Söhrab Abdullahın “Gecikmiş
görüş”ü
Onun şeirlərində insanın məhəbbəti,
həyatı, Vətənə,
torpağa sevgisi, lirik-fəlsəfi duyğusu
və düşüncələri
əks olunub
Abdullayev Söhrab İsa oğlu Qazax rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Orta məktəbi
Muğanlıda bitirib.
D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunu, Qərb
Universitetinin Uluslararası
iqtisadiyyat və siyasət fakültəsini
bitirib. İqtisadçı-politoloqdur. Siyasi fəaliyyətə 1987-ci ildən başlayıb.
Əvvəlcə Orta Asiya Türk Cümhuriyyətləri
ilə əlaqələrin
qurulmasında iştirak
edib. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə qoşulub. 1992-ci ildən AXC İcraiyyə
Komitəsinin üzvü,
AXC sədr aparatının
işlər müdiri
vəzifəsində çalışıb.
BAXCP-nin yaradılmasında
təşkilat komitəsinin
həmsədri olub. Hazirda BAXCP-nin
bBaş katibidir.
AXC hakimiyyəti dövründə Bakı
şəhər İcra
Hakimiyyəti başçısının
müavini vəzifəsində
işləyib. Onlarla aktual
məqalələri Azərbaycan
və Türkiyə mətbuatında dərc olunub. Ailəlidir, iki oğlu,
iki qızı var.
Bu il yaradıcılıq
sarıdan Söhrab
Abdullah üçün uğurlu
olub. Belə ki, “Gecikmiş
görüş” adlı
kitabı (Bakı, “Yazıçı” nəşriyyatı,
2015, 200 səh.) oxuculara
təqdim olunub.
Nəşriyyatın direktoru Şəmsi Vəfadar, redaktoru prof. Məhərrəm Qasımlıdır.
Kitaba yalnız
lirik şeirləri daxil edilib. Bu şeirlərdə insanın
məhəbbəti, həyatı,
Vətənə, torpağa
sevgisi, lirik-fəlsəfi
duyğusu və düşüncələri əks
olunub.
Zeliha Abdulah kitaba ön söz yazıb: “Söhrab bəy gerçək sevgi və dostluq
adamıdır. O, həyatını
sevdiklərinə və
Vətəninə həsr
edib. Şairlik yönündən kitabı
bir az
gec çıxsa da, həyatı boyu duyğularını şeirlə ifadə edib. Söhrab bəy şeirlərində
öz həyat fəlsəfəsini, yəni
sevgisini yazıb.
Həyatda o, heç nəyi
asanlıqla əldə
etməyib. Kiçik yaşında
atasını itirib.
Anasının çəkdiyi əziyyətli
həyatı həmişə
gözünün önündə
tutub. Həyatı boyunca heç
zaman həyatdan və sevgidən ümidini üzməyib”.
O, Söhrab bəyin şeirlərindəki sevgi
çağırışına diqqət çəkir:
Yolunu gözləyir könlümün
gözü,
Nə olar, sevgilim, bir dolan
da gəl.
Bitməyir sinəmin söhbəti-sözü,
Mənim könlüm kimi yaralan da gəl.
Yaxud da:
Çağırsan sel kimi axıb gələrəm,
Bəndi-bərələri yıxıb gələrəm.
Məzarda da olsam çıxıb gələrəm,
Canımı verərəm qolların üstə.
***
Söhrab Abdullahı təbrik edir, bir neçə
şeirini oxuculara təqdim edirik.
Sevda yolunda
Bilməm bu sevdanın harasındayam?
Bir qərib
dünyanın dizinə
düşdüm.
Tülək tərlan uçdu,
qarasındayam,
Bir karan itirdim, izinə düşdüm.
Xəyalım yollarda, könül
intizar,
Hər keçən
dəqiqəm mənə
dərd yazar.
Nəşəm uçdu, hökm
oxudu ahu-zar,
Yanan ocağının
közünə düşdüm.
Zümrüd gözlüm, gülüşünü
özlədim,
Əfkarlıydım, deyəmmədim, gizlədim.
Ayrılıqdan için-için ağladım,
Həsrət girdabının gözünə
düşdüm.
Qovuşarıq deyə xəyal
da qurdum,
Bir dərviş misalı
arayıb durdum.
Dağlarda dolaşdım, çiçəkdən
sordum,
Çöllərinə düşdüm, dizinə
düşdüm.
Vüsalına qovuşsaydım nə
dərdim,
Gül bağçandan
nə qoxladın, nə dərdim?
Ölüm gəlsə mən
könüllü gedərdim,
Bəlkə o dünyada yazına düşdüm.
Söhrab
der ki, sənsiz
hər yan ayazdı,
Mən ümmanam,
axar sular dayazdı.
Fələk bu sevdayı alnıma yazdı,
Sərrafdım, sözbazın sözünə
düşdüm.
***
Dəyməz
Sən dərdlə yüklənib
qəlbimə dəymə,
Bu dünya gözünün
yaşına dəyməz.
Danış, gül, şux
yeri, başını
əymə,
Sərvilər nazlanar, qəddini əyməz.
Bu dünya fitnəylə, fəsadla dolu,
Tanrıdır sınayan, göstərən
yolu.
Bu fani dünyanın dövləti, malı,
Sənin bir incəcik telinə dəyməz.
Dərd
gəlib gedəndir, sonu bilinməz,
Dərdliyə acınar, ancaq gülünməz.
Segisiz gözlərin yaşı
silinməz,
Söhrab bu yoldadı, başqa yol bilməz.
***
Bu sevda
Bu sevda yandırıb-yaxır,
Yenə ondan bezəmmirəm.
Gözlərim yollara baxır,
Sənsizliyə dözəmmirəm.
Qoy dərdlərim sıralansın,
Sınıq könlüm paralansın.
Varsın
ürək yaralansın,
Artıq sənsiz gəzəmmirəm.
Nədir bu ala-toranlıq?
Bu işin sonu qaranlıq.
Sular axır boz-bulanıq,
Süzgəcim yox, süzəmmirəm.
Dərd
yetişdi soldan-sağdan,
Qar sorağı
uca dağdan.
Bu nə bağdır, bu nə bağban,
Güllərimi üzəmmirəm.
Çağırıram, səsim çatmaz,
Sulanmasa, çiçək tutmaz.
Hey vurnuxur, yuxu tutmaz,
Gileyim çox,
yazammıram.
Söhrabın uğur böcəyi,
Sən güllərin ən göyçəyi,
Dərib
dağdan tər çiçəyi,
Saçlarına düzəmmirəm.
Xalq Cəbhəsi.- 2015.- 23 dekabr.-
S14