Vətəndaşların hüquqlarının müdafiəsi

 

V yazı

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2014-cü il üzrə illik məruzəsinə əsasən, ötən il məhkəmə qərarlarının icrası ilə bağlı daxil olmuş 704 müraciətin təhlili onu deməyə əsas verir ki, məhkəmə qərarlarının icrasının bir çox hallarda əsassız olaraq yubadılması, süründürməçilik hallarına yol verilməsi, vətəndaşların narahat edilməsi, hüquqazidd hərəkət və nöqsanlar ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərib. Ümumiyyətlə, bəzi məhkəmə icraçılarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti nəticəsində bir sıra məhkəmə qərarları icra edilməyib və ya uzun müddət icrasız qalıb, bu da məhkəmə qərarına müvafiq olaraq tələbkar qismində çıxış edən vətəndaşların hüquqlarının pozulması ilə nəticələnib.

Müvəkkil tərəfindən həyata keçirilmiş araşdırmalar nəticəsində bir çox vətəndaşların pozulmuş hüquqları bərpa edilib. Alimentin ödənilməsi tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı 248 müraciət daxil olub, alimentin borclu tərəfindən vaxtaşırı ödənilməməsi və ya ödənişdən boyun qaçırması, yaxud da ödənişin yubadılması üzrə şikayətlər daha çox olub. Bir sıra hallarda alimentin tutulmasına dair məhkəmə icraçılarının icraatına daxil olmuş icra sənədləri üzrə müvafiq icra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq, borclu tərəfin işləməməsi, eləcə də onun adında tələbin yönəldilə biləcək əmlakın və digər gəlirlərin aşkar edilməməsi səbəbindən aliment borcunun ödənilməsində çətinliklər yaranmış və ya ödənişin təmin edilməsi mümkün olmayıb. Bu sahədə ciddi nəticənin əldə edilməsi, yəni borclunun öz üzərinə düşən vəzifələri vaxtında və qanunla tələb edilən qaydada yerinə yetirməsi üçün dövlətin səlahiyyətli qurumlarının məsələyə birbaşa yanaşması olduqca vacibdir.

Boşanmaların sayının artması, belə anaların əksər hissəsinin işləməyən, himayəsində azyaşlı uşaqlar olan və yeganə təminat vasitəsi kimi alimentə daha çox ehtiyacı olan evdar qadınlar olduğunu, habelə alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemləri nəzərə alaraq, “Aliment Fondunun yaradılması (alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə müvafiq dövlət qurumu tərəfindən ödənilməsi mexanizminin hazırlanıb tətbiq edilməsi) zəruridir. Əmlak, zəbt edilmiş ərazinin və ya mülkün boşaldılması, əmək haqqı üzrə borcun ödənilməsi tələbinə dair, habelə bu kimi digər məsələlərlə bağlı məhkəmə qərarlarının borclu tərəfindən könüllü icra edilmədiyi hallarda da qanunla müəyyən edilmiş məcburi tədbirlər görülüb.

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq olaraq, vəzifəsi insan hüquqlarının təmin edilməsindən ibarət olanbuna görə cəmiyyət qarşısında məsuliyyət daşıyan dövlət qurumları tərəfindən məhkəmə qərarlarının icra edilməməsi isə tamamilə yolverilməzdir. Məhkəmə qətnamələrinə əsasən borclu dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan vəsaitlərin ödənişinin təmin edilməsi məqsədilə həmin qurumlara müvafiq maliyyə vəsaitinin ayrılması üzrə mexanizmin hazırlanması və tətbiq edilməsi olduqca zəruridir.

Ümumiyyətlə, məhkəmə qərarlarının icrası prosesində vətəndaşlara qarşı süründürməçiliyə yol vermiş icra məmurları ilə yanaşı, vəzifə səlahiyyətlərini qanunla tələb edilən səviyyədə yerinə yetirməyən icra məmurları məsuliyyətdən kənarda qalmamalı, onların fəaliyyətinə nəzarət artırılmalıdır.

Vətəndaşların hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun tərkib hissəsi olan məhkəmə qərarlarının qanunla müəyyən edilmiş qaydada icrası istiqamətində, o cümlədən icra məmurlarının peşəkarlığının artırılması, onlar tərəfindən icra intizamına qanunla müəyyən edilmiş qaydada əməl olunması və məsuliyyət hissinin artırılması, süründürməçilik hallarına yol verilməməsi və icra işlərinə vaxtında baxılması üzrə tədbirlərin davam etdirilməsi bu sahədə mövcud olanya qarşıya çıxan problemlərin aradan qaldırılması imkanlarını daha da artıra bilər.

Daxili İşlər Nazirliyi ilə səmərəli əməkdaşlıq çərçivəsində Polis Akademiyasında, həmçinin paytaxtdaregionlarda polis əməkdaşları üçün bir çox maarifləndirici tədbirlər təşkil edilib, insan hüquqları sahəsində qarşılıqlı əlaqələr inkişaf etdirilib. Ötən il polis orqanları ilə bağlı daxil olmuş 1928 müraciətdə, əsasən, təhqiqat və ya istintaqın qeyri-obyektiv aparılması, o cümlədən cinayət işinin başlanmasının əsassız rədd edilməsi, fakta görə cinayət işinin başlanmaması, əsassız olaraq cinayət işinə xitam verilməsi və ya cinayət işi üzrə icraatın dayandırılması, habelə süründürməçilik, şikayətlə bağlı prosessual qərarın qəbul edilməməsi, müraciətə cavab verilməməsi, polis əməkdaşları tərəfindən istər ümumi xidməti fəaliyyət gedişində, istərsə də təhqiqat və istintaq prosesində vətəndaşla münasibətdə kobud rəftara yol verilməsi kimi hallar öz əksini tapıb. Təhqiqatçı və müstəntiq törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tamobyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyətləri daxilində bütün istintaqya digər prosessual hərəkətləri həyata keçirmək vəzifələrini yerinə yetirməlidir.

Bəzi təhqiqatçıların və müstəntiqlərin qeyri-peşəkarlığı və ya hətta bir sıra hallarda cinayətin üstünü bilərəkdən ört-basdır etmək cəhdləri, habelə toplanmış materiallar üzrə yoxlamaların natamam aparılması, prosessual pozuntulara yol verilməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında tələsik qərar qəbul edilməsi də çoxsaylı şikayətlərə səbəb olub. Müvəkkil belə hallarda aşkar etdiyi hüquq pozuntusunun qarşısını almaq məqsədi ilə istintaqa nəzarəti həyata keçirən prokurorluq orqanlarına müraciət edib, nəticədə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar ləğv edilib, bununla da vətəndaşın pozulmuş hüquqları bərpa edilib, müsbət nəticələr əldə olunub.

Qeyd edilməlidir ki, Müvəkkilin bir sıra şikayətlərlə bağlı Baş Prokurorluğa müraciətlərindən sonra müvafiq qərarlar nəinki bir dəfə, hətta dəfələrlə öyrənilib və ləğv edilib. Müvəkkilin şikayətlər üzrə prokurorluq orqanlarına müraciətlərindən sonra aparılmış yoxlamalar əsasında cinayət işi üzrə qəbul edilmiş qərarın əsaslılığı öyrənilərkən bəzən araşdırmanın hərtərəfli, tamobyektiv aparılması üçün zəruri istintaq hərəkətlərinin yerinə yetirilmədiyi, üzrə vacibmühüm əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin icrasının tam təmin olunmadığı, qəbul edilmiş müvafiq qərarda olan göstərişlərin tam icra edilmədiyi, ifadələr arasında olan ziddiyyətlərin aradan qaldırılmadığı müəyyən edildiyi hallarda cinayət işinin icraatına xitam verilməsi və ya üzrə icraatın dayandırılması haqqında qərarlar ləğv edilmiş, üzrə yazılı göstəriş verilməklə təkrar istintaqa qaytarılıb.

Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq, cinayət işinin başlanmasını rədd etmək, məlumatı istintaq aidiyyəti üzrə göndərmək, xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək kimi müvafiq qərarlardan birini qəbul etməlidir. Buna baxmayaraq, həmin orqan vətəndaşın ərizəsi üzrə müvafiq qərarlardan birini qəbul etmək əvəzinə, həmin ərizəni “işə almaqla” vəzifəsini bitmiş hesab edir ki, bu da cinayət prosessual qanunvericiliyin tələblərinə ziddir. Bəzən şikayətin prosessual qaydada araşdırılması əvəzinə, təhqiqatçının “işə alma” qərarı mübahisələndirilməyib.

Müvəkkilin müraciətlərinə əsasən aparılmış araşdırmalar zamanı qanun pozuntularına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verib, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməyən, o cümlədən "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi"nin tələblərini pozub, vətəndaşlara hörmətsizlik nümayiş etdirmiş, xidməti səlahiyyətlərini aşmış polis əməkdaşlarına intizam cəzaları tətbiq edilib, işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, əvvəlki illərdə olduğu kimi ötən il tutulanya həbs olunan şəxslərə işgəncə vermə, habelə qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və cəzaya məruz qoyma faktları qeydə alınmayıb. Lakin idarədaxili nəzarət qaydasında aşkarlanmış əsassız saxlama, əsassız gətirmə və kobud rəftar kimi faktlar prosessual qanunvericilik çərçivəsində hərtərəfli və obyektiv araşdırılaraq hər biri üzrə qanuni qərarlar qəbul edilib. Belə ki, ötən il ərzində təsdiq olunmuş 277 fakt üzrə (onlardan 133-ü vətəndaşlarla kobud rəftar, 69-u polisə əsassız gətirmə və saxlama, 52-si sürücülərin hüquqlarının pozulması, 3-ü əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 17-si isə digər faktlar) 343 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 21-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 37 əməkdaş tutduğu vəzifədən azad edilib, 285 əməkdaş barəsində digər intizam tədbirləri görülüb.

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, bu sahədəki problem və nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib. Dövlət Yol Polisi əməkdaşları ilə bağlı ötən il daxil olmuş 172 müraciətdə, eyni zamanda bəzi əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar, etik davranış qaydalarını pozma, qeyri-peşəkar münasibət kimi hallar öz əksini tapıb. Müraciətlərin təhlili və monitorinqlərin nəticələri göstərir ki, bütün ölkə üzrə, o cümlədən Bakı şəhərində avtomobil yollarında qəzalar əsasən, nəqliyyat vasitələrinin sayının sürətlə artması, habelə bu vasitələrin və insanların təhlükəsizliyini təmin edən texniki baxış proqramının olmaması, bəzən yolların texniki vəziyyəti, avtomobillərin sayı və sıxlığı, sürücülük hüququ olmadanya sərxoş vəziyyətdə, yüksək sürət və ötmə qaydalarının pozulması ilə idarə edilməsi səbəbindən baş verir.

 

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 5 dekabr.- S.13.