“Orta məktəblərdə elə bir iş qurulmaldır ki, şagirdlər məktəbi bitirəndə gürcü dilini təmiz bilsinlə”

 

Əli Babayev: “Ancaq bununla yanaşı ana dilimiz, Azərbaycan dili də yaşamalı və inkişaf etməlidir”

 

Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Gürcüstana səfər etdi. Orada Azərbaycan icması ilə də görüşdü və onların problemlərini dinlədi. Bu addım Gürcüstan azərbaycanlılarında onların problemlərinin həll olunacağı ilə bağlı böyük ümid yaratdı. Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri Əli Babayev qəzetimizə müsahiəsində bu və digər məsələlərdən danışdı…

-Azərbaycan prezidentinin Gürcüstana gəlməsi bizim üçün xoş bir haldır. Gürcüstanla Azərbaycan strateji partnyor dövlətlərdir. Gürcüstan Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Gürcüstana o qədər gərəklidir. Ona görə də Azərbaycan prezidentinin ora gəlməsi Gürcüstanla Azərbaycan münasibələrində olan hansısa boşluqların aradan qaldırılmasına hesablanmış addım idi. Bizim üçün bu səfər həm də onunla əlamətdar idi ki, Azərbaycan dövlət başçısının proqramında, eyni zamanda Gürücstandakı Azərbaycan icması ilə ğörüş yer almışdı. Görüş Marneuli rayonunda oldu. Bilirsiniz ki, Marneuli Borçalıda azərbaycanlıların ən çox yaşadığı rayondur . Bu rayonun 130 minə yaxın əhalisi var.

-Həmin görüşdə siz də işştirak edirdinizmi?

- Biz, bilmirik ki, prezidentlə görüşə ora çağırılan adamları kim müəyyən etmişdi. Əlbəttə bizim də cənab prezidentdən xahişimiz vardı. Ancaq biz cənap prezidentin Gürcüstan azərbaycanlılarına dayaq olduğunun şahidi olduq. Bilirik ki, Gürüstan hökuməti ilə yanaşı Azərbaycan dövləti də bizim problemlərimizin həllini diqqətdə saxlayır və həll edilməsinə çalışır.

-Hazırda Gürcüstan azərbaycanlılarını daha çox narahat edən problem hansıdır?

-Əlbəttə ki Gürcüstan azərbaycanlılarının problemləri çoxdur. Bizim hazırda həll olunması zəruri olan problemlərimiz var. Onlardan ilk yerdə təhsil dayanır. Gürcüstanda bu istiqamətdə fikirlər parçalanır. Bəziləri deyir ki, Azərbaycan məktəbləri ləğv olunsun, yalnız gürcü dilində təhsil olsun. Amma biz, hesab edirik ki, Azərbaycan dilində məktəblər mütləq olmalıdır və bu sahədə olan problemlər aradan qaldırılmaldır. Əlbəttə gürcü dili dövlət dilidir. Ona görə də biz, bu dili bilməliyik. Orta məktəblərdə elə bir iş qurulmaldır ki, şagirdlər məktəbi bitirəndə gürcü dilini təmiz bilsinlər. Ancaq bununla yanaşı ana dilimiz Azərbaycan dili də yaşamalı və inkişaf etməlidir. Təklif edirik ki, hər il Gürcüstanda orta məktəbi bitirən 30-40 azərbaycanlı Azərbaycanda ali məktəblərdə Azərbaycan dili və ədəbiyyatı iixtisasına yiyələnsin. Bir şərtlə ki, onlar yenidən Gürcüstana qaytarılsınlar. Bu gün bu, çox vacib məsələdir. Hazırda Gürcüstanda Azərbaycan dili ixtisası üzrə dərs deyən orta məktəm müəllimlərinin ən cavanının yaşı 60-dan yuxarıdır. Hansı ki, həmin müəllimlər indi də sovet metodikası ilə dərs keçirlər. Ona görə də bu sahədə ciddi problemimiz var. Elə sizin qəzet vasitəsilə cənab prezidentdən xahiş edirəm ki, bu istiqamətdə olan problemlərimizin həll olunmasında bizə yardım etsin. İldə 30-40 azərbaycanlını Azərbaycan öz himayəsinə götürüb oxutsa, bu, bizə böyük dəstək olar. Onlar da gələcəldə Azərbacan dili ilə yanaşı onun mədəniyyətinin inkişaf etməsində önəmli rol oynayacaqlar. Əgər bu təklifimiz həyata keçərsə 10 il ərzində Gürcüstanda azərbacanlıların bu problemi aradan qaldırılacaq. Bundan başqa Azərbaycan və Gürcüstan Təhsil Nazirliyi birgə Azərbaycan-Gürcü Pedoqoji Universiteti aça biərlər. Düzdür, bunun reallaşması hələ xəyal olaraq qalır, amma gələcəkdə mümkün ola bilər. Vaxtilə belə bir universitet var idi, amma sonradan ləğv etdilər.

-Gürcüstanda olan dini problemlər aradan qaldırılıbmı?

-Prezidentin Gürcüstan rəhbərliyi və dövlət rəsmiləri ilə yanaşı, din xadimləri ilə də görüşməsi çox önəmlidir. Bundan sonra gürcü keşişlər də açıqlama verərək İslamın sülh dini olduğunu bildirdilər. Hesab edirəm ki, Gürcüstanda dini sahədə olan problemlər aradan qalxacaq.

-Dünyada baş verən arzulunmaz durum bölgəmizi də təhdid edir. Xüsusən islam adı altında terror aktları həyata keçirilir ki, bu da müəyyən mənada müsəlmanları gözdən salır. Gürücstan da bir xristian ölkəsidir…

- Terroru islamla bağlamağa cəhd edirlər. İraqda, Suriyada nələrin baş verməsi hamımıza bəllidir. Milyonlarla uşaqlar, qadınlar, yaşlı və gənc insanlar həyatlarını itiriblər. Bunu İslamla bağlamaq müsəlman olaraq bizim üçün çox mənfi haldır. Hətta Avropanın mərkəzində də İslam adına terror törədildi və bu terror hazırda bütün bölgəni, eyni zamanda, bizim ölkələrimizi də təhdid etməkdədir.

Bilirsiniz ki, dini sahədə arzuolunmaz durum Gürcüstanda da vardı. Gürcüstanda təhlükəli vəziyyət yaradaraq, dini etnik qarşıdurma yaratmaq istəyirdilər. Azərbaycanlılar yaşayan bölgdən də həmin prosesdə insanların iştirak etdiyi bildirilirdi. Biz mətbuat konfransları keçirtdik, Gürcüstan televiziyalarında, mediasında öz sözümüzü deyərək, əslində vəiyyətin nə yerdə olduğunu izah etdik. Gürcüstanda yaşayan azərbaycanlılar heç bir zaman terrorizmə və separatizmə yaxın olmayıblar. Biz həmişə Gürcüstanın ərazi bütövlüyünün tərəfdarı olmuşuq. Çalışırıq ki, Gürcüstanda həmişə sabitlik olsun.

Bizimlə yanaşı yeni şeyximiz də bu istiqamətdə fəal iş apardı və mediada çıxışlar edərək əsil həqiqətin nədən ibarət olduğunu xalqa çatdırdı. Onlar da bildirdilər ki İslam terror dini deyil.

-Bəzi məlumatlara görə, Nardaran hadisələrində Gürcüstandan gələn şəxslər də iştirak ediblər. Bu nə qədər həqiqətə yaxındır?

-Bu məlumat həqiqətə uyğun deyil. Şəxsən məndə Gürcüstandan kiminsə Nardaran hadisələrində iştirakı ilə bağlı məlumat ytoxdur.

-Gürücstan hakimiyyətinin ümumiyyətlə, orada dini sahəyə yanaşması necədir, bu istiqamətdə addımlar atılırmı?

-Gürcüstanın hazırki hakimiyyəti demoktratik proseslərin inkişafında maraqlıdır və bu istiqamətdə konkret addımlar atılır. Saakaşvilinin 2010-cu ildə əsas məqsədi o idi ki, Gürcüstanda İslam dinini parçalasın. Buna da müəyyən mənada nail oldular. Qeyri Hökümət Təşkilatı yaratdılar və şeyx seçdilər. Bununla da Gürcüstan Qafqaz Müsəlmanları İdarəsinin tabeliyindən çıxdı. Bu proseslər müxtəlif parçalanmalarla müşahidə olundu. Əhli-Beyt adı altında İrana və əhli sünnə adı ilə isə radikalizmə meyllilik müşahidə etdik. Burada kürdlər də müəyyən aktivlik nümayiş etdirdilər. Digər tərəfədən də vəhhabizm istiqaməti güclənmişdi və bunların hamısı bir-birinə qarşı idi. Yeni iqtidarın zamanında bu problemlər yavaş-yavaş aradan qaldırıldı. Azərbaycanda olduğu kimi, Gürcüsttanda da dini qurum yarandı.

Ekspertlər ciddi xəbərdarlıq etdilər və bildirdilər ki, Gürcüstanda terror qrupları yaranıb. Yaranan qruplar da müxtəlif fondlardan maliyyələşirdilər. Əlbəttə ki, bu bizi narahat etməyə bilməzdi. Bilirdik ki, müəyyən insanlar Suriyaya gedib terror quruplarına qoşularaq mübarizə aparırdılar. Eləcə də Acarıstandan da ora qoşulanlar var idi. Eyni zamanda, xristian gürcülər də gedib orada pul qarşılığında döyüşürdülər. Əlbəttə ki, bunula bağlı gürcü ictimaiyyətinə geniş məlumat vermişik. Ona görə də bu gün Gürcüstanda bu problem yoxdur.

-Rusiya ilə Türkiyə arasında olan gərginlik bölgımizi də təhdid edir. Gürcüstanın Rusiya ilə problemləri var və eyni zamanda, Türkiyə ilə strateji müttəfiqdir…

-Hazırda bizi daha çox narahat edən Türkiyə il Rusiya arasında yaranmış və davam edən gərginlikdir. Bu da təbii ki, böyük dövlətlər arasında gedən geopolitik savaşın nəticəsidir. Əlbəttə ki, Gürcüstan azərbaycanlıları olaraq biz, Türkiyənin mövqeyini dəstəkləyirik. Bu bizim türk milləti olaraq qardaşlıq borcumuzdur. Bilirik ki, bu prosesdə nə Rusiya, nə də Türkiyə udacaq. Rusiya ilə Türkiyə arasında 44 milyard dollar həcmində ticarət dövriyyəsi var. Bu gərginlik təbii ki, Türkiyəyə zərər verəcək. Eyni zamanda, Rusiya da ziyan çəkəcək. Bilrisiniz ki, Türkiyə qaza olan tələbatının 70 fazini Rusiyadan alır. Bundan başqa, turizm, inşaat sektoru və digər sahələrdə qarşılıqlı yatırımlar var. Təbii ki, iki ölkə arasında olan gərginlik bizi də narahat edir. Ona görə də biz istəyirik ki, iki ölkə arasındakı münasibətlər normallaşsın, bu bölgə üçün də yaxşı olar. İki ölkənin xarici işlər nazirləri kimi prezidentlərinin də görüşməsinə zərurət var.

-Gürcüstan Avropaya inteqrasiya yolunu tutub. Amma son proseslər onu göstərir ki, bu elə də asan olmayacaq…

-Əlbəttə, Gürcüstan hakimiyyətinin xarici siyasəti Avropaya inteqrasiya, NATO-ya üzvlük məsələsidir. Təbii ki, bu da uzun prosesdir. Buna nail olmaq da çox çətindir. Biz hesab edirdik ki, Avropa ilə münasibətlər daha da yaxınlaşacaq, Gürcüstan vətəndaşları vizasız Avropa ölkələrinə gedəcəklər. Amma son proseslər vəziyyəti qəlizləşdirdi. Qaçqınların Avropaya axını problem yatatdı. Ona görə də hesab edirəm ki, bu sahədə olan proseslər ləngiyəcək.

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 8 dekabr.- S9.