Dövlət və hüququn
qarşılıqlı əlaqəsi
(əvvəli ötən sayımızda)
Dünyəvi və tarixi təcrübə sübut edir
ki, ümumi davranış qaydasının ifadə
olunmasının başqa formaları da mövcuddur. Bir sıra
ölkələrdə (məsələn, Böyük Britaniya)
hüquq mənbələrinə yalnız normativ aktlar yox, həm
də hüquqi adətlər, məhkəmə və
hüquq presedentləri daxil edilir. Hüquqi
adəti (adət hüququ) belə anlamaq lazımdır ki, o,
dövlətdən asılı olmayaraq təşəkkül
tapmış və cəmiyyət üzvlərinin
şüurunda məcburi mahiyyət kəsb etmişdir. O
yerdə ki, qanun susur, orada adət hüququnun təsiri
başlayır.
Məsələn, inqilaba qədərki Rusiyanın
tarixinə nəzər salsaq görərik ki, qanunların
çatışmaması üzündən hakimlərin adət
hüququna müraciət etmək ixtiyarı olmuşdur (məsələn,
ticarət məsələləri ilə bağlı və
s.). Adət hüququ qanuna zidd olmamalıdır. Məhkəmə
presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret
iş üzrə məhkəmənin qəbul etdiyi qərarın
gələcəkdə oxşar işlərin həllində məhkəmədə
ümumi qayda ola biləcəyi qəbul edilsin.
Belə hallarda məhkəmə qərarları
mahiyyətcə hüquq normasına çevrilir və ona
ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük
Britaniyada geniş yayılıb. Bizim ölkədə məhkəmə
praktikasına, məhkəmə qərarlarına başqa
cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə
etmək olar: məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq
etməkdir. Bəzi ölkələrdə
hüquq mənbəyi kimi dini müddəalar və
baxışlar əsas götürülür. Məsələn,
müsəlman hüququ (fiqh) islam dininin tərkib
hissəsini təşkil edir. Müsəlman hüququnun əsasında
Allahın öz rəsulu və peyğəmbərlərin
axırıncısı olan Məhəmmədə müraciətlə
dediyi sözlərdən ibarət olan müqəddəs Quran
və Məhəmməd peyğəmbərin dedikləri və
hərəkətlərinə və s. aid olan ənənəvi
qaydaların toplusu olan sünnə durur.
Hüquq sistemi böyük tərkib hissələrinə
- hüquq sahələrinə bölünür. Bu
bölgünün əsasında ölkədə mövcud
olan ictimai münasibətlərin müxtəlifliyi dayanır
ki, bu da 9 hüquqi nizamlanmanın predmetini təşkil edir.
Hüquq sahələrini təşkil edən
hüquq normaları aralarındakı fərqlərə
baxmayaraq bir-birilə uzlaşır, sıx
qarşılıqlı əlaqədədirlər, vahid bir
sistem yaradırlar. İctimai münasibətlərin
müəyyən növü (hakimiyyət, idarəçilik,
əmlak, əmək və s.) nizamlanma predmetindən (ictimai
münasibətlərin xarakterindən) asılı olaraq
hüquq sahələrində qruplaşan müvafiq hüquq
normaları ilə tənzimlənir. Hüquq
sahəsi - cəmiyyət həyatının müəyyən
sahələrində mövcud olan və xaraktercə bir-birinə
yaxın, həmcins olan ictimai münasibətləri nizamlayan,
bir-birilə olan normaların məcmusudur. Beləliklə,
hüquq sahələrini hər şeydən əvvəl
öz nizamasalma predmetinə görə fərqləndirirlər.
Hər sahənin hüquqi nizamasalma predmetinin, yəni
ictimai münasibətlərin müəyyən
növünün özünəməxsusluğu var ki, bu da
öz növbəsində bu münasibətlərin hüquqi
xüsusiyyətlərini təyin edir. Ona
görə də hüququn sahələr üzrə
bölüşdürülməsi üçün hüquqi
nizamasalma metodu hüququn predmeti ilə yanaşı digər əsası
təşkil edir. Hüquqi nizamlanma metodu -
elə üsul və vasitələrin məcmusudur ki, bunların
vasitəsilə hüquq ictimai münasibətlərə təsir
edir. Məsələn, mülkiyyət əlaqələrinin
iştirakçıları - bu bir-birindən asılı
olmayan öz əmlaklarından sərbəst istifadə etməyə
malik olan şəxslərdir. Onlar
aralarındakı münasibətləri
razılaşdırmaq və müəyyənləşdirmək
imkanı əldə etmək üçün öz
aralarında müqavilə bağlayırlar. Onların arasındakı mübahisələrə
məhkəmələr baxır. Dövlət
idarəetmə sahəsində meydana gələn münasibətlər
başqa nizamasalma metodu tələb edir. Belə
ki, bu sahədə tərəflərin bərabərliyi yoxdur;
burada əlaqələr tabeçilik əsasında qurulur.
Hakimiyyət səlahiyyəti hüquq norması
vasitəsilə münasibət tərəflərindən
birinə şamil edilir. Beləliklə, əgər
hüquqi nizamasalma predmeti bu hüquq sahəsinin təsir etdiyi
ictimai münasibətlər sferasını aşkar etməyə
imkan verirsə, hüquq nizamasalma metodu təsiretmə, tənzimləmə
vasitəsi kimi çıxış edir ki, bu da həmçinin
(predmetlə yanaşı) bu hüquq sahəsini xarakterizə
edir.
Hüquq
sistemi özündə aşağıdakı əsas sahələri
birləşdirir: konstitusiya hüququ, inzibati hüquq, maliyyə
hüququ, aqrar hüququ, mülki hüquq, ailə hüququ, əmək
hüququ, cinayət hüququ, mülki-prosessual hüquq, cinayət-prosessual
hüquq və s. Hüquq sistemində aparıcı yeri
konstitusiya hüququ tutur. Bu onunla əlaqədardır
ki, konstitusiya hüquq normalarında elə ilkin
başlanğıclar təşəkkül tapır ki, onlar
başqa hüquq sahələrinin əsasını təşkil
edir. Azərbaycanın Konstitusiya hüquq
normalarının əksər hissəsi Azərbaycan
Respublikası Konstitusiyasında, habelə, digər
qanunvericilik aktlarında (məsələn, vətəndaşlıq
haqqında, yerli özünüidarələr haqqında və
s. qanunlarda) ifadə olunur. Konstitusiya
hüquq normaları konstitusiya quruluşunun əsaslarını,
insan və vətəndaşın hüquqi vəziyyətini,
dövlət hakimiyyəti və yerli özünüidarə
sistemini, Azərbaycanın dövlət quruluşunu, hüquq
və qanunvericilik sistemini və başqa məsələləri
təsbit edir. Konstitusiya hüququ ilə,
normaları icra hakimiyyəti sahəsində (hökumət,
nazirlik və idarə, idarəetmənin yerli orqanları) təşəkkül
tapan idarəçilik münasibətlərini nizamlayan inzibati
hüquq bir-birilə sıx əlaqə təşkil edir.
Maliyyə hüququ dövlətin maliyyə
prosesi və büdcə fəaliyyətində, bankların və
digər maliyyə idarələrinin fəaliyyətində
meydana gələn münasibətləri nizamlayır. Aqrar hüququ təşkil edən hüquq normalar
sistemi torpaqdan istifadə ilə bağlı münasibətləri
nizamlayır (torpaqdan səmərəli istifadə, torpaq
üzərində mülkiyyət hüququnun qorunması və
s.). Mülki hüquq - əmlak münasibətlərini,
bəzi şəxsi qeyri-əmlak münasibətlərini (məsələn,
ad hüququ, müəlliflik hüququ və s.) nizamlayan
hüquq sahəsidir. Onun mühüm hissəsini
mülkiyyət münasibətləri, vərəsəlik
münasibətləri və s. təşkil edir. Mülki hüquqla ailə hüququ da yaxın
hüquq sahələri hesab olunur. Hansı
ki, o da əmlak və qeyri-əmlak münasibətlərini
yalnız xüsusi sahədə - ailə-nikah münasibətləri
sahəsində tənzimləyir. Əmək hüququ əmək
münasibətlərinin meydana gəlməsi, dəyişməsi
və xitamı şərtlərini müəyyən edir,
iş vaxtını və istirahət vaxtının müddətini
təyin edir, əmək intizamı, əməyin mühafizəsi
məsələlərini və s. nizamlayır.
Cinayət hüquq normalarının köməyi ilə
dövlət hansı ictimai-təhlükəli əməlin
cinayət kimi tövsif olunduğu və bu əmələ
görə hansı cəzanın təyin olunmasını
müəyyən edir. Cinayət hüquq normaları cinayət məcəlləsində
konkretləşdirilmişdir. Yuxarıda
sadalanan bütün hüquq sahələri maddi hüququn sahələrini
özündə ifadə etdirməklə maddi hüquq sahələri
adlandırılır, bununla belə hüquq elmində
prosessual hüquq sahələri də ayrılır. Bunlara mülki prosessual hüquq və cinayət
prosessual hüququ aid etmək olar. Mülki prosessual
hüquq normaları məhkəmələrin mülki, ailə,
əmək, aqrar, maliyyə münasibətləri və s. sahələrdə
meydana gələn mübahisələrə baxması ilə əlaqədar
fəaliyyəti nizamlayır. Cinayət -
prosessual hüququ cinayət işlərinin təhqiqatı,
ibtidai istintaqı və onlara məhkəmədə
baxılması ilə əlaqədar hüquq-mühafizə,
istintaq, prokurorluq orqanlarının fəaliyyətini tənzimləyir.
Məlum olduğu kimi, insanlar bütün həyatı
boyu müxtəlif ictimai əlaqələrə daxil olurlar ki,
bunların da əksər hissəsini hüquq normaları ilə
tənzim edilən hüquq münasibətləri təşkil
edir. Ümumi davranış qaydalarından ibarət olan
ictimai münasibətlərin hüquq normaları vasitəsilə
həyata keçməsi, reallaşması nəticəsində
hüquq münasibətləri əmələ gəlir.
Hüquq normaları məhz hüquq münasibətlərinin
köməyi ilə realizə olunur. Hüquq
münasibətləri üçün onun
iştirakçılarının (subyektlərinin) subyektiv
hüquqları və vəzifələrinin olması
xarakterikdir. Hüquq normaları münasibət
iştirakçıları üçün
qarşılıqlı hüquq və vəzifələri
müəyyən edir. Ona görə də
hüquq münasibətlərinə şəxslər
arasında, onların qarşılıqlı hüquq və vəzifələrində
ifadə olunan hüquqi əlaqə kimi baxmaq olar. Qarşılıqlı hüquq və vəzifə
olmadan hüquq münasibətinin özü yoxdur. Məsələn,
hər bir tələbə ilə ali məktəb
arasında hüquq münasibəti vardır. Tələbənin
təhsil almaq hüququ vardır, ali məktəb
isə öz növbəsində təhsil proqramına
uyğun olaraq ona müvafiq biliklər əldə etmək
üçün şərait yaratmağa borcludur. Hüquq münasibəti
iştirakçılarının hüquq və vəzifələri
hüquq münasibətlərinin hüquqi məzmununu təşkil
edir. Hüquq elmində «hüquq 12 münasibətlərinin
tərkibi» anlayışından istifadə olunur ki, onun da
elementləri aşağıdakılardır:
a) hüquq subyekti;
b) hüquq münasibətlərinin məzmunu;
c) hüquq münasibətlərinin obyekti;
Hüquq münasibətlərinin maddi məzmununu onun
subyektlərinə tərəf kimi məxsus olan
qarşılıqlı hüquq və vəzifələrin
reallaşması ilə əlaqədar davranış və hərəkətlər
təşkil edir. Bu mənada hüquqi əlaqələrin
hüquqi məzmunu - hüquq münasibətinin subyektlərinin
hüquq və vəzifələridir. Hüquq
münasibətinin obyekti - hüquq münasibəti subyektlərinin
fəaliyyətlərinin yönəldiyi maddi və qeyri-maddi
nemətlərdir. Hüquq münasibətinin
iştirakçıları əsasən fiziki və hüquqi
şəxslərdir. Fiziki şəxslər
konkret dövlətin ərazisində və ya onun ərazisindən
kənarda olan vətəndaşlar, əcnəbilər və
vətəndaşlığı olmayan şəxslərdir.
Hüquqi şəxslərə aiddir: bütünlükdə
dövlət, dövlət orqanları, ictimai qurumlar, təsərrüfat
birlikləri və s. Hüquq münasibəti
iştirakçısı olmaq üçün müəyyən
hüquqi keyfiyyətlərə malik olmaq vacibdir. Söhbət hüquq qabiliyyəti, yəni hüquqa
malik olmaq və müəyyən hüquqi vəzifələri
daşımaq qabiliyyətindən və fəaliyyət
qabiliyyətindən, başqa sözlə öz hərəkəti
ilə hüquqlar əldə etmək, həyata keçirmək
və hüquqi vəzifələri icra etməkdən gedir.
Hüquqi şəxslərdə hüquq qabiliyyəti
və fəaliyyət qabiliyyəti onların
yarandığı andan meydana gəlir. Fiziki
şəxslərdə hüquq qabiliyyəti anadan olduğu
andan meydana gəlir; fəaliyyət qabiliyyəti isə müəyyən
yaş həddinə çatdıqdan sonra əmələ gəlir.
Fəaliyyət qabiliyyəti insanların psixi fəaliyyəti
ilə də bağlıdır. Bunun
üçün psixi cəhətdən sağlam olmaq zəruridir.
Qanunvericiliyə görə tam fəaliyyət
qabiliyyəti əsasən 18 yaşdan başlayır. Məsələn, vətəndaş cinayət məsuliyyətinə
16 yaşdan, bəzi cinayət əməllərinə görə
14 yaşdan cəlb oluna bilər.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 25 dekabr.-
S.13.