Tehranda İran-Azərbaycan biznes forumu keçirilib
İranla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri
müzakirə edilir
Dekabrın 21-də Tehranda iqtisadiyyat
və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və
iş adamlarından ibarət nümayəndə
heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) və İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının
təşkilatçılığı ilə İran - Azərbaycan biznes forumu keçirilmişdir.
Tədbirdə hər
iki tərəfdən
rəsmi şəxslərlə
yanaşı, sənaye,
kənd təsərrüfatı,
tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət
göstərən 350-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən
iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək
səviyyədədir və
əməkdaşlığımız iqtisadiyyatın müxtəlif
sahələrində uğurla
davam edir. Azərbaycan-İran
iqtisadi əlaqələrinin
genişlənməsi baxımından
işgüzar dairələr
arasında əməkdaşlığın
vacibliyini vurğulayan
nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin
tərkibində müxtəlif
sahələrdə fəaliyyət
göstərən 50-dən çox iş adamının təmsil olunduğunu diqqətə
çatdırmışdır. Yeni əməkdaşlığın
qurulması baxımdan
biznes forum, işgüzar
görüş və
sərgilərin əhəmiyyətini
qeyd edən nazir Şahin Mustafayev Tehranda keçirilən biznes forumun iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli
ticarət əlaqələrinin
genişlənməsinə töhfə verəcəyini
bildirmişdir. İran yüklərinin
Azərbaycan üzərindən
digər ölkələrə
daşınması üçün
ölkəmizin geniş
tranzit imkanlarına malik olduğunu diqqətə çatdıran
nazir Şahin Mustafayev hazırda Azərbaycan və İran dəmir yolu sistemlərinin birləşdirilməsi istiqamətində
işin aparıldığını
qeyd etmişdir. Bildirilmişdir ki, Şimal-Cənub
nəqliyyat dəhlizinin
təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər
ölkələrimiz arasında
iqtisadi-ticarət əlaqələrinin
inkişafında əhəmiyyətli
olacaqdır.
İran
İslam Respublikasının
rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi isə çıxışında
İranın Azərbaycanla
əlaqələrin inkişafında
maraqlı olduğunu,
ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın
genişləndirilməsi üçün
böyük potensialı
qeyd etmiş, iqtisadiyyatın müxtəlif
sahələrində, eləcə
də iş adamları arasında əlaqələrin inkişafına
dair fikirlərini bölüşmüş, İran
regionları ilə əlaqələrin genişləndirilməsi
və qarşılıqlı
investisiya qoyuluşu imkanlarını diqqətə
çatdırmışdır.
Tədbirdə İranın Ticarət,
Sənaye, Mədən
və Kənd Təsərrüfatı Palatasının
sədri Mohsen Calalpur iş adamları arasında əlaqələrin genişləndirilməsinə,
AZPROMO-nun rəhbəri Rüfət
Məmmədov Azərbaycanın
biznes mühiti və investisiya imkanlarına, "Sumqayıt
Kimya Sənaye Parkı" MMC-nin müdir müavini Zaur Məmmədov sənaye parkının fəaliyyətinə və
burada iş adamları üçün
yaradılmış əlverişli
imkanlara, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın
baş direktorunun müavini Samir Qasımov isə təmsil etdiyi şirkətin fəaliyyətinə
dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum çərçivəsində
Azərbaycanın "Akkord
Sənaye Tikinti İnvestisiya Korporasiyası"
və İranın
"Abad Rahan Pars İnternational"
şirkəti arasında
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Tədbir Azərbaycan
və İran iş adamları arasında əməkdaşlıq
imkanlarının müzakirə
olunduğu ikitərəfli
görüşlərlə başa çatmışdır.
İqtisadiyyat və sənaye
naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının
həmsədri Şahin
Mustafayev İran İslam Respublikasına səfəri çərçivəsində
bir sıra görüşlər keçirib.
İranın rabitə
və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının
həmsədri Mahmud Vaezi
ilə keçirilmiş
görüşdə ölkələrimiz
arasında iqtisadi əlaqələrin inkişafından
məmnunluq ifadə olunmuş, yeni inkişaf mərhələsinə
qədəm qoymuş
əlaqələrin genişlənməsi
üçün qısa
müddət ərzində
bir sıra işlərin görüldüyü
diqqətə çatdırılmışdır.
Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi Azərbaycan
və İran arasında iqtisadi, ticarət və turizm sahəsində əlaqələrinin genişlənməsinə
müsbət təsir
göstərəcək, ölkələrimiz
arasında yükdaşımalar
dəfələrlə artacaqdır.
Mahmud Vaezi İran
və Azərbaycan arasında iqtisadi, ticarət, elmi və mədəni sahələrdə əməkdaşlığın
əhəmiyyətli dərəcədə
inkişaf etdiyini qeyd etmiş, Şimal-Cənub nəqliyyat
dəhlizi ilə bağlı görülən
işlərin əlaqələrimizin
daha da inkişafında
əhəmiyyətini vurğulamışdır.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İranın iqtisadi məsələlər
və maliyyə naziri Əli Teyyibniya ilə görüşündə iqtisadi-ticarət,
maliyyə, bankçılıq,
sığorta, investisiya
qoyuluşu sahələrində
əməkdaşlığın genişləndirilməsi imkanları
müzakirə edilmişdir. Nazir Şahin
Mustafayev qeyd etmişdir ki, son dövrdə ölkələrimiz
arasında 50-ə yaxın
qarşılıqlı səfərin
həyata keçirilməsi,
biznes forumların təşkili əlaqələrimizin
yüksələn xətlə
inkişaf etməsinin
göstəricisidir. Vurğulanmışdır ki, Dövlət Komissiyasının 10-cu iclası
çərçivəsində Azərbaycan və İranın mərkəzi
bankları arasında
əlaqələrin genişləndirilməsinə
dair müzakirələr
də aparılmışdır.
Nazir Əli Teyyibniya Azərbaycan-İran
əlaqələrinin inkişafı
istiqamətində son zamanlar
görülən işlərin
müsbət nəticə
verəcəyinə əminliyini
vurğulamış, ticarət
əlaqələrinin inkişafı
baxımından nəqliyyat
sahəsində əməkdaşlığın
genişləndirilməsinin, Azərbaycan və İran arasında gömrük-keçid məntəqələrində
24 saatlıq iş rejiminin tətbiqinin vacibliyini qeyd etmişdir.
İranın nəqliyyat və
şəhərsalma naziri
Abbas Əhməd Axondi ilə keçirilmiş görüşdə
nazir Şahin Mustafayev ölkəmizdə
beynəlxalq səviyyəli
nəqliyyat infrastrukturunun
yaradılması sahəsində
əldə edilmiş
uğurlar, o cümlədən
Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub
nəqliyyat dəhlizinin
imkanları barədə
məlumat vermişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 7
dekabr 2015-ci il tarixli "Şimal-Cənub"
Beynəlxalq Nəqliyyat
Dəhlizinin Azərbaycan
Respublikasının ərazisindən
keçən hissəsində
işlərin sürətləndirilməsi
haqqında" Sərəncamı
Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə
əlaqələndirilməsi və bu sahədə
görülən işlərin
sürətləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan nümayəndə heyəti səfər
zamanı İranın birinci vitse-prezidenti İshaq Cahangiri tərəfindən qəbul edilmişdir. Görüşdə
İshaq Cahangiri
İranın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin
inkişafında maraqlı olduğunu qeyd etmiş, ölkəsinin
Azərbaycanla regional və beynəlxalq səviyyədə
terrorizmlə mübarizədə əməkdaşlıq etməyə
hazır olduğunu
vurğulamışdır. Nazir Şahin Mustafayev
dövlət başçılarının
qarşılıqlı səfərlərinin ölkələrimiz
arasında əlaqələrin inkişafında əhəmiyyətini
qeyd etmiş, Azərbaycanın
İranla əməkdaşlığın
daha da genişləndirilməsində
maraqlı olduğunu,
qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın müxtəlif
sahələrində əməkdaşlığın
inkişafı üçün
potensialı diqqətə çatdırmışdır.
Tərlan
Xalq Cəbhəsi.- 2015.- 23 dekabr.-
S12.