“Görüləcək işlər çoxdur”
Səfir: “Separatçılıqla mübarizədə Azərbaycanla Moldova bir-birini dəstəkləyir”
Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevin APA-ya müsahibəsini oxucularımıza təqdim edirik
- Azərbaycan-Moldova münasibətlərinin səviyyəsini qaneedici saymaq olarmı?
- Azərbaycan-Moldova əlaqələri müxtəlif sahələr üzrə uğurla inkişaf edir. İndiyədək ölkələrimiz arasında 50-dən artıq müqavilə və saziş imzalanıb.BMT, Avropa Şurası, ATƏT, QDİƏT, GUAM, "Şərq Tərəfdaşlığı" və digər beynəlxalq və regional təşkilatlar, eləcə də MDB çərçivəsində Azərbaycan və Moldovanın mövqeləri yaxındır və ya üst-üstə düşür. Hər iki ölkə həmin təşkilatlarda mütəmadi məsləhətləşmələr aparır və ənənəvi olaraq bir-birinə dəstək verir. Azərbaycanla Moldova arasında mövcud tərəfdaşlıq münasibətlərinin səviyyəsini, qarşılıqlı maraq doğuran aktual beynəlxalq məsələlərdə mövqelərin yaxınlığını, ümumbəşəri dəyərlərə, qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini nəzərə alaraq, iki dövlət arasında siyasi dialoqun davamlı şəkildə aparılması aktual məsələlərdən biridir. Beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin daimi əsasda siyasi məsləhətləşmələrin keçirilməsi, qarşılıqlı və hərtərəfli dəstəyin göstərilməsi olduqca vacibdir. Məsələn, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2011-ci ilin oktyabr ayında keçirilmiş seçkilərdə Moldova Azərbaycana səs verib.
- Bəs humanitar sahədə əlaqələrimiz
necə inkişaf edir?
- Humanitar və mədəni əlaqələrimiz
son illər uğurla inkişaf edir. 2012-ci ilin 11-15 noyabr
tarixlərində Azərbaycanın
Moldovada Mədəniyyət
Günləri keçirilib.
Mədəniyyət günləri
çərçivəsində Azərbaycan film günləri,
S. Vurğun adına
Akademik Dram teatrının
tamaşaları və
Azərbaycan mətbəxi
günləri keçirilib.
Eyni zamanda, Kişinyovda Nizami Gəncəvinin yenidən qurulmuş bağı və büstünün açılışı
olub. 2014-cü ilin
29 aprel-3 may tarixlərində isə Moldovanın Azərbaycanda Mədəniyyət
Günləri keçirilib.
Səfirliyin fəaliyyəti nəticəsində
Moldova və Azərbaycan
rəssamlarının qarşılıqlı
səfərləri təşkil
olunub. Səfərlər nəticəsində rəssamların əsərlərindən
ibarət sərgilər
təşkil olunub və rəsmlərin kataloqu nəşr edilib. Azərbaycan mətbəxi günləri
2014-cü ilin sonunda Kişinyovda uğurla keçirilib. Həmin vaxt
UNESCO nəzdində Ənənəvi
kulinariya komitəsinin
rəhbəri, Azərbaycan
Kulinariya Assosiasiyasının
prezidenti Tahir Əmiraslanovun səfirlik tərəfindən moldovan
dilində nəşr
edilmiş “Culinaria Azera” (“Azərbaycan mətbəxi”) kitabının
təqdimatı olub.
2014-cü ilin dekabr ayında isə Kişinyovda Moldova Mədəniyyət Nazirlinin
təşəbbüsü ilə keçirilmiş Birinci Moldova ənənəvi
Xalça sərgisində
Azərbaycan xalçası
pavilyonu təşkil edilib. Bu gün
ölkələrimiz arasındakı
münasibətləri müsbət
inkişafını qeyd
etməklə, onu da bildirmək lazımdır ki, iqtisadi sahədə mövcud potensial hələlik tam istifadə
edilməyib. Bu sahədə görüləcək
işlər çoxdur.
- Moldova da Azərbaycan kimi separatçılıqdan
əziyyət çəkən
ölkədir...
- Bəli, Azərbaycan və Moldovanı yaxınlaşdıran həm
də hər iki ölkənin hərbi separatçılıqla
üz-üzə qalmasıdır
və ərazilərində
bənzər münaqişələrin
mövcudluğudur. Bununla belə
fərqli cəhətləri
də qeyd etmək lazımdır.
İlk növbədə onu demək olar ki, əgər Azərbaycana qarşı Ermənistanın ərazi
iddiaları əsasında
etno-ərazi münaqişəsi
mövcuddur, Moldovada bu bir qədər
fərqli, siyasi-ərazi
münaqişəsi kimi
səciyyələnə bilər.
Azərbaycan bu gün də təcavüzkara qarşı silahlı münaqişədədir və
bir milyon qaçqın problemi ilə üz-üzədirsə,
Moldovada bu münaqişə daha çox siyasi müstəvidədir. Bununla belə,
ölkələrimiz hər
zaman bu məsələlərdə bir-birini
dəstəkləyir, ərazi
bütövlüyünə hörmət prinsipi əsasında çıxış
edir. Bu səpkidə
beynəlxalq təşkilatlar
çərçivəsində dövlətlərimizin müvəffəqiyyətli
qarşılıqlı fəaliyyəti,
ümumi təhlükəsizlik
məkanının yaradılması,
iqtisadi və humanitar sahələrdə
əməkdaşlığın genişləndirilməsi və
münaqişələrin həll
edilməsi üçün
qarşılıqlı fəaliyyətin
dərinləşməsi daim
diqqət mərkəzindədir
və əməkdaşlığımızın
zəruri şərtlərindəndir.
Bu qarşılıqlı dəstək beynəlxalq səviyyədə hər
zaman nümayiş etdirilir. Bundan əlavə, beynəlxalq
təşkilatlarda mühüm
məsələlər üzrə
səsvermələr öncəsi
iki ölkə nümayəndələri mütəmadi
olaraq görüşür,
sıx əməkdaşlıq
edir və bir-birinə qarşılıqlı
dəstək verirlər.
- İki ölkə
arasında yüksək
səviyyədə qarşılıqlı
səfərlər gözlənilirmi?
- Moldova və Azərbaycan rəsmiləri mütəmadi
olaraq görüşlər
keçirirlər. Bu görüşlər həm
beynəlxalq forumlar çərçivəsində, həm də ikitərəfli əsasda baş tutur. Bu səpkidə ilk növbədə 25 oktyabr
2004-cü ildən fəaliyyətə
başlamış Hökumətlərarası
birgə Komissiyanın
işini qeyd etmək lazımdır.
Komissiyaya Azərbaycan tərəfindən
baş nazirin birinci müaviniYaqub Eyyubov başçılıq
edir. Moldova tərəfindən isə
bu mövqe boşdur. Buna səbəb Moldovadakı siyasi böhrandır.
2012-ci ilin 26 aprel
tarixində Kişinyovda
Azərbaycanla Moldova arasında
iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası
Komissiyanın üçüncü
iclası keçirilib.
İclasda komissiyanın Azərbaycan
tərəfindən həmsədri
Y. Eyyubov Moldova prezidenti
Nikolae Timofti tərəfindən qəbul
olunub. İclasın yekunları müvafiq
protokolda öz əksini tapıb. 17-19 yanvar 2012-ci ildə
isə Moldovanın baş naziri Azərbaycana səfər edib. Yalnız Moldovada son illər
müşahidə olunan
siyasi qeyri-sabitlik, parlamentdə uzun zaman gedən partiyalararası çəkişmələr
və hökumət böhranı yüksək
səviyyəli səfərlərin
təşkilinə əngəl
olur. Təkcə onu qeyd etmək olar ki, son bir ildə
Moldovada 4 dəfə baş nazir dəyişikliyi olub.
Məhz buna görə Hökumətlərarası Komissiyanın
növbəti 4-cü iclası
Azərbaycan tərəfindən
asılı olmayan səbəblərə görə
indiyədək keçirilməyib.
Ümid edirik ki, yaxın
zamanlarda Moldovada yeni hökumət formalaşacaq və bundan sonra həm
Hökumətlərarası Komissiyanın növbəti
iclası, həm də yüksək səviyyəli qarşılıqlı
səfərlər baş
tutacaq.
Xalq Cəbhəsi.- 2015.- 4 dekabr.- S.4.