Vətəndaşların sosial hüquqlarının müdafiəsi

 

VI yazı

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2014-cü il üzrə illik məruzəsinə əsasən, işəgötürənlər tərəfindən ehtiyaclı insanların əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi ötən illərin ən ciddi problemlərindən olub və Müvəkkil bunun həlli məqsədilə istər illik məruzədə, istərsə də səlahiyyətli dövlət qurumlarına müraciətlərində təxirəsalınmaz və sərt tədbirlərin görülməsini təklif edib. Bu təklif Əmək Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb, işəgötürənlərin üzərinə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək vəzifəsi qoyulub, həmçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati və cinayət məsuliyyəti, habelə maliyyə sanksiyası müəyyən edilib. Ötən ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənİş yerinə dair arayış” adlı yeni elektron xidmətin yaradılması və vətəndaşların istifadəsinə verilməsi də mövcud sahədə süründürməçilik hallarının qarşısının alınmasında əhəmiyyətli olub.

Əmək hüquqları ilə bağlı 672 müraciət daxil olub. Vətəndaşların ədalətli və əlverişli əmək şəraitinə olan hüquqları bir sıra hallarda pozulub. Belə ki, müraciətlərdə, əsasən, qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmə, işə bərpadan və istehsalatda alınmış xəsarətə görə dəymiş zərərin ödənilməsindən imtina, əmək haqqının və məzuniyyət pulunun vaxtında verilməməsi, əmək haqqı üzrə borcların ödənilməməsi, son haqq-hesabın və əmək kitabçasının, habelə əmək haqqı və ya yeri barədə arayışın verilməməsi, əmək haqqına nəzərdə tutulmuş bəzi ödənişlərin vergiyə cəlb edilməsi və ya müvafiq əlavələrin hesablanmaması, əmək bölgüsünün düzgün aparılmaması kimi hallar öz əksini tapıb. Müraciətlərin araşdırılması zamanı insanların pozulmuş əmək hüquqlarının bərpası məqsədilə konkret addımlar atılıb, müxtəlif tədbirlər görülüb. Müvəkkil ilə Dövlət Əmək Müfəttişliyi arasında davam etməkdə olan səmərəli əməkdaşlıq çərçivəsində müraciətlərin araşdırılması prosesində əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə münasibətdə ciddi tədbirlər görülüb.

Bir sıra hallarda işəgötürənlər inzibati məsuliyyətə cəlb olunb, barələrində inzibati protokol tərtib edilibya cərimə tətbiq edilib. Müvəkkilin səyləri nəticəsində bir sıra hallarda işdən azad edilmiş şəxslərin işə bərpası təmin olunub. Məlumatlara əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötən il həyata keçirdiyi dövlət nəzarəti tədbirləri nəticəsində işəgötürənlər tərəfindən 20417 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilib, ümumilikdə 1 915 347 manat cərimə tətbiq edilib.

Dövlət büdcəsinin xərclər bölümünün tərtibi zamanı sosial müdafiəyə ehtiyacı olan qruplara xüsusi diqqət göstərilmişdir və əhalinin bu təbəqələrinə aid insanların, o cümlədən aztəminatlı ailələrin, pensiyaçıların, əlillərin, məcburi köçkünlərin sosial müdafiəsinə ayrılan məbləğ ildən-ilə artırılmaqdadır. Sosial təminata ehtiyacı olan əhali qruplarının vəziyyətinin araşdırılması və qanunvericilikdə bununla bağlı dəyişikliklər aparılması zəruri olmaqla belə, həm də davamlı prosesdir. Əhalinin, xüsusilə də qayğıya daha çox ehtiyacı olan aztəminatlı qrupların rifah halının yüksəldilməsi yönümündə davam etdirilən tədbirlər özünü müsbət istiqamətdə göstərməkdədir. Müvəkkilin bu istiqamətdə irəli sürdüyü təkliflər də getdikcə həllini tapmaqdadır.

Müvəkkil Nazirlər Kabinetinin 2009-cu il 30 aprel tarixli, 74 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi»nə yenidən baxılması, real ehtiyaclar nəzərə alınaraq, həmin tərkibdə öz əksini tapmış ərzaq məhsullarının, qeyri-ərzaq mallarının və xidmətlərin siyahısına, habelə istehlakın həcminə müvafiq əlavələr edilməsi təklifi də öz həllini tapıb. Nəzərdə tutulmuş birdəfəlik müavinətlərin ödənilməsi hallarının geniş qrupu əhatə etmədiyini və zəruri hallarda ödənilməsini nəzərə alaraq, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün ödənilən müavinətin, uşağın anadan olmasına görə müavinətin və dəfn üçün müavinətin artırılması üzrə vəsaitin nəzərdə tutulması zəruridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən internat məktəblərini bitirən, 360 kimsəsiz uşağı əhatə edən sosial evlər tikilməkdədir ki, bununla da Müvəkkilin əvvəlki illik məruzələrində internat tipli müəssisələrdə tərbiyə alan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olub, müvafiq yaş həddinə çatdıqda oranı tərk edən uşaqların təhsilinin davam etdirilməsi, yaşayış və yeri ilə təmin edilməsi üzrə təklifi öz həllini tapıb.

Sosial təminat hüququ ilə bağlı ötən il 1108 müraciət daxil olub. Müraciətlərin təhlili prosesində əhalinin sosial təminat hüququnun daha səmərəli müdafiəsinə yönəlmiş hallara xüsusi diqqət yetirilib. Pensiyanın təyin edilməsi zamanı və ya yenidən hesablanması hallarında müəyyən edilmiş məbləğdən narazı qalmış vətəndaşların müraciətləri üzrə araşdırmalar aparılıb və həllini tapıb.

“Əmək pensiyaları haqqında” qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmişya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olanya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) bu qanunla müəyyən edilmiş ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var.

Ünvanlı dövlət sosial yardımı almaq hüququnun təmin edilməsi ilə bağlı qəbul edilmiş qanunvericilik aktlarının tətbiqi prosesində aşkar edilmiş çatışmazlıqlar və hüquqi boşluqlar, habelə insanların sosial təminat hüququnun əməli təmin edilməsinə maneə yaratmış hallar nəzərə alınmaqla, vətəndaşların hüquqları və qanuni maraqları əsas götürülməklə təkmilləşdirilməkdədir. Həmin yardımın alınması üçün müəyyən edilmiş sənədlərin aidiyyəti quruma təqdim edilməsi, o cümlədən müraciət edən vətəndaşdan birbaşa sənəd tələb olunması prosedurunun aradan qaldırılması üzrə işlər aparılır.

Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi ilə bağlı Müvəkkilin ünvanına 464 müraciət daxil olub. Təhlillər göstərir ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə əlaqədar çətinlik və süründürməçilik halları ötən illərə nisbətən azalıb.

Müvəkkil ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı daxil olan hər bir müraciət üzrə araşdırma aparıb, bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olub.

Əhalinin sağlamlığının qorunması istiqamətində ötən ilbir sıra mühüm işlər görülüb, o cümlədən müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar, tibb məntəqələri inşa edilib, bütövlükdə tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ötən il sağlamlığın qorunması hüququ ilə bağlı 528 müraciət daxil olub. Bu müraciətlərdə əhalinin sağlamlıq durumu ilə bağlı öz əksini tapmış məsələlər üzrə aparılmış araşdırmalar nəticəsində pozulmuş hüquqların bərpasına nail olunub.

Təhlillər göstərib ki, müraciət edənlər əsas etibarilə aztəminatlı ailələrdən olan vətəndaşlardır. Belə ki, müraciətlərdə bir qayda olaraq, müalicə və müayinənin dövlət hesabına həyata keçirilməsi, dərman preparatlarının verilməsi kimi məsələlər əksini tapsa da, sağlamlıq hüququnun qorunmasının digər aspektləri ilə bağlı problemlər də olub.

Ailəsinin maddi imkansızlığını nəzərə alaraq, dövlət hesabına müayinə və müalicə olunmasında köməklik göstərilməsinə dair ərizələrlə bağlı Səhiyyə Nazirliyinə ünvanlanmış müraciətlərdən sonra həmin xəstələrin müayinə və müalicəsinin həyata keçirilməsi, həmçinin dərman preparatları ilə təmin edilməsi məqsədilə aidiyyəti səhiyyə müəssisələrinə, o cümlədən mərkəzi şəhər və rayon xəstəxanalarına müvafiq tapşırıqlar verilib.

İxtisaslaşmış tibbi yardıma ehtiyacı olan vətəndaşlarla bağlı Müvəkkilin Səhiyyə Nazirliyinə aidiyyəti üzrə müraciətlərindən sonra bir çox vətəndaşların yüksək səviyyədə müvafiq tibbi yardımla təmin edilməsi, habelə müayinə və müalicəsinin təşkili məqsədilə ixtisaslaşmış klinikalara, o cümlədən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə, Elmi-Tədqiqat TravmatologiyaOrtopediya İnstitutuna, Milli Onkologiya Mərkəzinə və digər müəssisələrə göndəriliblər.

Dövlət hesabına respublikadan kənarda müayinə və müalicənin həyata keçirilməsində köməklik məqsədilə Səhiyyə Nazirliyinə müraciətlər edilib, müalicə ilə bağlı müvafiq rəy verilməsinə dair nazirliyin nəzdində fəaliyyət göstərən «Vətəndaşların Respublikadankənar Müalicəyə Göndərilməsi məsələləri üzrə Komissiya»ya göstəriş verilib.

Ölkəmizdə dünyaya övlad gətirən qadınlar arasında təbii doğuşların sayının getdikcə azalması, doğuş zamanı və sonra anauşaq ölümləri, gələcək uşağın arzuolunmayan cinsinə görə hamiləliyin süni dayandırılması halları ciddi narahatlıq doğurmaqdadır. Araşdırmalar göstərir ki, adətən həkimlər anayeni doğulanların ölüm hallarına görə demək olar ki, məsuliyyətdən kənarda qalır, törətdikləri əmələ uyğun cəzalandırılmırlar. Belə faciələrə yol vermiş həkimlərə verilən istənilən inzibati cəza problemə səthi yanaşma olmaqla yanaşı, onun ciddi həllinə imkan vermir.

Odur ki, ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, təhlükəsiz analığın təmin edilməsi, sağlam, istənilən saydaara verməklə arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, anauşaqlar arasında ölüm, habelə dölün arzuolunmayan cinsinə görə hamiləliyin süni dayandırılması hallarının qarşısının alınması məqsədilə anauşaq ölümlərinin səbəblərinin təhlil edilməsi, qeysəriyyə əməliyyatının tibbi əsaslarına əməl edilməsinin birgə monitorinqinin aparılması, nəticələrinin təhlil edilməsi və müvafiq tədbirlər görülməsi Səhiyyə Nazirliyinə təklif edilib.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 8 dekabr.- S13.