Həqiqət duyğusu Güney Azərbaycan şairlərinin ən gözəl cəhətlərindəndir

 

 

Güney şairlərinin yaradıcılığı vətəndaşlıq duyğuları ilə estetik zövqün birliyinə nümunədir

 

I yazı

 

 

Bugünkü gələcək nəsillərin yüksək mənəvi dəyərlərlə zənginləşdirilməsində böyük rola malik olan dahi sənətkar Şəhriyarın yaradıcılığının dərindən öyrənilməsi, tədqiq tədris edilməsi sənət elm xadimlərimizin müqəddəs borcudur. Şəhriyarın bir böyüklüyü ondadır ki, o, yaradıcılığına fars dilində qəzəllərlə başlasa da, öz doğma dili olan Azərbaycan dilini daha üstün tutduğu üçün Azərbaycan dilində yaratdığı əsərlər fars dilində yazdığı əsərlərdən hər cəhətdən qat-qat üstündür. Şəhriyar bütün türk dilləri içində rəvanlığı, obrazlığı, eyni zamanda zənginliyi ilə fərqlənən Azərbaycan dilinin bütün incəliklərindən olduqca ustalıqla məharətlə istifadə edib, böyük-böyük fikirləri kiçik misralara olduqca peşəkarcasına yerləşdirib, məntiqli, obrazlı ifadələrlə, canlı lövhələrlə hər bir misrası aforizm kimi səslənən nəhəng əsərlər yaradıb. Çağdaş Azərbaycan şairləri¬nin üslub, forma, janr, dil, bədii ifadə sənətkarlıq cəhətdən novator kimi çıxış etmələrində əhəmiyyəti olduqca böyükdür. Onlar ilk yaradıcılıq addımlarını atarkən bütün klassiklərimizlə yanası Şəhriyar məktəbi görüblər. Bu da onların bədii zövqlərini formalaşdırıb, sözü incədən-incəyə duymaq, fikri parlaq ay¬dın ifadə etmək qabiliyyətini tərbiyə edib. Güney Azərbay¬can şairlərinin yaradıcılığı mündəricə ilə formanın, bədii metodla düyğugörüşünün, vətəndaşlıq duyğuları ilə estetik zövqün vəhdə¬tinə nümunə ola biləcək bitkin bir yaradıcılıqdır. Onların istedad¬la¬rının həyati tərbiyələrinin xüsusiyyətləri ilə zəmanənin tələbləri, xalqın zəruri ehtiyacları öz əksini tapıb. Həqiqət duyğusu Güney Azərbaycan şairlərinin ən gözəl cəhətlərindən biridir.

Onlar gördüklərini yazır, gündəlik həyatın hadisələrini qələmə alırlar. Lakin bu hadisələr onların qələmindən çıxanda çox mükəmməl bir şəkil alır. Onların şeirlərini təhlil edərkən qəmli Arazın göz yaşlarıyla, füsünkar Təbrizin əsrarən¬giz təbiəti gözəlliyi ilə yanaşı, Güney Azərbaycan tarixinin maraqlı,qaynar bir dövründə xalq həyatının tam, bütöv bir mənzərəsi canlanır. Orada bütün ictimai təbəqələrin həyatını, yaşayış tərzini, düşüncəsini, insanların zəmanə ilə əlaqəsini görürük. Azərbaycan şairlərinin şeirə, sənətə münasibəti həmişə ideal dərəcədə təmiz yüksək olub. Çağdaş Güney Azərbaycan şairləri sələflərinin bu yolunu ləyaqətlə davam etdirərək, Vətənini xalqını böyük məhəbbətlə sevərək, onların tərəqqisi, azadlığı xoşbəxtliyi üçün çalışaraq dayanmadan fəaliyyət göstərirlər. Zəmanə ilə mənəvi bağlılıq, xalqın həyatını, müba¬rizəsini, ideallarını əks etmək sənətdə yalnız sosioloji problem deyil, həm estetik problemdir. Zəmanəni göstərən, həqiqəti qabaqcıl fikirləri əks edən əsərlər o zaman yaşayır ki, onlar obrazlı təfəkkürün məhsulu olsunlar.

Çağdaş Güney Azərbaycan poeziyası müxtəlif nəsillərə mən¬sub şairlərin birgə fəaliyyətinin bəhrəsidir. Zəncan şəhərində dünyaya göz açsa da, ömrünün ahıl çağlarını uzaq Amerikada Los-Anjelos şəhərində keçirən Azadə xanımın poeziyası bunu deməyə bizə haqq verir:

 

Azərbaycan ölkələrin gözəli,

Uzaq düşən mənim kimi sozalı

Qəm yemə, işlər hamı düzəli,

Bir dənəsən, əziz Azərbaycanım,

Daşına, torpağına qurban bu canım.

 

Azadə xanımın şeirlərindən aldığımız təəssürat poeziyamızın bu ya digər poetik axarına, üslub fərdi müxtəlifliyini səciyyələndirmək baxımdan diqqətə layiqdir. Azadə xanım kimi şairlərin xalq, vətən, torpaq qarşısında borcunu, vəzifələrini layiqincə yerinə yetirmələri təqdirə layiqdir. Belə şeirlər heç vaxt köhnəlmir, kəsərini itirmir, həmişə müasir olaraq qalır...

Çağdaş Azərbaycan şairlərinin gözəl xüsusiyyətlərindən biri onların sadə, təmiz, ifadəli, bədii dildə yazdıqları əsərləri ilə Azərbaycan ədəbiyyatına göstərdikləri böyük bir xidmətdir. Şübhəsiz ki, onlar yaratdıqları əsərlərin bədii dili, gözəlliyi, sadəliyi mənalılığına görə doğma Azərbaycan dilinə onun geniş imkanları daxilində yaranmış xalq mənbələrinə minnətdardırlar. Azərbaycan dilini milli təfəkkür formasına çevirməkDədə Qorquddastanında, Nəsiminin, Fizulinin, Xətayinin incilərində uzun əsrlər boyu davam edən prosesi davam etdirmək onların müqəddəs vəzifəsinə çevrilib. Çağdaş Güneyli şairlər qırılmaz tellərlə xalq mənbələrinə bağlıdırlar, onların əsərləri canlı xalq dilinin xalq ədəbiyyatının çeşmələrindən su içir, xalqın hər bir insanının böyük həyat eşqini, incə duyğularını, vətənpərvərlik hisslərini yüksək məhəbbətini əlvan boyalarla əks etdirən bu poeziya əsasən bütün Azərbaycanı birləşdirmək meylləri ilə bağlıdır. Onların şeirlərində müqəddəs hisslər, mütərəqqi fikirlər, Vahid Vətən arzuları yüksək bədii formada meydana çıxdığı üçün bu poeziya daima yaşayacaq öz bədii qüvvəsini heç zaman itirməyəcək...

 

 

 

Vüqar Əhməd

Professor

Xalq Cəbhəsi.- 2015.- 234 dekabr.- S14