Repressiya qurbanı olmuş müsavatçı aktyor

 

İbrahim Azəri Cümhuriyyətin ənənələrinə sadiq qalmışdı

 

Mərhum ədəbiyatşünas, professor Nazif Qəhrəmanlının bu araşdırma yazısı repressiya qurbanı olmuş müsavatçı aktyor İbrahim Azəri haqqındadır

 

I yazı

 

1937-ci ildə teatr sənətkarları üçün də uğurlu olmamısdı. A.M.Sərifzadə, Ü.Rəcəb, P.Tanailidi kimi sənətkarlar məhv edilib, Hacıağa Abbasov, Kazım Ziya və başqaları cəza tədbirləri ilə üzləşməli olublar. Lakin hələ 20-ci illərdən həbs və sürgün yolu keçmiş ziyalıların sırasında İbrahim Azəri adlı bir gənc aktyor da vardı. O orta təhsil aldıqdan sonra aktyor kimi çalışmış, Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi quruculugunda zabit-podporuçik olaraq iştirak etmiş, 1921-ci ildən yenidən teatra qayıtmış, 1926-ci ilin oktyabrınadək, yəni həbsinədək Akademik Milli Dram Teatrında çalışmısdı. Milli Təhlükəsizlik Nazirliyinin arxivində D.Bünyadzadə adına Türk Dövlət Dram Teatrının aktyorlarından və ümumi əməkdaslarından Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri S.Agamalıoglunun ünvanına daxil olmus bir ərizə saxlanılır. Bu ərizə 3 noyabr 1926-ci ildə yazılıb, 10 noyabr 1926-cı il tarixdə Az.MİK katibliyinin rəisi İ.Səmədzadənin və texniki katib B.Rzabəyovun müsaiyət məktubu ilə Azərbaycan Dövlət Siyasi idarəsinə (QPU) göndərilib. Ərizənin mətni belədir: "Bu il oktyabrın ortalarında əməkdaşımız İbrahim Azərinin (Atakisiyevin) valideynləri onun bağışlanması haqqında bizə müraciət etmişlər. Sübhəsiz, bu müraciət bizi öz is yoldasımızın axtarışına sövq etməyə bilməzdi. O, öz həyatında elə pis hərəkət etməyib. Belə ki, biz onu yaxsı tanıyırıq. Azərinin valideynlərinin ərizələrindən dərhal sonra biz onun Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edildiyini esitdik.

DSİ kimi idarənin islərinə əxlaqi və hüquqi baxımdan müdaxiləmiz düzgün olmasa da, yoldaşımızın həbsinin səbəblərini bilmək istəməsək də, sənətin mənafeyi xatirinə nəzərinizə çatdırırıq ki, bizim ikiillik islərimizin hazırlıq mərhələsi yoldas Azərinin fəaliyyəti ilə sıx baglı olub. Əgər mümkün olsa, biz yoldasımız Azəriyə zəmanət verməyə, ona zamin durmaga hazırıq. Belə bir yekun fikrimiz var ki, hamı onu gənc və istedadlı artist kimi tanıyır. Ümid edirik ki, bizim xahişimizə hörmət edəcəksiniz".

Müraciətə teatrın ən aparıcı isçiləri və aktyorları, o cümlədən Cəfər Cabbarlı, Abbas Mirzə Sərifzadə, Aleksandr Tüqanov, Ağadadas Qurbanov, Mərziyə Davudova, Əzizə xanım Məmmədova, Yeva Olenskaya və basqaları, cəmi 51 adam imza atmışdı. Lakin təəssüf ki, bu kollektivin ərizə - müraciətinin bir faydası olmadi. Yaxşısı o oldu ki, Azəri gizli Müsavat partiyasi hərbi təşkilatının fəal üzvlərindən biri kimi güllələnməyə deyil, DSİ Məhkəmə Kollegiyasının qərarı ilə 10 illik konslager (həbs-islah düsərgəsi) həyatı yaşamaga məhkum edildi.

İbrahimin yaradıcılıq salnaməsi gənc yaşlarından baslamışdı. “Azərbaycan teatrının salnaməsi”ndə deyilir ki, 1918-ci ilin 15 oktyabrında Hacıbəyov qardaslarının müdiriyyəti Bakıda olan artistlərdən ibarət bir dəstə təskil etmək məqsədilə ayrı-ayrı artistlərlə danısıq aparmaqdadır. Bu dəstə (truppa) üçün Hacıaga Abbasov, Əhməd Agdamski, Cəlil Bagdadbəyov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Muxtar Məmmədov, Rza Darabli, Sidqi Ruhulla, Ələkbər Hüseynzadə və b. dəvətlilər sırasında İbrahim Atakisizadə (Atakisiyev) adli gənc aktyor da vardı (Azərbaycan teatrinin salnaməsi, c.1, Bakı, 1975, səh. 505).

Lakin İbrahimin yaradıcılıq istedadı teatrda müxtəlif xarakterli rollar oynamaqla açılmısdı. O, Aşqabadda "Arşın mal alan"da Süleyman rolunda, M.S.Ordubadinin "Dinçilər" əsərində, C.Cabbarlının "Aydın", H.Cavidin "Topal Teymur" əsərində, "Hind ixtilalçıları" və s. əsərlərin səhnə təcəssümündə müxtəlif rollar oynamışdı.

1924-ci il 2 noyabr tarixli "Kommunist" qəzeti xəbər verir ki, D.Bünyadzadə adına Dram Teatrında (hazırda Dövlət Akademik Dram Teatrı - N.Q.) "Hind ixtilalçıları" pyesi oynanarkən qəhrəmanlardan birinin rolunu ifa edən aktyor Azəri Cəfər Cabbarlının "Ey Sərq" seirini özbaşına əsərə daxil edib oxuduğuna görə tənqid edilib".

1924-ci il 4 aprel tarixli "Kommunist" qəzeti xəbər verirdi: “Aprelin 4-də Dövlət teatrında aktyorlarımızdan Azəri və Talıblının benefisinə "Qanli qala" pyesi oynanılır. Bu gecə ən qüvvətli aktyorlar istirak edəcək. Buriyen rolunda Abbas Mirzə Sərifzadə və Marqarita rolunda xəstəlikdən dolayı bir aydan bəri oynamayan, tamasaçılarımızın sevimlisi Mərziyə xanım oynayacaq".

"Qanli qala" pyesi fransız yazıçısı Aleksandr Dümanın qələminə məxsusdur. Əsəri Azərbaycan dilinə görkəmli aktyor Kazım Ziya tərcümə etmisdi. Aktyor bəzi filmlərdə də çəkilmisdi. "Bismillah" filmindəki Cəfər rolu onun əsas ekran nailiyyətlərindən biridir. İbrahim Azəri təkcə rollar oynamamış, pyes və səhnə süjetləri də yazmısdı. O, Azərbaycanın rayonlarında, xüsusən Şəkidə oynanan "Məhv olsun cəhalət" pyesinin müəllifi idi. 1923-cü il 23 fevral tarixli "Şəki fəhləsi" qəzeti yazırdi: "Hərbi klubda 3-cü hökumət zavodu fəhlələri teatr truppası tərəfindən yoldas Axundovun 2 pərdədən ibarət "Qırmızı inqilab" və İbrahim Atakisiyevin iki pərdədən ibarət "Məhv olsun cəhalət" pyesləri oynanacaq. Tamasa pulsuzdur".

İbrahim Azəri Azərbaycan teatrının nümayəndələrindən biri kimi bir çox tədbir və mərasimlərin istirakçısı olub. Azərbaycan Sənayeyə Nəfisə (İncəsənət) xadimləri İttifaqının V qurultayına seçilən nümayəndələr sırasında Hacıməmməd Qafqazlı, Ağasadıq Gəraybəyli, Agahüseyn Cavadov, Rza Darablı, Əzizə Məmmədova və başqaları ilə yanaşı İbrahim Azəri də var idi. Oglu Çingizin dediyinə görə, onu teatra dogma dayısı, məshur aktyor Bağır Cabbarzadə cəlb edibmis. Bağır Cabbarzadə Azərbaycan səhnəsinin həmin dövrdə tanınmıs aktyorlarından olmus, "İki kələkbaz" adli pyes yazmısdı. Teatrda çalismasına baxmayaraq İ.Azəri özünün müsavatçı əqidəsini qoruyub saxlamış, ilk Cümhuriyyətin ənənələrinə sadiq qalmışdı.

Ibrahim Azərinin fərdi istintaq isində (iş - 602) onun ailəsi və tərcümeyi-halı ilə bağlı bəzi məqamların üzərində dayanmaq istəyirik. Azərbaycan Fövqəladə Komissiyasının 828 saylı həbs vərəqində göstərilir ki, İbrahim Ağa Kərim oglu Atakisiyev Azərbaycan SSR-də yaşayır, türkdür, əslən Bakının Corat kəndindəndir, 29 yaşı var, 1897-ci ilin martında dogulub. Savadlıdır, ali-ibtidai məktəbi bitirib. 56 yaşlı anası Ruqiyyə evdar qadındır, bacısı Bilqeyisin 16 yaşı, digər bacısı Qızqayıtın 14 yaşı var, hər ikisi məktəb şagirdləridir. Özündən böyük qardaşı Zeynalın 32 yaşı var, aşbaz isləyir. İbrahim Azəri bitərəfdir və ixtisası aktyorluqdur. Həbs vərəqində onun 1917-ci ilədək təhsil aldığı, 1917-1918-ci illərdə teatr sahəsində çaləşdığı, 1918-21-ci illərdə hərbi xidmətdə oldugu qeyd edilib.

İbrahim Azəri 1926-ci ilin oktyabrında DSİ-də bir neçə dəfə dindirilib. Amma bu dindirmələrin teatr və sənət isinə heç bir dəxli yoxdur. Bu dindirmələr İbrahim Azərinin (Atakisiyevin) gizli Müsavat hərbi təskilatına mənsub olub-olmamasi ilə bağli idi. Birinci istintaqdan: "Hərbi təskilata məni 1922-ci ilin birinci yarısında Nurulla bəy Qulubəyov (ADR hərbi naziri general S.Mehmandarovun adyutantı olmusdu - N.Q.) cəlb etmisdi. Mən yalnız onunla rabitədə idim. Cəlbetmə prosesində Qulubəyov mənə dedi ki, bolseviklər tezliklə gedəcəklər, hər bir vicdanlı müsəlman isə işləməli və can atmalıdır ki, dövlət aparatı bizim əlimizdə olsun" .

İbrahim Azəri sonra Dadas Həsənovla (gizli Müsavat partiyasının rəhbərlərindən idi - N.Q.), Nəsrulla Rzabəyov (hərbçi), İbrahim Axundzadə (hərbçi), İdris Axundzadənin qardaşı, M.Müsfiqin arvadı D.Axundzadənin əmisi - N.Q.Əhməd Hacinski (tarixçi və jurnalist, gizli Müsavatın rəhbərlərindən biri - N.Q.), Müin Niyazi (müsavatçi, sair) və basqaları ilə görüslərindən danışır. Ümumən bəzi konkret məqamlardan basqa İ.Azəri ona qarşı sürülən ittihamları rədd etmis, hətta Firudin Nağiyevlə (gizli Müsavat funksioneri - N.Q.) əyani üzləsmə zamanı heç bir seyi xatirlamadığını söyləmisdi.

…İbrahim Azəri bir müddət Moskvada Butirka həbsxanasında saxlanmış, 1927-ci ilin qışında 30-dan artıq səxsin daxil olduğu bir qrupla Solovkiyə gəlib çixmış, bir müddət Papas adasında, daha sonra Solovkidə, ümumən Kareliyanın meşələrində agac tədarükü ilə məşğul olmusdu. Çox ehtimal ki, İbrahim Azəri də müsavatçıların Solovkidə keçirdikləri müntəzəm aclıq aksiyalarında istirak etmisdi.

1934-cü ildə 10 illik Solovki sürgününü 8 ilə çəkərək iki il tez Vətənə qayıdan İbrahim Azəri issiz-gücsüz qalmış, bir müddət səfil həyatı keçirməyə məcbur olmuşdu. 1934-cü ildən sonrakı həyatı və fəaliyyətinə şair və ədəbiyyatsünas Atababa Musaxanlının 1937-ci ilin dekabrında onun haqqında verdiyi ifadə işıq salir: "İbrahim Azəri Azdramanın keçmis artistidir. Onunla Mərdəkan kəndində vağzalda bir neçə dəfə görüsmüsəm. Onunla birgə qəzet alır və qatarı gözləyirdik. O, mənə danışdı ki, onu Bakı teatrında işə qəbul etməyiblər. Ruhulla Axundovla və Əli Kərimovla görüşlərindən danışdı. O, Azdramaya qəbul edilmək üçün onların görüsünə gedibmis. Ruhulla Axundov ondan soruşubmus: "Sovet hakimiyyəti əleyhinə gizli iş görməklə siz nə etmək istəyirdiniz? Siz müsavatçılar özünüzü nə hesab edirsiniz? Mən susdum və dedim ki, bu artıq keçib. Səhvlər, aldanışlar və s. Lakin siz mənə Bakıda is vermədiniz. Mən məcbur qalıb Kirovabada getdim".

Bir həqiqət var ki, İbrahim Azəri ikinci dəfə, yəni 1937-ci ildə repressiya olunmayıb. Lakin o, mənəvi təzyiqlərlə, inzibati məhdudiyyətlərlə üz-üzə qalmışdı. Öz ixtisası üzrə Bakıda is tapa bilməyən İbrahim Dəvəçi və Gilgilçayda müxtəlif islərdə çalışmağa məcbur olmus, bir müddət Suraxanıda müəllim isləmisdi. Gəncə, Tiflis, İrəvan, Quba teatrlarında öz qüvvəsini sınayan aktyorun yalnız 1950-ci illərdən sonra öz qüvvəsinə inamı artmış, isə düzəlmis, kinostudiyaya dəvət olunmusdu.

I.Stalinin ölümündən sonra tarixi ədalətsizliklərə yenidən qayıtmaq və onları düzəltmək zərurəti bütün SSRİ-də olduğu kimi Azərbaycanda da rejimin təzyiqindən əzab çəkmis insanlara da özünə gəlmək, bəraət tələb etmək imkanı verdi…

 

(ardı var)

Xalq Cəbhəsi.- 2015.- 3 fevral.- S.14.