriya hissələri yaradılmışdı. Döyüşdə 500-ə qədər topdan istifadə edilirdi. Orduda Qızılbaşlarla yanaşı tüfəngçi, topçuqulamalar adlanan birliklər yaradılır. I Şah Abbas böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi. Şah Abbas hakimiyyətə gələn zaman ölkədə vəziyyət çox gərgin idi. Qərbdə osmanlılarla müharibə zamanı, şərqdən imperiyaya qarşı əfqanlar təhlükə yaratmışdır. I Şah Abbas hakimiyyətə gəldikdən sonra qətiyyətli addımlar ataraq, imperiyanı bu çətin vəziyyətdən çıxara bildi.

İstanbul (1590) sülh müqaviləsindən dərhal sonra 1593-cü ildə Azərbaycanın qızılbaşlara tabe edilən Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazidə Azərbaycan bəylərbəyliyi yaratdı. 1595-ci ilə qədər bəylərbəyliyin qoşunu 10 min idi və “Azərbaycan qoşunu adlanırdı”. Bununlada I Şah Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrinini sönməyə qoymadı.

1598-ci ildə Şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürtdü. 1603-1639-cu illərdə Səfəvi-Osmanlı arasındakı müharibənin 3-cü mərhələsi olmuşdur. 1603-cü ildə o, Təbrizi də geri aldı və Osmanlıların qüvvəsini darmadağın etdi. Həmin il Şah Abbas Cənubi Azərbaycanı azad edərək Ordubadı, Culfanı, Naxçıvanı da geri qaytardı. 1604-cü ildə İrəvanı, 1605-ci ildə isə Şirvanın çox hissəsini ələ keçirdi. Bundan sonra Şah Abbas Gəncəni (1606), Şamaxını (1607), Bakını və Dərbəndi (1607) geri aldı. 1603-1607-ci illərdə bütün Azərbaycan torpaqları Osmanlılardan alındı. Lakin müharibə hələ davam edirdi. 1612-ci ildə Sərab sülhü bağlandı. Bununla da 1555-ci ildəki Amasiya sülhünün şərtləri bərpa edildi. 1622-1623-cü illərdə Bağdad, Kərbəla, Nəcəf, Kərkük və başqa şəhərlər də Azərbaycana qatıldı.

I Şah Abbasdan sonra I Şah Səfi hakimiyyətə (1629-1642) gəldi. O, Bağdadı itirdikdən sonra 1639-cu ildə Qəsri-Şirin sülhünü bağladı Amasiya sülhünün şərtləri yenə bərpa edildi. Qəsri-Şirin sülhü Səfəvi-Osmanlı münasibətlərini bir müddət nizama saldı.

Uzun müddət Səfəvi-Osmanlı müharibələri Səfəvi dövlətini zəiflətmişdir. Rusiya isə Cənubi Qafqazı işğal etmək Xəzər dənizini özünün daxili gölünə çevirmək planını həyata keçirməyə başlayır. Beləki, 1722-ci ildə Rusiya, 1723-cü ildə Osmanlı Səfəvilərə qarşı müharibəyə başladı. Bununlada yüz minlələ insanın ölümünə səbəb olan on üç illik müharibəsi başladı. Rusiya 1722-1723-cü illərdə apardığı hərbi əməliyyatlar nəticəsində Dərbənd, Bakı, Lənkəran, Rəşti - Xəzər dənizinin Səfəvilərin nəzarətində olan sahillərini ələ keçirdi. 1723-1726-cı illərdə Osmanlıların apardığı hərbi əməliyyatlar nəticəsində Çuxursəəd, Qarabağ, Təbriz, Həmədan bəylərbəylikləri ələ keçirdi. Artıq Səfəvilərin tam çökdüyünü zənn edən həmin dövlətlər Səfəvilər dövlətinin ərazisini öz aralarında bölüşdürdülər. Bu hadisələr baş verən zaman Səfəvilərdə şah II Təhmasib (1722-1732-ci illər) hakimyyətdə idi. O, bu vəziyyətdən çıxmaq üçün Fətəli xan Qacarı qorçubaşı təyin etdi. Fətəli xan Qacarın rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar nəticəsində müəyyən ərazilər geri alındı.1726-cı ildə digər qızılbaş sərkərdəsi Nadir xan Əfşar ordunun komandanlarından biri oldu. Onlar birgə çox uğurlu əməliyyatlar keçirdilər. 1726-ci ildə Nadir xan şah II Təhmasib tərəfindən qorçubaşı təyin edildi. 1728-1729-cu illərdə Nadir xan əfqanları məğlub edərək İsfahanı, Kirmanı, Xorasanı geri aldı. 1729-cu ildə Damğan döyüşündə əfqanları məğlub etdikdən sonra bütün Xorasanı azad elədi. Nadir xan1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı. Həmin il Həmədan, Marağa, Təbriz digər ərazilər geri alındı. Amma əfqanların Herata hücum etdiyini eşidən Nadir xan Osmanlılara qarşı apardığı əməliyyatları təxirə salıb, Əfqanlara qarşı yürüş etdi. Öz nüfuzunu qaldırmaq istəyən Şah II Təhmasib Nadir xanı gözləmədən Osmanlılara qarşı əməliyyata başladı. Amma məğlub edildi geri alınmIş əraziləri itirdi. 1732-ci ildə şah Osmanlı ilə Kirmanşah sülhünü (1732-ci il 16 yanvar) bağladı. Nadir xan hərbi yürüşdən qayıdandan sonra şah II Təhmasibi hakimyyətdən saldı Kirmanşah sülhünü tanımadı. Səfəvilərin əvvəliki qüdrətini bərpa etdiyini görən Rusiya 1732-ci ildə Rəşt sülhü (1732-ci il 21 yanvar) ilə Kür çayından cənubda olan əraziləri Səfəvilərə geri qaytardı. Nadir xanın 1733-1735-ci illərdə apardığı əməliyyatlar nəticəsində Bağdad, Üçmüədzindöyüşlərində Osmanlı məğlub edildi 1723-cü ildən Osmanlı tərəfindən işğal edilmiş ərazilər geri alındı. Nəhayət 1735-ci ildə Gəncə sülhü ilə Rusiya tərəfindən, elə həmin ildə Osmanlı ilə bağlanan sülh müqaviləsi nəticəsində işğal edilmiş bütün torpaqlar Səfəvilərə geri qaytarıldı.

Bütün bu qələbələr Nadir xanın ordu içərisində şöhrətini artırmış oldu. 1736-cı ilin yazında Nadir xan Əfşar Səfəvilər sülaləsinin sonuncu nümayəndəsi III şah Abbası hakimiyyətdən saldı özünü şah elan etdi. Bununla Azərbaycanda yeni bir sülalənin – 1736-1747-ci illəri əhatə edən Əfşarlar sülaləsinin hakimiyyəti başladı.

Səfəvi dövləti Azərbaycan Türk dövləti olmasını təsdiqləyən tarixi faktlardan bir qisminin üzərində dayanaq: Rusiya alimi V.V.Bartold sülalənin banisi Şeyx Səfiəddin onun nəslindən bəhs edərkən göstərirdi ki, Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər. İ.P.Petruşevski eyni fikri söyləmişdir: “İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olmuşdur”.

Səfəvilər dövlətinin Azərbaycan dövləti olduğuna sübut edən mühüm amillərdən biri verilən fərmanların diplomatik yazışmaların Azərbaycan dilində olmasıdır. Buna sübut olaraq tapılmış əsl sənədləri göstərmək olar: 1.Şah İsmayılın Musa Durgutoğluna fərmanı. 2. Şah Təhmasibin II Sultan Səlimə məktubu. 3.Osmanlı sultanı Süleyman Qanuninin Şah I Təhmasibə məktubu. 4. Şah I Təhmasibin Zeynalabidin Əli Əbdi bəyinTəkmilatül-əxbarəsərinin yazılması haqqında fərmanı. 5. Məhəmməd Xudabəndinin Osmanlı sultanı III Sultan Muradın sərkərdəsi Fərhad Paşaya məktubu. 6. Şah I Səfinin Avstriya imperatoru Macarıstan kralı II Ferdinanda məktubu. 7. Şah I Səfinin Rusiya çarı Mixail Romanova məktubu. 8. Şah II Abbasın Şirvan bəylərbəyisi Hacı Mənuçöhr xana məktubu. 9. Şah Sultan Hüseynin Sakson şahzadəsi Polşa kralı Fridrix Avqusta məktubu s.

Səfəvilər dövlətinin qurucusu şah I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur. O, bu dildəXətaitəxəllüsü ilə şerlər yazmışdır. Elə dövlətin rəsmi dili Azərbaycan türkcəsi olmuş, saray əhli, eləcə dövlətin hərbi dini xadimləri bu dildə danışmışlar.İsgəndər bəy Münşi yazır ki, Şah İsmayılın Türkcə yazmaqda böyük təbi vardı. Bir müddət Səfəvi dövlətində yaşamış Alman səfiri Adam Olyari yazır: “Türk dili İsfahanda o qədər əhəmiyyətə malikdir ki, orada çox nadir hallarda farsca bir söz eşidirsən”.

Səfəvi hökmdarları:

1.         I Şah İsmayıl (1501-1524)

2.         I Şah Təhmasib (1524-1576)

3.         II Şah İsmayıl (1576-1577)

4.         Şah Məhəmməd Mirzə (Xudabəndi) (1578-1587)

5.         I Şah Abbas (1587-1629)

6.         I Şah Səfi (1629-1642)

7.         II Şah Abbas (1642-1666)

8.         Şah Süleyman (1667-1694)

9.         Şah Hüseyn (1694-1722)

10.       II Şah Təhmasib (1722-1732)

11.       III Şah Abbas (1732-1736)

 

Abışov Vaqif

Xalq Cəbhəsi.- 2015.- 1 dekabr.- S.7.